12713/02;28440/03

WyrokETPCz2008-10-02ECLI:CE:ECHR:2008:1002JUD001271302

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
Czy zaginięcie synów skarżących po zatrzymaniu przez rosyjskich żołnierzy w Czeczenii oraz brak skutecznego śledztwa naruszyły ich prawa wynikające z art. 2, 3, 5 i 13 Konwencji, a także czy rząd Rosji naruszył obowiązek współpracy z Trybunałem na podstawie art. 38 ust. 1 lit. a?
Ratio decidendi
Trybunał uznał, że synowie skarżących zostali zatrzymani przez przedstawicieli państwa, a ich późniejsze zaginięcie i brak wiarygodnych informacji przez osiem lat w kontekście konfliktu w Czeczenii prowadzą do domniemania ich śmierci, za którą odpowiedzialność ponosi państwo. Śledztwo krajowe było nieskuteczne, ponieważ nie było prowadzone z należytą starannością, nie wyjaśniono sprzecznych zeznań i było wielokrotnie zawieszane, co uniemożliwiło ustalenie odpowiedzialnych. Skarżące, jako matki zaginionych, doświadczyły cierpienia moralnego z powodu niepewności co do losu synów i braku reakcji władz. Zatrzymanie było nielegalne i nieudokumentowane, co stanowiło rażące naruszenie prawa do wolności. Brak skutecznego środka odwoławczego w odniesieniu do tych naruszeń również został stwierdzony.
Stan faktyczny
Skarżące, Asiyat Lyanova i Rashan Aliyeva, są matkami Murada Lyanova (17 lat) i Islama Dombayeva (15 lat). 28 czerwca 2000 roku ich synowie i przyjaciel T. udali się do domu T. w Groznym w Czeczenii i od tego czasu zaginęli. Skarżące twierdzą, że ich synowie zostali zatrzymani przez wspólny oddział rosyjskich sił specjalnych (OMON z Pskowa i Obron-8) podczas operacji w nocy z 28 na 29 czerwca 2000 roku. Pomimo licznych zapytań do władz i wszczęcia śledztwa karnego, los synów pozostaje nieznany, a śledztwo było wielokrotnie zawieszane i nie przyniosło rezultatów.
Rozstrzygnięcie
Trybunał jednogłośnie odrzuca wstępny zarzut Rządu. Jednogłośnie stwierdza naruszenie art. 2 Konwencji w odniesieniu do Murada Lyanova i Islama Dombayeva. Jednogłośnie stwierdza naruszenie art. 2 Konwencji z powodu braku skutecznego dochodzenia w sprawie zaginięcia. Jednogłośnie stwierdza naruszenie art. 3 Konwencji w odniesieniu do skarżących. Jednogłośnie stwierdza naruszenie art. 5 Konwencji w odniesieniu do Murada Lyanova i Islama Dombayeva. Jednogłośnie stwierdza, że nie ma odrębnej kwestii w związku z art. 8 Konwencji. Jednogłośnie stwierdza naruszenie art. 13 Konwencji w związku z art. 2 Konwencji. Jednogłośnie stwierdza brak naruszenia art. 13 Konwencji w związku z zarzucanym okrutnym traktowaniem Murada Lyanova i Islama Dombayeva na podstawie art. 3 Konwencji. Jednogłośnie stwierdza, że nie ma odrębnej kwestii w związku z art. 13 Konwencji w odniesieniu do zarzucanych naruszeń art. 3 (cierpienie skarżących), art. 5 i art. 8 Konwencji. Jednogłośnie stwierdza, że Rząd nie wywiązał się ze swoich zobowiązań wynikających z art. 38 ust. 1 lit. a Konwencji. Jednogłośnie stwierdza, że nie ma odrębnej kwestii w związku z art. 34 Konwencji. Większością pięciu głosów do dwóch zasądza zadośćuczynienie. Jednogłośnie oddala pozostałe roszczenia o słuszne zadośćuczynienie.

Pełny tekst orzeczenia

Avropa İnsan Hüquqları Məhkəməsi           BİRİNCİ SEKSİYA           LYANOVA (LYANOVA) VƏ ƏLİYEVA (ALIYEVA) RUSİYAYA QARŞI məhkəmə işi     (Ərizələr Nº 12713/02 və 28440/03)     QƏRAR     Strasburq     2 oktyabr 2008-ci il         Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.       Lyanova və Əliyeva Rusiyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Seksiya), hakimlər: Kristos Rozakis (Christos Rozakis); sədr Nina Vayiç (Nina Vajić); Anatoli Kovler (Anatoly Kovler); Xanlar Hacıyev (Khanlar Hajiyev); Din Spilmann (Dean Spielmann); Sverre Erik Yebens (Sverre Erik Jebens); Giorgio Malinverni (Giorgio Malinverni); habelə Seksiya katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək, 11 sentyabr 2008-ci ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.   PROSEDUR   1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən iki Rusiya vətəndaşı – xanım Asiyat Xusainovna Lyanova və xanım Raşan Mayrbekovna Əliyeva (“ərizəçilər”) tərəfindən müvafiq surətdə 15 fevral 2002-ci ildə və 16 iyul 2001-ci ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı iki ərizə (Nº 12713/02 və 28440/03) əsasında başlanmışdır. 2. Məhkəmə qarşısında birinci ərizəçini Moskvada yerləşən, insan hüquqları sahəsində çalışan “Memorial” qeyri-hökumət təşkilatından olan vəkillər təmsil etmişlər. İkinci ərizəçini Niderlandda yerləşən və Rusiyada nümayəndəliyi olan “Stiçtinq Rusiya Ədalət Təşəbbüsü” (“Stichting Russian Justice Initiative” – “SRJI”) qeyri-hökumət təşkilatının vəkilləri təmsil etmişlər. Rusiya Hökumətini (“Hökumət”) Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndəsi cənab P. Laptev, sonra isə Hökumətin nümayəndəsi xanım V. Milinçuk təmsil etmişlər. 3. Ərizəçilər iddia etmişlər ki, onların oğulları 28 oyun 2000-ci ildə Çeçenistanda hərbi qulluqçular tərəfindən həbsə ediləndən sonra yoxa çıxmışlar. Onlar 2, 3, 5, 8 və 13-cü maddələr əsasında şikayət etmişlər. 4. 28 iyun 2007-ci il tarixli qərarı ilə Məhkəmə ərizələri qismən qəbul olunan elan etmişdir. 5. Ərizəçilərin hər biri və Hökumət əlavə yazılı izahatlarını təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi). Palata tərəflərlə razılığa gəldikdən sonra qərar almışdır ki, işin mahiyyəti üzrə şifahi dinləmə keçirməyə ehtiyac yoxdur (59-cu Qaydanın 3-cü bəndi), tərəflər bir-birinin izahatlarını yazılı şəkildə cavablandırmışlar.   FAKTLAR   I. İŞİN HALLARI   6. Ərizəçilər müvafiq surətdə 1956-cı və 1958-ci ildə anadan olublar. Birinci ərizəçi İnquşetiya Respublikasının Qarabulaq şəhərində, ikinci ərizəçi Qroznıda yaşayır.   A. Ərizəçilərin oğullarının həbsi   7. Birinci ərizəçi Qroznıda Lyapidevski küçəsi 10 ünvanında yaşayırdı. Onun altı uşağı – üç oğlu və üç qızı vardı. Oğlu Murad Lyanov 1983-cü ildə anadan olub. 8. İkinci ərizəçi Qroznıda S. Dudayev bulvarı 2, mənzil 51 yaşayır. Onun altı uşağı – üç oğlu və üç qızı vardı. Oğlu İslam Dombayev 1984-cü ildə anadan olub. Onun 1980-ci və 1997-ci illərdə anadan olmuş başqa iki oğlu da vardı. Hərbi əməliyyatlara qədər o, əri və bir neçə yaxın qohumu kimi Müdafiə Nazirliyində işləyirdi. 1996-cı ildə onlar ailələrinə separatçıların hücumları ucbatından Çeçenistanı tərk etməyə məcbur oldular və bir neçə il məcburi köçkünlər kimi İnquşetiyada yaşadılar. Onlar Qroznıya 29 may 2000-ci ildə qayıtdılar. 9. 28 iyun 2000-ci ildə birinci ərizəçi və oğlu Murad Lyanov evdə idilər. Həmin axşam Muradın iki dostu – T. (1982-ci il təvəllüdlü) və İslam Dombayev onların evinə gəlmişdilər. Murad onlarla getmək və gecəni T.-gildə keçirmək üçün birinci ərizəçidən icazə istədi. Birinci ərizəçi razılaşdı, çünki qonşuluqda yaşayan bu oğlanları tanıyırdı. 10. İkinci ərizəçi bildirdi ki, oğlu İslam Dombayev, birinci ərizəçinin oğlu Murad Lyanov və T. çox yaxşı dostlar idi. İkinci ərizəçinin oğlunun gitarası vardı və onlar tez-tez ərizəçinin evinin həyətində gitara çalırdılar. Adətən onlar hərbçilər tərəfindən təyin olunmuş komendant saatı səbəbindən axşam saat 9-dan sonra küçəyə çıxmırdılar. 28 iyun 2000-ci ildə təxminən axşam saat 11-də onlar qonşu küçədə yerləşən evə, yəni T.-nin Sadovaya küçəsi 53 (ona Pervaya Sadovaya küçəsi də deyirdilər) ünvanındakı evinə getdilər ki, gecəni orada keçirsinlər. İslam Dombayev gitarasını özü ilə götürdü. 11. 29 iyun 2000-ci ildə səhər birinci ərizəçi oğluna yeni pasport almaq üçün Leninski Rayon Daxili İşlər Şöbəsinin (RDİŞ) pasport stolu bölməsinə getdi. O, təxminən günorta saat 3-də evə qayıtdı və qığı ona dedi ki, Murad evə gəlməyib. Birinci ərizəçi T.-nin anasının yanına getdi, o isə dedi ki, onun da oğlu evdə yoxdur. 12. 29 iyun 2000-ci ildə səhər ikinci ərizəçi oğlundan nigaran qalaraq Sadovaya küçəsindəki bir qrup hərbi qulluqçudan üç nəfər yeniyetməni görüb-görmədiklərini soruşdu. Əsgərlər cavab verdilər ki, onlar həmin gəncləri həbs ediblər və Rusiyanın Çeçenistandakı əsas hərbi bazası olan Xankalaya göndəriblər. Qadınlar hərbi hissə komandirini zirehli hərbi maşında (ZHM) tapdılar, lakin o, üç yeniyetmə barədə bir şey bildiyini inkar etdi. 13. 30 iyun 2000-ci ildə ərizəçilər və T.-nin anası Leninski RDİŞ-ə getdilər və oğlanlarının iddia edilən həbsi ilə əlaqədar ərizə verdilər. Elə həmin gün şöbənin müstəntiqi T.-nin evinə gəldi və hər üç qadını dindirdi. 14. Ərizəçilərin sözlərinə görə, hər üç oğlanın itməsindən bir neçə gün sonra əsgərlərin cavablarından aydın olub ki, oğlanlar rayonda yerləşdirilmiş Pskovdan olan xüsusi təyinatlı milis dəstələrinin (OMON) hərbçiləri ilə Daxili İşlər Nazirliyi qoşunlarının 8 saylı xüsusi təyinatlı briqadasının (aşağıda “Obron-8” adlandırılacaq) birgə qrupu tərəfindən 28 iyun 2000-ci ildə gecə vaxtı həbs ediliblər. Əsgərlər yeniyetmələri gecə reydi zamanı həbs edərək Obron-8-in qərargahına gətiriblər, ertəsi gün səhər isə onları Xankala hərbi bazasına aparıblar. 15. Ərizəçilər Pskov OMON bölməsinin komandiri Yu. G. tərəfindən 29 iyun 2000-ci ildə Leninski DİŞ-ə göndərilmiş raportun surətini təqdim etdilər. Orada deyilirdi: “Məruzə edə bilərəm ki, 2000-ci il iyunun 28-dən 29-na keçən gecə [hərbçilər qrupu] Obron-8-in kəşfiyyat bölməsi ilə birlikdə minaların və partlayıcı qurğuların basdırılmasının qarşısını almaq üçün əvvəllər partlayıcı qurğular tapılmış Sadovaya küçəsində pusqu qurub. Axşam saat 11.30 radələrində qrup gizlicə əraziyə tərəf hərəkət edən üç şəxsi həbs edib. Axtarış nəticəsində onlarda partlayıcı qurğuların bir sıra komponentləri və hissələri, yəni aşağıdakılar aşkar edilib: - 152 millimetrlik mərminin döyüş başlığı (detonator üçün dəliklə birlikdə); - tank əleyhinə portativ silah üçün patron (həmçinin partlayıcı qurğu kimi hazırlanıb); - müəyyən naqillər. Tutulanlardan biri qaçmağa cəhd edib. Tutulanların yanında şəxsiyyət sənədləri olmayıb. Onlar Obron-8-in qərargahına aparılıblar, oradan isə dindirilmək üçün xüsusi [əks-kəşfiyyat] bölməsinə gətiriliblər. Tutulanlardan biri zahirən 24 iyun 2000-ci ildə odsaçan silahdan istifadə edərək 17 saylı yol-nəzarət blokuna hücum etmiş yaraqlıya (“boyevik”) oxşayırdı. ... 29 iyun 2000-ci ildə səhər sözügedən şəxslər Obron-8-in hərbi qulluqçuları tərəfindən “Pamir”ə aparıldılar. Onların həbsi zamanı heç bir atəş açılmadı”. 16. 1 iyul 2000-ci ildə Leninski RDİŞ-dən olan müstəntiq ikinci ərizəçiyə oğlunun gitarasını gətirdi. Müstəntiq ona dedi ki, gitaranı Obron-8-in komandiri G. gətirib, o deyib ki, onun hərbi qulluqçuları gitaranı küçədən tapıblar. 17. 8 iyul 2000-ci ildə həmin müstəntiq ikinci ərizəçiyə dedi ki, hər üç oğlan Xankalaya göndərilib və onlara görə ordunun Baş Kəşfiyyat İdarəsi (BKİ) cavabdehdir. İddia edildiyinə görə, müstəntiq ona həmçinin dedi ki, belə vəziyyətdə heç nə edə bilməz və ikinci ərizəçi onunla deyil, Qroznıdakı hərbi komandanlıqla təmasa girməlidir. 18. Ərizəçilər həmin vaxtdan bəri oğlanları barəsində heç bir xəbər eşitməyiblər.   B. Ərizəçilərin oğlanlarının axtarılması və hakimiyyət orqanlarının cavabları   19. Oğlanları həbs ediləndən dərhal sonra ərizəçilər və onların ailələrinin digər üzvləri onları axtarmağa başladılar. Onlar dəfələrlə həm şəxsən, həm də yazılı surətdə müxtəlif səviyyəli prokurorlara, Daxili İşlər Nazirliyinə, Rusiya prezidentinin Çeçenistanda hüquq və azadlıqlar üzrə xüsusi nümayəndəsinə, hərbi komandirlərə, inzibati orqanlara, mediaya və ictimai xadimlərə müraciət etdilər. 20. Ərizəçilər şəxsən Çeçenistandakı saxlama mərkəzlərinə, milis bölmələrinə, hərbi bazalara və həbsxanalara, habelə əlavə olaraq Şimali Qafqaz zonasına getdilər. İkinci ərizəçi həmçinin 2001-ci ilin fevralında Xankala hərbi bazasının yaxınlığında kütləvi məzarlıq yerində aşkar edilmiş cəsədlərə baxmaq üçün getdi. 21. Şəxsi ziyarətlərindən əlavə, ərizəçilər prokurorlara və digər orqanlara çoxsaylı məktublar göndərərək oğlanlarının həbs edilməsi faktını qeyd etdilər və xahiş etdilər ki, onlara yardım göstərilsin və istintaqın təfsilatları barədə məlumat verilsin. Ərizəçilər yazdıqları məktubların surətlərini Məhkəməyə təqdim etdilər, onların hamısı təxminən eyni üslubda yazılmışdı. 22. Ərizəçilər rəsmi qurumlardan oğlanlarının yoxa çıxması ilə bağlı hər hansı əhəmiyyət daşıyan çox az məlumat aldılar. Bir neçə dəfə onlara göndərilən məktublarda deyilirdi ki, müraciətləri müxtəlif prokurorluqlara göndərilib. Aşağıdakı qısa xülasə ərizəçilərin saxladıqları məktubların surətlərinə və hakimiyyət orqanlarından aldıqları cavablara əsaslanır. 23. 10 avqust 2000-ci ildə Qroznı prokurorluğu hər iki ərizəçiyə məlumat verdi ki, oğlanlarının oğurlanması ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən cinayət istintaqına başlayıb. 24. 18 avqust 2000-ci ildə Qroznı prokurorluğundan olan müstəntiq ərizəçilərə məlumat verdi ki, onların ərizələrindən sonra cinayət işi (N 12113) açılıb. İstintaq müəyyən etdi ki, üç yeniyetmə Sadovaya küçəsindəki pusqu zamanı Pskov OMON-unun və Obron-8-in qulluqçuları tərəfindən həbs edilib və elə həmin gecə Obron-8-in qərargahına aparılıb. Obron-8-dən olan hərbi qulluqçular istintaqa çağırılarkən gəlməkdən imtina etdilər və onları dindirmək mümkün olmadı, buna görə də üç yeniyetmənin yeri naməlum qaldı. Hərbi prokurorluğa xüsusi müraciət göndərildi. 25. 23 avqust 2000-ci ildə “Memorial” QHT-dən olan vəkil baş prokurora birinci ərizəçinin adından məktub yazaraq ondan xahiş etdi ki, üç yeniyetmənin yoxa çıxması ilə bağlı lazımi istintaq aparılmasını təmin etsin. 26. 29 avqust 2000-ci ildə Qroznı Prokurorluğundan olan müstəntiq Xankalada yerləşən 20102 saylı hərbi hissənin hərbi prokurorundan xahiş etdi ki, 9 avqust 2000-ci il tarixli müraciətə əməl etsin və Obron-8-in komandiri G.-nin və 28 iyun 2000-ci ildə Sadovaya küçəsində üç yeniyetməni həbs etmiş digər hərbi qulluqçuların dindirilməsini təmin etsin. 27. 28 sentyabr 2000-ci ildə Şimali Qafqaz ərazi hərbi prokurorluğu 20102 saylı hərbi hissənin hərbi prokuroruna tapşırıq verdi ki, “oğlanların yoxa çıxmasında Obron-8-in hərbi qulluqçularının iştirakına dair iddiaları diqqətlə araşdırsın”. 28. 14 noyabr 2000-ci ildə 20102 saylı hərbi hissənin hərbi prokuroru birinci ərizəçiyə cavab verdi ki, onun oğlunun və digər iki şəxsin həbsində Qroznının Leninski rayonunda yerləşən hərbi qulluqçuların iştirak etdiyinə dair nəticə çıxarmaq üçün heç bir əsas yoxdur. Hərbi prokurorlar, Federal Təhlükəsizlik Xidməti (FTX), Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən tərtib edilən məhbusların siyahılarında üç nəfər itkin düşmüş şəxs barəsində heç bir qeyd yox idi. Obron-8-in kontingenti (3723 saylı hərbi hissənin şəxsi heyəti) Çeçenistandakı qulluq müddəti bitdikdən sonra öz dislokasiya yerinə qayıtdı və onların yerini müəyyən etmək və iddia edilən həbsin halları barədə onları dindirmək üçün tədbirlər görüldü. 29. 9 dekabr 2000-ci ildə “Memorial” QHT-dən olan vəkil birinci ərizəçinin adından baş hərbi prokurora məktub yazdı. O, hərbi prokurorun son məktubuna istinad etdi və soruşdu ki, Obron-8-in hərbi qulluqçuları hələ də Çeçenistanda olduqları halda onların dindirilməsi üçün müraciətlər nə üçün yerinə yetirilməyib. Məktubda baş hərbi prokurordan xahiş edilirdi ki, müdaxilə etsin və lazımi istintaq aparılmasını təmin etsin. 30. 9 yanvar 2001-ci ildə baş hərbi prokurorluq “Memorial”a cavab verərək bildirdi ki, Çeçenistanda yerli prokuror tərəfindən istintaq aparılır və bütün sorğular ona göndərilməlidir. Oğlanların yoxa çıxmasında hərbi qulluqçuların iştirakı sübut edilməyib, buna görə də hərbi prokurorlar bu iş üçün heç bir məsuliyyət daşımırlar. 31. 12 fevral 2001-ci ildə 20102 saylı hərbi hissənin hərbi prokuroru ikinci ərizəçiyə məlumat verdi ki, onun çalışdığı prokurorluq ikinci ərizəçinin oğlunun və digər iki şəxsin oğurlanması ilə bağlı cinayət işinin istintaqına görə cavabdehdir. O, bildirdi ki, istintaqdakı hər hansı irəliləyiş barədə ikinci ərizəçiyə məlumat veriləcək. 32. 19 mart 2001-ci ildə 20102 saylı hərbi hissənin hərbi prokuroru birinci ərizəçinin şikayətini Qroznı prokurorluğuna göndərərək xahiş etdi ki, o, 7 mart 2001-ci ildə həmin prokurorluğa göndərilmiş 14/33/0065-01 saylı işə əlavə edilsin. Məktubda daha sonra deyilirdi ki, istintaq hərbi qulluqçularla üç şəxsin oğurlanması arasında heç bir əlaqə aşkar etmədi və Cinayət Prosessual Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən [cinayət tərkibi olmadığına görə] işə xitam verildi. 33. 2001-ci ilin sonunda və 2002-ci ilin əvvəlində ikinci ərizəçi Rusiya prezidentinə, baş prokurora, Dövlət Duması üzvlərinə, digər ictimai xadimlərə və media nümayəndələrinə məktub yazdı. O, oğlunun həbs edilməsi və yoxa çıxması faktlarını bildirdi və üç yeniyetməni həbs etmiş şəxslərin adları və vəzifələri məlum olduğuna baxmayaraq istintaqda irəliləyiş olmadığını qeyd etdi. O, bundan əvvəl müraciət etdiyi hakimiyyət orqanlarının adlarını sadaladı. O, ailəsinin Müdafiə Nazirliyi ilə bağlılığını qeyd etdi və izah etdi ki, oğlunun “vəhabilərlə” və ya qanunsuz silahlı dəstələrlə heç bir əlaqələri ola bilməzdi. O, xahiş etdi ki, oğlunun yerinin müəyyən edilməsində ona kömək etsinlər. 34. 1 iyun 2002-ci ildə Çeçenistan Respublikasının Prokurorluğu ikinci ərizəçiyə cavab verdi. Məktubda deyilirdi ki, onun müraciəti Təhlükəsizlik Şurasına göndərildikdən sonra 12113 saylı cinayət işinin istintaqı təzələnib. Bu iş üzrə istintaq təqsirləndiriləm şəxsləri müəyyən etmək mümkün olmadığına görə Cinayət Prosessual Məcəlləsinin 195-ci maddəsinin 3-cü bəndinə əsasən iki dəfə dayandırılıb. Hər dəfə bu qərarlar yuxarı prokuror tərəfindən ləğv edilib. 2000-ci ilin noyabrında istintaq bu qənaətə gəlib ki, İslam Dombayevin, Murad Lyanovun və [T.-nin] oğurlanması Obron-8-in hərbi qulluqçuları tərəfindən törədilib və iş hərbi prokurorlara göndərilib. 6 mart 2001-ci ildə hərbi müstəntiq oğurluqda heç bir hərbi qulluqçunun əli olmadığına görə işə xitam verib və 7 mart 2001-ci ildə işin materialları geriyə – Qroznı prokurorluğuna göndərilib. Məktubda daha sonra deyilirdi ki, müvafiq olaraq OMON bölməsinin və Obron-8-in komandirləri Yu. G. və G.-nin arqumentlərində mühüm uyğunsuzluqlar olub ki, istintaq “bir sıra obyektiv səbəblərə görə” onları aydınlaşdıra bilməyib. 29 may 2002-ci ildə Qroznı prokurorluğundan olan müstəntiqin istintaqın dayandırılması barədə 28 aprel 2001-ci il tarixli qərarı ləğv edilib və iş əlavə istintaq üçün həmin prokurorluğa göndərilib. 35. 7 iyun 2002-ci ildə ikinci ərizəçi Çeçenistan Respublikasının fəaliyyətdə olan prokuroru tərəfindən imzalanmış analoji cavab aldı, prokuror əlavə etmişdi ki, istintaqın gedişatına şəxsən nəzarət edəcək.   C. Rəsmi istintaq   36. 8 avqust 2000-ci ildə ərizəçilərin oğlanlarının 2000-ci il iyunun 28-dən 29-na keçən gecə itməsi ilə bağlı cinayət işinə (N 12113) başlanıldı. 37. Hökumət bildirdi ki, 22 avqust 2000-ci ildə ikinci ərizəçiyə cinayət prosesində zərərçəkən statusu verilib, 28 mart 2001-ci ildə isə birinci ərizəçiyə də eyni status verilib. İkinci ərizəçi 22 avqust 2000-ci ildə və 25 mart 2005-ci ildə prokurorluqdan olan müstəntiq tərəfindən dindirildi. O, bildirdi ki, 28 iyun 2000-ci ildə gecə onun oğlu ikinci ərizəçinin oğlu ilə birlikdə Qroznıda Pervaya Sadovaya 53 ünvanında yaşayan dostları T.-nin evinə gediblər, onlar gecəni orda keçirmək niyyətində idilər. Ertəsi gün onlar evə qayıtmayıblar. Birinci ərizəçi və T.-nin anası da oxşar ifadələr verdilər. 38. 30 iyun 2000-ci ildə Qroznıda Pervaya Sadovaya 53 ünvanında həyata keçirilmiş baxış cinayət baş verdiyinə dair heç bir sübut aşkara çıxarmadı. 39. 1 iyul 2000-ci ildə ikinci ərizəçinin oğlunun gitarasını saxlayan hərbi qulluqçu bildirdi ki, onu 29 iyun 2000-ci ildə gecə Pervaya Sadovaya küçəsində tapıb. 40. 6 mart 2001-ci ildə Birləşmiş Qruplaşmanın (BQ) hərbi prokurorluğu işdə cinayət tərkibi olmadığına görə Müdafiə Nazirliyinin əməkdaşlarına qarşı cinayət işinə xitam verdi. 41. Hazırkı ərizənin qəbul edilənliyinə dair Məhkəmənin qərarından əvvəl Hökumətin təqdim etdiyi arqumentlərə görə, istintaqın gedişində T.-nin qonşuları E. və A. və müvafiq dövrdə Qroznıda qulluq etmiş Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin iyirmidən artıq əməkdaşı dindirilib. Onlar ərizəçilərin oğlanlarının yeri barədə heç bir məlumata malik olmayıblar. İstintaq tədbirləri görülsə də, hər hansı başqa şahidlər tapılmayıb. Müvafiq dövrdə Qroznıda yerləşmiş Daxili İşlər Nazirliyi bölmələrinin sənədləri araşdırılıb, amma ərizəçilərin oğlanlarının və T.-nin həbsi ilə bağlı heç bir məlumat tapılmayıb. İstintaq orqanları həmçinin Çeçenistanda həyata keçirilən xüsusi əməliyyatlarla əlaqəsi olan digər dövlət orqanlarından məlumatlar əldə ediblər və ərizəçilərin oğlanlarının yerini müəyyən etmək üçün digər tədbirləri görüblər. 9, 12 və 29 avqust 2000-ci ildə, 8 və 25 oktyabr 2000-ci ildə, 21 iyun 2002-ci ildə, 1 və 31 iyul 2002-ci ildə və 28 mart 2005-ci ildə müvafiq araşdırmalar aparılıb. Lakin ərizəçilərin oğlanlarının və T.-nin oğurlanmasında dövlət hakimiyyəti orqanlarının nümayəndələrinin əli olduğu sübut edilməyib. Həmçinin olar həbsxanada da saxlanılmayıblar. 42. Hazırkı ərizənin qəbul edilənliyinə dair Məhkəmənin qərarından əvvəl Hökumətin təqdim etdiyi arqumentlərdə istintaqın gedişatı ilə bağlı aşağıdakı məlumatlar verildi. 43. 12113 saylı cinayət işi üzrə ibtidai istintaq cinayətə görə ittiham edilməli olan şəxslər müəyyən edilmədiyinə görə bir neçə dəfə dayandırılıb. Qəbul edilmiş bütün qərarlar barədə ərizəçilərə məlumat verilib. Cinayət işinin istintaqı bir neçə dəfə dayandırıldıqdan və təzələndikdən sonra 14 fevral 2005-ci ildə Qroznının Leninski rayonunun prokurorluğu (Leninski rayon prokurorluğu) tərəfindən davam etdirildi. 44. 17 fevral 2005-ci ildə istintaq orqanları müstəntiq M.-i dindirdilər, o, bildirdi ki, 2000-ci il iyunun 28-dən 29-na keçən gecə T., İslam Dombayev və Murad Lyanov yoxa çıxıblar və qohumları bu məsələ ilə bağlı Qroznı prokurorluğuna ərizə veriblər. OMON bölməsinin qulluqçuları sənədlər təqdim ediblər ki, Pskov OMON-unun və Obron-8-in kəşfiyyat bölməsinin birgə qrupu yanlarında şəxsiyyət sənədləri olmayan üç şəxsi həbs edib. Bu şəxslər Sadovaya küçəsində müvəqqəti partlayıcı qurğu quraşdırarkən həbs olunublar və Obron-8-in Qroznıdakı qərargahına gətiriliblər. Həbs edilmiş şəxslərin T., İslam Dombayev və Murad Lyanov olduğunu təsdiq edən heç bir informasiya yoxdur. Ərizəçilərin oğlanlarının və T.-nin yerini müəyyən etmək üçün M. bir neçə dəfə Xankalaya gedib və müxtəlif rəsmilərlə görüşüb. 45. 4 mart 2005-ci ildə Çeçenistan Respublikasının Federal Təhlükəsizlik Xidməti sorğuya cavabında bildirdi ki, onların penitensiar sisteminin reyestrində və ya arxivlərində T., İslam Dombayev və Murad Lyanov ilə bağlı heç bir məlumat yoxdur. Kabardin-Balkar Respublikasının penitensiar orqanları da buna oxşar məlumat verdilər. 46. 5 mart 2005-ci ildə Çeçenistan Respublikasının Federal Təhlükəsizlik Xidmətinin rəisinin müavini sorğuya cavabında bildirdi ki, FTX ərizəçilərin oğlanlarının və T.-nin həbs edilməsi məqsədini daşıyan hər hansı əməliyyat keçirməyib. 47. 9 mart 2005-ci ildə Urus-Martan Rayon Daxili İşlər Şöbəsinin (RDİŞ) rəisi sorğuya cavabında bildirdi ki, T., İslam Dombayev və Murad Lyanov barəsində cinayət icraatına və ya inzibati icraata başlanıldığı barədə, yaxud onların RDİŞ-in müvəqqəti saxlama mərkəzində saxlanıldığı barədə onda heç bir məlumat yoxdur. 48. 17 mart 2005-ci ildə Şatoy RDİŞ-in cinayətlərlə mübarizə üzrə milisinin rəisi bildirdi ki, yoxa çıxmış üç şəxs həbs olunmayıb və ya RDİŞ-in müvəqqəti saxlama mərkəzinə yerləşdirilməyib. 49. Tarixi bəlli olmayan günlərdə Krasnodar, Perm və Volqoqrad vilayətlərinin və İnquşetiya Respublikasının penitensiar orqanlarının rəisləri sorğuya cavablarında bildirdilər ki, T., İslam Dombayev və Murad Lyanov saxlama müəssisələrində qeydə alınmayıblar. Çeçenistan Respublikasının müxtəlif səviyyəli cinayət təqibi orqanlarından alınmış cavablara əsasən, ərizəçilərin oğlanlarına və T.-yə qarşı cinayət icraatına başlanılmayıb. 50. 21 mart 2005-ci ildə Leninski rayon prokurorluğu cinayətə görə ittiham edilməli olan şəxslərin müəyyən edilməməsi səbəbindən istintaqı dayandırdı. 51. 23 mart 2005-ci ildə Çeçenistan Respublikasının prokurorluğu yuxarıdakı qərarı ləğv etdi və istintaqı bərpa etdi. 52. 28 may 2005-ci ildə təqsirləndirilən şəxsləri müəyyənləşdirmək mümkün olmadığına görə istintaq dayandırıldı. Ərizəçilərə müvafiq qaydada məlumat verildi. 53. 11 iyun 2005-ci ildə Leninski rayon prokurorluğunun prokuror müavini yuxarıdakı qərarı ləğv etdi və istintaqı bərpa etdi. 54. 13 iyun 2005-ci ildə istintaq orqanları S.-i dindirdilər, o, bildirdi ki, 2000-ci ilin mayından sentyabrınadək Çeçenistan Respublikasına ezam olunub və həmin üç nəfərin həbsə alındığını xatırlamır. S.-in kim olduğu aydın deyil. 55. 27 iyun 2005-ci ildə Pskov prokurorluğunun baş müstəntiqi Pskov OMON-unun qulluqçusunu şahid qismində dindirdi. Həmin qulluqçu bildirdi ki, Pskov OMON-u ilə Obron-8-in Sadovaya küçəsində birgə əməliyyatı barədə əmr birləşmiş qüvvələrin komandiri tərəfindən verilib. Obron-8-in dörd qulluqçusu əməliyyatda iştirak edib, amma o, onların adlarını xatırlamır. Əməliyyatın gedişində onlar üç nəfəri həbs ediblər. Növbətçi zabitin təlimatları əsasında onlar həmin şəxsləri Obron-8-in qərargahına aparıblar. Onları Obron-8-in kəşfiyyat bölməsinin kapitan rütbəsində olan rəhbəri qəbul edilib. Şahid OMON-un digər qulluqçuları ilə birlikdə gecəni Obron-8-in qərargahında keçirib. Tutulmuş şəxslər səhər Xankalaya aparılıblar. 56. 14 iyul 2005-ci ildə təqsirləndirilən şəxslərin müəyyən edilməməsi səbəbindən istintaq dayandırıldı. Ərizəçilərə müvafiq qaydada məlumat verildi. 57. 1 noyabr 2005-ci ildə Leninski rayon prokurorluğu istintaqı bərpa etdi. Ərizəçilərə müvafiq qaydada məlumat verildi. 58. Tarixi bəlli olmayan gündə Daxili İşlər Nazirliyinin İnformasiya Mərkəzi istintaq orqanlarına məlumat verdi ki, o, T., İslam Dombayev və Murad Lyanovun yeri barədə məlumata malik deyil. 59. 7 noyabr 2005-ci ildə müstəntiq T.-nin anasını dindirdi, o, bildirdi ki, oğlu oğurlandıqdan sonra Obron-8-in əsgərləri ilə söhbət edib, onlar ona deyiblər ki, üç nəfəri həbs ediblər və sonradan onlar Xankalaya göndərilib. Axtarış qrupunun komandiri K. onu da deyib ki, tutulmuş şəxslər Xankalada saxlanılıblar. 60. 8 noyabr 2005-ci ildə müstəntiq xanım A.-nı dindirdi, o, bildirdi ki, Dombayevlər ailəsini 1995-ci ildən bəri tanıyır. O, İslam Dombayevin itməsi barədə ertəsi gün xəbər tutub. Onu kimin oğurladığını bilmir. 61. 14 noyabr 2005-ci ildə müstəntiq xanım N.-i dindirdi, o, bildirdi ki, 2000-ci ilin yayında bayırda hay-küy eşidib və küçəyə çıxıb. Orada qonşulardan İslam Dombayevin və dostlarının oğurlandığı barədə eşidib. 62. 16 noyabr 2005-ci ildə müstəntiq cənab B.-ni dindirdi, o da xanım N.-in dediklərinə bənzər ifadə verdi. 63. 25 noyabr 2005-ci ildə müstəntiq xanım Z.-i dindirdi, o, bildirdi ki, 2000-ci ilin yayında ikinci ərizəçidən eşidib ki, onun oğlu iki digər oğlanla birlikdə oğurlanıb. 64. Tarixi bəlli olmayan gündə Qarabulaq prokurorluğunun müstəntiqi birinci ərizəçini dindirdi, o, bildirdi ki, 2000-ci ilin yayında oğlu Murad Lyanovla birlikdə yeni pasport almaq üçün Qroznıya qayıdıb. 28 iyun 2000-ci ildə axşam T. və İslam Dombayev onların evinə gəlib və sonra onun oğlu ilə birlikdə evi tərk edərək gəzməyə çıxıblar. Ertəsi gün o, oğlunun kamuflyajlı hərbi forma geymiş naməlum şəxslər tərəfindən oğurlandığını öyrənib. 65. 16 dekabr 2005-ci ildə Sverdlovsk prokurorluğunun müstəntiqi K.-nı dindirdi, o, bildirdi ki, 2000-ci il mayın 5-dən bəri o, itkin düşmüş şəxslərin axtarışına görə cavabdehdir. Pskov OMON-unun qulluqçuları həmin vaxt ona deyiblər ki, üç yeniyetməni həbs ediblər və Obron-8-in qulluqçularına təhvil veriblər. Onun Obron-8-in qərargahına təkrar-təkrar səfərlərindən sonra gitara ona təhvil verilib. O, gitaranı ikinci ərizəçiyə verib. 66. Tarixi bəlli olmayan gündə Alaniyanın Mozdok rayon prokurorluğunun müstəntiqi P.-ni dindirdi, o, bildirdi ki, 2000-ci ilin iyunundan avqustunadək Mozdokda Usanova küçəsində yerləşən Daxili İşlər Nazirliyinin orqan və bölmələrinin birləşmiş müvəqqəti qruplaşmasının tərkibinə ezam olunub. O, T., İslam Dombayev və Murad Lyanovun 2000-ci il iyunun 28-dən 29-na keçən gecə oğurlanması barədə məlumata malik deyil. 67. 1 dekabr 2005-ci ildə təqsirləndirilən şəxslərin müəyyən edilməməsi səbəbindən istintaq dayandırıldı. Ərizəçilərə müvafiq qaydada məlumat verildi. 68. 15 avqust 2007-ci ildə Qroznının Leninski rayonunun prokuror müavini yuxarıdakı qərarı ləğv etdi və istintaqı bərpa etdi. Ərizəçilərə və T.-nin anasına müvafiq qaydada məlumat verildi. 69. Hökumətin sözlərinə görə, T., İslam Dombayev və Murad Lyanovun oğurlanmasında Obron-8-in hərbi qulluqçularının mümkün iştirakı araşdırılıb. Bu məqsədlə işin materialları hərbi prokurorluğa göndərilib. Lakin nə zərərçəkənlər, nə də şahidlər T., İslam Dombayev və Murad Lyanovun “yaxalandığını” dəqiq olaraq kimdən öyrəndiklərini bildirməyiblər. Buna görə də hadisənin dəqiq hallarını müəyyənləşdirmək mümkünsüz görünür. Pskov OMON-unun qulluqçuları əvvəlki ifadələrini təsdiq edərək bildiriblər ki, 28-29 iyun 2000-ci ildə Obron-8-in hərbi qulluqçuları ilə birlikdə yaşları 15-lə 20 arasında olan üç yeniyetməni Qroznıda Sadovaya küçəsində yaxalayıblar və Obron-8-in qərargahına aparıblar. Lakin həmin üç nəfərin ərizəçilərin oğlanları və T. olub-olmadığı istintaq tərəfindən müəyyən edilməyib. T., İslam Dombayev və Murad Lyanovun oğurlanmasında hərbi qulluqçuların iştirakı təsdiq edilmədiyinə görə istintaq dayandırılıb. Ərizəçilərə və T.-nin anasına müvafiq qaydada məlumat verilib, lakin onlar istintaqın dayandırılmasından şikayət etməyiblər. 70. Birinci ərizəçinin sözlərinə görə, 13 avqust 2007-ci il tarixli istintaqdakı irəliləyişlər barədə sorğusundan sonra 15 avqust 2007-ci ildə Qroznının Leninski rayonunun prokuroru ona istintaq tədbirlərinin printerdə çap olunmuş qısa xülasəsini qeyri-rəsmi qaydada təqdim edib, həmin xülasənin müvafiq hissələrində deyilir: “2000-ci il iyunun 28-dən 29-na keçən gecə saat 12 radələrində Qroznıda Pervaya Sadovaya küçəsində [T.], İslam Dombayev və Murad Lyanovun ... kamuflyajlı hərbi formada olan naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı ... 12113 saylı cinayət işi 8 avqust 2000-ci ildə açılıb... Bu məsələ ilə bağlı dindirilmiş [Pskov OMON-unun] komandiri [P.İ.] bildirdi ki, 28 iyun 2000-ci ildə axşam saat 9 radələrində Obron-8-in hərbi qulluqçuları onların olduğu yerə gəliblər və onlara məlumat veriblər ki, adətən qanunsuz silahlı dəstələrin ... tez-tez partlayıcı qurğular quraşdırdığı Sadovaya küçəsində pusqu qurmaq lazımdır. ... Səkkiz hərbi qulluqçu göstərilən küçəyə yollanıblar. Orada onlar dörd nəfərdən ibarət iki qrupa bölünərək gizləniblər və küçənin hər iki tərəfində pusqu qurublar. ... Bir müddət sonra oradan üç yeniyetmədən ibarət dəstə keçib. Təxminən bir dəqiqədən sonra ikinci qrup onlara portativ radiorabitə vasitəsilə məlumat verib ki, onlar üç yeniyetməni saxlayıblar. [P.İ.] öz qrupu ilə onlara yaxınlaşarkən o, yanlarında artilleriya mərmisi ... və naqil dəsti olan üç yeniyetmənin yerdə uzandığını görüb. Onlar üç yeniyetməni həbs etdikdən sonra onları Obron-8-in qərargahına aparıblar və Obron-8-in kəşfiyyat bölməsinin Volodya adlı rəhbərinə təhvil veriblər. Sonuncu onlara deyib ki, həbs barədə Xankalaya məlumat verib. Yaxalanmış şəxslərin yanında şəxsiyyət sənədləri olmayıb. [P.İ.] onların dini təşkilata mənsubluğu barədə hər hansı məlumata malik olmayıb. Oxşar ifadələr [Pskov OMON-unun] qulluqçuları [V.], [A.] və [K-v.] tərəfindən də verilib. [Pskov OMON-unun] komandiri [Yu. G.-nin] raportuna əsasən, ... iyunun 29-da gecə [Pskov OMON-unun] qulluqçuları Obron-8 qrupu ilə birlikdə Sadovaya küçəsində xüsusi əməliyyatın gedişində yanlarında partlayıcı qurğunun komponentləri olan üç şəxsi saxlayıblar. Onlar həmin şəxsləri Obron-8-in qərargahına aparıblar və xüsusi bölməyə göndəriblər. 29 iyun 2000-ci ildə səhər Obron-8-in [qulluqçuları] [yaxalanmış şəxsləri] “Pamir”ə gətirdilər. ... [Yu. G.] Obron-8-in qərargah rəisinin raportundan öyrənib ki, yaxalanmış şəxslər Xankalaya göndəriliblər. Obron-8-in qərargah rəisi [Kal-v.] dindirilərkən onun hərbi qulluqçularının 29 iyun 2000-ci ildə gecə kimisə yaxaladıqlarını və Xankalaya göndərdiklərini inkar etdi. O, həmin gecə Sadovaya küçəsində pusqu qurulduğunu da [inkar etdi]. [İkinci ərizəçi bildirdi] ki, ... [Daxili İşlər Nazirliyinin müvəqqəti qulluqçusu] Leninski RDİŞ-in əməkdaşı [K.] ona deyib ki, onların oğlanları Obron-8-in hərbi qulluqçuları tərəfindən yaxalanıblar və Xankalaya aparılıblar. [K.] onlara həmçinin İ. Dombayevin gitarasını da təhvil verib, onun sözlərinə görə, həmin gitara Obron-8-in qərargahından tapılıb. [T.-nin anası və birinci ərizəçi] buna oxşar ifadələr verdilər. [K.] bildirdi ki, 30 iyun 2000-ci ildə o, ... 29 iyun 2000-ci ildə yoxa çıxmış Dombayevi və digər şəxsləri axtaran qrupun bir hissəsini formalaşdırıb. ... Onlar müəyyən ediblər ki, 29 iyun 2000-ci ildə İslam Dombayev, Murad Lyanov və [T.] [Pskov OMON-unun] qulluqçuları tərəfindən həbs ediliblər və Obron-8-in hərbi qulluqçularına təhvil veriliblər. İyulun əvvəlində [K.] əsgər [O.-dan] İ. Dombayevə məxsus olan gitaranı müsadirə edib və onun anasına təhvil verib. Sonuncu isə oğlunun gitarasını tanıyıb. OMON-un qulluqçuları [K.-ya] izah ediblər ki, yeniyetmələr yanlarında partlayıcı qurğu [olduğuna görə] Sadovaya küçəsində yaxalanıblar. Hərbi qulluqçular bu məsələ ilə bağlı hər hansı izahat verməkdən imtina ediblər. [Pskov OMON-unun] qulluqçuları [A.], [K-v], [V.] və [G-v] təsdiq etdilər ki, ... Obron-8-in hərbi qulluqçuları ilə birlikdə 2000-ci il iyunun 28-dən 29-na keçən gecə üç şəxsi yaxalayıblar və Obron-8-in qərargahına gətiriblər. Onlar [sözügedən şəxslərin] kimlikləri barədə təfsilatları bilməyiblər, belə ki, yaxalanmış şəxslərin yanında şəxsiyyət sənədləri olmayıb. Lakin onlar dindirmə apararkən şahid [K-v] yaxalanmış şəxslərin soyadlarının [T.], Lyanov və Dombayev olduğunu qeyd edib. Onlar hərbi qulluqçulardan öyrəniblər ki, yaxalanmış şəxslərin yanında partlayıcı qurğu olub. Onlar 29 iyun 2000-ci ildə gecə üç şəxsin tutulmasının halları ilə bağlı Qroznı prokurorluğuna izahat veriblər. ... Şahid [G.] (Volodya) ... bildirdi ki, ... 1998-ci ildən bəri 3723 saylı hərbi hissədə qulluq edib. ... 2000-ci ilin iyunundan avqustunadək o, [kəşfiyyat bölməsinin rəisi] qismində Qroznıya ezam edilib. Onların bölməsi – [Obron-8] Sadovaya küçəsinin yaxınlığında yerləşirdi. ... Vəzifəsinin xüsusiyyəti ilə əlaqədar olaraq, o, həmişə qərargahda qalır, hər hansı xüsusi əməliyyatları planlaşdırmırdı və əvvəllər Dombayev, Lyanov və [T.] soyadlarını eşitməmişdi. ... Əldə edilmiş sübutları, habelə Dombayev, [T.] və Lyanovun oğurlanmasında Obron-8-in hərbi qulluqçularının əli olduğunu düşünmək üçün kifayət qədər əsaslar olduğunu nəzərə alaraq, 5 noyabr 2000-ci ildə Çeçenistan Respublikasının prokurorluğu bu cinayət işini əlavə istintaq üçün 20102 saylı hərbi hissənin hərbi prokurorluğuna göndərdi. Hərbi prokurorluq tərəfindən aparılmış istintaq aşağıdakıları müəyyən etdi. Obron-8-in hərbi əməliyyatlarının qeydə alındığı qeydiyyat kitabında ... 27, 28, 29 və 30 iyun 2000-ci il üçün qeydlərin yoxlanılması barədə hesabata əsasən, hər hansı şəxsin tutulduğu barədə orada məlumat yoxdur. ... 3723 saylı hərbi hissənin hərbi əməliyyatlarının qeydə alındığı qeydiyyat kitabından çıxarışda 8.06 tarixli qeydə əsasən (il göstərilməyib, “8” rəqəminin əvvəlində rəqəm yoxdur ...), Sadovaya küçəsində [kəşfiyyat əməliyyatının] gedişində minaları aşkarlayan qrup mina tapıb. Mina məhv edilib. Saat 5-dən 7-dək pasportların yoxlanılması üzrə birgə əməliyyat aparılıb [əməliyyatın səhər, yoxsa axşam aparıldığı aydın deyil]. ... Qanunsuz silahlı dəstəyə mənsub olmaqda şübhəli bilinən üç şəxs yaxalanıb. [3723 saylı hərbi hissənin səkkiz hərbi qulluqçusu, o cümlədən [G.] bildirdilər ki, Dombayev, Lyanov və [T.-nin] həbsi barədə heç nə bilmirlər. Hərbi qulluqçulardan ikisi əlavə etdilər ki, həbsləri həyata keçirmək onların hərbi hissəsinin səlahiyyəti çərçivəsində deyil və onlar OMON-la hər hansı birgə əməliyyatlar keçirməyiblər]. 3723 saylı hərbi hissənin qərargah rəisi [B.] bildirdi ki, 2000-ci ilin mayından avqustunadək o, Qroznıda 3723 saylı hərbi hissənin hərbi əməliyyatlar üzrə ehtiyat qüvvələrinin [VOrez] rəisi vəzifəsində qulluq edib. [VOrez-in] vəzifələri sırasına pasport yoxlamaları və “təmizləmə” əməliyyatları zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarını müşayiət etmək daxil idi. Həbsləri həyata keçirmək onların səlahiyyətinə daxil deyildi. Hər bir xüsusi əməliyyat Xankaladakı baş qərargahdan daxil olan hərbi təlimata uyğun olaraq həyata keçirilirdi. Təlimatlar [VOrez-in arxivlərində] saxlanılırdı. Xüsusi əməliyyatların nəticələri hərbi əməliyyatların qeydiyyat kitabında əks olunurdu. ... Belə əməliyyatların hər birində ən azı on beş hərbi qulluqçu və Daxili İşlər Nazirliyinin eyni sayda əməkdaşları iştirak edirdilər. Onun hərbi qulluqçuları heç vaxt pusqu qurulmasında iştirak etməyiblər. ... [Pskov OMON-u] onların yaxınlığında yerləşirdi. Lakin [B.-nin] hərbi qulluqçuları [Pskov OMON-u] ilə qarşılıqlı fəaliyyətdə deyildilər. O, heç vaxt [Yu. G.] ilə görüşməmişdi. OMON-un qulluqçuları da heç vaxt gecəni onun hərbi hissəsinin qərargahında keçirməmişdilər. 2000-ci il iyunun sonunda Qroznı prokurorluğunun çeçen mənşəli müstəntiqi və üçün mənşəli bir qadın onun hərbi hissəsinə gəldilər. Omlar iddia etdilər ki, onun hərbi qulluqçuları 28 iyun 2000-ci ildə üç yeniyetməni tutublar, bunu [hərbi hissənin qərargahında] olan gitara sübut edir. O, hərbi hissənin bütün otaqlarına daxil olmağı onlara təklif etdi, amma onlar [otaqları yoxlamaqdan] imtina etdilər. Bununla belə, müstəntiq hərbi qulluqçudan gitaranı müsadirə etdi [B. həmin hərbi qulluqçunun soyadını xatırlamır], qadının sözlərinə görə gitara onun oğluna məxsus idi. Hərbi qulluqçunun bildirdiyinə görə, o, həmin gitaranı mühəndis-kəşfiyyat işləri zamanı küçədən tapmışdı. ... [B.-nin] hərbi qulluqçuları 28-29 iyun 2000-ci ildə yanında partlayıcı qurğu olan hər hansı şəxsi həbs etməmiş və qərargaha da heç kəsi gətirməmişdilər. ... [B.] 29 iyun 2000-ci ildə gecə Obron-8-in hərbi qulluqçuları ilə birlikdə həyata keçirilmiş üç şəxsin həbsi ilə bağlı [Pskov OMON-unun] komandiri [Yu. G.-nin] raportunu gördükdən sonra dedi ki, raportdakı məlumat düzgün deyil. Obron-8-in hərbi əməliyyatlarının qeydə alındığı qeydiyyat kitabında ... 27, 28, 29 və 30 iyun 2000-ci il üçün qeydlərin yoxlanılması barədə hesabata əsasən, hər hansı şəxsin tutulduğu barədə orada məlumat yoxdur. 3723 saylı hərbi hissəyə [VOrez-dən] daxil olmuş teleqramların qeydə alındığı qeydiyyat kitabının yoxlanılması barədə hesabatda 28-29 iyun 2000-ci ildə üç şəxsin hərbi qulluqçular tərəfindən tutulması barədə heç bir məlumat yox idi. ... İbtidai istintaqın nəticələri bəlli olduqdan sonra 6 mart 2001-ci ildə hərbi prokurorluq bu cinayət işinin ... 3723 saylı hərbi hissənin nəzdindəki [VOrez-in] hərbi qulluqçularının cinayətdə iştirakına dair hissəsinin icraatını dayandırdı və 7 mart 2001-ci ildə işi Çeçenistan Respublikasının prokurorluğuna göndərdi. Əlavə istintaqın gedişində Qroznı prokurorluğu Pskov vilayətinin prokurorluğuna tapşırdı ki, ərizəçilərin oğlanlarını yaxalamış [Pskov OMON-unun] qulluqçularına münasibətdə əlavə istintaq tədbirləri görsün ki, onların ifadələri ilə Obron-8-in hərbi qulluqçularının ifadələri arasındakı uyğunsuzluqlara aydınlıq gətirilsin. Şahidlər [P.İ.], [Yu. G.] və [D. İ.] əvvəlki ifadələrini, həmçinin belə bir faktı təsdiq etdilər ki, 28-29 iyun 2000-ci ildə Qroznıda Sadovaya küçəsində Obron-8-in hərbi qulluqçuları ilə birlikdə yaşları 15-lə 20 arasında olan [çeçen] mənşəli üç şəxsi həbs ediblər. [Yu. G.] həmçinin [yuxarıda qeyd edilən əməliyyatın] gedişində həyata keçirilmiş həbslə bağlı ifadəsinin məzmununu təsdiq etdi. [Nə Daxili İşlər Nazirliyi, nə də digər hüquq mühafizə orqanları] ərizəçinin oğlanlarının yeri barədə məlumata malik deyillər. Həmçinin [digər regionların cəzaçəkmə müəssisələrinə və hüquq mühafizə orqanlarına] da sorğular göndərildi, lakin məlum oldu ki, yoxa çıxmış şəxslərin yerini müəyyənləşdirmək mümkün deyil. İstintaq orqanları ərizəçilərin Şimali Qafqaz ərazisindəki cəzaçəkmə müəssisələrinə səfər edib-etmədikləri barədə heç bir məlumata malik deyillər. Cinayətdə ittiham edilən şəxsləri müəyyənləşdirmək mümkün olmadığına görə cinayət işi üzrə ibtidai istintaq dəfələrlə dayandırılıb, sonuncu dəfə bu, 26 mart 2002-ci ildə baş verib. ... 14 fevral 2005-ci ildə istintaqı dayandırmaq barədə qırar ... ləğv edildi və istintaq bərpa olundu. ... Hazırda istintaq davam edir”.   D. Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı məhkəmə prosesi   71. 19 iyun 2003-cü ildə ikinci ərizəçi Qroznı prokurorluğunun və 20102 saylı hərbi hissənin prokurorluğunun hərəkətsizliyi ilə bağlı Qroznının Leninski rayon məhkəməsinə şikayət ərizəsi verdi. 72. 22 iyul 2003-cü ildə Leninski rayon məhkəməsi şikayəti rədd etdi. Bu qərardan apellyasiya şikayəti verilmədi və 4 avqust 2003-cü ildə qərar qüvvəyə mindi. İkinci ərizəçinin sözlərinə görə, qərarın surəti ona verilməyib, buna görə də apellyasiya şikayəti təqdim edə bilməyib.   E. İnformasiya üçün sorğu   73. Bir neçə dəfə Məhkəmə tərəfindən göndərilmiş konkret sorğulara baxmayaraq, Hökumət 12113 saylı cinayət işinin materialları arasından hər hansı sənədin surətini təqdim etmədi. Hökumət baş prokurorluqdan alınmış informasiyaya istinadən bildirdi ki, hazırda istintaq davam edir və hər hansı sənədlərin açıqlanması Rusiya Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsini pozmuş olacaqdır, çünki işin materiallarındakı informasiya hərbi xarakterlidir və şahidlərin və ya cinayət prosesinin digər iştirakçılarının şəxsiyyətinə aid məlumatlardır. Eyni zamanda, Hökumət təklif etdi ki, Məhkəmənin nümayəndə heyəti, “[hərbi informasiyanı və şahidlərin şəxsiyyətinə aid məlumatları açıqlayan] sənədlər istisna olmaqla və işin materiallarının surətlərini çıxarmaq və onları başqa şəxslərə ötürmək hüququna malik olmadan”, ibtidai istintaqın aparıldığı yerdə işin materialları ilə tanış ola bilər.   II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK   74. Müvafiq daxili qanunvericiliyin qısa xülasəsi üçün bax: Əhmədova və Sadulayeva Rusiyaya qarşı, ərizə N 40464/02, b. 67-69, 10 may 2007.   HÜQUQİ MƏSƏLƏLƏR   I. HÖKUMƏTİN İLKİN ETİRAZI   A. Tərəflərin arqumentləri   75. Hökumət iddia etdi ki, bu şikayət daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə qəbul olunmayan elan edilməlidir, çünki Murad Lyanovun və İslam Dombayevin yoxa çıxması ilə bağlı istintaq hələ başa çatmayıb. 76. Ərizəçilər bu etirazı rədd etdilər. Onlar bildirdilər ki, cinayət istintaqının səmərəsiz olduğu və bununla bağlı onların şikayətlərinin, o cümlədən məhkəməyə müraciətlərinin faydasız olduğu sübuta yetirilib. Onlar həmçinin Çeçenistanda dövlətin hərbi qulluqçuları tərəfindən törədilən cinayətlərin istintaqının aparılmamasından ibarət inzibati praktikanın mövcud olduğunu iddia etdilər və bu cür cinayətlərlə bağlı Məhkəmə tərəfindən baxılmış digər işlərə, habelə müxtəlif QHT-lərin və beynəlxalq qurumların hesabatlarına istinad etdilər. Bu, onların fikrincə, potensial səmərəli hüquqi müdafiə vasitələrini onlar üçün qeyri-adekvat və xəyali vasitələrə çevirib.   B. Məhkəmənin qiymətləndirməsi   77. Hazırkı işdə Məhkəmə ərizənin qəbul edilənliyi məsələsinə baxılması mərhələsində daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı heç bir qərar çıxarmayaraq hesab edib ki, bu məsələ işin mahiyyəti ilə sıx bağlıdır. İndi o, tərəflərin arqumentlərini Konvensiyanın müddəalarının və özünün müvafiq praktikasının işığında araşdıracaq (bu barədə qısa xülasə üçün bax: Estamirov və başqaları Rusiyaya qarşı, ərizə N 60272/00, b. 73-74, 12 oktyabr 2006). 78. Məhkəmə qeyd edir ki, Murad Lyanovun və İslam Dombayevin yoxa çıxmasından dərhal sonra ərizəçilər hüquq-mühafizə orqanlarına şikayət ediblər və istintaq 8 avqust 2000-ci ildən bəri davam edir. Bu istintaqın səmərəliliyi məsələsində ərizəçilərlə Hökumət arasında mübahisə var. 79. Məhkəmə hesab edir ki, Hökumətin ilkin etirazı cinayət istintaqının səmərəliliyi ilə bağlı məsələləri doğurur ki, onlar ərizəçilərin şikayətlərinin mahiyyəti ilə sıx bağlıdır. Buna görə də o, belə hesab edir ki, bu məsələlərə aşağıda Konvensiyanın maddi-hüquqi müddəaları ilə bağlı araşdırma zamanı baxılmalıdır.   II. KONVENSİYANIN 2-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   80. Ərizəçilər Konvensiyanın 2-ci maddəsinə əsasən şikayət etdilər ki, onların oğlanları Rusiya hərbi qulluqçuları tərəfindən həbs edildikdən sonra yoxa çıxıblar və dövlət hakimiyyəti orqanları bu məsələ ilə bağlı səmərəli istintaq aparmayıblar. 2-ci maddədə deyilir: “1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz. 2. Həyatdan məhrum etmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir: a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün; b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün; c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün”.   A. Murad Lyanovun və İslam Dombayevin yaşamaq hüququnun iddia edilən pozuntusu   1. Tərəflərin arqumentləri   81. Ərizəçilər bildirdilər ki, onların oğlanları səkkiz ilə yaxın vaxt ərzində itkin düşdüyünə görə onların öldüyünü güman etmək olar. Bundan başqa, dövlət hakimiyyəti orqanlarının cavabları onların oğlanlarının silahlı qüvvələrin hərbi qulluqçuları tərəfindən həbs edildiyini qəti şəkildə sübut edir. 82. Hökumət bildirdi ki, ərizəçilərin oğlanlarının yoxa çıxmasının halları hazırda araşdırılır. Onların öldüyü və ya onların oğurlanmasında dövlət nümayəndələrinin əli olduğu müəyyən edilməyib. 2000-ci il iyunun 28-dən 29-na keçən gecə Sadovaya küçəsində həqiqətən üç yeniyetmə yaxalansa da, onların ərizəçilərin oğlanları və T. olduğuna dair heç bir sübut yoxdur.   2. Məhkəmənin qiymətləndirməsi   a) Ümumi prinsiplər   83. Məhkəmə bir daha bildirir ki, 2-ci maddə ilə təmin olunan müdafiənin vacibliyinin işığında o, həyatdan məhrum edilmə hallarını çox diqqətlə araşdırmalı, bu zaman təkcə dövlət nümayəndələrinin hərəkətlərini deyil, həm də hadisələrin ətrafındakı bütün halları nəzərə almalıdır. Həbs edilmiş şəxslər əlverişsiz vəziyyətdə olurlar və hakimiyyət orqanlarının həbsə alınmış fərdə qarşı rəftarla bağlı öhdəliyi fərd həbsə alındıqdan sonra öldükdə və ya yoxa çıxdıqda xüsusilə ciddi şəkil alır (digər qərarlar arasında bax: Orhan Türkiyəyə qarşı, ərizə N 25656/94, b. 326, 18 iyun 2002; həmçinin həmin qərarda istinad edilən digər qərarlara da bax). Sözügedən hadisələr barədə dövlət orqanları bütünlüklə və ya əsasən məlumatlı olduqda, məsələn, dövlət orqanlarının nəzarəti altında həbsdə olan şəxslərin xəsarət alması və ya ölməsi halları baş verdikdə, belə faktlarla bağlı ciddi ehtimallar meydana çıxır. Belə hallarda hesab etmək olar ki, qaneedici və inandırıcı izahatı təmin etmək üzrə sübutetmə yükü dövlət orqanlarının üzərinə düşür (bax: Salman Türkiyəyə qarşı, [Böyük Palatanın qərarı], ərizə N 21986/93, b. 100, AİHM 2000-VII; və Çakıcı Türkiyəyə qarşı, [Böyük Palatanın qərarı], ərizə N 23657/94, b. 85, AİHM 1999-IV).   b) Faktların müəyyən edilməsi   84. Ərizəçilər bildirdilər ki, 28 iyun 2000-ci ildə axşam İslam Dombayev və T. birinci ərizəçinin evinə dostları Murad Lyanovu görməyə gəliblər. Axşam saat 11 radələrində onların hər üçü T.-nin Sadovaya küçəsi 53 ünvanında yerləşən evinə gediblər. Sonradan onları bir daha görən olmayıb. Ərizəçilər oğlanlarının hərbi qulluqçular tərəfindən həbs edildiyini iddia etdilər və onların sözlərinə görə, bu iddia şahid ifadələri ilə və hakimiyyət orqanlarının cavabları ilə təsdiq edilib. 85. Hökumət bildirdi ki, üç yeniyetmə 2000-ci il iyunun 28-dən 29-na keçən gecə Sadovaya küçəsində yaxalansa da, onların ərizəçilərin oğlanları və T. olduğuna dair heç bir sübut yoxdur. 86. Məhkəmə qeyd edir ki, Murad Lyanov və İslam Dombayevin oğurlanması ilə bağlı istintaq materiallarının surətləri ilə əlaqədar onun təkrar-təkrar etdiyi sorğulara baxmayaraq, Hökumət onları təqdim etmədi. Hökumət iddialarını təsdiq edən hər hansı sənəd də təqdim etmədi və bununla bağlı Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsinə istinad etdi. Məhkəmə qeyd edir ki, əvvəlki işlərdə o, Məhkəmənin istədiyi mühüm informasiyanı təqdim etməkdən imtinaya haqq qazandırmaq üçün verilən bu izahatı artıq yetərsiz hesab edib (bax: İmakayeva Rusiyaya qarşı, ərizə N 7615/02, b. 123, AİHM 2006-...). Yuxarıdakılar qeyd edilənlərlə əlaqədar olaraq və yuxarıdakı prinsipləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, o, Məhkəmə bu məsələ ilə bağlı Hökumətin davranışından nəticələr çıxara bilər. 87. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçilərin oğlanlarının tutulduğunu görən hal şahidləri yoxdur. Ərizəçilərin oğlanlarının hərbi qulluqçular tərəfindən yaxalandığına dair müxtəlif dövlət nümayəndələrinin şifahi ifadələri ilə bağlı ərizəçilərin arqumentləri hər hansı sübutla təsdiq olunmur. Eyni zamanda, ərizəçilər şikayətlərinə bir sıra rəsmi hesabatları və hüquq-mühafizə orqanlarından aldıqları cavabları əlavə ediblər və onlar bu faktı təsdiq edir ki, 2000-ci il iyunun 28-dən 29-na keçən gecə Sadovaya küçəsində üç şəxs yaxalanıb. Bundan başqa, birinci ərizəçi istintaq hərəkətlərinin ümumi icmalını təqdim edib, onun sözlərinə görə, həmin icmal Qroznının Leninski rayonunun prokuroru tərəfindən qeyri-rəsmi qaydada ona təqdim edilib. Məhkəmə qeyd edir ki, bu sənəd nə möhürlü blankda çap olunub, nə də hər hansı rəsmi şəxs tərəfindən imzalanıb. Lakin orada yer alan məlumatlar yalnız istintaq orqanlarına bəlli ola bilərdi, onlar həm ərizəçilərin Məhkəməyə təqdim etdikləri hakimiyyət orqanlarının cavablarına, həm də Hökumətin arqumentlərinə uyğun gəlir. Buna görə də Məhkəmə bu sənədin həqiqiliyinə şübhə etmək üçün heç bir əsas görmür və sonrakı təhlildə ona istinad edəcək. 88. Məhkəmə qeyd edir ki, Pskov OMON-unun komandiri Yu. G.-nin 29 iyun 2000-ci il tarixli raportuna əsasən, 28 iyun 2000-ci ildə axşam saat 11.30 radələrində onun tabeliyindəki qulluqçular Obron-8-in hərbi qulluqçuları ilə birlikdə Sadovaya küçəsində pusqu qurduqdan sonra yanlarında partlayıcı qurğu olan üç şəxsi yaxalayıblar və Obron-8-in qərargahına gətiriblər. Qroznı prokurorluğundan olan müstəntiqin 18 avqust 2000-ci il tarixli cavabına əsasən, istintaq müəyyən edib ki, üç yeniyetmə Pskov OMON-unun və Obron-8-in qulluqçuları tərəfindən Sadovaya küçəsindəki pusquda həbs edilib və onlar tərəfindən elə həmin gecə Obron-8-in qərargahına gətirilib. 1 və 7 iyun 2002-ci ildə Çeçenistan Respublikasının prokurorluğu tərəfindən ikinci ərizəçiyə istintaqın ilkin nəticələri barədə məlumat verilib, həmin məlumata əsasən, İslam Dombayev, Murad Lyanov və T. Obron-8-in hərbi qulluqçuları tərəfindən oğurlanıblar, həmçinin ikinci ərizəçiyə deyilib ki, iş hərbi prokurorlara göndərilib. 6 mart 2001-ci ildə sonuncular adam oğurluğunda hərbi qulluqçuların əli olmadığını əsas gətirərək icraata xitam veriblər və işi geriyə – Qroznı prokurorluğuna göndəriblər. Daha sonra bildirilib ki, istintaq müvafiq olaraq OMON bölməsinin və Obron-8-in komandirləri Yu. G. və G.-nin arqumentlərindəki mühüm uyğunsuzluqlara aydınlıq gətirə bilməyib. 89. Hökumət tərəfindən təqdim edilmiş istintaq hərəkətlərinə dair məlumata əsasən, 27 iyun 2005-ci ildə Pskov OMON-unun naməlum qulluqçusu təsdiq edib ki, Sadovaya küçəsində Obron-8 ilə birgə əməliyyat zamanı onlar üç nəfəri yaxalayıblar və Obron-8-in qərargahına aparıblar. Bundan başqa, həm müstəntiq M., həm də həmin vaxt itkin düşmüş şəxslərin axtarışına görə cavabdeh olan K. 2005-ci ildə dindirilərkən təsdiq ediblər ki, Pskov OMON-unun qulluqçuları onlara Obron-8-in hərbi qulluqçuları ilə birlikdə şəxsiyyət sənədləri olmayan üç şəxsi yaxaladıqlarını və Obron-8-in qərargahına apardıqlarını deyiblər. 90. Birinci ərizəçi tərəfindən təqdim edilmiş istintaqın ümumi icmalından görünür ki, Pskov OMON-unun altı qulluqçusu o cümlədən komandirlər P. İ. və Yu. G. təsdiq ediblər ki, 28 iyun 2000-ci ildə axşam Obron-8-in hərbi qulluqçuları ilə birgə əməliyyat keçiriblər və əməliyyatın gedişində şəxsiyyət sənədləri olmayan üç yeniyetməni həbs ediblər və Obron-8-in qərargahına aparıblar. Əməliyyatdan sonra Yu. G. əməliyyat barədə rəsmi raport təqdim edib. Eyni zamanda, 3723 saylı hərbi hissənin (Obron-8 onun bölmələrindən biri idi) doqquz hərbi qulluqçusu Pskov OMON-u ilə birgə əməliyyat keçirdiklərini inkar ediblər və bildiriblər ki, həbsləri həyata keçirmək onların səlahiyyətinə daxil deyil. Nə 3723 saylı hərbi hissənin hərbi əməliyyatlarının qeydə alındığı qeydiyyat kitabında, nə də həmin hərbi hissəyə daxil olan teleqramlarda birgə əməliyyat barədə məlumat yoxdur. 91. Məhkəmə öncə müəyyən etməlidir ki, dövlət nümayəndələri tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat həqiqətən 2000-ci il iyunun 28-dən 29-na keçən gecə Sadovaya küçəsində aparılıbmı? O, qeyd edir ki, 29 iyun 2000-ci ildə Pskov OMON-unun komandiri Yu. G. Leninski RDİŞ-in rəisinə rəsmi raport təqdim edib, orada ötən gecə Obron-8-in qulluqçuları ilə birlikdə keçirilmiş xüsusi əməliyyatın və partlayıcı qurğu ilə yaxalanıb Obron-8-in qərargahına aparılmış üç şəxsin ətraflı təsviri verilib. Sonra əməliyyatın təsviri OMON-un beş qulluqçusu tərəfindən qəti şəkildə təsdiq edilib. 3723 saylı hərbi hissənin hərbi qulluqçularının həmin günlərdə hər hansı xüsusi əməliyyatda iştirak etdiklərini inkar etmələrinə baxmayaraq, Məhkəmə bunu inanılmaz hesab edir ki, OMON-un qulluqçuları heç vaxt keçirilməyən əməliyyatla bağlı rəsmi raport verə, sonra isə ardıcıl və ətraflı məlumatları özündə ehtiva edən araşdırma apara bilərdilər. Bundan başqa, əməliyyatın keçirilməsi və üç şəxsin yaxalanması ilə nəticələnməsi Hökumət tərəfindən Məhkəməyə təqdim edilmiş arqumentlərdə də etiraf edilib. Buna görə də Məhkəmə inanır ki, 2000-ci il iyunun 28-dən 29-na keçən gecə dövlət nümayəndələri Sadovaya küçəsində əməliyyat keçiriblər və üç şəxsi yaxalayıblar. 92. Məhkəmənin müəyyən etməli olduğu ikinci element ondan ibarətdir ki, 2000-ci il iyunun 28-dən 29-na keçən gecə yaxalanmış üç şəxs ərizəçilərin oğlanları və T. idimi? OMON-un qulluqçularının bildirdiklərinə görə, onlar yaşları 15-lə 20 arasında olan, şəxsiyyət sənədləri olmayan çeçen mənşəli üç yeniyetməni həbs ediblər. Hökumətin Məhkəmə qarşısındakı arqumentlərində də oxşar informasiya yer alıb. Lakin Hökumət iddia edib ki, yaxalanmış şəxslərin İslam Dombayev, Murad Lyanov və T. olduğuna dair heç bir sübut yoxdur. Məhkəmə qeyd edir ki, Hökumət 2000-ci il iyunun 28-dən 29-na keçən gecə yaxalanmış üç şəxsin kimliyi ilə bağlı heç bir məlumat təqdim etməyib. Bundan başqa, onların kimliyinin müəyyən edilməsi üçün tədbirlər görüldüyünü sübut edən hər hansı sənəd də təqdim etməyib. Tutulmuş şəxslərin təsvirlərinin ərizəçilərin oğlanlarına və T.-yə uyğun gəldiyini və onların dəqiq olaraq T.-nin yaşadığı küçədə yaxalandığını nəzərə alaraq, habelə sözügedən hadisələrlə bağlı Hökumətin ixtiyarında olan sənədləri təqdim etməməsindən və ya hər hansı inandırıcı izahat verməməsindən müvafiq nəticələr çıxararaq, Məhkəmə hesab edir ki, 2000-ci il iyunun 28-dən 29-na keçən gecə İslam Dombayev, Murad Lyanov və T. dövlət nümayəndələri tərəfindən 2000-ci il iyunun 28-dən 29-na keçən gecə Sadovaya küçəsində keçirilmiş xüsusi əməliyyat zamanı həbs ediliblər. 93. Məhkəmə daha sonra qeyd edir ki, 2000-ci il iyunun 29-dan bəri ərizəçilərin oğlanları barədə hər hansı inanıla bilən xəbər olmayıb. Onların adları saxlama müəssisələrinin rəsmi qeydiyyat kitablarında da aşkar edilməyib. Nəhayət, Hökumət tutulduqdan sonra onların başına nə gəldiyi barədə hər hansı izahat verməyib. 94. Çeçenistanda insanların yoxa çıxması ilə bağlı Məhkəməyə təqdim edilmiş əvvəlki işləri nəzərə alaraq (misal üçün bax: İmakayevanın işi üzrə yuxarıda adı çəkilən qərar; və Luluyev və başqaları Rusiyaya qarşı, ərizə N 69480/01, AİHM 2006-...), Məhkəmə hesab edir ki, şəxs Çeçenistan Respublikasındakı münaqişə kontekstində naməlum hərbi qulluqçular tərəfindən həbs edilirsə və həbs faktı sonradan etiraf edilmirsə, bunu həyat üçün təhlükəli hal hesab etmək olar. İslam Dombayevin və Murad Lyanovun yoxa çıxması, yaxud səkkiz il ərzində onlar barədə heç bir xəbər olmaması bu ehtimalı möhkəmləndirir. Bundan başqa, Hökumət onların yoxa çıxması ilə bağlı hər hansı izahat verməyib, onların oğurlanması ilə bağlı səkkiz il davam edən rəsmi istintaq isə hər hansı real nəticə verməyib. 95. Buna görə də Məhkəmə hesab edir ki, əlində olan sübutlar onun zəruri sübutetmə standartı əsasında bu qənaətə gəlməsinə imkan verir ki, İslam Dombayev və Murad Lyanov 2000-ci il iyunun 28-dən 29-na keçən gecə dövlətin hərbi qulluqçuları tərəfindən yaxalanıblar və etiraf edilməyən həbslərindən sonra onların ölmüş olduqlarını zənn etmək lazımdır.   c) Dövlətin 2-ci maddədə nəzərdə tutulmuş maddi-hüquqi öhdəliyinə riayət edib-etməməsi   96. Yaşamaq hüququna təminat verən və həyatdan məhrum edilməyə haqq qazandırıla bilən halları təsbit edən 2-ci maddə Konvensiyanın ən əsas maddələrindən biri kimi qiymətləndirilir, bu maddədəki öhdəlikdən geri çəkilməyə icazə verilmir. 2-ci maddənin təmin etdiyi müdafiənin mühümlüyünün işığında Məhkəmə həyatdan məhrum edilmə hallarını çox diqqətlə araşdırmalı, təkcə dövlət nümayəndələrinin hərəkətlərini deyil, həm də işin bütün hallarını nəzərə almalıdır (digər qərarlar arasında bax: Makkann və başqaları Birləşmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il tarixli qərar, A seriyaları, c. 324, s. 45-46, b. 146-147; və Avşar Türkiyəyə qarşı, ərizə N 25657/94, b. 391, AİHM 2001‑VII, çıxarışlar). 97. Məhkəmə artıq müəyyən edib ki, ərizəçilərin oğlanlarının etiraf edilməyən həbslərindən sonra ölmüş olduqlarını zənn etmək lazımdır. Dövlət nümayəndələrinin ölümlə nəticələnən güc tətbiq etmələrinə haqq qazandırmaq üçün hakimiyyət orqanlarının heç bir əsas göstərmədiyini nəzərə alsaq, belə nəticə çıxır ki, ərizəçilərin oğlanlarının güman edilən ölümünə görə məsuliyyət cavabdeh dövlətin üzərinə düşür. 98. Buna görə də Məhkəmə hesab edir ki, Murad Lyanova və İslam Dombayevə münasibətdə 2-ci maddənin pozuntusu baş verib.   B. Oğurlanma ilə bağlı istintaqın qeyri-adekvat olması barədə iddia   1. Tərəflərin arqumentləri   99. Ərizəçilər bildirdilər ki, hazırkı işdə istintaq nə lazımi cəldliklə, nə də səmərəli şəkildə aparılmayıb. İstintaq orqanları ərazidə yerləşdirilmiş hərbi hissələrdən olan hərbi qulluqçuları dindirməyiblər və həmin hərbi hissələrin qeydlərini də yoxlamayıblar. İstintaq bir neçə dəfə dayandırılıb və bərpa edilib və heç bir real nəticə verməyib. Bundan başqa, istintaq orqanları ərizəçilərə istintaqın gedişatı barədə sistematik olaraq məlumat verməyiblər və hətta Məhkəmənin açıq-aydın sorğusuna baxmayaraq, cinayət işinin materiallarını Məhkəməyə təqdim etməyiblər. 100. Hökumət iddia etdi ki, ərizəçilərin oğlanlarının yoxa çıxması ilə bağlı istintaq Konvensiyanın səmərəlilik barədə tələbinə cavab verib. O, qeyd etdi ki, Məhkəmənin presedent hüququna əsasən, 2-ci maddənin prosessual aspektinin nəzərdə tutduğu öhdəlik nəticə ilə deyil, vasitələrlə bağlıdır. Hökumətin bildirdiyinə görə, pozuntu törədənləri müəyyən etmək üçün bütün lazımi tədbirlər görülüb: çoxsaylı şahidlər dindirilib, müxtəlif istintaq hərəkətləri həyata keçirilib və hadisələrin müxtəlif versiyaları tutuşdurularaq yoxlanılıb. Hökumət iddia etdi ki, ərizəçilərə zərərçəkən statusu verilib, onlar istintaqın dayandırılması və bərpa olunması barədə məlumatlandırılıblar və şikayətlərinə ətraflı cavablar alıblar ki, bu da onları istintaqın gedişatı barədə məlumatla təmin edib.   2. Məhkəmənin qiymətləndirməsi   a) Ümumi prinsiplər   101. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan yaşamaq hüququnu qorumaq öhdəliyi, Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan öhdəliklə, yəni dövlətlərin “onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birlikdə götürülməklə, güc tətbiqi nəticəsində fərdlər öldüyü təqdirdə müəyyən formada araşdırma aparılmasını da dolayısı ilə tələb edir (müvafiq dəyişikliklərlə bax: Makkann və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, s. 49, b. 161; və Kaya Türkiyəyə qarşı, 19 fevral 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu 1998-I, s. 324, b. 86). Bu cür araşdırmanın əsas məqsədi yaşamaq hüququnu qoruyan ölkədaxili qanunların səmərəli tətbiqini təmin etməkdən və dövlət nümayəndələrinin və ya orqanlarının iştirakı olan hallarda onların cavabdehliyi altında olan şəxslərin ölüm hallarına görə məsuliyyəti təmin etməkdən ibarətdir. Araşdırma müstəqil və qurbanın ailəsi üçün əlçatan olmalı, gecikdirilmədən və ağlabatan cəldliklə həyata keçirilməli, bu cür hallarda tətbiq edilmiş gücə mövcud şəraitlə haqq qazandırmağın mümkün olub-olmadığını və ya güc tətbiqinin qanunsuz olduğunu müəyyən etməyə qadir olmaq baxımından səmərəli olmalı və araşdırma və ya onun nəticələri üzərində yetərli ictimai nəzarət elementləri olmalıdır (bax: Hyu Cordan Birləşmiş Krallığa qarşı, ərizə N 24746/94, b. 105-109, 4 may 2001; və Duqlas-Uilyams Birləşmiş Krallığa qarşı (qərardad), ərizə N 56413/00, 8 yanvar 2002).   b) Dövlətin 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyinə riayət edib-etməməsi   102. Məhkəmə ilk öncə qeyd edir ki, istintaq materiallarındakı sənədlər Hökumət tərəfindən açıqlanmayıb. Buna görə də Məhkəmə istintaqın səmərəliliyini ərizəçilər tərəfindən təqdim edilmiş bir neçə sənədin əsasında və istintaqın gedişatı barədə Hökumətin təqdim etdiyi informasiya əsasında qiymətləndirmək məcburiyyətindədir. 103. İşin faktlarına qayıtdıqda, Məhkəmə qeyd edir ki, 30 iyun 2000-ci ildə ərizəçilər oğlanlarının oğurlanması ilə bağlı Leninski RDİŞ-ə ərizə təqdim ediblər. Elə həmin gün RDİŞ-dən olan müstəntiq ərizəçiləri və T.-nin anasını dindirib, cinayət yerini müayinə edib və 1 iyul 2000-ci ildə ikinci ərizəçiyə oğlunun Obron-8-in qərargahında tapılmış gitarasını təhvil verməsi faktından belə qənaətə gəlmək olar ki, həm də Obron-8-in qərargahına səfər edib. Beləliklə, cinayət işinin istintaqı formal olaraq yalnız 8 iyul 2000-ci ildə açılsa da, Məhkəmə razılaşır ki, hakimiyyət orqanlarının reaksiyaları kifayət qədər cəld baş verib. 104. Məhkəmə daha sonra qeyd edir ki, istintaqın ilk ayları ərzində cinayət təqibi orqanları Pskov OMON-u ilə Obron-8-in 2000-ci il iyunun 28-dən 29-na keçən gecə həyata keçirdikləri birgə əməliyyatla bağlı Yu. G.-nin raportunu əldə ediblər. Onlar həmçinin bir neçə OMON qulluqçusunu dindiriblər, onlar əməliyyat ilə və üç şəxsi həbs etmələrinin halları ilə bağlı uzlaşan və təfsilatlı məlumat veriblər. İş 5 noyabr 2000-ci ildə hərbi prokurorluq orqanlarına göndərildikdən sonra 3723 saylı hərbi hissənin (Obron-8 həmin hərbi hissənin bölməsi idi) bir neçə hərbi qulluqçusu dindirilib. Həmin qulluqçular Pskov OMON-u ilə birlikdə hər hansı əməliyyatda iştirak etdiklərini inkar ediblər. 3723 saylı hərbi hissənin fəaliyyətlərinə dair qeydiyyat kitablarında da əməliyyatla bağlı heç bir informasiya aşkar edilməyib. 6 mart 2001-ci ildə hərbi prokurorluq orqanları oğurlanmada heç bir hərbi qulluqçunun əli olmadığını əsas gətirərək istintaqa xitam veriblər və işin materiallarını geriyə – Qroznı prokurorluğuna göndəriblər. 105. Məhkəmə qeyd edir ki, 2001-ci ilin martınadək istintaq orqanları çoxlu şahidləri dindiriblər və 28-29 iyun 2000-ci il hadisələri ilə bağlı çoxlu sayda məlumat toplayıblar. Nəticədə onlar hadisələrə dair Pskov OMON-unun qulluqçuları ilə Obron-8-in hərbi qulluqçularından eşitdikləri iki ziddiyyətli versiya ilə üzləşiblər. Lakin belə görünür ki, istintaq orqanları bu uyğunsuzluqları aydınlaşdırmaq üçün ağlabatan səylər göstərməyiblər. Konkret olaraq əməliyyatda iştirak etdiyi iddia edilən Obron-8-in hərbi qulluqçularının kimliyini müəyyən etmək üçün hər hansı səylərin göstərildiyi görünmür. Bundan başqa, OMON qulluqçularının Obron-8-in hərbi qulluqçuları ilə nə vaxtsa üzləşdirildiyinə dair heç bir məlumat yoxdur. 106. Məhkəmə hesab edir ki, hazırkı işin hallarını, yəni OMON-un 2000-ci il iyunun 28-dən 29-na keçən gecə üç şəxsin həbsi ilə bağlı uzlaşan və ətraflı məlumat verdiyini nəzərə alsaq, onların ifadələri ilə Obron-8-in hərbi qulluqçularının ifadələri arasında uyğunsuzluqların aydınlaşdırılmamasını yalnız cinayət təqibi orqanlarının araşdırma aparmağa meylli olmaması ilə əlaqələndirmək olar. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia edilən hüquq pozucularının müəyyən edilməməsi ucbatından istintaq 6 mart 2001-ci ildən sonra dəfələrlə dayandırılıb və bərpa edilib. İstintaqın bu cür aparılması hüquq pozuntusunun törədilməsinə görə cavabdeh olanların məsuliyyətə cəlb olunmasına və ya ərizəçilərin oğlanlarının aqibətinin müəyyən edilməsinə şərait yarada bilməzdi. 107. İstintaqın əlçatan olması məsələsinə gəldikdə, Məhkəmə qeyd edir ki, ikinci ərizəçiyə 22 avqust 2000-ci ildə zərərçəkən statusu verildiyi halda birinci ərizəçiyə zərərçəkən statusu bir neçə ay gecikdirilməklə 28 mart 2001-ci ildə verilib. Bundan başqa, ərizəçilər istintaqın gedişatı barədə lazımi qayada məlumatlandırılmayıblar. Onlar istintaqın bir neçə dəfə dayandırıldığı və bərpa edildiyi barədə məlumatlandırılsalar da, işin materiallarındakı sənədlərlə tanış olmalarına imkan yaradılmayıb və birinci ərizəçiyə verilmiş istintaqın qeyri-rəsmi icmalından savayı, onlara mühüm istintaq hərəkətləri ilə bağlı çox cüzi informasiya verilib. Beləliklə, istintaq orqanları istintaq üzərində tələb olunan səviyyədə nəzarəti və ya prosesdə yaxın qohumların maraqlarını təmin etməyiblər. 108. İşin mahiyyəti üzrə arqumentlərə əlavə olunmuş Hökumətin ilkin etirazına gəldikdə, Məhkəmə qeyd edir ki, istintaq orqanlarının zəruri istintaq tədbirlərini görməməsi istintaqın səmərəliliyinə xələl gətirib. Buna görə də Məhkəmə Hökumətin istinad etdiyi hüquqi müdafiə vasitəsinin mövcud şəraitdə səmərəsiz olduğunu hesab edir və onun ilkin etirazını rədd edir. 109. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə qərara alır ki, hakimiyyət orqanları Murad Lyanovun və İslam Dombayevin yoxa çıxmasının halları ilə bağlı səmərəli cinayət istintaqı aparmayıblar, bununla da 2-ci maddənin prosessual aspektini pozublar.   III. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   110. Ərizəçilər daha sonra Konvensiyanın 3-cü maddəsinə istinad edərək bildirdilər ki, onların oğlanlarına tutularkən və ondan sonra böyük ehtimalla işgəncə verilib. Onlar həmçinin iddia etdilər ki, oğlanlarının yoxa çıxması və dövlətin həmin hadisələri lazımi qaydada araşdırmaması nəticəsində mənəvi iztiraba məruz qalıblar, bununla da Konvensiyanın 3-cü maddəsi pozulub. 3-cü maddədə deyilir: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”. 111. Ərizəçilər iddia etdilər ki, dövlət nümayəndələri tərəfindən həbsdə saxlanılarkən işgəncəyə məruz qalıblar və bununla bağlı adekvat araşdırma aparılmayıb. Onlar öz iddialarının müdafiəsi üçün həmin dövrdə Çeçenistanda kütləvi işgəncələrlə bağlı QHT hesabatlarına istinad etdilər. Ərizəçilər daha sonra bildirdilər ki, azyaşlı oğlanlarının tutulması və yoxa çıxması və hakimiyyət orqanlarını buna etinasız yanaşması ucbatından onlar özləri qorxu, həyəcan və emosional iztirab keçiriblər ki, bu da Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara bərabərdir. 112. Hökumət bildirdi ki, Konvensiyanın 3-cü maddəsinə uyğun şəkildə aparılıb və ərizəçilərin və ya onların oğlanlarının yuxarıda adı çəkilən Konvensiya maddəsi ilə qadağan olunan rəftara məruz qaldıqlarına dair heç bir sübut aşkar edilməyib.   A. Ərizəçilərin oğlanlarına qarşı törədildiyi iddia edilən qəddar rəftar   113. Oğlanları həbs edildikdən sonra onların iddia edilən qəddar rəftara məruz qaldığı barədə ərizəçilərin şikayətinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, qəddar rəftar barədə iddialar müvafiq sübutla təsdiq edilməlidir. Bu sübutu qiymətləndirmək üçün Məhkəmə “əsaslı şübhə yeri qoymayan” sübut standartını qəbul edir, amma onu da əlavə edir ki, bu cür sübut faktlara dair kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya təkzibedilməz analoji ehtimalların birgə mövcudluğundan irəli gəlməlidir (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 64-65, b. 161). 114. Məhkəmə Murad Lyanov və İslam Dombayevin 28 iyun 2000-ci ildə dövlət nümayəndələri tərəfindən yaxalandığını sübut edilmiş hesab edir. O, həmçinin hesab edir ki, bütün məlum halları nəzərə almaqla, belə zənn etmək olar ki, onlar ölmüşlər və onların ölümünə görə məsuliyyət dövlət hakimiyyəti orqanlarının üzərinə düşür (yuxarıda 95-ci və 97-ci bəndlərə bax). Amma onların dəqiq şəkildə necə ölməsi və həbsdə olarkən qəddar rəftara məruz qalıb-qalmaması müəyyən edilməyib. 115. Əlindəki informasiya Məhkəmənin ərizəçilərin qəddar rəftara məruz qalıb-qalmadığını əsaslı şübhə yeri qalmadan müəyyən edə bilməsinə imkan vermədiyinə görə Məhkəmə bu məsələdə Konvensiyanın 3-cü maddəsinin pozulduğu qənaətinə gələ bilməz.   B. Ərizəçilərə münasibətdə 3-cü maddənin iddia edilən pozuntusu   116. Məhkəmə qeyd edir ki, “yoxa çıxmış şəxsin” ailə üzvünün 3-cü maddəyə zidd olan rəftarın qurbanı olub-olmaması məsələsi ərizəçilərin iztirabına insan hüquqlarının ciddi pozuntularına məruz qalmış qurbanın qohumları üçün qaçılmaz hesab edilən emosional iztirabdan fərqlənən miqyas və xarakter verən xüsusi amillərin mövcudluğundan asılıdır. Burada müvafiq elementlər ailə bağlarının yaxınlığını, münasibətlərin konkret hallarını, ailə üzvünün sözügedən hadisənin nə dərəcədə şahidi olduğunu, ailə üzvünün yoxa çıxmış şəxs barədə məlumat almağa cəhdlər etməsini və bu sorğulara hakimiyyət orqanlarının nə cür cavab verməsini özündə ehtiva edir. Məhkəmə daha sonra vurğulamaq istərdi ki, 3-cü maddənin pozuntusunun mahiyyəti ailə üzvünün “yoxa çaxması” faktı ilə bağlı olmaqdan daha çox, pozuntu hakimiyyət orqanlarının diqqətinə çatdırılarkən onların bu situasiyaya qarşı reaksiyaları və münasibətləri ilə bağlıdır. Xüsusən sonuncu məsələ ilə bağlı şəxsin qohumu hakimiyyət orqanlarının davranışının birbaşa qurbanı olduğunu iddia edə bilər (bax: Orhan Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 358; və İmakayevanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 164). 117. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçilər yoxa çıxmış fərdlərin analarıdır. Onların səkkiz ildən artıq müddətdə oğlanlarından xəbərləri yoxdur. Bu müddətdə ərizəçilər müxtəlif rəsmi orqanlara oğlanları barədə sorğularla həm yazlı şəkildə, həm də şəxsən müraciət ediblər. Bu səylərinə baxmayaraq, ərizəçilərə oğlanlarının həbsindən sonra nə baş verdiyinə dair heç vaxt inandırıcı izahat və ya məlumat verilməyib. Ərizəçilərin aldıqları cavabların əksəriyyətində oğlanlarının yoxa çıxmasına görə dövlətin məsuliyyət daşıdığı inkar edilib və ya sadəcə məlumat verilib ki, istintaq davam edir. 2-ci maddənin prosessual aspekti ilə bağlı Məhkəmənin gəldiyi nəticələr bu halda da aktualdır. 118. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilər ailə üzvlərinin yoxa çaxması və onların başına nə gəldiyini öyrənə bilməmələri nəticəsində iztirab və həyəcana məruz qalıblar və məruz qalmaqda davam edirlər. Onların şikayətlərinə hakimiyyət orqanlarının yanaşma tərzi 3-cü maddəyə zidd olan qeyri-insani rəftar təşkil edən hal hesab edilməlidir. 119. Buna görə də Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçilərə münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.   IV. KONVENSİYANIN 5-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   120. Ərizəçilər daha sonra bildirdilər ki, Murad Lyanov və İslam Dombayev Konvensiyanın 5-ci maddəsindəki təminatlar pozulmaqla həbs ediliblər, həmin maddənin bu işə aidiyyəti olan hissələrində deyilir: “1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz: ... c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; ... 2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. 3. Bu maddənin I bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. 5. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var”. 121. Ərizəçilər bildirdilər ki, onların oğlanlarının həbsi Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş şərtlərin hər hansı birinə cavab vermirdi. Milli qanunvericilikdə bu həbsin heç bir əsası yox idi və o, qanunla nəzərdə tutulan qaydada həyata keçirilməmiş və formal olaraq qeydə alınmamışdı. 122. Hökumət bildirdi ki, ərizəçilərin oğlanlarının Konvensiyanın 5-ci maddəsi pozulmaqla azadlıqdan məhrum edildiklərinə dair heç bir sübut yox idi. Konkret olaraq, onların adları saxlama müəssisələrinin qeydiyyat kitablarında aşkar edilməyib. Bundan başqa, Obron-8 tərəfindən yaxalanmış üç şəxsin ərizəçilərin oğlanları olduğu müəyyən edilməyib. 123. Məhkəmə demokratik cəmiyyətlərdə fərdlərin qanunsuz həbsə məruz qalmamaq hüququnu qorumaq üçün 5-ci maddədə yer alan təminatların fundamental əhəmiyyətini əvvəllər də qeyd edib. O, həmçinin bildirib ki, etiraf edilməyən həbs bu təminatlara qarşı tam etinasızlıqdır və 5-ci maddənin olduqca kobud pozuntusunu təşkil edir (bax: Çiçək Türkiyəyə qarşı, ərizə N 25704/94, b. 164, 27 fevral 2001; və Luluyevin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 122). 124. Məhkəmə Murad Lyanov və İslam Dombayevin 28 iyun 2000-ci ildə dövlət nümayəndələri tərəfindən yaxalandığını və o vaxtdan bəri onları heç kimi görmədiyini sübuta yetirilmiş hesab edir. Onların həbsi etiraf edilməyib, həbslərin qeydiyyatı kitablarının heç birində qeydə alınmayıb və onların yeri və ya sonrakı taleyi barədə hər hansı rəsmi iz də mövcud deyil. Məhkəmənin praktikasına uyğun olaraq, bu fakt özlüyündə çox ciddi pozuntu hesab edilməlidir, çünki azadlıqdan məhrum edilmə aktına görə məsuliyyət daşıyanların cinayətdə iştiraklarının gizlədilməsinə, izlərinin ört-basdır edilməsinə və məhbusun taleyinə görə məsuliyyətdən yaxa qurtarmalarına imkan verir. Bundan başqa, həbs edilənlərin qeyd alınmaması, həbsin tarixi, saatı və yeri kimi məsələlərin qeyd edilməməsi, eləcə də həbsin səbəblərinin və onu həyata keçirən şəxsin adının göstərilməməsi Konvensiyanın 5-ci maddəsinin məqsədinə zidd olan hal sayılmalıdır (bax: Orhanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 371). 125. Məhkəmə daha sonra belə hesab edir ki, hakimiyyət orqanları oğlanlarının itkin düşməsi və həyat üçün təhlükəli bir şəraitdə harayasa aparılması ilə bağlı ərizəçilərin şikayətləri üzrə lazımi cəldliklə hərtərəfli araşdırma aparmaq zərurətinə daha diqqətlə yanaşmalı idilər. Lakin yuxarıda Məhkəmənin 2-ci maddə ilə gəldiyi nəticələr, xüsusən də istintaqın aparılması ilə bağlı gəldiyi qənaət heç bir şübhə yeri qoymur ki, hakimiyyət orqanları onları yoxa çıxma riskindən qorumaq üçün lazımi cəldliklə səmərəli tədbirlər görməyiblər. 126. Buna görə də Məhkəmə hesab edir ki, Murad Lyanov və İslam Dombayev 5-ci maddədə yer alan hər hansı təminatlara əməl olunmadan həbs ediliblər və onların həbsi etiraf edilməyib. Bu, Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş azadlıq və təhlükəsizlik hüququnun xüsusilə kobud pozuntusunu təşkil edir.   V. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   127. Ərizəçilər iddia etdilər ki, oğlanlarının dövlət hakimiyyəti orqanları tərəfindən həbs edildikdən sonra yoxa çıxması onları iztiraba və həyəcana məruz qoyub ki, bu da onların Konvensiyanın 8-ci maddəsi ilə nəzərdə tutulmuş ailə həyatına hörmət hüququnun pozuntusuna bərabərdir, həmin maddədə deyilir: “1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”. 128. Ərizəçilər öz şikayətlərini müdafiə etdilər. 129. Hökumət bildirdi ki, ərizəçilərin ailə həyatına heç bir müdaxilə baş verməyib, çünki onların oğlanlarının oğurlanmasında dövlət nümayəndələrinin əli olduğu müəyyən edilməyib. 130. Məhkəmə qeyd edir ki, bu şikayət 2-ci və 3-cü maddələr üzrə araşdırılmış eyni faktlara aiddir və həmin maddələr üzrə gəldiyi nəticəni nəzərə alaraq, bu şikayəti ayrıca araşdırmağı lüzumsuz hesab edir.   VI. KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   131. Ərizəçilər şikayət etdilər ki, Konvensiyanın 13-cü maddəsinə zidd olaraq yuxarıda qeyd edilən pozuntulara münasibətdə səmərəli hüquqi müdafiə vasitələrindən məhrum olublar, həmin maddədə deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”. 132. Ərizəçilər iddia etdilər ki, onların işində adətən əlçatan olan hüquq müdafiə vasitələri səmərəsiz olub. Konkret olaraq, iş üzrə istintaq materialları onlar üçün heç vaxt əlçatan olmayıb və onlara təqdim olunan olduqca azsaylı sənədlər yeddi ildən artıq müddətdə istintaqda hər hansı əhəmiyyətli irəliləyiş olmadığını göstərib və yalnız prosesin natamam və qeyri-adekvat xarakterini nümayiş etdirib. 133. Hökumət iddia etdi ki, ərizəçilərin ixtiyarında Konvensiyanın 13-cü maddəsi ilə tələb olunan səmərəli hüquqi müdafiə vasitələri vardı və hakimiyyət orqanları onların həmin vasitələrdən istifadə etmələrinə mane olmayıblar. Konkret olaraq, ərizəçilər cinayət prosesi kontekstində təqdim etdikləri bütün şikayətlərə əsaslandırılmış cavablar alıblar. Bundan başqa, ərizəçilər istintaq orqanlarının hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət etmək imkanına malik idilər. 134. Məhkəmə bir daha bildirir ki, Konvensiyadakı maddi hüquqların və azadlıqların dövlətdaxili hüquq sistemində hansı formada qorunmasından asılı olmayaraq, onların gerçəkləşməsi üçün milli səviyyədə hüquqi müdafiə vasitələrinin əlçatan olmasını təmin edir. Yaşamaq hüququnun fundamental əhəmiyyətini nəzərə alaraq, 13 maddə müvafiq hallarda kompensasiya ödənişindən əlavə həm də tələb edir ki, araşdırma proseduruna ərizəçinin səmərəli surətdə buraxılması da daxil olmaqla, həyatdan məhrum edilməyə görə məsuliyyət daşıyan və 3-cü maddəyə zidd rəftarda əli olan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnə bilən hərtərəfli və səmərəli araşdırma aparılsın (bax: Angelova Bolqarıstana qarşı, ərizə N 38361/97, b. 161-162, AİHM 2002-IV; və Süheyla Aydın Türkiyəyə qarşı, ərizə N 25660/94, b. 208, 24 may 2005). Məhkəmə daha sonra təkrarən bildirir ki, 13-cü maddənin tələbləri iştirakçı dövlətlərin 2-ci maddə əsasında səmərəli araşdırma aparmaq öhdəliyindən daha genişdir (bax: Xaşiyev və Akayeva Rusiyaya qarşı, ərizələr N 57942/00 və 57945/00, b. 183, 24 fevral 2005). 135. Buradan belə nəticə çıxır ki, bu işdə olduğu kimi, zorakı ölümlə bağlı cinayət istintaqı səmərəsiz olduğu halda və mövcud ola bilən hər hansı digər hüquqi müdafiə vasitəsinin, o cümlədən mülki hüquqi vasitələrin səmərəliliyinə nəticə etibarı ilə xələl gətirildikdə, dövlət Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan öhdəliyini yerinə yetirməmiş sayılır. 136. Buna görə də, Konvensiyanın 2-ci maddəsi ilə birlikdə götürülməklə 13-cü maddənin pozuntusu baş verib. 137. 13-cü maddə üzrə şikayətin 3-cü maddə üzrə şikayətlə bağlı olan hissəsinə, yəni Murad Lyanov və İslam Dombayevin dövlət nümayəndələri tərəfindən tutulduqdan sonra qəddar rəftara məruz qalmaları ilə bağlı dövlətdaxili hüquqi müdafiə vasitələrinin mövcudluğu məsələsinə gəldikdə, Məhkəmə qeyd edir ki, 3-cü maddə üzrə şikayətin bu hissəsi yuxarıda 115-ci bənddə əsassız sayılıb. Konvensiyada nəzərdə tutulmuş maddi hüququn pozulduğuna dair “əsaslı tələb” mövcud olmadığına görə Məhkəmə hesab edir ki, bu halda 13-cü maddənin pozuntusu da baş verməyib. 138. Ərizəçilərin Konvensiyanın 3-cü maddəsinə istinad etmələrinə gəldikdə, Məhkəmə qeyd edir ki, o, oğlanlarının yoxa çıxması ilə, onların başına nə gəldiyini müəyyən edə bilməmələri ilə və hakimiyyət orqanlarının onların şikayətlərinə yanaşma tərzi ilə bağlı ərizəçilərin məruz qaldığı mənəvi iztirabla əlaqədar olaraq sözügedən maddənin pozuntusunu müəyyən edib. Lakin Məhkəmə artıq bu qənaətə gəlib ki, hakimiyyət orqanlarının davranışının ərizəçilərin məruz qaldığı iztiraba səbəb olması ilə əlaqədar olaraq Konvensiyanın 2-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi pozulub. Məhkəmə hesab edir ki, belə olan halda Konvensiyanın 3-cü maddəsi ilə birgə götürülməklə 13-cü maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxmır. 139. Ərizəçilərin Konvensiyanın 5-ci maddəsinə istinad etmələrinə gəldikdə, Məhkəmə qeyd edir ki, onun oturuşmuş presedent hüququna əsasən, 5-ci maddənin 4-cü və 5-ci bəndlərinin daha konkret təminatları 13-cü maddəyə münasibətdə xüsusi (konkret) müddəalar (lex specialis) olaraq onun tələblərini özündə ehtiva edir və etiraf olunmayan həbs ucbatından Konvensiyanın 5-ci maddəsinin pozulduğuna dair yuxarıda gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından Konvensiyanın 5-ci maddəsi ilə birgə götürülməklə 13-cü maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxmır. 140. Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə 13-cü maddə üzrə şikayətə gəldikdə, Məhkəmə qeyd edir ki, yuxarıda 130-cu bənddə o, 8-ci maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxmadığını müəyyən edib. Buna görə də o, hesab edir ki, bu məsələdə 13-cü maddə üzrə də hər hansı ayrıca məsələ meydana çıxmır.   VII. KONVENSİYANIN 34-cü MADDƏSİNƏ VƏ 38-ci MADDƏSİNİN 1 (a) BƏNDİNƏ RİAYƏT EDİLİB-EDİLMƏMƏSİ   141. Ərizəçilər iddia etdilər ki, məlumatlandırma mərhələsində Məhkəmənin istədiyi sənədləri Hökumətin təqdim etməməsi onun Konvensiyanın 34-cü maddəsinə və 38-ci maddəsinin 1 (a) bəndinə riayət etmədiyini nümayiş etdirib. Həmin maddələrin müvafiq hissələrində deyilir:   Maddə 34   “Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.   Maddə 38   “1. Əgər Məhkəmə şikayəti qəbul edilən elan edirsə, o: a) maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə işin baxışını davam etdirir və ehtiyac olduqda, işin hallarını təhqiq edir; bunun səmərəli olması üçün maraqlı dövlətlər bütün zəruri şəraiti yaradırlar; ...” 142. Ərizəçilər Məhkəməni belə nəticəyə gəlməyə dəvət etdilər ki, Məhkəmənin sorğularına cavab olaraq Hökumətin bütün istintaq materiallarının surətini təqdim etməkdən imtina etməsi Hökumətin Konvensiyanın 38-ci maddəsi üzrə öhdəliklərinə zidd olub. Onların fikrincə, Məhkəmənin sənədlərə dair sorğusuna belə münasibət göstərməklə Hökumət həmin maddədən əlavə həm də Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərinə də riayət etməyib. 143. Hökumət bir daha bildirdi ki, işin materiallarının təqdim edilməsi Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsinə zidd olardı. O, həmçinin qeyd etdi ki, Məhkəmənin nümayəndə heyətinin ibtidai istintaqın aparıldığı yerdə işin materialları ilə tanış olmasını təklif edib. Hökumət daha sonra iddia etdi ki, ərizəçilərin Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının heç bir pozuntusu baş verməyib, çünki onların ərizələri Məhkəmə tərəfindən baxılmaq üçün qəbul edilib. Müvafiq dövlətdaxili məhkəmə prosesinə gəldikdə, ərizəçilər hazırkı mərhələdə onlara təqdim edilməsi mümkün olan istintaq materialları ilə tanışlıq imkanına malik olublar və istintaq bitdikdən sonra iş üzrə bütün materiallarla tanış ola biləcəkdilər. 144. Məhkəmə bir daha bildirir ki, müəyyən növ ərizələrlə bağlı məhkəmə proseslərində “nəyisə iddia edən şəxs həmin iddiasını sübut etməlidir” prinsipini heç də bütün hallarda dəqiqliklə tətbiq etmək mümkün olmur və Konvensiyanın 34-cü maddəsi ilə bərqərar edilmiş fərdi şikayətlər sisteminin səmərəli işləməsi üçün dövlətlərin ərizələrə düzgün və səmərəli şəkildə baxılmasını mümkün etməkdən ötrü bütün zəruri şəraiti yaratmaları olduqca önəmlidir. 145. Bu öhdəlik iştirakçı dövlətlərdən tələb edir ki, istər Məhkəmə faktların müəyyən edilməsi üçün araşdırma apararkən, istərsə də ərizələrə baxılması üzrə ümumi vəzifələrini yerinə yetirərkən Məhkəmənin işi üçün bütün zəruri şəraiti yaratsınlar. Bu tip işlər üzrə məhkəmə proseslərinə belə bir cəhət xasdır ki, fərdi şikayətçilər dövlət nümayəndələrini onların Konvensiya üzrə hüquqlarını pozmaqda təqsirləndirərkən müəyyən hallarda bu iddiaları təsdiq və ya təkzib etməyə imkan verən informasiyaya yalnız cavabdeh dövlətin çıxışı olur. Hökumət ixtiyarında olan bu cür informasiyanı qaneedici izahat vermədən təqdim etmirsə, bu, nəinki ərizəçinin iddialarının əsaslı olduğu barədə nəticə çıxarmağa imkan verir, həm də cavabdeh dövlətin Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndi üzrə öhdəliklərini yerinə yetirmə səviyyəsinə mənfi təsir göstərə bilər. Ərizəçi istintaqın səmərəliliyi ilə bağlı məsələləri qaldırdığı hallarda cinayət istintaqının sənədləri faktların müəyyən edilməsi üçün fundamental əhəmiyyət daşıyır və onların olmaması istər ərizənin qəbul edilənliyi, istərsə də mahiyyəti məsələsinə baxış mərhələsində Məhkəmə tərəfindən şikayətin düzgün araşdırılmasına xələl gətirə bilər (bax: Tanrıkulu Türkiyəyə qarşı, [Böyük Palatanın qərarı], ərizə N 23763/94, b. 71, AİHM 1999-IV). 146. Məhkəmə qeyd edir ki, ərizəçilərin oğlanlarının yoxa çıxması ilə bağlı başlanmış istintaqın materiallarının surətləri üçün onun təkrar-təkrar verdiyi sorğulara baxmayaraq, Hökumət həmin surətləri verməkdən imtina edərək Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsinə istinad edib. Məhkəmə bildirir ki, əvvəlki işlərdə o, artıq imtinaya haqq qazandırmaq üçün bu istinadı yetərsiz hesab edib (digər qərarlar arasında bax: İmakayevanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 123). 147. Konvensiya üzrə proseslərdə cavabdeh dövlətin əməkdaşlığının vacibliyini qeyd edərək və bu tip işlərdə faktların müəyyən edilməsi məsələsində çətinlikləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, Hökumət Murad Lyanovun və Islam Dombayevin yoxa çıxması ilə bağlı tələb olunan sənədlərin surətlərini təqdim etmədiyinə görə Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndi üzrə öhdəliklərini pozmuş olub. 148. Yuxarıda gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, 34-cü maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxmır.   VIII. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ   149. Konvensiyanın 41-ci maddəsində deyilir: “Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.   A. Maddi ziyan   150. Birinci ərizəçi iddia etdi ki, oğlu oğurlanaraq yoxa çıxdıqdan sonra oğlunun gəlirlərindən məhrum olmaqla ziyana məruz qalıb. O, bu bənd üzrə ümumilikdə 29.458,99 funt sterlinq (GBP) tələb etdi (təxminən 37.000 avro). 151. Birinci ərizəçi bildirdi ki, Murad Lyanov Qroznıdakı texniki kollecin kompüter elmləri fakültəsinin birinci kurs tələbəsi idi. O, iddia etdi ki, Murad Lyanov kolleci bitirdikdən sonra özü və anası maliyyə cəhətdən Muradın öhdəsində asılı olacaqdılar, çünki onun bacıları nikaha girmişdilər və öz ailələri ilə yaşayırdılar, qardaşı isə işsiz idi. Onun sözlərinə görə, özü və anası Muradın yuxarıda qeyd edilən məbləğdə maliyyə dəstəyindən faydalanacaqdılar. Birinci ərizəçinin hesablamaları fərdi xəsarətlə və ölümlə nəticələnən hallarda istifadə edilən, Birləşmiş Krallıq Hökumətinin Aktuari Departamentinin 2004-cü ildə dərc etdiyi aktuari cədvəllərinə (“Oqden cədvəlləri”) əsaslanmışdı. 152. İkinci ərizəçi iddia etdi ki, oğlu oğurlanaraq yoxa çıxdıqdan sonra oğlunun gəlirlərindən məhrum olmaqla ziyana məruz qalıb. O, bu bənd üzrə ümumilikdə 585.454,40 Rusiya rublu (RUR) tələb etdi (təxminən 15.862 avro). 153. İkinci ərizəçi bildirdi ki, oğlu yoxa çıxdığı zaman cəmi on beş yaşı olduğuna görə işsiz olsa da, bölgənin ənənəsinə uyğun olaraq, onun ailədə kiçik oğul kimi valideynlərinin maddi təminatçısı olacağı güman edilirdi. Dul qadın olaraq, o, oğlunun gəlirlərinin 30%-inə bel bağlaya bilərdi. İkinci ərizəçinin hesablamaları da Oqden cədvəllərinə əsaslanmışdı. 154. Hökumət bildirdi ki, ərizəçilərin tələbləri əsassızdır, çünki bu tələblər “gözlənilən” gəlirlərə və ya ailənin “gözlənilən” maddi təminatçısına əsaslana bilməz. Onların oğlanları nəinki həmin vaxt ailənin maddi təminatçısı deyildilər, həm də azyaşlı olmaqla ərizəçilərin himayəsində idilər. 155. Məhkəmə bir daha bildirir ki, ərizəçinin iddia etdiyi ziyanla Konvensiya pozuntusu arasında səbəbiyyət əlaqəsi olmalıdır. Bundan başqa, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsinə dair hər hansı tələb tərkib elementləri üzrə ətraflı bölünməklə və müvafiq təsdiqedici sənədlər və ya ödəniş qəbzləri əlavə edilməklə təqdim edilməlidir, “əks halda, Palata həmin tələbi təmin etməkdən tamamilə və ya qismən imtina edə bilər”. Məhkəmə qeyd edir ki, ərizəçilərin oğlanları sözügedən vaxtda işsiz idilər və cəmi on beş və on yeddi yaşları olmaqla ərizəçilərin himayəsində idilər. Lakin ərizəçilərin oğlanlarının yetkinlik yaşına çatmasına az qaldığını nəzərə alaraq, Məhkəmə belə düşünməyi ağlabatan hesab edir ki, onların nəticə etibarı ilə müəyyən gəlirləri olacaqdı və ərizəçilər həmin gəlirlərdən faydalanacaqdılar. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçilərin oğlanlarına münasibətdə 2-ci maddənin pozuntusu ilə ərizəçilərin oğlanlarının onlara göstərəcəyi maliyyə dəstəyinin itirilməsi arasında səbəbiyyət əlaqəsi var. Lakin Məhkəmə birinci ərizəçinin anası ilə bağlı tələbini nəzərə ala bilməz, çünki anası hazırkı işdə ərizəçi deyil. Bundan başqa, Məhkəmə qeyd edir ki, hər iki ərizəçinin digər uşaqları da vardır ki, ərizəçilər onların maliyyə dəstəyindən faydalana bilərlər. Məhkəmə əlində olan informasiyanı nəzərə alaraq, maddi ziyana görə hər bir ərizəçiyə 2.000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.   B. Mənəvi ziyan   156. Birinci ərizəçi ailə üzvünü itirmələri ilə, onlara qarşı hakimiyyət orqanlarının göstərdiyi etinasızlıqla və yaxın qohumlarını taleyi barədə hər hansı məlumatın verilməməsi ilə əlaqədar olaraq özünün, digər uşaqlarının və anasının məruz qaldığı mənəvi ziyana görə 80.000 avro tələb etdi. İkinci ərizəçi oğlunun itməsi və hakimiyyət orqanlarının buna reaksiyası ilə əlaqədar olaraq məruz qaldığı mənəvi ziyana görə 60.000 avro tələb etdi. 157. Hökumət tələb olunan məbləğləri həddən artıq şişirdilmiş hesab etdi. 158. Məhkəmə ərizəçilərin oğlanlarının etiraf olunmayan həbsi və yoxa çıxması ilə əlaqədar olaraq Konvensiyanın 2,5 və 13-cü maddələrinin pozulduğunu müəyyən edib. Ərizəçilər özlərini həmçinin Konvensiyanın 3-cü maddəsinin qurbanı hesab edirlər. Buna görə də Məhkəmə razılaşır ki, onlar mənəvi ziyana məruz qalıblar və həmin ziyan təkcə pozuntuların müəyyən edilməsi faktı ilə kompensasiya oluna bilməz. Lakin Məhkəmə birinci ərizəçinin digər ailə üzvləri ilə bağlı tələbini nəzərə ala bilməz, çünki onlar hazırkı işdə ərizəçi deyillər. Məhkəmə hər bir ərizəçiyə 35.000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.   C. Birinci ərizəçinin araşdırma aparılması barədə tələbi   159. Birinci ərizəçi həmçinin Konvensiyanın 41-ci maddəsinə istinadən tələb etdi ki, “oğlunun yoxa çıxması ilə bağlı Konvensiyanın tələblərinə cavab verən müstəqil araşdırma aparılsın”. O, bu məsələ ilə bağlı Assanidze Gürcüstana qarşı ([Böyük Palatanın qərarı], ərizə N 71503/01, b. 202-203, AİHM 2004-II; və Taşın Acar Türkiyəyə qarşı (ilkin etiraz) [Böyük Palatanın qərarı], ərizə N 26307/95, b. 84, AİHM 2003-VI) və işlərə istinad etdi. 160. Məhkəmə qeyd edir ki, Kukayev Rusiyaya qarşı işdə (ərizə N 29361/02, b. 131-134, 15 noyabr 2007), bu işlə müqayisə oluna bilən vəziyyətdə, o, qərara alıb ki, Konvensiyanın 46-cı maddəsi üzrə hüquqi öhdəliyinin yerinə yetirilməsi üçün dövlətdaxili hüquq sistemində vasitələrin seçilməsini cavabdeh Hökumətin öz öhdəsinə buraxmaq daha məqsədəuyğun olar. Məhkəmə hazırkı işdə onun fərqli qərar çıxarması üçün hər hansı müstəsna hallar görmür.   D. Məhkəmə xərcləri və digər məsrəflər   161. Birinci ərizəçi “EHRAC/Memorial İnsan Hüquqları Mərkəzi” qeyri-hökumət təşkilatından olan vəkillərlə təmsil olunub. Birinci ərizəçinin hüquqi təmsilçiliyindən irəli gələn məhkəmə xərcləri və digər məsrəflərlə bağlı ümumi tələb 1.489,47 GBP-yə bərabərdir. O, təyin olunacaq məbləğin birbaşa hüquqi nümayəndələrinin Birləşmiş Krallıqdakı hesabına köçürülməsini xahiş edib. Birinci ərizəçi xərclərin aşağıdakı bölgüsünü təqdim edib: 1 saatlıq tarif 100 GBP olmaqla Birləşmiş Krallıqda məskunlaşan vəkilin 5 saat 40 dəqiqəlik hüquqi işinə görə – 566,67 GBP; Hesab-fakturalarla təsdiqlənən tərcümə xərclərinə görə – 747,80 GBP; İnzibati və poçt xərclərinə görə – 175 GBP. 162. İkinci ərizəçi SRJI tərəfindən təmsil olunub. O, məhkəmə xərclərinin və digər məsrəflərin təfsilatlı siyahısını təqdim etdi, buraya daxildir: İnquşetiya və Moskvada araşdırma və müsahibələrin xərcləri (bir saata 50 avro tarifi üzrə); və Məhkəməyə və dövlətdaxili orqanlara təqdim edilmiş hüquqi sənədlərin tərtib edilməsi xərcləri (SRJI-nin hüquqşünasları üçün bir saata 50 avro tarifi üzrə və SRJI-nin rəhbər əməkdaşları üçün bir saata 150 avro tarifi üzrə). İkinci ərizəçi təyin olunacaq məbləğin birbaşa hüquqi nümayəndələrinin Niderlanddakı hesabına köçürülməsini xahiş edib. İkinci ərizəçinin hüquqi təmsilçiliyindən irəli gələn məhkəmə xərcləri və digər məsrəflərlə bağlı ümumi tələb 12.010,62 avroya bərabərdir, bu məbləğ aşağıdakıların cəmindən ibarətdir: Hazırkı proseslə əlaqədar olaraq dövlətdaxili orqanlara təqdim edilmiş sənədlərin hazırlanmasına görə – 1.200 avro; Məhkəməyə ilkin ərizənin və sonradan təqdim edilmiş arqumentlərin hazırlanmasına görə – 8.475 avro; Hesab-fakturalarla təsdiqlənən tərcümə xərclərinə görə – 1.521,57 avro; Poçt xərclərinə görə – 136,80 avro; İnzibati xərclərə, məsələn, telefon, faks, elektron poçtu, kserosurət, kağız və digər əşyalar üçün məsrəflərə görə – 677,25 avro (bu məbləğ hüquqi xərclərin 7%-ini təşkil edir). 163. Hökumət ərizəçilərin təqdim etdikləri hesablamaların detalları ilə bağlı mübahisə açmadı, lakin qeyd etdi ki, onlar məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız o halda malik olmalıdırlar ki, həmin xərclərin həqiqətən çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun (bax: Skoroboqatova Rusiyaya qarşı, ərizə N 33914/02, b. 61, 1 dekabr 2005). Hökumət həmçinin ikinci ərizəçinin yazılı izahatlarının birinci toplusunu imzalamış vəkillərindən savayı qalan nümayəndələrinin işinə görə tələb olunan məbləğə etiraz etdi 164. Məhkəmə, birincisi, ərizəçilərin göstərdikləri məhkəmə xərclərinin və digər məsrəflərin həqiqətən çəkilib-çəkilmədiyini və ikincisi, həmin xərclərin zəruri və ağlabatan olub-olmadığını müəyyən etməlidir (bax: İatridis Yunanıstana qarşı, [Böyük Palatanın qərarı], ərizə N 31107/96, b. 54, AİHM 2000-XI). 165. Əlində olan məlumatların təfsilatlarını nəzərə alaraq, Məhkəmə razılaşır ki, bu tariflər ağlabatandır və ərizəçilərin nümayəndələrinin həqiqətən çəkdiyi xərcləri əks etdirir. 166. Bundan başqa, hüquqi təmsilçiliyə görə çəkilmiş məhkəmə xərclərinin və digər məsrəflərin zəruri olub-olmadığı da müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bu iş kifayət qədər mürəkkəb idi və müəyyən araşdırma və hazırlıq işləri tələb edirdi. Lakin o, qeyd edir ki, Hökumətin işin materiallarını təqdim etməkdən imtinası ilə əlaqədar olaraq işdə sübutedici sənədlər azdır. Buna görə də Məhkəmə ikinci ərizəçinin nümayəndələrinin iddia etdiyi dərəcədə araşdırma işlərinin zəruri olduğuna şübhə ilə yanaşır. 167. Hökumətin ikinci ərizəçi ilə bağlı etirazlarına gəldikdə, Məhkəmə qeyd edir ki, ikinci ərizəçi SRJI vasitəsilə təmsil olunub. Məhkəmə razılaşır ki, ikinci ərizəçinin tələbində göstərilmiş vəkillər SRJI-nin əməkdaşlarının bir hissəsini təşkil ediblər. Buna görə də bu etiraz rədd edilməlidir. 168. Ərizəçilərin təqdim etdikləri tələblərin detallarını nəzərə alaraq, Məhkəmə birinci ərizəçiyə tələb olunan məbləği, habelə bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir, xalis məbləğ nümayəndələrin birinci ərizəçi tərəfindən göstərilmiş Birləşmiş Krallıqdakı bank hesabına funt sterlinqlə ödənilməlidir. Məhkəmə ikinci ərizəçiyə 7000 avro, habelə bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir, xalis məbləğ nümayəndələrin ikinci ərizəçi tərəfindən göstərilmiş Niderlanddakı bank hesabına ödənilməlidir.   E. İcranın gecikdirilməsinə görə faiz   169. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.   BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:   1. Hökumətin ilkin etirazını yekdilliklə rədd edir; 2. Yekdilliklə qərara alır ki, Murad Lyanova və İslam Dombayevə münasibətdə Konvensiyanın 2-ci maddəsi pozulub; 3. Yekdilliklə qərara alır ki, Murad Lyanovun və İslam Dombayevin yoxa çıxması ilə bağlı səmərəli araşdırma aparılmadığına görə Konvensiyanın 2-ci maddəsi pozulub; 4. Yekdilliklə qərara alır ki, Murad Lyanova və İslam Dombayevə qarşı iddia edilən qəddar rəftarla bağlı Konvensiyanın 3-cü maddəsi pozulub; 5. Yekdilliklə qərara alır ki, ərizəçilərin mənəvi ziyana məruz qalması ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub; 6. Yekdilliklə qərara alır ki, Murad Lyanova və İslam Dombayevə münasibətdə Konvensiyanın 5-ci maddəsi pozulub; 7. Yekdilliklə qərara alır ki, Konvensiyanın 8-ci maddəsi üzrə hər hansı ayrıca məsələ ortaya çıxmır; 8. Yekdilliklə qərara alır ki, Konvensiyanın 2-ci maddəsinin iddia edilən pozuntuları ilə bağlı Konvensiyanın 13-cü maddəsi pozulub; 9. Yekdilliklə qərara alır ki, Murad Lyanova və İslam Dombayevə münasibətdə Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu ilə bağlı Konvensiyanın 13-cü maddəsi pozulmayıb; 10. Yekdilliklə qərara alır ki, ərizəçilərə münasibətdə 3-cü maddənin iddia edilən pozuntuları ilə bağlı, habelə 5-ci və 8-ci maddələrin iddia edilən pozuntuları ilə bağlı Konvensiyanın 13-cü maddəsi üzrə hər hansı ayrıca məsələ ortaya çıxmır; 11. Yekdilliklə qərara alır ki, Hökumət Məhkəmənin istədiyi sənədləri təqdim etmədiyinə görə Konvensiyanın 38-ci maddəsinin 1 (a) bəndi üzrə öhdəliyinə əməl etməyib; 12. Yekdilliklə qərara alır ki, Konvensiyanın 34-cü maddəsi üzrə hər hansı ayrıca məsələ ortaya çıxmır; 13. İki səsə qarşı beş səslə qərara alır ki: a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Rusiya rubluna çevrilməlidir: i) maddi ziyana görə hər bir ərizəçiyə 2.000 (iki min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği – bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Rusiya rubluna çevrilməlidir; ii) mənəvi ziyana görə hər bir ərizəçiyə 35.000 (otuz beş min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği – bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Rusiya rubluna çevrilməlidir; iii) birinci ərizəçinin məhkəmə xərclərinə və digər məsrəflərinə görə 1.489,47 GBP (min dörd yüz səksən doqquz funt sterlinq qırx yeddi penni), üstəgəl birinci ərizəçidən tutula bilən hər hansı vergi məbləği – bu məbləğ onun nümayəndələrinin Birləşmiş Krallıqdakı bank hesabına ödənilməlidir; iv) ikinci ərizəçinin məhkəmə xərclərinə və digər məsrəflərinə görə 7.000 (yeddi min) avro, üstəgəl ikinci ərizəçidən tutula bilən hər hansı vergi məbləği – bu məbləğ onun nümayəndələrinin Niderlanddakı bank hesabına ödənilməlidir; b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;   14. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.   Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 2 oktyabr 2008-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.   Kristos Rozakis (Christos Rozakis) Sədr   Sören Nilsen (Søren Nielsen) Katib   Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara aşağıdakı rəy əlavə olunur:   a) hakim Kovlerin qərarla qismən üst-üstə düşməyən rəyi (bu rəyə hakim Hacıyev də qoşulub).   HAKİM KOVLERİN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ (BU RƏYƏ HAKİM HACIYEV DƏ QOŞULUB)   Mən bir məsələdə, yəni maddi ziyan məsələsində çoxluğun gəldiyi nəticələrlə razılaşa bilmirəm. Çeçenistanda insanların yoxa çıxması ilə bağlı bəzi əvvəlki işlərdə yetkinlik yaşında olan yoxa çıxmış şəxslər işsiz olduğu hallarda Məhkəmə maddi ziyana görə kompensasiya məbləğlərini özünün adi praktikasına uyğun olaraq təyin edib. Həmin məbləğlər belə bir ehtimala əsasında müəyyən edilib ki, bu şəxslərin nəticə etibarı ilə müəyyən gəlirləri olacaqdı və ərizəçilər həmin gəlirlərdən faydalanacaqdılar (digər qərarlar arasında bax: İmakayeva Rusiyaya qarşı, ərizə N 7615/02, b. 213, AİHM 2006‑XIII). Bununla bağlı qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Konstitusiyasında deyilir: “On səkkiz yaşı tamam olmuş əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərinin qayğısına qalmalıdırlar” (maddə 38, 3-cü bənd). Bu, müəyyən şərtlərlə (uşaqların on səkkiz yaşı olmalıdır, valideynlərin isə əmək qabiliyyəti olmamalıdır) konstitusiya normasında əks olunmuş mənəvi imperativdir. Birinci ərizəçi bildirdi ki, oğlu Murad on yeddi yaşlı tələbədir, onun qardaşı isə işsizdir, amma o, gələcəkdə Muradın maliyyə dəstəyindən faydalanacaqdı (151-ci bənd). Qərarın mətnində ikinci ərizəçinin belə bir arqumenti əks olunub ki, “oğlu yoxa çıxdığı zaman cəmi on beş yaşı olduğuna görə işsiz olsa da, bölgənin ənənəsinə uyğun olaraq, onun ailədə kiçik oğul kimi valideynlərinin maddi təminatçısı olacağı güman edilirdi” (153-cü bənd). Beləliklə, Məhkəmənin bu məsələ ilə bağlı gəldiyi nəticələr əsasən ehtimala və adət hüququna (“bölgənin ənənəsinə”) əsaslanır. Əsasən nəzəri (spekulyativ) xarakterli olan ehtimal hazırkı işdə xüsusilə qeyri-təbii görünür. Hökumət tərəfindən haqlı olaraq qeyd edildiyi kimi (154-cü bənd), ərizəçilərin oğlanları azyaşlı idilər və nəinki həmin vaxt ailənin maddi təminatçısı deyildilər, həm də özləri ərizəçilərin himayəsində idilər. Məhkəmə bu arqumentlə dolayısı ilə razılaşıb: “Məhkəmə qeyd edir ki, ərizəçilərin oğlanları sözügedən vaxtda işsiz idilər və cəmi on beş və on yeddi yaşları olmaqla ərizəçilərin himayəsində idilər” (155-ci bənd). Lakin görünür bu nəticə digər nəticələrlə, yəni “ərizəçilərin oğlanlarının yetkinlik yaşına çatmasına az qalırdı” və “onların nəticə etibarı ilə müəyyən gəlirləri olacaqdı” kimi nəticələrlə tarazlaşdırılıb... Ərizəçilərin himayəsində olan, öldükləri güman edilən dövrdə bütün yaşayış vəsaitləri ərizəçilər tərəfindən təmin olunan şəxslərin gələcəkdə göstərə biləcəyi maliyyə dəstəyinin itirilməsinə görə kompensasiya təyin olunması mülki hüququn məntiqinə ziddir. Lap dərinə getsək, bu cür məntiq ölmüş uşaqların “potensial maddi təminatçılar” kimi gözlənilən gəlirlərinin itirilməsi ilə bağlı maddi ziyana görə valideynlərə Məhkəmənin kompensasiya təyin etməsinə gətirib çıxarar. Bundan başqa, bu yanaşma yoxa çıxmış şəxslərin həqiqətən himayəsində olanlara, o cümlədən uşaqlara maddi ziyanla bağlı Məhkəmənin kompensasiya təyin etdiyi işlərə zidd görünür (digər qərarlar arasında bax: Sanqariyeva və başqaları Rusiyaya qarşı, ərizə N 1839/04, b. 121-129, 29 may 2008). Qeyd etməyə dəyər ki, maddi ziyana görə ilkin tələbin (üstəlik, həmin tələb “Oqden cədvəllərinə” əsaslanırdı!) məbləğini azaldarkən Məhkəmə qeyd etdi ki, “bundan başqa, ... hər iki ərizəçinin digər uşaqları da vardır ki, ərizəçilər onların maliyyə dəstəyindən faydalana bilərlər” (155-ci bənd). Mən anlayıram ki, bu əsaslandırmam ərizəçilərin real və əvəzi ödənilə bilməyən itkisinə münasibətdə müəyyən növ sinizmin təzahürü kimi yozula bilər. Lakin bu faciəli işdəki digər məsələlərə münasibətim mənim vicdanlı niyyətlərimi təsdiq edər.

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło