13652/06
WyrokETPCz2009-12-03ECLI:CE:ECHR:2009:1203JUD001365206
Analiza orzeczenia
Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.
Zagadnienie prawne
Czy niewykonanie prawomocnego orzeczenia sądu krajowego dotyczącego praw do użytkowania gruntu naruszyło prawo do rzetelnego procesu (art. 6 ust. 1 Konwencji) oraz prawo do poszanowania mienia (art. 1 Protokołu nr 1)?Ratio decidendi
Trybunał uznał, że wykonanie orzeczenia sądowego jest integralną częścią 'rozprawy' w rozumieniu art. 6 ust. 1 Konwencji, a długotrwałe niewykonanie prawomocnego orzeczenia, bez uzasadnionych przyczyn, pozbawia prawo do rzetelnego procesu jego skuteczności. W niniejszej sprawie władze państwowe nie podjęły niezbędnych środków w celu wykonania orzeczenia, co doprowadziło do naruszenia. Ponadto, prawomocne orzeczenie przyznające prawo do użytkowania gruntu stworzyło 'uzasadnione oczekiwanie' stanowiące 'mienie' w rozumieniu art. 1 Protokołu nr 1. Niewykonanie tego orzeczenia stanowiło ingerencję w prawo do poszanowania mienia, której Rząd nie uzasadnił.Stan faktyczny
Skarżący, Nail Hümbətov, jedyny właściciel i dyrektor firmy 'Nail Commercial Company', otrzymał w 1996 i 1998 roku przydział gruntu w Baku pod budowę centrum zdrowia. W 1998 roku grunt został zajęty przez inną firmę, która rozpoczęła tam budowę centrum handlowego. Po długotrwałym postępowaniu sądowym, Sąd Gospodarczy (instancja apelacyjna) wydał 31 maja 2001 r. prawomocne orzeczenie nakazujące rozbiórkę nielegalnych konstrukcji i przywrócenie praw do gruntu firmie skarżącego. Orzeczenie to pozostało niewykonane przez ponad siedem lat, pomimo wielokrotnych interwencji skarżącego i nakazów sądowych skierowanych do władz lokalnych. W międzyczasie grunt został sprzedany osobom trzecim.Rozstrzygnięcie
Trybunał jednogłośnie:
- Stwierdza, że skarga jest dopuszczalna.
- Stwierdza naruszenie art. 6 ust. 1 Konwencji.
- Stwierdza naruszenie art. 1 Protokołu nr 1 do Konwencji.
- Stwierdza, że nie jest konieczne rozpatrywanie skargi w świetle art. 13 Konwencji.
- Zobowiązuje Państwo do zapewnienia wykonania orzeczenia z dnia 31 maja 2001 r. w terminie trzech miesięcy od daty, w której wyrok stanie się ostateczny.Pełny tekst orzeczenia
İNSAN HÜQUQLARI ÜZRƏ
AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
HÜMBƏTOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 13652/06)
Q Ə R A R
STRASBURQ
03 dekabr 2009-cu il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Hümbətov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vaciç,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni,
Corc Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
12 noyabr 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSEDUR
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Nail Hümbətov («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 13652/06) iş 23 mart 2006-cı ildə başlanılmışdır.
2. Hüquqi yardım alan ərizəçini cənab M.Mustafayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi iddia etdi ki, 31 may 2001-ci il tarixli qərarın icra olunmaması onun Konvensiyanın 6-cı və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunan ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozub.
4. Birinci Bölmənin Sədri 13 mart 2007-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin, qərara gəlinmişdir ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
5. Ərizəçi 1941-ci ildə anadan olmuş və Bakıda yaşayır.
6. Ərizəçi 02 mart 1992-ci ildə Bakıda təsis olunmuş Nail Kommersiya Şirkətinin («Şirkət») yeganə sahibi və müdiri olmuşdur. İşin materiallarından görünür ki, Şirkət 22 mart 1993-cü ildə qeydə alınmış və şirkətin nizamnaməsinə görə ərizəçi onun yeganə təsisçisi olmuşdur.
7. Bakı şəhər İcra Hakimiyyətinin («BŞİH») 07 fevral 1996-cı il tarixli sərəncamı ilə sağlamlıq mərkəzinin inşası və istifadəsi üçün Şirkətə Bakı şəhərində torpaq sahəsi ayrılmışdır. 25 may 1998-ci ildə Şirkətə əlavə torpaq sahəsi ayrılmışdır. Şirkətə verilmiş torpaq sahəsinin ümumi sahəsi 0,75 hektar («Torpaq») təşkil etmişdir.
8. 1998-ci ildə Torpaq Ruslan adlanan başqa şəxsi şirkət tərəfindən zəbt olunmaqla, orada ticarət mərkəzinin tikilməsinə başlanılmışdır.
9. BŞİH-yə və polisə bir neçə şikayətlər etdikdən sonra Şirkət Xətai rayon İcra Hakimiyyətinə («XRİH») və Ruslan şirkətinə qarşı iddia qaldıraraq, Torpaqdan istifadə hüquqlarının müdafiəsini xahiş etmişdir. 29 oktyabr 1998-ci ildə İqtisad Məhkəməsi (birinci instansiya məhkəməsi qismində) Şirkətin iddiasını rədd etmişdir. Məhkəmə müəyyən edib ki, Ruslan şirkəti Torpağı qanunsuz zəbt edib. Lakin məhkəmə qeyd edib ki, tikintinin əhəmiyyətli hissəsinin artıq həyata keçirildiyini nəzərə alaraq, Ruslan şirkəti tərəfindən inşa olunmuş tikilini dağıtmaq praktiki deyildir. Buna görə məhkəmə hesab edib ki, Ruslan şirkəti tərəfindən inşa olunmuş tikili Dövlətin hesabına müsadirə olunmalı, Şirkətə isə BŞİH tərəfindən eyni dəyərli başqa torpaq sahəsi ayrılmalıdır.
11. Şirkətin bir neçə şikayətlərindən sonra 31 may 2001-ci ildə İqtisad Məhkəməsi (apellyasiya məhkəməsi qismində) 29 oktyabr 1998-ci il tarixli qərarı ləğv etmiş və Şirkətin iddiasını təmin etmişdir. Məhkəmə Ruslan şirkəti tərəfindən inşa olunmuş tikililərin dağıdılmasını və Şirkətin Torpaq üzrə hüquqlarının bərpasını qərara almışdır. Bu qərardan hər hansı kassasiya şikayətləri verilməmiş və o, qüvvəyə minmişdir.
12. İşin materiallarından görünür ki, ərizəçi müxtəlif dövlət orqanlarına 31 may 2001-ci il tarixli qərarın icra olunmamasından şikayət etmişdir.
13. 29 yanvar 2002-ci ildə İqtisad Məhkəməsi xüsusi qərardad çıxararaq, Xətai rayon prokurorluğuna məhkəmə qərarının icra olunmamasına görə məsuliyyət daşıyan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair göstəriş vermişdir.
14. Şirkətin tələbinə əsasən 01 iyul 2003-cü il tarixdə İqtisad Məhkəməsi xüsusi qərardad çıxararaq, 31 may 2001-ci il tarixli qərarının nəticə hissəsini izah etmişdir. Məhkəmə aydınlaşdırıb ki, Torpaq hər hansı üçüncü tərəflərdən boşaldılmalı, Torpağa buraxılış məhdudlaşdırılmalı və qanunsuz tikilmiş binalar XRİH tərəfindən dağıdılmalıdır. Bundan sonra Torpaq Şirkətə verilməlidir.
15. 2003-cü ilin avqustunda Xətai rayon Məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri Şöbəsi İqtisad Məhkəməsini məlumatlandırıb ki, XRİH-in vəzifəli şəxslərinin binanı dağıtmaqdan imtina etməsi səbəbindən qərarı icra etmək mümkün deyildir.
16. 11 sentyabr 2003-cü ildə İqtisad Məhkəməsi xüsusi qərardad çıxararaq, Xətai rayon prokurorluğuna XRİH-in vəzifəli şəxslərinə qarşı cinayət təqibinin başlanılmasına dair göstəriş vermişdir. 17 oktyabr 2003-cü ildə Xətai rayon prokurorluğu cinayət işinin başlanılmasını rədd etmişdir.
17. Eyni zamanda, XRİH Ali Məhkəmənin sədrindən işin baxışının yenidən açılmasını və 31 may 2001-ci il tarixli qərara yenidən baxılmasını xahiş etmişdir. 20 oktyabr 2003-cü il tarixli məktubla Ali Məhkəmənin sədri bu tələbi rədd edərək, işin yenidən açılmasına əsasların olmadığını hesab etmişdir.
18. İşin materiallarından görünür ki, eyni zamanda İqtisadi İnkişaf Nazirliyi («İİN») Torpağa dair üçüncü şəxslərə mülkiyyət haqqında şəhadətnamə vermişdir. 2005-ci ildə naməlum tarixdə ərizəçi İİN-ə və onun adına Torpaqla bağlı bütün sənədlərin ləğvini xahiş edən şəxslərə qarşı iddia qaldırmışdır. 23 dekabr 2005-ci ildə Xətai rayon məhkəməsi ərizəçinin tələbini rədd etmişdir. Ərizəçi tərəfindən verilmiş bir neçə şikayətlərdən sonra 18 noyabr 2008-ci il tarixdə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Apellyasiya Məhkəməsi qeyd etdi ki, 29 oktyabr 1998-ci il tarixli qərara əsasən Dövlətə mənsub olduğu vaxtda Torpaq üçüncü şəxslərə 1999-cu ildə hərracdan satıldığı üçün İİN tərəfindən verilmiş mülkiyyət haqqında şəhadətnamələr qanunidir. 10 mart 2009-cu ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
19. Ərizəçi ilə sonuncu kommunikasiyalar zamanı 31 may 2001-ci il tarixli qətnamə hələ də icra olunmamışdır.
Hüquqi məsələlər
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN VƏ KONVENSİYANIN 1 SAYLI
PROTOKOLUNUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
20. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, İqtisad Məhkəməsinin 31 may 2001-ci il tarixli qətnaməsi icra olunmayıb. O, həmçinin şikayət edib ki, 31 may 2001-ci il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur.
Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən..., məhkəmə vasitəsilə... ədalətli araşdırma hüququna malikdir...»
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
A. Şikayətin məqbuliyyəti
Ərizəçinin qurban statusu
21. Məhkəmə qeyd edir ki, ərizəçi Şirkətin yeganə mülkiyyətçisi və müdiri olmuşdur. Ərizəçinin dəlillərindən görünür ki, o, şikayətini yalnız öz adından vermiş və Şirkətin mülkiyyətçisi və müdiri kimi şəxsi hüquqlarının pozulmasından şikayət etmişdir. Bununla bağlı, Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü maddəsində «qurban» anlayışı müvafiq hərəkət və ya hərəkətsizliklə birbaşa toxunulmuş şəxsi nəzərdə tutur (baxın, məsələn, Ekl Almaniyaya qarşı, 15 iyul 1982-ci il, § 62, A Seriyaları, № 51). Bu mənada, Məhkəmə qeyd edir ki, Şirkətin yeganə mülkiyyətçisi mübahisəli tədbirlər onun Şirkətinə aid olduğu qədər Konvensiyanın 34-cü maddəsinin mənasında «qurban» olduğunu iddia edə bilər (baxın, Nosov Rusiyaya qarşı (qərardad), № 30877/02, 20 oktyabr 2005-ci il). Çətinliklər törədə bilən toqquşan maraqların, məsələn kimin Məhkəməyə şikayət vermək hüququnda olduğunun müəyyən edilməsi ilə bağlı problemlərin olmadığı və işin ümumi halları baxımından Məhkəmənin qənaətinə görə, ərizəçi mübahisəli tədbirlər onun Şirkətinə aid olduğu qədər Konvensiyanın 34-cü maddəsinin mənasında «qurban» olduğunu iddia edə bilər (baxın, Ankarkrona İsveçə qarşı (qərardad), № 35178/97, İHAM 2000-VI).
Məhkəmənin ratione temporis yurisdiksiyası
22. Hökumət iddia edib ki, şikayət Konvensiya ilə ratione temporis uyğun deyildir, ona görə ki, 31 may 2001-ci il tarixli qərar 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən əvvəl çıxarılmışdır.
23. Məhkəmə xatırladır ki, o, müvafiq Tərəf Dövlətə aid yalnız Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş hadisələrdən irəli gələn Konvensiya pozuntuları ilə bağlı şikayətləri araşdırmaq səlahiyyətinə malikdir (baxın, məsələn, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il). Konvensiya Azərbaycana munasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minib. Lakin Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsini icra etmək üzrə dövlət orqanlarının davamlı uğursuzluğu baxımından qətnamə hələ də icra olunmamış qalır. Buna görə, iş üzrə davamlı vəziyyət yaranmış və bu səbəbdən, Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı dövrə aid hissəsini araşdırmağa səlahiyyətlidir (baxın, İliç Serbiyaya qarşı, № 30132/04, § 54, 09 oktyabr 2007-ci il və Sladkov Rusiyaya qarşı, № 13979/03, § 16, 18 dekabr 2008-ci il). Buna görə, Hökumətin etirazı rədd olunmalıdır.
3. Daxili vasitələr
24. Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükətməmişdir. Xüsusən, mübahisəli torpaqla bağlı üçüncü şəxslərin mülkiyyət hüquqları üzrə mülki araşdırmalar hazırkı şikayətin verildiyi dövrdə daxili məhkəmələrdə hələ baxılırdı. Lakin Məhkəmə qeyd edir ki, həmin mülki araşdırmalar 31 may 2001-ci il tarixli qətnamənin icrası ilə bağlı deyil və bu məsələdə Konvensiyanın mənasında tükəndirilməli olan vasitə hesab oluna bilməz. Bundan başqa, hər bir halda yuxarıda qeyd olunan araşdırmalar Ali Məhkəmənin 10 mart 2009-cu il tarixli yekun qərarı ilə bitib. Buna görə, Hökumətin etirazı hazırkı şikayətlə əlaqəli deyil və rədd edilməlidir.
Nəticə
25. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir. Buna görə, şikayət məqbul elan olunmalıdır.
B. İşin mahiyyəti
Tərəflərin dəlilləri
26. Hökumət iddia edib ki, Konvensiyanın mənasında ərizəçi hər hansı mülkiyyətə malik olmamış və mübahisəli torpaq başqalarına mənsubdur. Hökumət bildirib ki, ərizəçi hər hansı mülkiyyət hüquqlarına malik olmadığından, 1 saylı Protokolun 1-ci maddəsi baxımından hər hansı mülkiyyət hüquqları pozulmamışdır. Hökumət 31 may 2001-ci il tarixli qətnamənin icra olunmaması ilə bağlı məsələnin üzərindən isə sükutla keçmişdir.
27. Ərizəçi öz şikayətini təkrarlayaraq qeyd etmişdir ki, 31 may 2001-ci il tarixli qətnamənin icra olunmaması onun ədalətli məhkəmə araşdırılması və mülkiyyətdən maneəsiz istifadə hüquqlarını pozmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 6-cı maddəsi
28. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tərəflərə verilən prosessual təminatları – ədalətli, açıq və çevik məhkəmə araşdırmaları – təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-II, s. 510, § 40).
29. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Hazırkı işdə ərizəçi tərəfindən işindən səhv azad olunmasından sonra onun bərpasına aid mübahisənin müvəffəqiyyətindən faydalanmağın qarşısı alınmamalı olmuşdur.
30. Məhkəmə qeyd edir ki, 15 aprel 2002-ci ildə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən sonra İqtisad Məhkəməsinin 31 may 2001-ci il tarixli qətnaməsi təxminən yeddi il altı ay müddətində icra olunmadan qalmışdır. 15 aprel 2002-ci ilədək isə qətnamə on aydan artıq icra olunmamışdır. Bu gecikdirmə üçün Hökumət hər hansı əsaslı izah irəli sürməmişdir.
31. Hazırkı işdə yekun qətnaməyə riayət etmək üçün zəruri tədbirlər görməməklə, dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün səmərəli təsirdən məhrum etmişlər (baxın, yuxarıda qeyd olunmuş, Burdov, § 37).
32. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
(b) Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi
33. Məhkəmə xatırladır ki, mülkiyyətlə bağlı tələb «mülkiyyəti» o halda təşkil edə bilər ki, bu tələb məcburi olmaq üçün kifayət qədər müəyyən edilmiş olsun (baxın, Stran Greek Refineries və Stratis Andreadis Yunanıstana qarşı, 09 dekabr 1994-cü il, § 59, A Seriyaları, № 301-B). Məhkəmə qeyd edir ki, 31 may 2001-ci il tarixli qətnamənin qüvvəyə minməsi ilə ərizəçi xüsusi göstərilmiş torpaq sahəsi üzrə istifadə hüququnun əldə olunması üçün müəyyən olunmuş «qanuni gözləntiyə» malik olmuşdur (baxın, mutatis mutandis, Ostapenko Ukraynaya qarşı, № 17341/02, § § 44-48, 14 iyun 2007-ci il). Buna görə, Məhkəmə razıdır ki, ərizəçinin tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında «mülkiyyəti» təşkil etmək üçün kifayət qədər müəyyən olunmuşdur. İqtisad Məhkəməsinin 31 may 2001-ci il tarixli qətnaməsinin icrasına nail olmağın mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin birinci paraqrafının birinci cümləsində göstərildiyi kimi, ərizəçinin mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil edir (baxın, yuxarıda qeyd olunmuş Burdov, § 40 və Casiunyen Litvaya qarşı, № 41510/98, § 45, 06 mart 2003-cü il). Hökumət bu müdaxilə üçün hər hansı məqbul əsaslandırmanı təqdim etməmişdir.
34. Yuxarıda göstərilənlər Məhkəməyə belə qənaətə gəlməyə kifayət edir ki, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsi də pozulmuşdur.
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
35. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
36. Ərizəçi tələb edib ki, 31 may 2001-ci il tarixli qətnamə icra edilsin, lakin ədalətli kompensasiya üçün tələb irəli sürməyib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu məsələdə ona hər hansı məbləğin ödənilməsinin qərara alınması tələb olunmur.
37. Lakin Məhkəmə hesab edir ki, 31 may 2001-ci il tarixli qətnamənin qüvvədə olduğunu nəzərə alaraq, onu icra etmək üzrə Dövlətin yerinə yetirilməmiş öhdəliyi mübahisə doğurmur. Müvafiq olaraq, qətnamənin icra olunması hüququ hələ də ərizəçidə vardır. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin pozuntusunu bərpa etməyin ən adekvat tərzi ondan ibarətdir ki, ərizəçi mümkün qədər Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulmasından əvvəl mövcud olmuş vəziyyətə qaytarılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, § 12, A Seriyaları, № 85). Müəyyən olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işə də bu prinsip tətbiq olunur. Buna görə, Məhkəmə hesab edir ki, Hökumət lazımi tədbirlər görməklə, 31 may 2001-ci il tarixli qətnamənin icrasını təmin etməlidir.
38. Lakin görünür ki, sözügedən torpaq üçüncü şəxslərin mülkiyyətindədir. Bununla bağlı, Məhkəmə vurğulayır ki, onun qərarları əsasən mahiyyət etibarilə deklarativ xarakterlidir. Ümumiyyətlə, bu, ilkin olaraq Dövlətə aiddir ki, onun daxili qanunvericiliyində olan istifadə ediləcək tədbirləri seçsin ki, Konvensiyanın 46-cı maddəsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirsin (bax: Şofman Rusiyaya qarşı, № 74826/01, § 53, 24 noyabr 2005-ci il, sonrakı istinadlarla). Hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını aşkar edərək, Məhkəmə ərizəçinin fərdi vəziyyətini düzəltmək üçün müvafiq tədbirlərin görülməsinə, 31 may 2001-ci il tarixli qətnaməyə əsasən ərizəçinin məcburi tələbinə uyğunluğu təmin etməsinə dair Hökumətin öhdəliyini müəyyən etdi (müqayisə et, Fadayeva Rusiyaya qarşı, № 55723/00, § 142, İHAM 2005-...). Belə tədbirlərin ərizəçinin ekvivalent təşkilatda ekvivalent vəzifəyə bərpasını əhatə edib-etməyəcəyi və ya bu mümkün olmadıqda, icra olunmadığı üçün ona ağlabatan kompensasiyanın verilib-verilməməsi, yaxud da bu və digər tədbirlərin ümumilikdə görülüb-görülməməsinin müəyyən olunması cavabdeh Dövlətin üzərinə düşür (baxın, mutatis mutandis, Tarverdiyev Azərbaycana qarşı, № 33343/03, § 66, 26 iyul 2007-ci il). Lakin Məhkəmə vurğulayır ki, görülmüş hər hansı tədbirlər Məhkəmənin qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olmalıdır (baxın, Assanidze Gürcüstana qarşı (BP), № 71503/01, § 202, İHAM 2004-II, sonrakı istinadlarla).
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Şikayəti məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsiin 1-ci bəndinin pozulmasını qərara alır;
Şikayətin Konvensiyanın 13-ci maddəsi baxımından araşdırılmasının zəruri olmadığını qərara alır;
Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, qərarın qəti olacağı tarixdən üç ay müddətində Dövlət tərəfindən zəruri tədbirlərlə 31 may 2001-ci il tarixli qətnamənin icra olunmasının təmin edilməli olmasını qərara alır.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 dekabr 2009-cu ildə göndərilib.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr
© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło