21674/05

WyrokETPCz2008-01-17ECLI:CE:ECHR:2008:0117JUD002167405

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
Czy przewlekłość postępowania cywilnego w sprawie odszkodowania za zniszczone mieszkanie naruszyła prawo do rozpoznania sprawy w rozsądnym terminie z art. 6 ust. 1 Konwencji oraz czy skarżąca miała dostęp do skutecznego środka odwoławczego w związku z tą przewlekłością, zgodnie z art. 13 Konwencji?
Ratio decidendi
Trybunał uznał, że postępowanie cywilne, trwające 4 lata i 8 miesięcy w trzech instancjach, z czego ponad 3 lata i 5 miesięcy po ratyfikacji Konwencji przez Azerbejdżan, było nadmiernie długie. Kluczowym czynnikiem była znacząca i nieuzasadniona bezczynność sądu pierwszej instancji, trwająca ponad 4 lata, w tym ponad 2 lata i 9 miesięcy po dacie ratyfikacji. Trybunał podkreślił, że sprawa nie była skomplikowana, a władze krajowe nie wykazały należytej staranności, zwłaszcza biorąc pod uwagę znaczenie sprawy dla skarżącej (zniszczenie mieszkania). Ponadto, Trybunał stwierdził, że skarżąca nie miała dostępu do skutecznego środka prawnego, który mógłby przyspieszyć postępowanie lub zapewnić jej odpowiednie zadośćuczynienie za już powstałe opóźnienia, co stanowiło naruszenie art. 13 Konwencji.
Stan faktyczny
Skarżąca, Nataliya Onufriyevna Rəhimova, mieszkała w Baku. Jej mieszkanie zostało zniszczone w pożarze 18 listopada 1999 roku, spowodowanym przez sąsiadów. Mieszkanie stało się niezdatne do zamieszkania. 15 stycznia 2001 roku skarżąca wniosła pozew cywilny o odszkodowanie w wysokości 10 000 USD przeciwko sąsiadowi, policjantowi A. Postępowanie w sądzie pierwszej instancji trwało ponad cztery lata, z licznymi odroczeniami i okresami bezczynności, a pełny tekst wyroku został doręczony z czteromiesięcznym opóźnieniem. Ostateczny wyrok w sprawie zapadł 6 października 2005 roku.
Rozstrzygnięcie
* Stwierdza dopuszczalność skarg na podstawie art. 6 ust. 1, art. 13 Konwencji oraz art. 1 Protokołu nr 1. * Stwierdza niedopuszczalność pozostałej części skargi (w tym na podstawie art. 14). * Stwierdza naruszenie art. 6 ust. 1 Konwencji. * Stwierdza naruszenie art. 13 Konwencji. * Uznaje, że nie ma potrzeby odrębnego badania skarg na podstawie art. 8 Konwencji i art. 1 Protokołu nr 1. * Uznaje, że brak jest podstaw do zasądzenia słusznego zadośćuczynienia.

Pełny tekst orzeczenia

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ BİRİNCİ BÖLMƏ RƏHİMOVA AZƏRBAYCANA QARŞI (Şikayət № 21674/05) Q Ə R A R STRASBURQ 17 yanvar 2008-ci il   Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, əlavə yoxlamaya məruz qala bilər.   Rəhimova Azərbaycana qarşı iş üzrə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,    Xristos Rozakis, Sədr,    Lukis Lukaides,    Nina Vaciç,    Xanlar Hacıyev,    Din Spilman,    Sverr Erik Cebens,    Ciorcio Malinverni; hakimlər, və Soren Nilsen, Bölmə Katibi, 11 dekabr 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:   PROSES    1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan Nataliya Onufriyevna Rəhimovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 21674/05) iş 02 iyun 2005-ci ildə başlanılmışdır.  2. Ərizəçi Bakıda işləyən vəkil xanım Süleymanova tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökuməti («Hökumət») onun nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.  3. Ərizəçi xüsusilə iddia etdi ki, daxili məhkəmələrdə keçirilən mülki araşdırmalar «ağlabatan müddət» tələbinə cavab verməmiş və nəticədə onun mənzilinə hörmət hüququ və mülkiyyət hüquqları pozulmuşdur.               4. Palatanın sədri 29 may 2006-cı il tarixdə Hökuməti şikayət barədə məlumatlandırmağı qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən Məhkəmə qərara gəldi ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxsın.  5. Həm Hökumət, həm də ərizəçi Məhkəmə tərəfindən müəyyənləşdirilmiş müddət ərzində şikayətin məqbuliyyəti və mahiyyəti barədə qeydlərini verməmişlər. Lakin 02 oktyabr 2007-ci il tarixli məktubunda ərizəçi şikayətini işdə olan materiallar əsasında müdafiə etmək niyyətini bildirmişdir.   FAKTLAR   I. İŞİN HALLARI    6. Ərizəçi 1949-cu ildə anadan olmuşdur.  7. Ərizəçi ailəsi ilə birgə Bakıdaki mənzildə yaşamışdır. Qonşuluqda olan mənzilin sakinlərinin təqsiri ucbatından 18 noyabr 1999-cu il tarixdə baş vermiş yanğına görə onun mənzilinə zərər vurulmuşdur. Qonşuluqdaki mənzil polis zabiti olan A.-nın mülkiyyətində olmuşdur. Ərizəçiyə görə, onun mənzili yaşamaq üçün yararsız vəziyyətə düşmüş, ailəsi köçməyə və müvəqqəti yaşamaq yerini tapmağa məcbur olmuşdur.  8. Ərizəçi 15 yanvar 2001-ci ildə A.-ya qarşı onun mənzilinə dəymiş zərərə görə 10.000 ABŞ dolları maddi zərərin ödənilməsinə dair iddia qaldırmışdır. Sabunçu rayon məhkəməsində mülki icraata başlanılmışdır.  9. Görünür ki, bundan sonra Sabunçu rayon məhkəməsi bir neçə il ərzində bir neçə dəfə məhkəmə iclasının vaxtını təyin etmiş və bu iclasların hər biri ya cavabdehin gəlməməsi səbəbindən və ya digər göstərilməyən səbəblərdən təxirə salınmışdır.  10. Məhkəmə araşdırmalarının vaxtında yekunlaşdırılmamasından şikayətlənərək ərizəçi 2003-cü ilin 12 avqust və 29 sentyabr tarixlərində iki oxşar məktubu Sabunçu rayon məhkəməsinin sədrinə ünvanlamışdır.  11. 23 iyun 2004 və 15 dekabr 2004-cü ildə ərizəçi Sabunçu rayon məhkəməsi tərəfindən onun işinə baxılmaması barədə Ədliyyə Nazirliyinə və Ombudsmana şikayət etmişdir.  12. 16 fevral 2005-ci ildə o, birinci instansiya məhkəməsində məhkəmə araşdırmasının ləng olması barədə Prezidentə, Baş Prokurora, Ali Məhkəmənin sədrinə, Apellyasiya Məhkəməsinin sədrinə, Milli Məclisin sədrinə və digər hakimiyyət orqanlarına məktub ünvanlamışdır.  13. Onun məktublarına cavabların alınması məsələsi aydın deyildir.  14. Eyni zamanda, 2004-cü ilin avqust ayında qeyri-müəyyən tarixdə Sabunçu rayon məhkəməsi yanğına görə ərizəçinin mənzilinə dəyən zərərlə bağlı ekspert rəyi almağı qərara almışdır. 27 avqust 2004-cü ildə ekspert rəy tərtib etmiş və bu rəyə görə zərər 2.537.000 Azərbaycan manatı (AZM) müəyyənləşdirilmişdir.  15. Sabunçu rayon məhkəməsi 31 yanvar 2005-ci il tarixdə iclas keçirmiş və ərizəçinin tələbini qismən təmin etməklə, ona 2.637.000 AZM ödənilməsinə dair qətnamə çıxarmışdır. Bu məbləğ ekspert tərəfindən zərərlə bağlı müəyyən olunmuş məbləği və ərizəçinin çəkdiyi məhkəmə xərclərini əhatə etmişdir. Ərizəçiyə görə, o, qətnamənin tam mətnini 31 may 2005-ci ildə alıb.  16. Ərizəçi, ödənilməsi qət olunmuş məbləğin çox az olmasını və real zərəri əks etdirmədiyini iddia edərək, apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi 13 iyul 2005-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Ərizəçinin kassasiya şikayətinə əsasən 06 oktyabr 2005-ci il tarixdə Ali Məhkəmə aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxlamışdır. II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK    17. 2000-ci ildə qüvvəyə minmiş Mülki Prosessual Məcəllənin 172.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi mülki iddianın məhkəməyə verildiyi tarixdən üç ay ərzində mülki işə baxmalı və qərar çıxarmalıdır. Qısaldılmış araşdırma müddətləri müəyyən kateqoriya işlərə tələb olunur (172.2 və 172.3-cü maddələr).  18. İşlə bağlı sonuncu məhkəmə iclası yekunlaşandan dərhal sonra birinci instansiya məhkəməsi müzakirə edərək qərar qəbul etməlidir (213 və 214.1-ci maddələr). Qətnamənin tam mətni həmin vaxtda tərtib olunmalı və üç gün müddətində tərəflərə göndərilməlidir (227.1 və 227.3-cü maddələr).  19. Mürəkkəb işlər üzrə hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər (214.3-cü maddə). Belə olan halda, tərəflər və onların nümayəndələri qətnamənin tam mətni ilə tanış olmağın vaxtı barədə məlumatlandırılmalıdırlar (214.4-cü maddə).  20. Müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnaməni və yaxud onun nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər (215-ci maddə). Əgər qətnamənin yalnız nəticə hissəsi elan edilibsə, qətnamənin tam mətni on gün müddətində tərtib edilməlidir. Sədrlik edən işdə iştirak edən şəxsləri qətnamənin tam mətninin hazır olmasının vaxtı barədə məlumatlandırmalıdır (227.2-ci maddə).   HÜQUQİ MƏSƏLƏLƏR   I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN VƏ 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU    21. Ərizəçi şikayət etdi ki, mülki məhkəmə araşdırmalarının davamiyyəti Konvensiyanın aşağda göstərilən 6-cı maddəsinin 1-ci bəndinin «ağlabatan müddət» tələbi ilə ziddiyyət təşkil edir:   «Hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən ..., məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin araşdırılması hüququna malikdir.»    22. Ərizəçi, həmçinin, məhkəmə araşdırmalarının davamiyyətinin həddindən artıq olmasının Konvensiyanın 13-cü maddəsinin mənası baxımından səmərəli vasitə olmadığından şikayət etdi. Bu müddəa aşağıdakıları nəzərdə tutur:   «Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.»    23. Hər iki tərəfin Məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində mülahizələrini təqdim etmədiklərini nəzərə alaraq, Məhkəmə işin materialları əsasında şikayətləri araşdıracaq.    A. Məqbuliyyət    24. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Daha sonra, o qeyd edir ki, onlar hər hansı başqa əsaslara görə qeyri-məqbul deyildir. Ona görə, həmin şikayətlər məqbul elan edilməlidir.    B. Mahiyyət    1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi    25. Məhkəmə qeyd edir ki, hazırkı işdə mülki araşdırmalar 15 yanvar 2001-ci ildə başlanılıb və Ali Məhkəmənin 06 oktyabr 2005-ci il tarixli yekun qərarı ilə bitib. Beləliklə, ümumilikdə üç instansiyada araşdırmalar dörd il səkkiz aydan artıq davam edib.  26. Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə mindiyinə görə, hazırkı işdə nəzərə alınmalı olan müddət ratifikasiyadan sonrakı zamana təsadüf edən üç il beş ay iyirmi üç gün təşkil edir. Hər bir halda, sözügedən müddətin davamiyyətinin əsaslılığını müəyyən etmək üçün müzakirə edilən müddətin əvvəlində mövcud olan işlərin vəziyyətinə də nəzər yetirilməlidir (bax: məsələn, Protzak Polşaya qarşı, 16 dekabr 1997-ci il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1997-VIII, s. 2772, § 31).  27. Məhkəmə araşdırmalarının davamiyyətinin əsaslılığı Məhkəmənin presedent hüququnda əks olunan meyarlara, xüsusilə işin mürəkkəbliyinə, ərizəçinin və səlahiyyətli hakimiyyət orqanlarının davranışına və ərizəçi üçün əhəmiyyət daşıyan məsələlərə nəzər yetirməklə, işin xüsusi halları baxımından qiymətləndirilməlidir (bax: bir çox başqa mənbələr arasında, Pellisyer və Sassi Fransaya qarşı (Böyük plata), № 25444/94, § 67, İHAM 1999-II və Kominersol S.A. Portuqaliyaya qarşı (Böyük palata), № 35382/97, § 19, İHAM 2000-IV).  28. Məhkəmə araşdırmalarının ərizəçinin mənzilinə dəymiş zərərlə bağlı olmasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu, ərizəçinin maraqlarına toxunurdu və məhkəmə araşdırmalarının davamiyyətinin həddən artıq olmasının ərizəçinin öz ev və mülkiyyətindən istifadəsinə törədə biləcəyi nəticələri nəzərə almaqla, daxili məhkəmələr tərəfindən işə xüsusi səylər göstərilməli olmuşdur.  29. İşin xarakterinə aid Məhkəmə belə qənaətə gəlir ki, o, mürəkkəb olmayıb. Tərəfləri dinləməkdən başqa, məhkəmələr tərəfindən görülmüş yeganə prosessual hərəkət ərizəçinin mənzilinə dəymiş zərərlə bağlı ekspert rəyinin əldə edilməsi olmuşdur.    dəyişikliklərlə, qeydlərlə 30. Bundan başqa, iş materiallarında ərizəçinin davranışının işin davamiyyətinə təsir etməsi barədə heç bir dəlil mövcud deyildir. Hakimiyyət orqanlarının davranışına gəldikdə isə, Məhkəmə qeyd edir ki, apellyasiya və kassasiya icraatları, hər biri ayrılıqda, həddindən artıq davam edən kimi qiymətləndirilmədiyinə baxmayaraq, məhkəmə araşdırmalarının birinci instansiya mərhələsində əhəmiyyətli ləngitmə olmuşdur (mutatis mutandis ilə müqayisə et, Aresti Çaralambs Kiprə qarşı, № 43151/04, § 45, 19 iyul 2007-ci il). Xüsusilə, birinci instansiya məhkəməsində araşdırmalar dörd ildən artıq davam edib (15 yanvar 2001-ci ildən 31 yanvar 2005-ci ilədək), ondan iki il doqquz aydan artıq müddət Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci il tarixdən sonrakı zamana təsadüf edir. Bu müddət ərzində baş verməsi görünən yeganə hadisə 2004-cü ilin avqust ayında ekspert rəyinin əldə olunmasıdır. Lakin həm bu hadisədən əvvəl, həm də, bu hadisə ilə 31 yanvar 2005-ci ildə keçirilmiş iclas arasında əhəmiyyətli hərəkətsizlik dövrləri olmuşdur. Bundan başqa, Sabunçu rayon məhkəməsinin 31 yanvar 2005-ci il tarixli qətnaməsinin tam mətni dörd ay ləngitmə ilə ərizəçiyə verilmişdir. Bu da məhkəmə araşdırmalarının davamiyyətinə təsirini göstərib, ona görə ki, bu müddət ərzində ərizəçi yuxarı məhkəmələrə şikayət vermək imkanında olmayıb.  31. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırkı işdə birinci instansiya mərhələsində baş verən əhəmiyyətli və əsassız hərəkətsizlik dövrləri bütövlükdə məhkəmə araşdırmalarının davamiyyətinə ciddi təsir göstərib. Bu mənada, Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi Razılığa gələn Yüksək Tərəflər üzərinə öz məhkəmə sistemini elə tərzdə təşkil etmək öhdəliyini qoyur ki, onların məhkəmələri işlərin ağlabatan müddət ərzində baxılması öhdəliyi daxil olmaqla, bu müddəanın bütün tələblərinə cavab versin (bax: yuxarıda qeyd olunan Pelissyer və Sassi, § 74 və Fridlender Fransaya qarşı (Böyük Palata), № 30979/96, § 45, İHAM 2000-VII). 32. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı işdə məhkəmə araşdırmalarının davamiyyəti həddən artıq olub və «ağlabatan müddət» tələbinə cavab verməyib. Müvafiq olaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.   2. Konvensiyanın 13-cü maddəsi   33. Məhkəmə xatırladır ki, Konvensiyanın 13-cü maddəsi işin ağlabatan müddətdə baxılması barədə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinin iddia edilən pozuntusuna görə milli hakimiyyət orqanı qarşısında səmərəli müdafiə vasitəsini təmin edir (bax: Kudla Polşaya qarşı (Böyük Palata), № 3021096, § 156, İHAM 2000-XI). Vasitə o vaxt «səmərəli» olur ki, işə baxan məhkəmələrin qərarının qəbul olunmasını sürətləndirsin və ya artıq baş vermiş gecikmələrə görə iş üzrə tərəfi adekvat bərpa edilmə ilə təmin etsin (bax: həmin yerdə, § § 157-159). 34. Baxmayaraq ki, ərizəçi müxtəlif daxili hakimiyyət orqanlarına şikayətlər verməklə məhkəmə araşdırmalarının sürətləndirilməsinə uğursuz olaraq çalışmışdır (bax: yuxarıda 10-13-cü paraqraflar), belə görünmür ki, həmin vaxtda məhkəmə araşdırmalarının davamiyyətinə aid ərizəçi üçün səmərəli daxili vasitə mövcud olsun. Ərizəçinin işini sürətləndirə və ya artıq baş vermiş gecikmələrə görə onu bərpa edə bilən vasitəni göstərmək üçün Hökumət tərəfindən hər hansı məlumat verilməyib (bax: bir çox başqa mənbələr arasında, Kormaçyova Rusiyaya qarşı, № 53084/99, § 61, 29 yanvar 2004-cü il; Merit Ukraynaya qarşı, № 66561/01, § 78, 30 mart 2004-cü il və Qavrielides Kiprə qarşı, № 15940/02, § § 51-52, 01 iyun 2006-cı il). 35. Müvafiq olaraq, ərizəçi üçün Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən «ağlabatan müddətdə araşdırma» hüququnun həyata keçirilməsi məqsədilə daxili vasitənin olmaması səbəbindən Konvensiyanın 13-cü maddəsi pozulub.   II. KONVENSİYANIN 8-ci MADDƏSİ VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİ   36. Ərizəçi şikayət etdi ki, ağlabatan müddətdə işinin araşdırılmasının daxili məhkəmələr tərəfindən təmin edilməməsi onun Konvensiyanın aşağıda göstərilən 8-ci maddəsi ilə təmin edilən mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnmişdir:   «1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.   2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifahı maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlğı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir.»   37. O, həmçinin şikayət etdi ki, məhkəmə araşdırmalarının davamiyyətinin həddindən artıq olması onun Konvensiyanın 1 saylı Protokolunun aşağıda göstərilən 1-ci maddəsinə əsasən mülkiyyətdən maneəsiz istifadə hüququnu pozub:   «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.   Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»   38. Məhkəmə qeyd edir ki, bu şikayətlər yuxarıda araşdırılanlarla əlaqəlidir və buna görə eyni ilə məqbul elan olunmalıdır. 39. Lakin, yuxarıda 31-32-ci paraqraflarda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından Konvensiyanın 8-ci maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı ayrı məsələlər meydana çıxmır və buna görə həmin şikayətləri ayrılıqda araşdırmaq zərurəti yoxdur.   III. KONVENSİYANIN 14-cü MADDƏSİ    40. Ərizəçi digər şikayətləri ilə birgə Konvensiyanın 14-cü maddəsinə əsasən şikayət etdi ki, ona qarşı ayrı-seçkiliyə yol verilib. O iddia etdi ki, daxili məhkəmələr polis zabiti olduğu üçün cavabdehin xeyrinə ona qarşı qərəzli olmuşlar.  41. Malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin onun səlahiyyətinə aid olmasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 14-cü maddəsində təsbit olunmuş hüququn pozulması müşahidə olunmur. Buna görə, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.   IV.KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ    42. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:   «Əgər Məhkəmə, Konvensiyanın və ona dair protokolların müddəalarının pozulduğunu, lakin, Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»   43. Ərizəçi Məhkəmənin Reqlamentinin 60-cı qaydasının tələbinə uyğun olaraq ədalətli kompensasiya üçün tələb təqdim etməyib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu baxımdan ona hər hansı məbləğin ödənilməsinin qərara alınması üçün əsas yoxdur.   BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ   Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Konvensiyanın 13-cü maddəsinə və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən edilmiş şikayətləri məqbul, şikayətin qalan hissəsini isə qeyri-məqbul elan edir; İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını qərara alır; İş üzrə Konvensiyanın 13-cü maddəsinin pozulmasını qərara alır; Şikayətlərin Konvensiyanın 8-ci maddəsi və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi baxımından araşdırılmasının zəruri olmadığını qərara alır; Hər hansı ədalətli kompensasiyanın ödənilməsinin qərara alınması üçün əsasların olmadığını qərara alır.   İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 17 yanvar 2008-ci ildə göndərilib.    Soren Nilsen      Xristos Rozakis     Katib             Sədr

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło