35207/03
WyrokETPCz2005-09-13ECLI:CE:ECHR:2005:0913JUD003520703
Analiza orzeczenia
Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.
Zagadnienie prawne
Czy warunki przetrzymywania w areszcie śledczym, ograniczenia w korespondencji i kontaktach rodzinnych oraz brak skutecznych środków odwoławczych naruszyły prawa skarżącego z art. 3, 8 i 13 Konwencji?Ratio decidendi
Trybunał uznał, że warunki przetrzymywania skarżącego, w tym przeludnienie, brak odpowiedniej opieki medycznej dla astmatyka narażonego na dym tytoniowy, niewystarczające wyżywienie i złe warunki sanitarne, przekroczyły nieunikniony poziom cierpienia związany z pozbawieniem wolności, stanowiąc nieludzkie i poniżające traktowanie (art. 3). Stwierdził również, że przepisy krajowe dotyczące ograniczeń w korespondencji i kontaktach rodzinnych nie były wystarczająco jasne i przewidywalne, aby spełniać wymóg „przewidzianych prawem” z art. 8 ust. 2, co naruszyło prawo do poszanowania życia prywatnego i rodzinnego (art. 8). Ponadto, Rząd nie wykazał istnienia skutecznych środków odwoławczych w Mołdawii w odniesieniu do skarg na warunki przetrzymywania (art. 13 w związku z art. 3).Stan faktyczny
Skarżący, Vitali Ostrovar, były prokurator, został aresztowany w Mołdawii pod zarzutem korupcji i przetrzymywany w areszcie śledczym nr 3 Ministerstwa Sprawiedliwości. Skarżył się na przeludnienie cel (ponad 20 osób w celi 25 m²), brak materacy, złe warunki sanitarne (otwarta toaleta blisko stołu, brak ciepłej wody, insekty), niedostateczną wentylację i ogrzewanie, słabe oświetlenie, niewystarczającą opiekę medyczną (skarżący był astmatykiem i był narażony na dym tytoniowy) oraz złe wyżywienie. Ponadto, jego korespondencja z matką nie zawsze docierała, a odmówiono mu kontaktów z żoną i córką. Skarżący bezskutecznie próbował dochodzić swoich praw przed organami krajowymi.Rozstrzygnięcie
Trybunał jednogłośnie: stwierdza naruszenie art. 3 Konwencji; stwierdza naruszenie art. 8 Konwencji w odniesieniu do prawa skarżącego do korespondencji z matką; stwierdza naruszenie art. 8 Konwencji w odniesieniu do odmowy zezwolenia skarżącemu na kontakty z żoną i córką; stwierdza naruszenie art. 13 Konwencji w związku z art. 3 Konwencji; stwierdza brak naruszenia art. 13 Konwencji w związku z art. 8 Konwencji; zasądza na rzecz skarżącego 3 000 EUR tytułem szkody niemajątkowej oraz 1 500 EUR tytułem kosztów i wydatków; oddala pozostałe żądania skarżącego dotyczące słusznego zadośćuczynienia.Pełny tekst orzeczenia
Avropa İnsan Hüquqları Məhkəməsi
DÖRDÜNCÜ SEKSİYA
OSTROVAR (OSTROVAR) MOLDOVAYA QARŞI məhkəmə işi
(Ərizə Nº 35207/03)
QƏRAR
Strasburq
13 sentyabr 2005-ci il
Qərarın qəti qərara çevriləcəyi tarix:
15.02.2006
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.
Ostrovar Moldovaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Seksiya), hakimlər:
ser Nikolas Bratsa (Nicolas Bratza), sədr;
cənab H. Kasadevall (J. Casadevall);
cənab G. Bonello (G. Bonello);
cənab R. Maruste (R. Maruste);
cənab S. Pavlovski (S. Pavlovschi);
cənab L. Qarlitski (L. Garlicki);
cənab C. Borreqo Borreqo (J. Borrego Borrego);
cənab David Tor Byörqvinsson (David Thór Björgvinsson);
habelə Seksiyanın katibi cənab M. O’Boyldan (M. O’Boyle) ibarət tərkibdə Palatada iclas keçirərək,
25 avqust 2005-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Moldova vətəndaşı cənab Vitali Ostrovar (“ərizəçi”) tərəfindən 28 oktyabr 2003-cü ildə Məhkəməyə təqdim edilmiş Moldova Respublikasına qarşı ərizə (Nº 35207/03) əsasında başlanmışdır.
2. Ərizəçini Kişinyovda vəkillik fəaliyyəti ilə məşğul olan cənab Vitali Naqasevski təmsil etmişdir. Moldova Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Vitali Parloq təmsil etmişdir.
3. Ərizəçi konkret olaraq həbsdə saxlanma şəraitindən, anası ilə yazışma hüququnun pozulmasından, arvadı və qızı ilə təmasda olmasına icazə verilməməsindən və Konvensiyanın 3-cü və 8-ci maddələri ilə təmin edilən hüquqlarının pozulması ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrinə malik olmamasından şikayət etmişdir.
4. Ərizə Məhkəmənin Dördüncü Seksiyasının icraatına verilmişdir.
5. 1 noyabr 2004-cü ildə Məhkəmə öz Seksiyalarının tərkibində dəyişiklik etmişdir (25-ci Qaydanın 1-ci bəndi). İş yenidən təşkil edilmiş Dördüncü Seksiyasının icraatına verilmişdir (52-ci Qaydanın 1-ci bəndi).
6. 22 mart 2005-ci il tarixli qərarı ilə Məhkəmə ərizəni qismən qəbul olunan elan etmişdir.
7. Ərizəçi və Hökumət işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi), Palata tərəflərlə məsləhətləşdikdən sonra iş üzrə şifahi dinləməyə ehtiyac olmadığını qərara almışdır (59-cu Qaydanın 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi 1974-cü ildə anadan olub və Kişinyovda yaşayır. O, Kişinyovun Sentru rayonunun prokurorunun sabiq baş köməkçisidir.
A. Ərizəçinin həbsi ilə bağlı ümumi məlumat
9. 24 iyul 2002-ci ildə ərizəçi rüşvət alma ittihamı ilə Moldova məxfi xidmətləri tərəfindən həbsə alındı. Sonradan ittihamlar korrupsiya ittihamları ilə əvəz edildi (trafic de influenţă).
10. 15 avqust 2002-ci ildə Kişinyov Regional Məhkəməsi ərizəçi barəsində otuz günlük həbs qətimkan tədbiri haqqında qərar çıxardı. Sonradan həbs müddəti Buyukani Rayon Məhkəməsinin 2 sentyabr 2002-ci il və 10 oktyabr 2002-ci il tarixli qərarları ilə uzadıldı.
11. 15 noyabr 2002-ci ildə Apelyasiya Məhkəməsi ərizəçinin həbsdən azad edilməsi barədə qərar çıxardı.
12. 4 aprel 2003-cü ildə ərizəçi Apelyasiya Məhkəməsi tərəfindən təqsirli sayıldı və on il azadlıqdan məhrum edilmə cəzasına məhkum edildi. O, dərhal həbsxanaya salındı. Ərizəçi bu qərardan şikayət verdi. Şikayət üzrə icraatın nəticəsi Məhkəməyə məlum deyil.
2. Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında ərizəçinin saxlanma şəraiti
13. Ərizəçinin şikayətləri iki dövr ərzində, yəni 18 oktyabr 2002-ci ildən 15 noyabr 2002-ci ilədək və 4 aprel 2003-cü ildən 13 dekabr 2003-cü ilədək həbsdə saxlanılarkən Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasındakı (Izolatorul Anchetei Preliminare Nr. 3) saxlanma şəraiti ilə bağlıdır.
a) Ərizəçinin arqumentləri
14. Ərizəçi iddia edir ki, 25 kvadrat metrlik kamerada bəzən iyirmidən artıq adamla bir yerdə saxlanılıb. Orada iyirmi çarpayı (koyka) olub, amma heç bir döşək və ya ədyal olmayıb, özü də adamların sayı çox olduğuna görə heç də həmişə çarpayıda uzanmaq mümkün olmayıb. Məhkəmə ərizə verdikdən sonra o, 25 kvadrat metr sahəsi olan daha kiçik kameraya köçürülüb və iddia edir ki, adamların sayı çox olduğuna görə yatmaq üçün növbəsinin çatmasını gözləməli olub, özü də onun iddia etdiyinə görə buradakı şərait əvvəlki kameradan daha pis olub.
15. Kameralarda siqaret çəkmək həbsxananın daxili qaydaları ilə qadağan olunmayıb və siqaret çəkmək üçün alternativ yer olmadığına görə məhbuslar kameralarda siqaret çəkməli olublar. Ərizəçi astma xəstəliyindən əziyyət çəkirdi və həbsxana müdiriyyəti bundan xəbərdar idi, çünki o, xəstəxanada astma ilə bağlı müalicə aldıqdan dərhal sonra oradaca həbs edilmiş və həbsxanaya gətirilmişdi. Siqaret tüstüsünün təsirinə məruz qaldığına görə ərizəçidə çoxlu astma tutmaları olub, adətən tutmalar gündə iki və ya üç dəfə baş verirdi.
16. Ərizəçiyə adekvat tibbi yardın göstərilməyib. Cəzaçəkmə yerində tibbi personal olsa da, dərmanların çatışmaması ucbatından onların yardım göstərmək imkanı məhdud olub. Ərizəçi həbsxana həkimindən dəfələrlə ona tibbi yardım göstərilməsini xahiş edib, amma həkim onun xahişlərini rədd edib. Ona deyiblər ki, həbsxanada zəruri dərmanlar yoxdur. Dərmanların olmaması ucbatından o, astma tutmalarına məruz qalıb və şaquli vəziyyətdə oturaraq onların keçib getməsini gözləməli olub. Getdikcə onun tutmaları daha tez-tez baş verib və daha uzun çəkib. Həbsxana həkimi ərizəçinin astmadan əziyyət çəkdiyini bilsə də, onun siqaret çəkən məhbuslarla bir kameraya salınmasına icazə verib. Ərizəçi bütünlüklə ailəsinin gətirdiyi dərmanların ümidinə qalıb.
17. Kameranın pəncərəsinin taxta ilə bağlanması faktı vəziyyəti daha da pisləşdirib və pəncərədən içəriyə təmiz hava gəlməyib. Üstəlik, kamerada ventilyasiya sistemi olmayıb, buna görə də içəridə rütubət olub.
18. İstilik sistemi və izolyasiya olmadığıma görə qışda kamera çox soyuq, yayda isə çox isti idi.
19. Pəncərədəki taxtalar gün işığının içəri düşməsinin qarşısını alırdı. Bununla belə, həbsxana müdiriyyəti kameraların elektrik təchizatını yalnız gündə altı saatla məhdudlaşdırmışdı; buna görə də məhbuslar qaranlıqda qalmalı olur və yemək hazırlamaqda böyük çətinlik çəkirdilər.
20. Kamerada su yalnız gündə on saat, bəzənsə daha az gəlirdi. İsti su təchizatı məhdudlaşdırılaraq yalnız on beş gündən bir verilirdi. Paltarları yumaq və qurulamaq üçün yer yox idi. Məhbuslar paltarlarını kamerada qurulamalı olurdular.
21. Zəif tibbi yardım və pis gigiyenik şərait ucbatından kameralara taxtabitilər, bitlər və qarışqalar daraşmışdı. Məhbuslar vərəm, dəri və tənəffüs yolu infeksiyaları kimi yoluxucu xəstəliklərə yoluxurdular.
22. Tualet yemək masasından 1,5 metr aralıda idi və daim açıq idi. Yetərli su təchizatı və təmizləyici vasitələr olmadığına görə pis qoxunun qarşısını almaq mümkün deyildi.
23. Həbsxanada kitabxana yox idi və məhbuslar qəzetləri və digər nəşrləri oxumaq imkanına malik deyildilər. İstirahət və idman məşqləri üçün müvafiq yer yox idi.
24. Məhbuslara verilən yeməklərin keyfiyyəti çox pis idi. O, pis qoxu verən qaynadılmış sudan ibarət idi və demək olar ki, yeməli deyildi. Ərizəçi bildirdi ki, Hökumət bir məhbusun gündəlik qidasına 2,16 Moldova leyi (MDL) (həmin vaxt MDL 0,14 avroya bərabər idi) sərf edirdi, halbuki bir kömbə çörəyin qiyməti 3 MDL-dən artıq idi.
b) Hökumətin arqumentləri
25. Ərizəçi sahəsi 28,4 kvadrat metr olan, on dörd məhbus üçün nəzərdə tutulan 16 saylı kamerada və sahəsi 19,3 kvadrat metr olan, on məhbus üçün nəzərdə tutulan 138 saylı kamerada saxlanılmışdı.
26. Məhkəməyə qədər həbs haqqında Qanunun 17-ci maddəsinə uyğun olaraq, ərizəçi həbsxana müdiriyyətindən siqaret çəkməyən məhbusların olduğu başqa kameraya köçürülməsini xahiş edə bilərdi.
27. Məhbuslara həmin qanuna uyğun olaraq tibbi yardım göstərilirdi. Məhbusun həbsxana həkimləri tərəfindən göstərilə bilməyən tibbi yardıma ehtiyacı olduqda o, stasionar xəstəxanaya aparıla bilərdi. Həbsxanaya dərmanlar dövlət tərəfindən təchiz olunurdu; lakin həbsxanada müəyyən dərmanlar olmadıqda məhbuslar onları qohumlarından almaq hüququna malik idilər. Ərizəçi bütün zəruri dərmanlarla təchiz edildiyinə görə ona digər dərmanların yazıldığı heç bir tibbi rəy tərtib edilməmişdi.
28. Həbsxana müdiriyyəti ərizəçinin astma xəstəliyindən xəbərdar idi. Hökumətin bildirdiyinə görə, həbsxananın qeydiyyat kitabında deyilirdi ki, ərizəçi yalnız iki dəfə – 2 sentyabr və 5 noyabr 2003-cü ildə tibbi yardım üçün müraciət edib. 31 may 2004-cü il tarixli qeydlərində Hökumət bildirdi ki, 5 noyabr 2003-cü ildə həkim ərizəçini müayinə edib və ona dərmanlar yazıb. Hökumət həbsxananın qeydiyyat kitabındakı qeydlərin surətini Məhkəməyə təqdim etmədi.
İşin mahiyyəti üzrə 10 may 2005-ci il tarixli əlavə qeydlərində Hökumət bildirdi ki, ərizəçi müraciət etdiyi hər iki tarixdə tibbi yardım və dərmanlarla təchiz edilib. Hökumət əllə yazılmış 13 may 2004-cü il tarixli tibbi rəy təqdim etdi, orada həbsxana həkimi həbsxananın baş həkiminə məlumat verirdi ki, həmin tarixlərdə ərizəçi müayinə olunub və dərmanlarla təmin edilib.
29. Kameraların havası məhbuslar idman edərkən pəncərələrin açılması yolu ilə və ümumi ventilyasiya sistemi vasitəsilə dəyişdirilirdi.
30. İstilik həbsxananın təbii qaz və kömürdən istifadə edilən istilik sistemi vasitəsilə təchiz olunurdu.
31. Kameralara gün işığı düşürdü və daimi elektrik təchizatı vardı.
32. Kameralar daim kran suyu ilə təchiz olunurdu və müvafiq olaraq, məhbuslar lazımi səviyyəli gigiyena şəraitinə malik idilər. Hökumət həmçinin bildirdi ki, məhbuslara isti su da verilirdi.
33. Məhbusların şəxsi həyatının məxfiliyini təmin etmək üçün tualetlər kameranın qalan hissəsindən divarla ayrılmışdı.
34. Kameralar radioqəbuledici ilə və bəzən də televizorlarla təchiz olunmuşdu.
35. Ərizəçi bir saat müddətində kameradan kənarda gündəlik gəzintiyə çıxmaq hüququna malik idi və bu zaman idmanla məşğul ola bilərdi.
36. Məhbuslar Hökumətin müəyyən etdiyi normalara uyğun olaraq pulsuz yeməklə təmin edilirdilər və qidanın keyfiyyəti qaneedici idi. Həbsxana gündə çörək, bitki yağı, tərəvəz, çay və qəndlə təchiz olunurdu. Kifayət qədər maliyyələşdirmə olmadığından ət, balıq və süd məhsulları həmişə olmurdu. Lakin məhbusların ayda bir dəfə ailələrindən içərisində ərzaq olan bağlama almalarına icazə verilirdi. Bundan başqa, məhbuslar ən azı ayda bir dəfə həbsxana dükanından ərzaq ala və 18 MDL xərcləyə bilərdilər (bu məbləğ həmin vaxt 1.2 avroya bərabər idi).
37. Ərizəçini alçaltmaq və ya təhqir etmək niyyəti mövcud deyildi və həbsxana müdiriyyəti onu alçaltmaq üçün heç bir hərəkət etməmişdi.
3. Ərizəçinin yazışmalarına müdaxilə barədə iddia
a) Ərizəçinin arqumentləri
38. Anası tərəfindən ərizəçiyə göndərilən məktublar həmişə ona çatmırdı. Bu iddiasını təsdiq etmək üçün ərizəçi Məhkəməyə anası tərəfindən 1 oktyabr 2003-cü ildə ona göndərilən məktubun həbsxana tərəfindən alındığını təsdiq edən qeydin olduğu qəbzi Məhkəməyə təqdim etdi, halbuki ərizəçi həmin məktubu heç vaxt almamışdı.
b) Hökumətin arqumentləri
39. Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci maddəsinə uyğun olaraq, tutulmuş şəxs ailəsi ilə yazışa bilmək üçün onun işinə görə cavabdeh olan orqandan icazə almalı idi. Ərizəçinin ağır hüquq pozuntusunda ittiham edilməsi səbəbindən və ədalət mühakiməsinin maraqları nəzərə alınaraq onun qohumları ilə yazışmasına və ya telefonla danışmasına icazə verilməmişdi.
4. Ərizəçinin arvadı və qızı ilə təmasda olmasına icazə verilməməsi barədə iddia
a) Ərizəçinin arqumentləri
40. Ərizəçi həmçinin bildirir ki, arvadımı və qızını görməsinə icazə verilməyib və onlarla telefonla təmasa girə bilməyib.
41. 30 iyun 2003-cü ildə ərizəçi digər kamera yoldaşları ilə birlikdə baş prokurora şikayət göndərdi, orada ərizəçi digər məsələlərlə yanaşı ailə üzvləri ilə və digər şəxslərlə görüşlərinə, o cümlədən uzunmüddətli görüşlərinə qadağa qoyulmasından şikayət etdi. Məhbuslar baş prokurordan xahiş etdilər ki, qohumları ilə uzunmüddətli görüşlərə, telefon danışıqlarına və digər növ təmaslara icazə verilməsi barədə həbsxana müdiriyyətinə göstəriş versin.
42. 7 iyul 2003-cü ildə baş prokurorluq ərizəçiyə məlumat verdi ki, onun şikayəti Kişinyov prokurorluğuna göndərilib.
43. 25 avqust 2003-cü ildə ərizəçi və kamera yoldaşları baş prokurorluğa yeni məktub yazaraq Kişinyov prokurorluğundan məktublarına cavab almamaqlarından şikayət etdilər. Məhbuslar qohumları ilə görüşlərinə və telefon söhbətlərinə qoyulmuş qadağaya qarşı şikayətlərini və Konvensiyanın 3-cü maddəsinin pozulduğu barədə şikayətlərini təkrar etdilər.
44. 28 avqust 2003-cü ildə ərizəçi Kişinyov prokurorluğundan 9 avqust 2003-cü il tarixli məktub aldı, məktubda görüşlərə qoyulmuş qadağaya qarşı onun şikayətləri rədd edilmişdi. Orada konkret olaraq deyilirdi: “... barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin bütün hüquqları Məhkəməyə qədər həbs haqqında Qanunun 16-cı maddəsində nəzərdə tutulur. Qohumlar və ya digər şəxslərlə telefon danışıqları və ya qısamüddətli görüşlər kimi hüquqlar həmin qanunda nəzərdə tutulmayıb. Həmin hüquqların aşkar şəkildə qadağan edilməməsi faktı heç də onların təmin edilməli olduğunu bildirmir”.
45. 1 sentyabr 2003-cü ildə ərizəçi və kamera yoldaşları prokurorun 9 avqust 2003-cü il tarixli rədd cavabından Raşkani Rayon Məhkəməsinə şikayət etdilər. Onlar Konvensiyanın 8-ci maddəsinə və daxili qanunvericiliyə istinad edərək həbsxana müdiriyyəti və prokuror tərəfindən onların öz qohumları ilə və digər şəxslərlə uzunmüddətli görüşlər də daxil olmaqla görüşmək və telefonla danışmaq və digər növ təmaslarda olmaq hüququnun rədd edilməsindən şikayət etdilər. Onlar məhkəmədən xahiş etdilər ki, prokurorun üzərinə problemi həll etmək vəzifəsini qoysun. Onlar həmçinin məhkəmədən xahiş etdilər ki, onların işi onların iştirakı ilə dinlənilsin.
46. 11 sentyabr 2003-cü ildə baş prokurorluq ərizəçiyə məktub yazaraq şikayətləri rədd etdi.
47. 3 noyabr 2003-cü ildə ərizəçi və məhbus yoldaşları Raşkani Rayon Məhkəməsinə əlavə ərizə ilə müraciət edərək onların 1 sentyabr 2003-cü il tarixli ərizəsini araşdırmağı xahiş etdilər. Onlar iddia etdilər ki, Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə onların ərizəsini qəbul etdikdən sonra on gün müddətində ona baxmalı idi. Məhkəmənin müddətə riayət etməməsi onların Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitəsi hüququnun pozuntusunu təşkil edib.
48. Bu arada 23 oktyabr 2003-cü ildə Raşkani Rayon Məhkəməsinin hakimi V.M. ərizəçinin və kamera yoldaşlarının 1 sentyabr 2003-cü il tarixli ərizəsini onların iştirakı olmadan araşdırdı və rədd etdi. Məhkəmə hesab etdi ki, ərizə ümumi xarakterlidir və orada konkret hadisələrə istinad edilməyib. Məhkəmə ərizə ilə bağlı 23 oktyabr 2003-cü il tarixli 13-69/03 saylı qərar çıxardı.
49. Elə həmin gün Raşkani Rayon Məhkəməsinin eyni hakimi Krikova həbsxanasının digər məhbuslarının həbsxanada qiyam zamanı polisin pis rəftarı ilə bağlı ərizəsini araşdırdı və rədd etdi. Bu qərarın nömrəsi və tarixi ərizəçi ilə onun kamera yoldaşlarının ərizəsi üzrə çıxarılmış qərarın nömrəsi və tarixi ilə eyni idi.
50. 29 yanvar 2004-cü ildə Raşkani Rayon Məhkəməsi ərizəçiyə və onun kamera yoldaşlarına məlumat verdi ki, onların ərizəsi 23 oktyabr 2003-cü ildə rədd edilib.
51. 4 mart 2004-cü ildə ərizəçi və kamera yoldaşları Raşkani Rayon Məhkəməsinə məktub yazaraq 23 oktyabr 2003-cü il tarixli qərarın surətini istədilər.
52. 10 mart 2004-cü ildə ərizəçi və kamera yoldaşları 23 oktyabr 2003-cü il tarixli qərardan Kişinyov Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdilər. Apelyasiya şikayətində onlar digər məsələlərlə yanaşı bildirdilər ki, Raşkani Rayon Məhkəməsi onların işinə onların iştirakı olmadan baxıb və hətta qərarının surətini onlara göndərməyib.
53. 26 mart 2004-cü ildə Raşkani Rayon Məhkəməsi ərizəçiyə və kamera yoldaşlarına 23 oktyabr 2003-cü il tarixli qərarın surətini göndərdi, amma bu qərarda söhbət Krikova həbsxanasındakı qiyamdan gedirdi.
54. 14 aprel 2004-cü ildə ərizəçi və kamera yoldaşları Raşkani Rayon Məhkəməsinə yeni məktub göndərərək məlumat verdilər ki, 26 mart 2004-cü ildə onlara göndərilmiş qərar onların işinə aid deyil və öz işlərinə aid qərarın surətini istədilər. Ərizəçinin və kamera yoldaşlarının bu məktuba cavab alıb-almadıqları barədə Məhkəmədə məlumat yoxdur.
55. 28 iyun 2004-cü ildə Kişinyov Apelyasiya Məhkəməsi Raşkani Rayon Məhkəməsinin qərarına qarşı ərizəçinin apelyasiya şikayətini araşdırdı və yekun qərarı ilə onu rədd etdi. Apelyasiya Məhkəməsi öz qərarında qeyd etdi ki, ərizəçi və vəkili dinləmədə iştirak ediblər. Amma qərarda yer alan faktiki və hüquqi məsələlər Krikova həbsxanasındakı qiyamla bağlı idi və ərizəçinin işinə heç bir aidiyyəti yox idi.
b) Faktlarla bağlı Hökumətin arqumentləri
56. Hökumət bildirdi ki, Məhkəməyə qədər həbs haqqında qanunun 19-cu maddəsinə uyğun olaraq, tutulmuş şəxs ailə üzvləri ilə və digər şəxslərlə görüşə bilmək üçün onun işinə görə cavabdeh olan istintaq orqanından yazılı icazə almalıdır.
57. Hökumət iddia etdi ki (ərizəçi bunu inkar etmədi), ərizəçi 30 may 2003-cü ildə, 12 noyabr 2003-cü ildə və 12 dekabr 2003-cü ildə anası ilə görüşüb.
II. MÜVAFİQ QEYRİ-KONVENSİYA MATERİALLARI
1. İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) aktları
58. CPT-nin Moldovaya 11 və 21 oktyabr 1998-ci il tarixli səfərləri ilə bağlı məruzəsinin müvafiq hissələrində deyilir:
“77. Məhbuslar əsasən beş korpusda yerləşdiriliblər. I, II və VII korpuslar əsas etibarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş məhbuslar üçündür. Kişi cinsindən olan yetkinlik yaşına çatmayanlar III korpusun bir bölməsində yerləşdiriliblər, binanın zirzəmisi isə başqa yerə köçürüləcək məhbuslar üçündür. Qadınlar üçün ayrıca həbsxana sahəsi V korpusda yerləşir. İşçi kimi istifadə olunan məhkum edilmiş məhbuslar üçün ayrılan, VIII korpusda yerləşən sahə istisna olmaqla məhkum edilmiş məhbuslar müxtəlif binalar arasında qarışıq şəkildə paylaşdırılıb. Həmçinin qeyd etmək lazımdır ki, ömürlük azadlıqdan məhrum edilmiş bütün məhbuslar II korpusun zirzəmisində yerləşdiriliblər.
...
80. Bunun əksinə olaraq həbsxananın bütün digər ərazilərində məhbusların böyük əksəriyyətinin yaşayış şəraiti üçün böyük sahə lazımdır. Kameraların çoxunda bir məhbusa düşən yaşayış sahəsi müəyyən edilmiş standartdan xeyli aşağıdır və insanların yerinin darısqallığı dözülməz həddə çatıb. Məsələn, I və II korpuslarda 16-ya qədər adam 24 kvadrat metrlik kamerada yerləşdirilib, 24 nəfər 32 kvadrat metrlik kameranı paylaşmalı olub, 29 nəfər isə 52 kvadrat metrlik kameraya salınıb. III korpusun yeniyetmələr üçün bölməsində 12 yeniyetmə 21 kvadrat metrlik kamerada, 16 nəfər isə 23 kvadrat metrlik kamerada yerləşdirilib. Bundan əlavə, nümayəndə heyəti 8 və 9 kvadrat metrlik kameralarda 4 nəfərə qədər adamın yerləşdirilməsinin şahidi olub.
Bundan başqa, bu kameralara gün işığı çox məhdud miqdarda düşür, süni işıqlandırma orta səviyyəlidir, hava isə çirkli və qoxuludur. İstintaq altında olan məhbusların (yəni 700-dən artıq məhbusun) vəziyyəti daha pisdir, onların kameralarına faktiki olaraq gün işığı düşmür, çünki pəncərələri bayırdan qalın metal təbəqələr örtüb. Şəraitə uyğun olaraq, içəridə minimum avadanlıqlar var, onlar son dərəcə köhnə və pis vəziyyətdə olan metal çarpayılardan, bir masadan və bir və ya iki stuldan ibarətdir. Bundan başqa, kameraların çoxunda kifayət qədər çarpayı yoxdur və məhbuslar onları paylaşmalı və ya növbə ilə yatmalı olurlar. Bundan əlavə, yataq ləvazimatları pis vəziyyətdədir; olduqca az miqdarda döşəklər, ədyallar və döşəkağılar kifayət etmir və ailəsi və ya maddi imkanları olmayan məhbusların çoxu sadəcə quru çarpayıda yatmalı olurlar.
Kameralarda ayaqyolu yeri əsil infeksiya mənbəyidir. Asiya tipli unitazın üzərindəki su kranı həm unitaza axıdılır, həm də məhbuslar ondan yuyunmaq və ya paltar yumaq üçün istifadə edirlər. Üstəlik, ayaqyolu sahəsi qalan sahəsən hündürlüyü bir metrdən az olan arakəsmə divarla ayrılıb, bu isə o deməkdir ki, şəxsi həyatın məxfiliyini təmin etmək mümkün deyil.
Kameraların olduğu korpuslarda təmir və təmizliyin vəziyyəti ümumiyyətlə ciddi narahatlıq doğurur. Bundan əlavə, kameraların çoxu tarakanlar və digər həşəratlarla doludur və bəzi məhbuslar həmçinin gəmiricilərin olmasından şikayət edirlər.
Qısaca yekunlaşdırsaq, məhbusların böyük əksəriyyətinin yaşayış və gigiyena şəraiti ikrahedicidir, daha konkret desək, sağlamlıq üçün ciddi risk doğurur.
81. Nümayəndə heyətinin səfəri zamanı III korpusda başqa yerə köçürüləcək şəxslərin saxlanması üçün istifadə olunan üç kamera xüsusi qeyd olunmağa layiqdir. Kameralarda yaşayış yeri baxımından vəziyyətin, şübhəsiz ki, çox pis olduğu müşahidə edildi. 18-ə qədər məhbus 18 kvadrat metrlik kameraya salınmışdı. Kameranın yuxarı hissəsini tutmuş iki mərtəbəli taxta platforma (döşək və ədyallarsız) pəncərənin qarşısını tamamilə örtmüşdü. Bundan əlavə, süni işıqlandırma orta səviyyəli, içərinin havası isə boğucu idi. Kameranın qalan hissəsini məhbuslara məxsus əşyalar və Asiya tipli ayaqyolu tutmuşdu, məhbusların platformanın iki mərtəbəsində məskunlaşmaqdan başqa seçimi yox idi. Bir neçə məhbus üz-dörd ay ərzində bu dözülməz şəraitdə yerləşdirilmişdi.
82. Məhbuslar üçün yuyunma yerlərinə gəldikdə, onlar həftədə bir dəfə duşdan istifadə edə bilərdilər. Lakin duşların sayı kişi məhbuslar üçün açıq-aydın az idi (təxminən 1400 məhbusa 23 duş düşürdü, üstəlik, onlar normal işləmirdi). Bundan əlavə, ailələrindən əsas yuyunma ləvazimatları almaq imkanı olmayan məhbuslar həbsxanada sabun və dəsmallar olmadığına görə ümumiyyətlə yuyuna bilmirdilər.
83. Yuxarıda təsvir edilən faktiki şəraiti digər mühüm bir narahatlıq daha da ağırlaşdırırdı. Məhbuslar səsi çox gur olan eyni musiqiyə qulaq asmalı olurdular, həmin musiqi bütün günü çalınır və onun səsi səhər saat 6-dan axşam saat 10-a qədər səsgücləndirici vasitəsilə həyətə yayılırdı. Bu tədbir müxtəlif kateqoriyalı məhbusların bir-biri ilə təmasda olmamasını təmin etmək zərurəti ilə əsaslandırılırdı. Məhbusların çoxu belə vəziyyətdən şikayət edirdi və nümayəndə heyəti bu musiqinin necə bezdirici olduğunu özü görmək imkanına malik oldu. Məsələn, bir çox kameralarda faktiki olaraq söhbət etmək mümkün deyildi.
...
98. 3 saylı həbsxananın tibb personalı doqquz tam ştatlı həkimdən, yeddi həkim assistentindən, 11 tibb bacısından və psixoloqdan ibarət idi. Doqquz həkim aşağıdakılardan ibarət idi: həbsxanada tibbi növbə çəkən həkim, iki terapevt, iki pnevmoloq, psixiatr, dermatoloq, radioloq və diş həkimi. Tibbi məsləhətlərin verildiyi sahə ilə yanaşı, tibbi heyət 70 çarpayılıq həbsxana xəstəxanasının işinə görə cavabdeh idi (hərçənd, həmin sahədə 200 pasiyent üçün çarpayı yerləşdirilmişdi), həmin yerlər ilk növbədə vərəmdən əziyyət çəkən pasiyentlər üçün idi. Həkimlərin sayı zəruri hallar üçün yetərli sayıla bilərdi. Lakin assistentlərin və tibb bacılarının sayı barədə bunu demək olmazdı”.
59. CPT-nin 2001-ci il iyunun 10-dan 22-dək Moldovaya səfəri ilə bağlı məruzəsinin müvafiq hissələrində deyilirdi:
“69. Baş çəkilən penitensiar müəssisələrə ölkədəki iqtisadi vəziyyət ciddi təsir göstərib. 2001-ci ilin Maliyyə Qanununa əsasən həbsxana xidmətinə sərf olunan maksimal büdcə 48,7 ley (təxminən 4,2 avro) məbləğində və ya il ərzində tələb olunan vəsaitlərin 38,9%-i miqdarında müəyyən edilmişdi. Nəticədə həbsxanalar hər cəhətdən ciddi vəsait çatışmazlığından əziyyət çəkirdilər. Məsələn, bir məhbusun qidalanmasının gündəlik büdcə xərcləri 2,16 ley idi, bu, cari qanunvericilikdə nəzərdə tutulan normanın yalnız 38,8%-i qədər idi. Həbsxanalar həmçinin elektrik enerjisi, su və istiliyin azlığından əziyyət çəkirdilər, məhbusların müalicəsi üçün zəruri olan dərmanlardan isə heç danışmağa dəyməzdi.
5 noyabr 2001-ci il tarixli məktubda Moldovanın dövlət orqanları həbsxana sisteminin ən təxirəsalınmaz problemlərini həll etmək üçün 2001-ci ilin başlanğıcında beynəlxalq təşkilatlardan və fərdlərdən humanitar yardım almaqdan ötrü Həbsxanaların İdarə Olunması Departamenti tərəfindən edilmiş cəhdləri qeyd etdilər (bu yolla 2,3 ley əldə edilmişdi).
CPT Moldova həbsxana orqanlarının təqdirəlayiq cəhdlərini etiraf edir və bu cəhdlər dəstəklənməyə layiqdir. Bununla belə, Komitə artıq bir neçə dəfə xatırladıb ki, məhbusların bütün hallarda, o cümlədən ciddi iqtisadi çətinlik şəraitində dövlət tərəfindən təmin edilməli olan əsas tələbatları var və dövlət onların taleyinə görə məsuliyyət daşıyır. Heç bir şey dövləti bu məsuliyyətdən azad edə bilməz.
Yekunda CPT Moldovanın ən yüksək siyasi səviyyəli dövlət orqanlarını Moldovadakı bütün məhbusların bütövlükdə məhbusların həyatı üçün zəruri olan bütün tələbatlarını təmin etməkdən ötrü yubanmadan zəruri tədbirlər görməyə çağırır.
...
78. 1998-ci il tarixli məruzənin 77-ci bəndində Kişinyovdakı 3 saylı həbsxanaya dair qeydlər hələ də qüvvəsini saxlayır. Öncə qeyd edildiyi kimi, bu müəssisədə həddən artıq məhbus (əsasın barəsində həbs qətimkan tədbiri seçilən məhbuslar), yəni 1480 nəfərlik yerə 1892 nəfər yerləşdirilib, onlardan 127-si qadın, 122-si yeniyetmədir.
82. Məsələn, Kişinyovdakı 3 saylı həbsxanaya əlavə səfər müsbət dəyişikliklərin olduğunu aşkara çıxardı ki, CPT bunları təqdir edir. O, xüsusən həbsxananın içəri tərəfinə baxan kameraların pəncərələrini örtən ağır örtüklərin götürülməsini bəyənir. Həmçinin həbsxananın bayır tərəfinə baxan kameraların pəncərələrindəki örtüklərin alternativ vasitələrlə əvəz olunması planlaşdırılır ki, içəriyə kifayət qədər gün işığı düşsün.
...
... Həmçinin isitmə sistemində mühüm dəyişikliklər edilib, xüsusən yeni buxar çəni quraşdırılıb, eyni zamanda keçmiş məhbusların və məhbus ailələrinin köməyi ilə həbsxanadakı mərkəzi duşlar tamamilə təzələnib (üç duş otağı tam işlək vəziyyətdədir, dördü isə təmir olunur). Bu, hər on gündən bir kişi məhbusların duş vasitəsilə isti suda yuyunmasını mümkün edib. Bundan başqa, müəyyən binalarda elektrik sistemində təmir işləri aparılıb və dəhlizlərin rənglənməsi başa çatdırılıb. Hazırda bir neçə kamerada tamamlama işləri aparılır.
Qeyd etmək lazımdır ki, əvvəlki məruzənin 80-ci və 81-ci bəndlərində təsvir edilmiş I, II və III korpuslardakı, o cümlədən köçürüləcək şəxslərin saxlandığı kameralardakı dəhşətli yaşayış şəraiti dəyişməyib (bəzi yerlərdə gün işığının təmin edilməsi istisna olmaqla). Bu binalarda həddən artıq məhbusun saxlanması vəziyyəti daha da ağırlaşdırıb. Baxılan kameraların bəziləri mebel və avadanlıqlarla təchiz olunub, bu, lazımi şeyləri ailələrindən almaq imkanı olan məhbusların səyləri sayəsində mümkün olub.
...
87. Mütəşəkkil fəaliyyət proqramlarının olmaması baş çəkilən müəssisələrin ümumi cəhətidir. Bu, şübhəsiz ki, iqtisadi vəziyyətlə və məhbusların çox olması ilə yanaşı, həm də burada saxlanılan məhbus kateqoriyalarını tənzimləyən məhdudlaşdırıcı qanunvericiliyin mövcud olmasının nəticəsidir. Məhbusların yalnız az qismi işlə təmin olunub: onlardan altmışı Benderı və Kişinyovda, irimi yeddisi isə Kahulda işləyir. Bu məhbusların çoxu həbsxanada müxtəlif vəzifələri yerinə yetirirlər. Digər fəaliyyət növləri, demək olar ki, mövcud deyil. Lakin qeyd etmək lazımdır ki, CPT-nin tövsiyələrindən sonra 3 saylı həbsxanada müəyyən cəhdlər edilib. Məsələn, açıq havada idman hərəkətləri üçün sahə müasir idman avadanlıqları ilə təchiz edilib. Bu kontekstdə müdiriyyət iki idman zalını mümkün qədər tez bir zamanda avadanlıqlarla təchiz etməyi planlaşdırır ki, bu da xüsusi dəstəyə layiqdir. Həmçinin yeniyetmələrin həbsxana rejimində də yaxşılaşma baş verib: televiziya otağı yaradılıb və bir neçə tədbirlər, məsələn, musiqi, mahnı ifası və qrupların diskussiya və debatları təşkil olunub. Lakin yeniyetmə məhbusların tələbatlarını ödəməyə yönələn bu ilkin cəhdlər yalnız ayrı-ayrı nümunələr halındadır. Digər müəssislərdə bütün bunlar tamamilə məhbusların öhdəsinə buraxılıb.
...
92. 3 saylı həbsxanaya əlavə səfər göstərdi ki, 1998-ci illə müqayisədə (məruzənin 98-ci bəndinə bax) həbsxananın tibb personalı ilə təmin olunması sahəsində vəziyyət pisləşib. Konkret olaraq, tibb bacılarının sayı azalaraq on birdən səkkizə düşüb, üstəlik, səkkiz yerdən ikisi boşdur. Həkimlərin və həkim assistentlərinin sayı olduğu kimi qalıb (müvafiq surətdə 9,5 (9 nəfər tam və bir nəfər yarım ştat) və 7 nəfər), baş həkim vəzifəsi isə boşdur. Bu tibb heyəti (həkim assistentləri və tibb bacıları) 2000-ə yaxın məhbusun (onların xeyli hissəsi, yəni 149 nəfəri həbsxana xəstəxanasındadır) xüsusən tibbi qulluq sahəsində tələbatlarını ödəmək üçün yetərli deyil. Buna görə də tibb personalından yardım almaqla və tibbi qulluqla bağlı şikayətlərin sayı, çətin ki, təəccüblü görünsün.
...
95. İlkin qeydlərdə göstərildiyi kimi, baş çəkilmiş müəssisələrdə zəruri dərmanlarla təchizat problemli məsələdir. Məhbuslar zəruri dərmanlar almaq üçün əsasən ailələrindən və ya qeyri-hökumət təşkilatlarından (məsələn, 3 saylı həbsxanada “Pharmaciens sans Frontières” təşkilatından) asılıdırlar...
98. Tibbi müayinə və məsləhətlər cəzaçəkmə müəssisələrinin heç birində tibbi konfidensiallıq nöqteyi-nəzərindən lazımi şəraitdə həyata keçirilmir. Bir qayda olaraq, bütün tibbi müayinələr həbsxananın dəhlizində qapıdakı kiçik pəncərə vasitəsilə həbsxana nəzarətçilərinin yanında həyata keçirilir. Məhbuslar məsləhət otağında müayinə olunanda da nəzarətçilər orada iştirak edirlər. 3 saylı həbsxanada “prosedur” otağı deyilən yerdə vəziyyət xüsusilə alçaldıcıdır. Müalicə proseduru bağlı qapı arxasından 37 kvadrat metrlik kiçik pəncərə vasitəsilə aparılır. Müvafiq pasiyentlər bədəninin müvafiq hissəsini (istər bazu önü, istərsə də omba hissəsini) digər məhbusların və həbsxana əməkdaşlarının gözləri qarşısında açıb göstərməli olurlar.
99. Həkimə və həkim assistentinə müraciət imkanına da nəzər salmaq lazımdır. Nümayəndə heyəti müşahidə etdi ki, məhbuslara gündəlik baş çəkmə zamanı həkim assistentləri məhbuslarla yalnız minimal təmasda olurlar və bu həmişə nəzarətçilərin iştirakı ilə olur. Nəticədə həkim məsləhəti üçün müraciət etmək çox çətin olur, bunu nəzarətçilərin vasitəsilə etmək lazım gəlir. Tibbi personala müraciət etmək imkanının yubadılması və nəzarətçilər tərəfindən buna maneələr yaradılması ilə bağlı çoxlu şikayətlər alınıb. CPT bu vəziyyətin düzəldilməsini tövsiyə edir.
100. Hələ 1998-ci ildən narahatlıq doğuran məsələ olan vərəmlə balı vəziyyətin pisləşdiyini düşünməyə əsas verən bir neçə əlamətlər var. Məsələn, 3 saylı həbsxanada qeydə alınmış vərəm xəstələrinin sayı daim artıb və 2000-ci ilin yanvarındakı 54 nəfərdən 2001-ci ilin iyununda 121 nəfərə çatıb. Üstəlik, təqdim edilən statistik rəqəmlərə əsasən, vərəm həbsxanalardakı ölüm hallarının 42%-inin səbəbini təşkil edir.
...
121. CPT qeyd edir ki, baş çəkilən 3 saylı həbsxanada vəziyyətin yaxşılaşması baş verib, qısamüddətli görüşlər üçün nəzərdə tutulmuş köşklər təmir olunub və məhkum olunmuş məhbusların uzunmüddətli görüşləri üçün otaqlar avadanlıqla təchiz olunub. Bununla belə, müəssisənin imkanlarını nəzərə alsaq, görüş yerlərinin sahəsi hələ də az olaraq qalır. ... CPT Moldovanın hakimiyyət orqanlarını baş çəkdiyi görüş yerlərini imkan yaranan kimi təkmilləşdirməyə dəvət edir”.
60. 2002-ci il noyabrın 24-dən dekabrın 4-dək Azərbaycana səfəri ilə bağlı məruzəsinin 87-ci bəndində CPT həbsxanaların idarəetmə orqanlarına hər məhbusa azı 4 kvadrat metr yer ayırmağı tövsiyə etmişdi.
2. Müvafiq daxili qanunvericilik
61. Moldova Respublikası Konstitusiyasının müvafiq hissəsində deyilir:
Maddə 30
“1) Dövlət məktubların, teleqramların və digər poçt göndərişlərinin, telefon danışıqlarının və digər kommunikasiya vasitələrindən qanuni istifadənin məxfiliyini təmin edir”.
62. Bu prinsip məhbuslara münasibətdə məhdudlaşdırılır. Cinayət Cəzalarının İcrası Məcəlləsində məhbusların yazışmalarının məxfiliyinə aid konkret müddəalar əks olunub.
63. Cinayət Cəzalarının İcrası Məcəlləsinin müvafiq müddəalarında deyilir:
Maddə 14
“1) Məhkum olunmuş məhbus ittiham hökmü çıxarmış məhkəmə tərəfindən təyin olunmuş sanksiyanın xarakterinə və həmin məhbusun hər hansı hüquqlarına qoyulan məhdudiyyətlərə uyğun olaraq cinayət sanksiyalarının icrası haqqında qanunvericilikdə təsbit olunmuş hüquqlara malikdir.
2) Məhkum olunmuş məhbusun aşağıdakı hüquqları var:
...
c) poçt göndərişlərini almaq və göndərmək, öz dilində izahatlar, təkliflər və şikayətlər vermək və zərurət olduqda tərcüməçinin xidmətlərindən istifadə etmək”.
Maddə 73
“1) Məhkum olunmuş məhbus qeyri-məhdud miqdarda məktub və teleqram almaq və göndərmək hüququna malikdir.
2) Məhkum olunmuş məhbusun daxil olan və çıxan yazışmaları ... senzuraya məruz qalmalıdır. Məhkum olunmuş məhbus tərəfindən ombudsmana ünvanlanan şikayət həbsxana müdiriyyəti tərəfindən yoxlanıla bilməz və iyirmi dörd saat ərzində ünvan sahibinə çatdırılmalıdır (14 may 1998-ci il tarixli 18-XIV saylı Qanun vasitəsilə qəbul edilmiş əlavəyə əsasən).
4) Məhkum olunmuş məhbusun tabeçilik qaydasında yuxarı dövlət orqanına ünvanlanmış təklif, sorğu və şikayətləri üç gün ərzində həmin orqana göndərilməlidir”.
64. Məhkəməyə qədər həbs haqqında 1226-XIII saylı Qanunun müvafiq müddəalarında deyilir:
Maddə 16. Barəsində həbs qətimkan tədbiri seçilmiş məhbusların hüquqları
“1) Barəsində həbs qətimkan tədbiri seçilmiş məhbusların aşağıdakı hüquqları var:
...
d) vəkillə, qohumları ilə və digər şəxslərlə görüşmək;
...
f) 18-ci maddənin müddəalarına uyğun olaraq qohumları ilə və digər şəxslərlə yazışmaq, dövlət orqanlarına və dövlət qulluqçularına şikayət, sorğu və məktublar göndərmək ...”.
Maddə 18. Yazışmalar, şikayətlər və sorğular
“1) Barəsində həbs qətimkan tədbiri seçilmiş məhbuslar onların işinə görə cavabdeh olan şəxsin və ya dövlət orqanının yazılı icazəsi əsasında qohumları ilə və digər şəxslərlə yazışa bilərlər. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin yazdığı məktublar üç gün ərzində həbsxana müdiriyyəti tərəfindən ünvan sahiblərinə göndərilir, onlara gələn məktublar isə üç gün ərzində həbsxana müdiriyyəti tərəfindən onlara verilir”.
65. 18 iyul 2003-cü ildə qüvvəyə minmiş 29 may 1003-cü il tarixli 206-XV saylı Qanunla birinci cümlənin sonuna aşağıdakılar əlavə olunub:
“həbsxana müdiriyyəti cinayət istintaqının və ya ədalət mühakiməsinin maraqları naminə, eləcə də həbsdə saxlanılma yerində təhlükəsizliyin və əmin-amanlığın qorunmasının maraqları naminə yazışmaları məhdudlaşdıra bilər”.
66. Eyni Qanunla “üç gün ərzində” sözləri “iyirmi dörd saat ərzində” sözləri ilə əvəz olunub.
Maddə 19
“1. İstintaq təcridxanasının müdiriyyəti barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin qohumları ilə və digər şəxslərlə təmasda olmasına o halda icazə verir ki, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin işinə görə cavabdeh olan istintaq orqanı buna icazə vermiş olsun. Bir qayda olaraq, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin ayda bir dəfə bu cür təmasda olmaq hüququ var. Görüşün müddəti bir saatdan iki saata qədər olmalıdır”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
67. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında (Izolatorul Anchetei Preliminare Nr. 3) həbsdə saxlanma şəraitindən şikayət etdi. 3-cü maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
A. Tərəflərin arqumentləri
68. Ərizəçi iddia etdi ki, istintaq təcridxanasında həddən artıq adamın olması, qaneedici sanitariya şəraitinin, ventilyasiyanın, istiliyin, istirahət imkanının, tibbi yardımın və ərzağın olmaması onun həm birinci, həm də ikinci dəfə həbsdə saxlandığı dövrdə qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir.
69. Bu fikirlərinin təsdiqi üçün ərizəçi Məhkəməyə 2003-cü ilin aprelindən noyabrına qədər saxlanıldığı 16 saylı kamerada çəkildiyi iddia edilən fotoşəkilləri göndərdi. Fotoşəkillərdə həddən artıq adamın olduğu kamerada məhbusların döşəmədə və çarpayıların altında uzandıqlarını göstərir. Döşəmənin səthi bütünlüklə müxtəlif rəngli döşəklərlə örtülüb, onların üzərində isə insanlar yatıb. Bir çarpayıda üç-dörd adamın yatdığını görmək olur. Kamerada təxminən 18-20 adam var. Divarlar çirklidir və onların rütubətli olduğu görünür. Əşyaların saxlanması üçün yer olmadığına görə divardan çoxlu paltarların və dəsmalların asıldığını görmək olar. Kamerada havanın isti olduğu görünür, çünki məhbusların hamısı yarıçılpaqdır. Kamerada qalın barmaqlıqlarla və örtüklərlə örtülmüş kiçik pəncərə var. Bir məhbusun kürəyi səpkilərlə doludur.
70. Hökumət iddia etdi ki, ərizəçinin həbsxanada fotoaparatı ola bilməzdi, çünki məhbusların fotoaparat saxlamaları qadağandır. Üstəlik, Hökumət bildirdi ki, fotoşəkillər Məhkəmə tərəfindən sübut sayıla bilməz, çünki 3 saylı istintaq təcridxanasında fotoşəkillərdə göstərilən formada yerlər yoxdur.
71. Hökumət faktlara dair arqumentlərinə istinadən hesab etdi ki, ərizəçinin həm birinci, həm də ikinci dəfə həbsdə saxlanıldığı dövrdə həbsxanadakı şərait qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər deyildi. O, bildirdi ki, CRT-nin 1998-ci və 2001-ci tarixli məruzələrində gəldiyi nəticələr (yuxarıda 58-ci və 59-cu bəndlərə bax) aktual deyildi, çünki o vaxtdan bəri vəziyyət yaxşılaşmışdı.
72. Hökumət arqumentlərinin təsdiqi üçün tarixi göstərilməyən gündə çəkilmiş on iki dəqiqəlik videoyazını Məhkəməyə göndərdi. Videoyazı kömür və taxta yığınlarının görüntüsü ilə başlayır. Sonra orada qızdırıcı çəni işlək vəziyyətdə olan qazanxana göstərilir. Daha sonra ərizəçinin saxlanıldığı iddia edilən 18 saylı kamera göstərilir. Kamerada məhbuslar yoxdur və o, təmiz görünür. Çarpayılarda döşəklər var və divarlardan heç nə asılmayıb. Kamerada əlüzyuyan və tualet var, onlar kərpic divarla kameranın qalan hissəsindən təcrid olunub, bu divar təzə görünür və qalan divarlardan fərqlənir, çünki malalanmayıb. Kamerada televizor var. Koridorda ventilyasiya borularının təsvirləri videolentə düşüb. Daha sonra videoyazıda istirahət otağı təqdim edilir. Otağın bir yarısında tavan əvəzinə tirlər və məftil torlar var və onların arasından səmanı görmək olar. Belə görünür ki, təmiz hava və yağış tavanın açıq hissəsindən içəriyə daxil olur. Otağın möhkəm tavanı olan digər hissəsində məşq velosipedi və bir neçə ağırlıqqaldırma daşları var. Videolentdə həmçinin asudə vaxtların keçirildiyi otaq göstərilir, orada televizor və bir neçə kitab var. Sonra videoyazıda ərizəçinin saxlanıldığı iddia edilən 16 saylı kameranın görüntüləri verilir. Orada su şırnağının axdığı əlüzyuyanı və bir neçə çarpayını görmək olar. Videoyazı tibbi yardım otağının qapısının görüntüsü ilə başa çatır.
73. Öz şərhlərində ərizəçi Hökumətin videoyazısında tarixin göstərilmədiyinə etiraz etdi. O, daha sonra iddia etdi ki, kömür və taxta yığınları heç də sübut etmir ki, onların vasitəsilə həbsxana qızdırılıb, çünki videoyazıda kameralarda hər hansı radiatorun olduğu görünmür. Kameralarda radiatorlar olsaydı, onlar videolentdə görünərdi. Koridordakı ventilyasiya boruları ərizəçinin saxlanıldığı kameralarda ventilyasiyanın olduğunu sübut etmir. Həmin kameralarda ventilyasiya olsaydı, o, videolentdə göstərilərdi. Görüntülərdəki yataq ləvazimatları müxtəlif rəngdədir, bu isə belə bir faktı göstərir ki, həbsxana müdiriyyəti həmin ləvazimatlarla məhbusları təmin etməyib, məhbuslar onları özləri ilə evlərindən gətiriblər. Kameralardakı televizorlar da həbsxananın deyil, bəzi məhbusların mülkiyyətidir. Kameralardakı çarpayıların sayı orada həddən artıq adam olduğu barədə iddianı təsdiq edir. Aşıq-aydın görünür ki, videoyazı lentə alınmazdan əvvəl kameralar “hazırlanıb”. Buna görə də kameralar ideal qaydada olub və stolun üstündə hər hansı əşyalar və ya ərzaq olmayıb. Çarpayılar yenicə sahmana salınıb və toxunulmaz vəziyyətdədir, bu isə real görünmür, çünki məhbuslar həmişə kameralarda saxlanılır və həmişə çarpayılarında oturular. Ərizəçi bildirdi ki, videoyazıda 16 saylı kameranın görüntüləri tamaşaçının onun göndərdiyi fotoşəkillərdəki cəhətləri görə bilməsinə mane olan şəkildə lentə alınıb. Tualet lentə alınarkən divarlar kadra salınmayıb ki, onların kiflənməsi görünməsin. İdman etmək üçün yer açıq havada olduğuna görə qışda ondan istifadə mümkün deyil. Tamaşaçı kitabxanada çox az kitab olduğunu görə bilər. Pəncərələrdəki örtüklərə gəldikdə, ərizəçi bildirdi ki, onlar, güman ki, videoyazını çəkmək məqsədi ilə götürülüb.
74. Ərizəçiyə göstərilən tibbi yardıma gəldikdə, Hökumət iddia etdi ki, ərizəçi yetərli tibbi müalicənin olmamasının qurbanı olduğunu iddia edə bilməz, çünki 2002-ci ilin avqustundan bəri o, həkimin məsləhətinə riayət etməyib və müalicəsi başa çatmamış xəstəxananı tərk edib. Hökumət 13 may 2004-cü il tarixli məruzəyə (yuxarıda 28-ci bəndə bax) istinadən iddia etdi ki, ərizəçi yalnız iki dəfə müraciət etdiyi zaman tibbi yardımla təmin edilib və həbsxanada hər hansı yoluxucu xəstəliyə tutulmayıb. Hökumət həmçinin iddia etdi ki, ərizəçi ona görə siqaret çəkənlərlə bir kamerada saxlanılıb ki, başqa kameraya köçürülməsi üçün müraciət etməyib.
75. Ərizəçinin sözlərinə görə, o, 2002-ci ilin avqustunda xəstəxananı orada həbsə alındığı üçün tərk edib və oradan birbaşa həbsxanaya gətirilib. O, həmçinin iddia etdi ki, həbsdə olduğu müddətdə tibbi yardım üçün doqquz dəfə yazılı müraciət edib və yalnız bir dəfə həbsxananın dəhlizində kamerasının qabağında tibbi yardımla təmin olunub. Həkim onu tibbi yardımla təmin etməyərək yalnız bəzi dərmanlar yazıb. Hökumət bilərəkdən öz izahatlarına onun tibbi yardım üçün etdiyi yazılı müraciətləri daxil etməyib. 13 may 2004-cü il tarixli məruzəyə gəldikdə (yuxarıda 28-ci bəndə bax), ərizəçi iddia etdi ki, o, iddia edilən hadisələrin baş verməsindən xeyli əvvəl yazılıb. O, həmçinin bildirdi ki, siqaret çəkməyənlərin kamerasına köçürülmək üçün şifahi müraciətlər edib, amma həbsxanada siqaret çəkməyənlər üçün heç bir kamera yoxdur.
B. Məhkəmənin qiymətləndirməsi
76. Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin təməl dəyərlərindən birini təsbit edir. O, mövcud şəraitdən və qurbanın davranışından asılı olmayaraq işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı mütləq şəkildə qadağan edir (misal üçün bax: Labita İtaliyaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 26772/95, b. 119, AİHM 2000-IV).
77. Pis rəftarın 3-cü maddənin əhatə dairəsinə düşməsi üçün o, minimum qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbi xarakter daşıyır; o, işin bütün hallarından asılıdır, məsələn, rəftarın davam etdiyi müddətdən, onun fiziki və mənəvi təsirlərindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (digər qərarlar arasında bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 25, b. 162).
78. Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir. Məhkəmə rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldığı olan qorxu, əzab və acizlik hisslərini yaradır (misal üçün bax: Kudlya Polşaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 30210/96, b. 92, AİHM 2000-XI). Konkret rəftar formasının 3-cü maddənin mənası baxımından “ləyaqəti alçaldan” olub-olmadığını qiymətləndirərkən Məhkəmə nəzərdən keçirməlidir ki, onun məqsədi müvafiq insanı alçaltmaq və təhqir etməkdirmi və doğurduğu müvafiq nəticələr baxımından rəftar həmin insanın şəxsiyyətinə 3-cü maddəyə zidd şəkildə zərərli təsir göstərirmi. Lakin belə məqsədin olmaması 3-cü maddənin pozuntusunun aşkar edilməsini qəti şəkildə istisna edə bilməz (misal üçün bax: Raninen Finlandiyaya qarşı, 16 dekabr 1997-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1997- VIII, s. 2821-2822, b. 55; və Pirs Yunanıstana qarşı, ərizə N 28524/95, b. 74, AİHM 2001-III).
79. Dövlət şəxsin insan ləyaqətinə hörmət edilən şəraitdə həbsdə saxlamasını təmin etməlidir, habelə təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun ((bax: Kudlya Polşaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 94). Həbsdə saxlanma şəraitinə qiymət verilərkən həmin şəraitin məcmu halında təsirlərinə və həbsdə saxlanma müddətinə diqqət yetirilməlidir (bax: Duqoz Yunanıstana qarşı, ərizə N 40907/98, b. 46, AİHM 2001-II; və Kalaşnikov Rusiyaya qarşı, ərizə N 47095/99, b. 102, AİHM 2002-VI).
80. Ərizəçi 18 oktyabr 2002-ci ildən 15 noyabr 2002-ci ilədək və 4 aprel 2003-cü ildən 13 dekabr 2003-cü ilədək saxlanıldığı Ədliyyə Nazirinin 3 saylı istintaq təcridxanasındakı saxlanma şəraitindən şikayət edir. CPT-nin xüsusən 1998-ci və 2001-ci il tarixli məruzələrində gəldiyi nəticələr (yuxarıda 58-ci və 59-cu bəndlərə bax) ərizəçinin saxlanıldığı şəraitin qiymətləndirilməsində ən azı müəyyən dərəcədə güvənilə bilən bazanı təmin edir (məsələn, CPT-nin məruzələrinin Məhkəmə tərəfindən nəzərə alındığı digər bir nümunə üçün bax: Kehayov Bolqarıstana qarşı, ərizə N 41035/98, b. 66, 18 yanvar 2005). Məhkəmə sonradan həbsxanada vəziyyətin yaxşılaşdırılmasının əhəmiyyətini azaltmasa da, 2001-ci ilin iyunundan 2002-ci ilin oktyabrınadək vəziyyət, çətin ki, əhəmiyyətli dərəcədə dəyişə bilərdi, çünki Hökumət həbsxana sisteminin dövlət tərəfindən maliyyələşdirilməsində hər hansı artım olduğunu və ya bu sahədə dövlətin siyasətində hər hansı əhəmiyyətli dəyişiklik baş verdiyini sübut etməyib. Hər hansı yaxşılaşma baş versəydi, Hökumət onları göstərərdi, xüsusən ona görə ki, ərizəçi öz şikayətində CPT-nin məruzələrinə açıq-aydın istinad etmişdi.
81. Məhkəmə qeyd edir ki, tərəflər öz arqumentlərini təsdiq etmək üçün bəzi fotoşəkillər və videoyazı göndəriblər, iddia edildiyinə görə, orada ərizəçinin saxlandığı kameradakı saxlanma şəraiti göstərilib. Bu görüntülərin nə vaxt və hansı şəraitdə çəkildiyini müəyyən etmək mümkün olmadığına görə Məhkəmə onların nəzərə alınmasını mümkün hesab etmir.
82. Qeyd edildi ki, ərizəçinin saxlanıldığı iki kameranın ölçüsü ərizəçinin sözlərinə görə 25 və 15 kvadrat metr, Hökumətin sözlərinə görə 28,4 və 19,3 kvadrat metr idi. Hökumətin təqdim etdiyi və ərizəçinin etiraz etmədiyi məlumata əsasən, kameralar müvafiq olaraq 14 və 10 məhbus üçün nəzərdə tutulmuşdu. Müvafiq surətdə, bu kameralarda hər məhbus üçün 1,78-dən 2,02 kvadrat metrədək və 1,5-dən 1,93 kvadrat metrədək yer nəzərdə tutulmuşdu. Məhkəmə hesab edir ki, bu cür yerləşdirilmə qəbul olunmuş standartlara uyğun sayıla bilməz. O, bu məsələ ilə bağlı xatırladır ki, CPT 2002-ci il noyabrın 24-dən dekabrın 4-dək Azərbaycana etdiyi səfərdən sonra tərtib etdiyi məruzəsində bildirib ki, hər məhbus üçün həbsxana kamerasında 4 kvadrat metr yerin olması məqbul və arzu olunandır (yuxarıda 60-cı bəndə bax).
83. Hökumətin qeyd etdiyi kimi ərizəçinin saxlanıldığı kameraların konkret sayda məhbuslar üçün nəzərdə tutulduğuna baxmayaraq, ərizəçi bildirdi ki, birinci kamerada məhbusların sayı bəzən iyirmidən artıq olub, ikinci kameraya köçürüldükdən sonra isə o, yatmaq üçün növbəsini gözləməli olub. Hökumət bu iddiaya etirazını bildirmədi və bunun əksini göstərən hər hansı sübut təqdim etmədi.
84. Belə olan halda Məhkəmə müvafiq dövrlərdə kameralardakı məhbusların dəqiq sayını müəyyən etməyi önəmli saymır. Bununla belə, o, əmin oldu ki, kameralarda həddən artıq adam olub, elə bunun özü Konvensiyanın 3-cü maddəsi üzrə məsələni meydana çıxarır (bax: Kalaşnikov Rusiyaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 97).
85. Məhkəmə daha sonra qeyd edir ki, Hökumət ərizəçinin kamerada siqaret çəkmələrinə icazə verilən məhbuslarla eyni kamerada saxlanıldığını inkar etmir. Eyni zamanda, bu da şübhə doğurmayan faktdır ki, ərizəçi astmadan əziyyət çəkirdi və həbsxana müdiriyyəti onun vəziyyətindən xəbərdar olsa da, onu siqaret çəkənlərdən ayırmaq üçün heç bir tədbir görməmişdi. Ərizənin qəbul edilənliyinə dair 22 mart 2005-ci il tarixli qərarında Məhkəmə ərizəçinin siqaret çəkməyənlər üçün kameraya köçürülmək barədə müraciət etməsinin zəruri olduğuna dair Hökumətin iddiası ilə əlaqədar olaraq bu qənaətə gəldi ki, bu vasitə səmərəli deyil. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Hökumət ərizəçinin sağlamlığını qorumaq vəzifəsini yerinə yetirməyib və bunun əvəzinə onun siqaret tüstüsünə məruz qalmasına imkan verib, halbuki bu, onun sağlamlığı üçün təhlükəli idi, xüsusən ona görə ki, ərizəçi gündə iyirmi üç saat kamerada saxlanılırdı.
86. Həbsxanada tibbi yardımın keyfiyyəti, ərizəçinin tibbi yardım üçün etdiyi müraciətlərin sayı və ona verilmiş tibbi məsləhətlərin sayı tərəflər arasında mübahisə doğurur (yuxarıda 16, 27 və 28-ci bəndlərə bax). Lakin Məhkəmə qeyd edir ki, ərizəçinin arqumentləri CPT-nin gəldiyi nəticələrə uyğundur (yuxarıda 58-ci və 59-cu bəndlərə bax). Ərizənin qəbul edilənliyi məsələsinə dair izahatlarında Hökumət bildirib ki, həbsxana kitabında tibbi personalın məhbuslara mütəmadi baş çəkməsinə dair qeydlər var. Lakin Hökumət bu sənədin surətini Məhkəməyə təqdim etməyib. Həmin qeydlərin olmadığı bir şəraitdə Məhkəmə ərizəçinin ona tələb olunan mütəmadi tibbi yardımı aldığına əmin deyil. Bu qənaəti belə bir fakt daha da möhkəmləndirir ki, Hökumət ərizəçinin neçə dəfə tibbi yardım alması ilə bağlı ziddiyyətli məlumatlar təqdim edib (yuxarıda 28-ci bəndə bax).
87. Hökumət etiraz etmir ki, tualet yemək masasından 1,5 metr aralıda yerləşib və təmizləyici vasitələr olmayanda oradan pis qoxu gəlib. Hökumət məhbusların yalnız on beş gündən bir duşdan istifadə etmələri, kameraların həşəratlarla dolduğu və məhbusların vərəm, dəri və tənəffüs yolu infeksiyaları kimi yoluxucu xəstəliklərə yoluxduğu barədə məhbusların iddialarına etiraz etmir.
88. Qidaya gəldikdə, həm ərizəçinin, həm də Hökumətin arqumentlərindən belə görünür ki, məhbuslar kifayət qədər zülalla təmin olunmayıblar, çünki ət, balıq və süd məhsulları qida rasionunda həmişə olmayıb.
89. Həbsxana şəraitinin mənfi effektlərinin məcmusunu, tam tibbi yardımın olmamasını, ərizəçinin siqaret tüstüsünə məruz qalmasını, qaneedici qidanın olmamasını, ərizəçinin həbsxanada qaldığı müddəti və bütün bu şəraitin ərizəçinin sağlamlığına göstərə biləcəyi təsiri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin məruz qaldığı çətinliklər həbs cəzasına xas olan qaçılmaz çətinliklər səviyyəsini aşıb və onu Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş qəddarlıq səviyyəsini keçən əzablara məruz qoyub.
90. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin həbsdə saxlanma şəraiti Konvensiyanın 3-cü maddəsində zidd olub.
II. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
91. Ərizəçi şikayət etdi ki, həbsxana müdiriyyəti onun anası ilə yazışmalarını ələ keçirib və onun arvadı və qızı ilə görüşməsinə imkan verməyib. Konvensiyanın 8-ci maddəsində deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.
A. Ərizəçinin anası ilə yazışmaları
1. Tərəflərin arqumentləri
92. Hökumət bildirdi ki, Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci maddəsinə uyğun olaraq (yuxarıda 64-cü bəndə bax), barəsində həbs qətimkan tədbiri seçilmiş məhbus yalnız onun işinə görə cavabdeh olan şəxsin və ya dövlət orqanının yazılı icazəsi əsasında qohumları ilə və digər şəxslərlə yazışa bilər. Həmin şəxsin və ya dövlət orqanı ədalət mühakiməsinin maraqları naminə və ya həbsdə saxlanılma yerində təhlükəsizliyin və əmin-amanlığın qorunmasının maraqları naminə məhbusun yazışmalarına əsaslandırılmış məhdudiyyət qoya bilər. Barəsində həbs qətimkan tədbiri seçilmiş məhbusun məktubları həbsxana müdiriyyət tərəfindən yoxlanılır.
93. Hökumət hesab etdi ki, Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci maddəsinin müddəaları anlaşılan idi və şəxsin öz davranışını lazımi qaydada tənzimləyə bilməsi üçün kifayət qədər dəqiqliklə ifadə edilmişdi. O, xatırlatdı ki, ərizəçi vaxtı ilə prokuror işləmişdi və buna görə də 18-ci maddəsinin müddəalarından xəbərdar olmalı idi və istənilən halda Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş bütün hüquq və vəzifələri barədə məlumatlandırılmışdı.
94. Ərizəçinin qohumları ilə və digər şəxslərlə yazışmasına onun hərəkətlərinin ictimai təhlükəliliyi ilə və ədalət mühakiməsinin maraqları ilə əlaqədar olaraq icazə verilməmişdi.
95. Hökumət həmçinin bildirdi ki, ərizəçinin anası ilə yazışmaları onun ətraf aləmlə əlaqə saxlamasının heç də yeganə üsulu deyildi, belə ki, o, qohumları ilə görüşürdü (yuxarıda 57-ci bəndə bax).
96. Ərizəçi bildirdi ki, həbsxana müdiriyyəti nə ona, nə də anasına yazışmalara icazə almaq üçün müraciət etməyin zəruri olduğu barədə məlumat verməmişdi. Eləcə də həbsxana müdiriyyəti ərizəçinin yazışma hüququnu məhdudlaşdırmaq barədə əsaslandırılmış qərar çıxarmamışdı. Bundan başqa, konkret olaraq onun işində anası ilə yazışmalarına qadağa qoyulması demokratik cəmiyyətdə zəruri deyildi.
2. Məhkəmənin qiymətləndirməsi
97. Müdaxilə “qanunla nəzərdə tutulmayıbsa”, 8-ci maddənin 2-ci bəndinə qeyd olunan qanuni məqsədlərdən hər hansı birini güdmürsə və bundan başqa, həmin məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri deyilsə, 8-ci maddəyə zidd olacaqdır (aşağıdakı qərarlara bax: Silver və başqaları Birləşmiş Krallığa qarşı, 25 mart 1983, A seriyaları, c. 61, s. 32, b. 84; Kempbell Birləşmiş Krallığa qarşı, 25 mart 1992, A seriyaları, c. 233, s. 16, b. 34; Kalogero Diana İtaliyaya qarşı, 15 noyabr 1996, Məhkəmə qərarları toplusu, 1996-V, b. 28; Petra Rumıniyaya qarşı, 23 sentyabr 1998, Məhkəmə qərarları toplusu, 1998-VII, s. 1775, b. 28 və s. 2853, b. 36).
98. “Qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə daxili qanunvericiliyə riayət etmək zərurətini deyil, həm də qanunun keyfiyyətini nəzərdə tutur (bax: Hartford Birləşmiş Krallığa qarşı, 25 iyun 1997, Məhkəmə qərarları toplusu, 1997-III, s. 1017, b. 49). Məhkəmə xatırladır ki, dövlət orqanlarına verilən səlahiyyətlərin hüdudları və tətbiq edilmə üsulu daxili qanunvericilikdə ağlabatan dərəcədə aydın şəkildə göstərilməlidir ki, demokratik cəmiyyətdə qanunun aliliyi prinsipi əsasında vətəndaşların malik olduqları müdafiə bütün fərdlər üçün ən azı minimum dərəcədə təmin olunsun (Domençini İtaliyaya qarşı, 15 noyabr 1996, Məhkəmə qərarları toplusu, 1996-V, s. 1800, b. 33).
99. Aydındır ki, ərizəçinin yazışmalarına hörmət hüququna “dövlət orqanı tərəfindən müdaxilə” baş verib. Öz arqumentlərində Hökumət ərizəçinin anası ilə yazışmalarına müdaxilənin hüquqi əsası qismində Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci maddəsini qeyd etdi (yuxarıda 64-cü bəndə bax).
100. Məhkəmə razılaşır ki, bu maddə aydınlıq haqqında tələbə uyğundur. Lakin nəticələrin öncədən görülməsi tələbinə münasibətdə eyni sözləri demək olmaz. Bu maddədə məhbusların yazışa biləcəyi şəxslərin müxtəlif kateqoriyaları arasında hər hansı fərq qoyulmayıb. Eləcə də yazışmalara icazə verilməsini və ya icazə verməkdən imtinanı tənzimləyən prinsiplər ən azı 18 iyul 2003-cü ilə qədər, yəni həmin maddəyə dəyişiklik edilənə qədər bu maddədə yer almayıb (yuxarıda 65-ci bəndə bax). Həmçinin qeyd etmək lazımdır ki, həmin maddədə yazışmalara qoyulan məhdudiyyətin müddəti göstərilməyib. Yazışmalara icazə verməkdən imtinaya qarşı şikayət etmək imkanı və ya həmin şikayətə baxmaq səlahiyyətinə malik olan dövlət orqanı da orada göstərilməyib (müqayisə et: Kalogero İtaliyaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 32-33).
101. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə bu qənaətə gəlir ki, Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci maddəsində məhbusların yazışmalarının məhdudlaşdırılması ilə bağlı dövlət orqanlarına verilən səlahiyyətlərin hüdudları və tətbiq edilmə üsulu ağlabatan dərəcədə aydın şəkildə göstərilməyib. Buradan belə nəticə çıxır ki, şikayət edilən müdaxilə 8-ci maddənin mənası baxımından “qanunla nəzərdə tutulmayıb”.
102. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin anası ilə yazışma hüququna münasibətdə Konvensiyanın 8-ci maddəsi pozulub.
B. Ərizəçinin arvadı və qızı ilə təmasları
1. Tərəflərin arqumentləri
103. Ərizənin qəbul edilənliyi və mahiyyəti üzrə 31 may 2004-cü il tarixli izahatlarında Hökumət ərizəçinin arvadı və qızı ilə görüşə bilmədiyi barədə iddiasını təkzib etmədi. O, yalnız bunu vurğuladı ki, Məhkəməyə qədər həbs haqqında Qanunun 19-cu maddəsinə əsasən (yuxarıda 66-cı bəndə bax), görüşlər üçün icazə almaq lazım idi. İşin mahiyyəti üzrə 10 may 2005-ci il tarixli izahatlarında Hökumət bildirdi ki, belə görüşlərə ona görə razılıq verilməyib ki, ərizəçi onlar üçün formal (rəsmən) müraciət etməyib. İstənilən halda, Hökumət iddia etdi ki, ərizəçi ətraf aləmlə təmaslardan məhrum olmayıb, çünki anası ilə görüşmək hüququnu həyata keçirib. Məhkəməyə qədər həbs haqqında Qanunun 19-cu maddəsinə uyğun olaraq baş vermiş müdaxiləyə istinad edərkən Hökumət bildirdi ki, həmin müdaxilə qanunla nəzərdə tutulmuşdu, ictimai asayişin qorunmasından və cinayətin qarşısının alınmasından ibarət qanuni məqsəd güdürdü və demokratik cəmiyyətdə zəruri idi.
104. Ərizəçi iddia etdi ki, onun arvadı şifahi qaydada birinci instansiya məhkəməsindən əri ilə görüşməsinə icazə istəyib, amma məhkəmə onun xahişini rədd edib. Ərizəçinin prokurora şikayət etməsi və prokurorun görüşlərə qoyulmuş qadağa barəsində şikayətlə bağlı icraata başlaması faktı bunu sübut edir. İstənilən halda, müdaxilə qanuni məqsəd güdmürdü və demokratik cəmiyyətdə zəruri deyildi.
2. Məhkəmənin qiymətləndirməsi
105. Konvensiyanın 5-ci maddəsinə əsasən qanuni olan hər hansı həbs öz xarakterinə görə şəxsi və ailə həyatının məhdudlaşdırılmasına səbəb olur. Lakin məhbusun yaxın qohumu ilə əlaqə saxlamasına həbsxana müdiriyyəti tərəfindən köməklik edilməsi məhbusun ailə həyatına hörmət hüququnun mühüm tərkib hissəsidir (misal üçün bax: Messina İtaliyaya qarşı (N 2), ərizə N 25498/94, b. 61, AİHM 2000-X). Eyni zamanda, Məhkəmə etiraf edir ki, məhbusların ətraf aləmlə təmasları üzərində müəyyən nəzarət tələb olunur və bu, özlüyündə Konvensiyaya zidd deyil (misal üçün bax (müvafiq dəyişikliklərlə): Silver və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 98).
106. Ərizəçinin ailə üzvləri ilə görüşmək hüququnu tələb edərək prokurorluğa və daxili məhkəmələrə etdiyi müraciətlərin rədd edildiyini nəzərə alaraq (yuxarıda 41-55-ci bəndlərə bax), Məhkəmə hesab edir ki, ərizəçinin arvadı və qızı ilə təmasda olmaq hüququna müdaxilə baş verib. Məhkəmə bununla razılaşmağa hazırdır ki, müdaxilə Məhkəməyə qədər həbs haqqında Qanunun 19-cu maddəsinə əsaslanıb.
107. 18-ci maddə ilə bağlı qeyd edilənlərlə oxşar səbəblərə görə (yuxarıda 100-101-ci bəndlərə bax) Məhkəmə əmin deyil ki, bu maddə davranışın nəticələrinin öncədən görülməsinin mümkünlüyü haqqında tələbə cavab verir. Müvafiq olaraq, o, hesab edir ki, Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci maddəsində məhbusların ailə üzvləri ilə və digər şəxslərlə təmaslarının məhdudlaşdırılması ilə bağlı dövlət orqanlarına verilən səlahiyyətlərin hüdudları və tətbiq edilmə üsulu ağlabatan dərəcədə aydın şəkildə göstərilməyib, buna görə də şikayət edilən müdaxilə “qanunla nəzərdə tutulmuş” olmayıb.
108. Bu səbəbdən Məhkəmə hesab edir ki, ərizəçinin arvadı və qızı ilə təmasda olmasına icazə verilməməsi məsələsində Konvensiyanın 8-ci maddəsi pozulub.
III. KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
109. Ərizəçi Konvensiyanın 3-cü və 8-ci maddələrinin pozulması ilə bağlı dövlət hakimiyyəti orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olmadığını iddia etdi və 13-cü maddənin pozulduğunu bildirdi, həmin maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
A. Tərəflərin arqumentləri
110. Hökumət ərizəçinin səmərəli hüquqi müdafiə vasitələrinə malik olmadığına etiraz etdi və artıq Məhkəmə tərəfindən 22 mart 2005-ci il tarixli qərarla səmərəsiz elan olunmuş hüquqi müdafiə vasitələrini yenidən qeyd etdi.
111. Ərizəçi ərizənin qəbul edilənliyi ilə bağlı 10 sentyabr 2004-cü il tarixli izahatlarında ifadə etdiyi belə mövqeyi bir daha təsdiq etdi ki, Moldovada qeyri-insani və ləyaqəti alçaldan həbsdə saxlanma şəraitinə qarşı heç bir səmərəli hüquqi müdafiə vasitəsi yox idi.
B. Məhkəmənin qiymətləndirməsi
112. 3-cü maddə ilə birgə götürülməklə 13-cü maddəyə gəldikdə, Məhkəmə qeyd edir ki, Hökumət hər hansı səmərəli daxili hüquqi müdafiə vasitələrinin olduğunu təsdiq edən sübut təqdim etməyib (ərizənin qəbul edilənliyinə dair 22 mart 2005-ci il tarixli qərara bax). Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçinin şikayətləri ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrinin mövcudluğu sübut olunmayıb və ərizəçinin həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 13-cü maddəsi pozulub.
113. 8-ci maddə ilə birgə götürülməklə 13-cü maddəyə gəldikdə, Məhkəmə xatırladır ki, 13-cü maddə dövlətdaxili hüququn vəziyyətinə qarşı hüquqi müdafiə vasitəsi tələb edən maddə kimi şərh oluna bilməz, əks halda Məhkəmə iştirakçı dövlətlərin qarşısında belə bir tələb qoyardı ki, Konvensiyanı dövlətdaxili qanunvericiliyə daxil etsinlər (bax: Əplbay və başqaları Birləşmiş Krallığa qarşı, ərizə N 44306/98, b. 56, AİHM 2003-VI). Buna görə də daxili qanunvericilikdə Məhkəməyə qədər həbs haqqında Qanunun 18-ci və 19-cu maddələrinin keyfiyyəti ilə bağlı hüquqi müdafiə vasitəsi olmadığına görə ərizəçinin şikayəti bu prinsipə ziddir. Belə olan halda Məhkəmə 8-ci maddə ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinin pozulmadığı qənaətinə gəlir.
IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
114. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
115. Ərizəçi mənəvi ziyana görə 9.000 avro tələb etdi, bunlardan 5.000 avro onun qeyri-insani və ləyaqəti alçaldan şəraitdə saxlanılmaması hüququnun pozulmasına görə, 2.000 avro anası ilə yazışmaq hüququnun pozulmasına görə və 2.000 avro arvadı və qızı ilə təmasda olmaq hüququnun pozulmasına görə tələb edildi. Konvensiyanın 13-cü maddəsinə gəldikdə, ərizəçi bildirdi ki, pozuntunun müəyyən edilməsi faktı onun üçün ədalətli kompensasiya olardı.
116. Ərizəçi bildirdi ki, həbsxanada saxlanıldığı şərait onda məyusluq, qeyri-müəyyənlik və narahatlıq hissləri doğurub ki, bunlar sadəcə pozuntunun müəyyən edilməsi faktı ilə kompensasiya oluna bilməz. Anası ilə yazışmaq hüququnun pozulduğunu qeyd edərkən ərizəçi bildirdi ki, o, şübhəsiz ki, dərmanlara olan ehtiyaclarını anasına xəbər verə bilməməsi nəticəsində ziyana məruz qalıb və özünün dərman ehtiyatlarının nə vaxta qədər kifayət edəcəyini bilmədiyi üçün daim həyəcan içərisində olub. Arvadı və qızı ilə təmaslarına gəldikdə, o, ailəsini itirmək riskinə məruz qalıb və bu qədər uzun müddət ərzində yeganə övladını görə bilməməsi onun üçün çətin olub.
117. Hökumət ərizəçinin tələb etdiyi məbləğlərlə razılaşmadı. O, iddia etdi ki, Konvensiyanın 3-cü maddəsinin pozulmasına görə tələb olunan məbləğ həddən artıq böyükdür. 8-ci maddənin pozulmasına görə tələb olunan məbləğə gəldikdə, Hökumət bildirdi ki, pozuntunun müəyyən edilməsinin özü ədalətli kompensasiya təşkil etmiş olardı.
118. Məhkəmə qeyd edir ki, astmadan əziyyət çəkən ərizəçi doqquz aydan artıq müddətdə həddən artıq adamın olduğu kamerada siqaret çəkən məhbuslarla birlikdə sutkada iyirmi üç saat ərzində bir yerdə həbsdə saxlanılıb, lazımi tibbi yardımla, lazımi qida ilə və lazımi sanitariya şəraiti ilə təmin olunmayıb. Üstəlik, dərmanların təchizatında ailəsindən asılı olduğu halda, anası ilə yazışmaq və arvadı ilə qızını görmək imkanından məhrum edilib. Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçi qaçılmaz olaraq məyusluq, qeyri-müəyyənlik və narahatlıq hisslərinə məruz qalmalı idi ki, bunlar sadəcə pozuntunun müəyyən edilməsi faktı ilə kompensasiya oluna bilməz. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələbinə uyğun olaraq qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, mənəvi ziyana görə ərizəçiyə 3.000 avro məbləğini təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
119. Ərizəçi həmçinin Məhkəmədəki icraatla bağlı çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 2.940 avro tələb etdi.
120. Hökumət tələb olunan məbləğlə razılaşmayaraq bildirdi ki, bu, böyük məbləğdir. Hökumətin sözlərinə görə, ərizəçinin tələb etdiyi məbləğ Moldovadakı orta aylıq əmək haqqının işığında və dövlət tərəfindən vəkillərə ödənilən rəsmi qonorarların işığında həddən artıq çoxdur. Hökumət həmçinin ərizəçinin nümayəndəsinin işə sərf etdiyi saatların miqdarına etiraz etdi.
121. Məhkəmə xatırladır ki, məhkəmə xərclərinin və digər məsrəflərin 41-ci maddəyə əsasən təyin olunan kompensasiya məbləğinə daxil edilməsi üçün həmin xərclər faktiki və zəruri olaraq çəkilməli və miqdarca ağlabatan olmalıdır (misal üçün bax: Amihalaçioaye Moldovaya qarşı, ərizə N 60115/00, b. 47, AİHM 2004‑...).
122. Hazırkı işdə ərizəçi tərəfindən təqdim edilən konkret bəndlərə bölünmüş siyahını, yuxarıdakı meyarları və ərizəçinin vəkilinin gördüyü işi nəzərə alaraq, Məhkəmə ərizəçiyə 1.500 avro təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
123. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulub;
2. Qərara alır ki, ərizəçinin anası ilə yazışmaq hüququna münasibətdə Konvensiyanın 8-ci maddəsi pozulub;
3. Qərara alır ki, ərizəçinin arvadı və qızı ilə təmasda olmasına icazə verilməməsi ilə bağlı Konvensiyanın 8-ci maddəsi pozulub;
4. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi pozulub;
5. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi pozulmayıb;
6. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə mənəvi ziyana görə 3.000 (üç min) avro və məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.500 (min beş yüz) avro ödəməli, həmin məbləğ ödəniş tarixində qüvvədə olan məzənnə üzrə cavabdeh dövlətin milli valyutasına çevrilməli və onun üzərinə bu məbləğdən tutula bilən hər hansı vergi məbləği əlavə olunmalıdır;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
7. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 13 sentyabr 2005-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.
Maykl O’Boyl (Michael O’Boyle)
Katib
Nikolas Bratsa (Nicolas Bratza)
Sədr
© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło