35421/05

WyrokETPCz2008-02-07ECLI:CE:ECHR:2008:0207JUD003542105

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
Czy brak odpowiedniej opieki medycznej dla przewlekłego wirusowego zapalenia wątroby typu C w więzieniu oraz ingerencja władz więziennych w korespondencję z ETPCz i wywieranie presji na skarżącego stanowiły naruszenie art. 3 i 34 Konwencji?
Ratio decidendi
Trybunał uznał, że władze rosyjskie nie zapewniły skarżącemu minimalnego nadzoru medycznego wymaganego dla osoby z przewlekłym wirusowym zapaleniem wątroby typu C, w szczególności nie zdiagnozowano choroby na czas i nie zapewniono odpowiedniego leczenia, co stanowiło nieludzkie i poniżające traktowanie. Ponadto, Trybunał stwierdził, że wielokrotne rozmowy funkcjonariuszy więziennych ze skarżącym na temat treści jego skargi do ETPCz oraz otwieranie jego korespondencji z Trybunałem stanowiły niedozwoloną presję i ingerencję w prawo do indywidualnej skargi, naruszając art. 34 Konwencji. Trybunał podkreślił, że państwo ma obowiązek zapewnić osadzonym odpowiednią opiekę medyczną i nie może ingerować w ich komunikację z Trybunałem.
Stan faktyczny
Skarżący, Aleksandr Stepanoviç Meçenkov, obywatel Rosji, odbywał karę pozbawienia wolności w różnych zakładach karnych. W 2001 roku został ponownie aresztowany. W 2004 roku zdiagnozowano u niego przewlekłe wirusowe zapalenie wątroby typu C (WZW C), a wcześniej cierpiał na gruźlicę. Skarżący zarzucał, że zaraził się WZW C w więzieniu, nie otrzymał odpowiedniej opieki medycznej na tę chorobę i gruźlicę, a także, że funkcjonariusze więzienni wywierali na niego presję w związku z jego skargą do ETPCz i otwierali jego korespondencję z Trybunałem.
Rozstrzygnięcie
Trybunał: 1. Uznaje skargę dotyczącą braku odpowiedniej opieki medycznej w więzieniu za dopuszczalną, a pozostałe części skargi za niedopuszczalne. 2. Stwierdza naruszenie art. 3 Konwencji w związku z brakiem odpowiedniej opieki medycznej. 3. Stwierdza naruszenie art. 34 Konwencji w związku z rozmowami funkcjonariuszy ze skarżącym i otwieraniem jego korespondencji z Trybunałem. 4. Nie stwierdza naruszenia art. 34 Konwencji w związku z sankcjami i groźbami. 5. Zasądza skarżącemu 5 000 EUR tytułem szkody niemajątkowej. 6. Odrzuca pozostałe żądania słusznego zadośćuczynienia.

Pełny tekst orzeczenia

Avropa İnsan Hüquqları Məhkəməsi           BİRİNCİ SEKSİYA           MEÇENKOV (MECHENKOV) RUSİYAYA QARŞI məhkəmə işi         (Ərizə Nº 35421/05)     QƏRAR     Strasburq     7 fevral 2008-ci il         Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.   Meçenkov Ruaiyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Seksiya), hakimlər: Kristos Rozakis (Christos Rozakis), sədr; Lukis Lukaides (Loukis Loucaides); Nija Vayiç (Nina Vajić); Anatoli Kovler (Anatoli Kovler); Elizabet Ştayner (Elisabeth Steiner); Xanlar Hacıyev (Khanlar Hajiyev); Din Spilmann (Dean Spielmann); habelə Seksiya katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək, 17 yanvar 2008-ci ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.   PROSEDUR   1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı cənab Aleksandr Stepanoviç Meçenkov (“ərizəçi”) tərəfindən 18 avqust 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (Nº 35421/05) əsasında başlanmışdır. 2. Rusiya Hökumətini (“Hökumət”) əvvəlcə Avropa İnsan Hüquqları Məhkəməsində Rusiya Federasiyasının keçmiş nümayəndəsi cənab P. Laptev, sonra isə Rusiya Federasiyasının yeni nümayəndəsi xanım V. Milinçuk təmsil etmişlər. 3. 27 iyun 2006-cı ildə Palatanın sədri Məhkəmə Reqlamentinin 41-ci Qaydasını tətbiq etməyi və ərizəyə üstünlük (prioritet) qaydasında baxmağı qərara almışdır. 4. 1 sentyabr 2006-cı ildə Məhkəmə ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. Ərizə Məhkəmənin Dördüncü Seksiyasının icraatına verilmişdir. 4 aprel 2006-cı ildə həmin Seksiyanın Palatası ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin müddəalarına əsasən, o, ərizənin mahiyyətinə onun qəbul edilənliyi məsələsi ilə eyni vaxtda baxmağı qərara almışdır. 5. Hökumət ərizənin mahiyyəti ilə qəbul edilənliyi məsələsinə eyni vaxtda baxılmasına etiraz etmişdir. Məhkəmə Hökumətin etirazını nəzərdən keçirdikdən sonra rədd etmişdir.   FAKTLAR   I. İŞİN HALLARI   6. Ərizəçi 1957-ci ildə anadan olub və Novosibirskdə yaşayır. Hazırda o, Novosibirsk vilayətindəki İK-18 islah müəssisində cəza çəkir.   A. Ərizəçinin sağlamlıq durumu və ona göstərilmiş tibbi yardım   28 oktyabr 2001-ci ilə qədərki hadisələr   7. 6 aprel 1993-cü ildə ərizəçi doqquz il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildi. 8. 10 iyun 1996-cı ildə ərizəçi elektrod parçasını uddu və LİU-10 müalicə-islah müəssisəsinin (bundan sonra “LİU-10”) cərrahiyyə şöbəsinə qəbul edildi. Onun döş qəfəsi rentgendən keçirildi və ona ağciyərlərin yuxarı hissələrində aktiv fazada olan infiltrativ vərəm diaqnozu qoyuldu. Ərizəçi etambutol[1] və isonizaidlə[2] müalicə olundu. 9. 28 may 1998-ci ildə ərizəçi LİU-10-dan buraxılaraq ağciyərlərin yuxarı hissəsində fibroza və bərkləşməyə səbəb olmuş infiltrativ vərəm diaqnozu ilə Novosibirskdəki UF-91/21 həbsxanasına (bundan sonra “UF-91/21”) göndərildi. 10. 12 aprel 2000-ci ildə ərizəçi vərəm residivi şübhəsi ilə əlaqədar olaraq yenidən LİU-10-a yerləşdirildi. Tibbi müayinədən sonra ona ağciyərlərin yuxarı hissələrinin infiltrativ vərəmi və bərkiməsi diaqnozu qoyuldu və streptomisin, isoniazid, rifampisin[3], etambutol, pirazinamid, metionin, diasolin, B6 vitamini və natrium tiosulfat qəbul etmək göstərişi verildi. 3 may 2000-ci ildə ərizəçi yazılı surətdə bildirdi ki, yazılan müalicəni qəbul etməkdən imtina edir. Hökumətin bildirdiyinə görə, müalicə kursu davam etdirildi. 11. Ərizəçi amnistiyaya düşərək 16 avqust 2000-ci ildə LİU-10-dan azadlığa buraxıldı. 12. Hökumətin bildirdiyinə görə, cəzaçəkmə yerindən çıxdıqdan sonra ərizəçi vərəmin qarşısının alınması mərkəzinə (“profilaktika mərkəzinə”) qeydiyyat düşmək üçün müraciət etmədi. Ərizəçi bildirdi ki, profilaktika mərkəzinə qeydiyyata düşmək cəhdi faydasız olub, çünki onun qüvvədə olan daimi yaşayış qeydiyyatı yox idi. 13. 4 iyun 2001-ci ildə ərizəçinin adı Krasnozerk xəstəxanasının profilaktika mərkəzinin siyahısına salındı və ona ağciyərlərin yuxarı hissəsinin resorpsiya və bərkimə mərhələsində olan fokal vərəmi diaqnozu qoyuldu. 14. 29 iyun 2001-ci ildə ərizəçi profilaktika mərkəzinə gəldi. O, tibbi müayinədən keçdi və ona kənd təsərrüfatı maşınlarının operatoru qismində işləmək üçün səhhətinin yararlı olduğu barədə arayış verildi.   2. 28 oktyabr 2001-ci ildən sonra ərizəçinin həbs edilməsi   a) 28 oktyabr 2001-ci il ilə 26 aprel 2002-ci il arasında həbsdə saxlanılma   15. 28 oktyabr 2001-ci ildə ərizəçi bədənə xəsarətlər yetirmə ittihamları ilə həbs olundu və Novosibirsk Vilayət Daxili İşlər İdarəsinin Krasnozersk rayon şöbəsinin müvəqqəti saxlama kamerasına yerləşdirildi. Onu həbs etdikdən sonra hepatit C testindən keçirmədilər. 16. 29 oktyabr 2001-ci ildə ərizəçi mühafizəçilərinə şikayət etdi ki, tüpürcəyi qanlı gəlir. Onlar onu Krasnozerk xəstəxanasının profilaktika mərkəzinə apardılar. Ərizəçinin döş qəfəsi rentgendən keçirildi və ona ağciyərdə nadir bərkimələrin olması ilə nəticələnən vərəmdən klinik sağalma diaqnozu qoyuldu. Hemoptizin (qanlı tüpürmənin) tibbi sübutları aşkar edilmədi. 17. 14 noyabr 2001-ci ildə ərizəçi Kuybışevdəki (Novosibirsk vilayəti) 2 saylı müvəqqəti saxlama təcridxanasına (SIZO 2) köçürüldü və orada tibbi müayinədən keçdi. 18. 26 fevral 2002-ci ildə Novosibirsk vilayətinin Krasnozersk rayon məhkəməsi ərizəçi barəsində ittiham hökmü çıxararaq onu səkkiz il müddətinə azadlıqdan məhrum etdi. 19. 8 aprel 2002-ci ildə Novosibirsk vilayət məhkəməsi apellyasiya şikayəti əsasında hökmü dəyişdirdi və cəza müddətini yeddi ilədək azaltdı.   b) UF-91/13-də həbsxanasında saxlanılma   20. 6 aprel 2002-ci ildə ərizəçi cəzasını çəkmək üçün Novosibirskdəki UF-91/13 həbsxanasına (bundan sonra “UF-91/13”) köçürüldü. 21. 31 iyul 2002-ci ildə ərizəçi LIU-10-a yerləşdirildi və ona fibroz və bərkimə ilə, stenokardiya və ekstra-sistolik aritmiya ilə nəticələnən ağciyər vərəmindən klinik sağalma diaqnozu qoyuldu. 8 avqust 2002-ci ildə o, LIU-10-dan buraxıldı və geriyə – UF-91/13-ə köçürüldü. 22. 30 sentyabr 2002-ci ildə ərizəçi aclıq elan etdi ki, bu da onun səhhətinin pisləşməsinə gətirib çıxardı. 7 oktyabr 2002-ci ildə ərizəçi həbsxana müdiriyyətinin onu xəstəxanaya yerləşdirmək barədə təklifini rədd etdi. 9 oktyabr 2002-ci ildə ərizəçi UF-91/13-ün xəstəxanasına qəbul edildi və aclıq aksiyasına son qoydu. Hökumətin bildirdiyinə görə, UF-91/13-ün xəstəxanasında olarkən ərizəçi ona yazılmış pəhrizə əməl etmədi və müəyyən testlərdən keçməkdən, yaxud müalicə almaqdan imtina etdi. 23 oktyabr 2002-ci ildə o, UF-91/13-ün xəstəxanasından oranın qaydalarına əməl etmədiyinə görə buraxıldı. 23. 13 yanvar 2003-cü ildə ərizəçi UF-91/13-dən naməlum penitensiar müəssisəyə köçürüldü.   c) 2 aprel 2003-cü ildən sonra ərizəçiyə göstərilmiş tibbi yardım   24. 2 aprel 2003-cü il ilə 20 avqust 2004-cü il arasında ərizəçi UF-91/15 həbsxanasında (bundan sonra “UF-91/15”) saxlanıldı. 25. 5 noyabr 2003-cü ildə işemiya və xroniki hepatit diaqnozunun klinik təsdiqi üçün ərizəçi LIU-10-un nəzdində ixtisaslaşmış tibb müəssisəsi olan vilayətlərarası vərəm xəstəxanasına (bundan sonra “VAVX”) yerləşdirildi. 18 dekabr 2003-cü ildə o, mürəkkəb qastrit, pilorik spazma və şəxsiyyətin qeyri-stabil emosional durumu diaqnozu ilə VAVX-dan buraxılaraq UF-91/15-ə göndərildi. 26. 2004-cü ildə tarixi məlum olmayan gündə ərizəçi UF‑91/21-ə köçürüldü. Oraya gəldikdən sonra o, həbsxananın tibbi reyestrində siyahıya salındı. Hökumət bildirdi ki, ərizəçi bir neçə dəfə vərəm əleyhinə preventiv dərmanlar qəbul etməkdən imtina edib. Ərizəçinin sözlərinə görə, UF‑91/21-ə köçürüldükdən sonra o, həmin həbsxananın xəstəxanasına yerləşdirilib və orada ona dəfələrlə istifadə edilən şprislərlə iynə vurulub. 27. 25 oktyabr 2004-cü ildə ərizəçi vərəm residivi şübhəsi ilə əlaqədar olaraq VAVX-a yerləşdirildi və onda ümumi və biokimyəvi qan analizləri götürüldü, həmçinin döş qəfəsi rentgenə salındı. Ona sol ağciyərin yuxarı hissəsinin infiltrativ vərəminin təkrarlanması diaqnozu qoyuldu. 28. Hökumətin bildirdiyinə görə, 29 noyabr 2004-cü ildə ərizəçinin qan analizi C hepatiti virusunun anticisimlərini aşkar etdi. Analizin nəticələrinə istinadən LIU-10-un həkimləri xroniki C hepatiti diaqnozunu qoydular və onu essensiale, serukal, riboksin və C, B1 və B6 vitaminləri ilə müalicə etdilər. Ərizəçi bildirdi ki, müəyyən məqamda LIU-10-un rəis müavini cənab G. büdcədən maliyyələşmənin çox az miqdarda olduğunu qeyd edərək ərizəçiyə təklif edib ki, ərizəçinin öz hesabına hepatitə qarşı bəzi bahalı dərmanlar alınsın. 29. 16 dekabr 2004-cü ildə və 27 yanvar 2005-ci ildə ərizəçinin qan analizlərində kəskin C hepatiti aşkar edilmədi. Sonra ərizəçiyə vərəm əleyhinə doxsan üç dozada isoniazid, rifampisin, etambutol, protionamid və streptomisin kimi dərmanlar yazıldı. 25 yanvar 2005-ci ildə VAVX-ın həkimi LIU-10-un rəisinə hesabat təqdim edərək bildirdi ki, ərizəçi yazılmış dozaların heç birini qəbul etməyib. 30. 7 fevral 2005-ci ildə ərizəçi VAVX-dan buraxıldı və LIU-10-un xəstəxanasına yerləşdirildi. Ona vərəm əleyhinə beş dərman, vitaminlər və hepatit əleyhinə müalicə yazıldı. Hökumətin bildirdiyinə görə, bir neçə dəfə, yəni 11 fevral, 2 və 30 mart, 8 və 12 aprel, 20 iyun və 12 iyul 2005-ci ildə, eləcə də 2 fevral 2006-cı ildə ərizəçi ona yazılmış vərəm əleyhinə müalicəni qəbul etməkdən imtina etdi. 31. 30 mart 2005-ci ildə LIU-10-un xəstəxanasının həkimləri ərizəçiyə vərəm əleyhimə altmış dozadan ibarət müalicə kursu yazdılar. 32. Hökumətin bildirdiyinə görə, ərizəçinin vərəm xəstəliyi 2005-ci ilin avqustunadək stabilləşdi. 33. 25 oktyabr 2005-ci ildə ərizəçidən qan analizi götürüldü və ona infiltrativ vərəm və qismən zəifləmə mərhələsində olan C hepatiti diaqnozu qoyuldu. Həmin vaxt kəskin C hepatiti aşkarlanmadı. ərizəçinin sözlərinə görə, o, nə virus əleyhinə müalicə, nə də hepatitə qarşı qoruyucu müalicə almadı. 34. 9 dekabr 2005-ci ildə LIU-10-nun xəstəxanasının həkimi ərizəçinin vərəm əleyhinə müalicə üçün yazılmış altmış dozanın heç birini qəbul etmədiyi barədə arayış tərtib etdi. 35. 18 aprel 2006-cı ildə ərizəçi stasionar müalicə üçün VAVX-a köçürüldü və iddia edildiyinə görə aktiv vərəm daşıyıcıları ilə bir kameraya salındı. 27 2006-cı ildə ərizəçi VAVX-dan buraxıldı və geriyə – LIU-10-a köçürüldü. 36. 2007-ci ildə tarixi məlum olmayan gündə ərizəçi LIU-10-dan Novosibirsk vilayətindəki IK-18 islah müəssisəsinə köçürüldü.   B. Ərizəçi tərəfindən başlanılmış məhkəmə prosesləri   1. Ölkədaxili səviyyədə şikayətlər   37. 2005-ci ildə tarixi məlum olmayan günlərdə ərizəçi Novosibirsk vilayət prokurorluğuna (“vilayət prokurorluğu”) C hepatitinə yoluxması və LIU-10-da tibbi yardım almaması ilə bağlı şikayət etdi. 11 və 13 aprel 2005-ci il tarixli məktubları ilə vilayət prokurorluğu ərizəçiyə məlumat verdi ki, onun şikayətləri əsassız sayılaraq rədd edilib. 38. Müəyyən məqamda ərizəçi Cəzaların İcrası üzrə Federal Xidmətin Novosibirsk vilayətindəki Baş İdarəsinə şikayət etdi. 4 iyul 2005-ci ildə idarədən cavab verdilər ki, ərizəçi həkimin təlimatlarını yerinə yetirməkdən imtina edib və vərəm əleyhinə yazılmış müalicənin altmış dozasından yalnız altısını qəbul edib. Onlar qeyd etdilər ki, ərizəçi münasib və hərtərəfli tibbi yardımla təmin edilib. 39. Ərizəçi səhhəti ilə əlaqədar olaraq şərti azadlığa buraxılması üçün vəsatətlə müraciət etdi. 15 aprel 2005-ci ildə Novosibirsk vilayətinin Novosibirsk rayon məhkəməsi onun vəsatətini rədd etdi. Görünür, ərizəçi bu qərardan şikayət verməyib. 40. Ərizəçi Federal Penitensiar Xidmətin vilayət şöbəsinə qarşı məhkəmə iddiası qaldıraraq sağlamlığına dəymiş ziyana görə kompensasiya tələb etdi. 28 fevral 2005-ci ildə Novosibirskin Dzerjinsk rayon məhkəməsi iddia ərizəsini ərizəçiyə qaytardı ki, ərizəçi oradakı çatışmazlıqları aradan qaldırsın. Görünür, ərizəçi məhkəmənin bu tələbinə əməl etməyib. O, başqa bir iddia ərizəsi verdi, həmin ərizə çatışmazlıqlar aradan qaldırılmadığına görə Novosibirskin Dzerjinsk rayon məhkəməsi tərəfindən 1 avqust 2005-ci ildə geri qaytarıldı. Görünür, ərizəçi bu qərardan şikayət verməyib. 41. Ərizəçi özəl şirkət tərəfindən mülkiyyət hüquqlarının pozulduğunu hesab etdi və ona qarşı iki iddia ərizəsi verdi, onlardan biri çatışmazlıqların aradan qaldırılması üçün 8 noyabr 2005-ci ildə geri qaytarıldı. 3 aprel 2006-cı ildə ikinci ərizə məhkəmə rüsumu ödənilmədiyinə görə rədd edildi. Ərizəçi bu qərarlardan şikayət vermədi. 42. Ərizəçi vilayət prokurorluğuna şikayət edərək bildirdi ki, cənab G. onu ölümlə hədələyib. O, həmçinin C hepatitinə yoluxmasından və Məhkəmə ilə yazışmalarına müdaxilə edilməsindən şikayət etdi. 43. 27 mart 2006-cı il tarixli məktubu ilə vilayət prokurorluğu ərizəçiyə məlumat verdi ki, onun bütün şikayətləri əsassız sayılaraq rədd edilib. Prokurorluq konkret olaraq aşağıdakıları qeyd etdi: “... Obyektiv müayinənin gedişində əldə edilmiş [tibbi] məlumatlar hepatit virusunun aktivliyini və virus əleyhinə müalicə aparılması zərurətini istisna edir. C hepatitinə yoluxma 1995-ci ilin martında və mayında və 1996-cı ilin iyununda və sentyabrında dəfələrlə həyata keçirilmiş və mədənin epidermisini və selikli qişasını [zədələmiş] özü-özünə xəsarət yetirmə aktları nəticəsində baş verib. 2000-ci ildən bəri Novosibirsk vilayətinin penitensiar xidmətlərinin [tibb] müəssisələri yalnız birdəfəlik şprislərdən və iynələrdən istifadə ediblər; buna görə də bu müəssisələrdə C hepatiti virusuna yoluxma ehtimalı istisna olunur. ... 2005-ci ildə [ərizəçi] LIU‑10-un müdiriyyəti vasitəsilə Avropa Məhkəməsinə heç bir ərizə göndərməyib; lakin o, 9 noyabr 2005-ci il tarixli ərizəsinin qəbul edildiyini təsdiq edən 16 yanvar 2006-cı il tarixli bildiriş alıb. 2006-cı ildə [ərizəçi] Avropa Məhkəməsinə iki məktub, yəni 14 fevral 2006-cı il tarixli möhürlü məktub və 17 fevral 2006-cı il tarixli izahat göndərib, 22 mart 2006-cı ilədək LIU‑10 bu məktublara heç bir cavab almayıb”. 44. 29 avqust 2006-cı ildə vilayət prokurorluğu ərizəçinin LIU‑10-da pis həbsxana şəraitindən və yetərli tibbi yardımın olmamasından, habelə LIU‑10-un müdiriyyəti tərəfindən ona tətbiq edilmiş intizam sanksiyalarından verdiyi şikayəti qəbul etdi. 45. 29 sentyabr 2006-cı ildə vilayət prokurorluğu ərizəçiyə məlumat verdi ki, barəsində şikayət edilən faktlarla bağlı təhqiqat aparılıb və aşağıdakılar müəyyən edilib. 2006-cı ildə LIU‑10 vərəm əleyhinə müalicə vasitələri ilə tam təchiz edilib və beləliklə ərizəçi zəruri müalicə almaq imkanına malik olub. Hepatit əleyhinə bahalı dərmanların alınması üçün cənab G.-nin ondan xarici valyuta aldığı barədə ərizəçinin iddiaları təkzib edilib, ona görə ki, cənab G. sadəcə ərizəçini əlavə müalicə vasitələri almaq hüququ barədə məlumatlandırıb.   2. Məhkəməyə müraciət və hadisələrin sonrakı gedişatı   a) Ərizəçinin Məhkəmə ilə yazışmaları   46. 18 avqust 2005-ci ildə ərizəçi Məhkəməyə birinci məktubunu göndərdi. 47. 8 dekabr 2005-ci ildə ərizəçi səhhətinin pis olduğuna və LIU-10-da adekvat tibbi yardımın olmadığına istinad edərək Məhkəmədən xahiş etdi ki, Hökumətə Məhkəmə Reqlamentinin 39-cu Qaydasında nəzərdə tutulmuş ilkin tədbirlər barədə xəbərdarlıq etsin. O, bildirdi ki, özünün LIU-10-da saxlanılan tibb tarixçəsinin surətlərini təqdim etmək imkanına malik deyil. 48. 26 yanvar 2006-cı ildə Palata sədri Hökumətdən xahiş etdi ki, işin faktlarına dair məlumatları təqdim etsin. 49. 20 aprel 2006-cı ildə Məhkəmə faktlara dair Hökumətin təqdim etdiyi məlumatları şərh üçün ərizəçiyə göndərdi, şərhlər 1 iyun 2006-cı ilədək təqdim edilməli idi. 4 may 2006-cı ildə LIU-10-un müdiriyyəti Məhkəmənin məktubunu aldı. Ərizəçinin sözlərinə görə, məktub ona yalnız 25 may 2006-cı ildə verildi. 50. 26 iyul 2006-cı ildə Məhkəmə ərizəçinin məktubunu aldığını təsdiq etdi. 11 avqust 2006-cı ildə Məhkəmənin məktubu LIU-10-a çatdı. Məktubun öz üzərində LIU-10-un oraya daxil olan poçt göndərişlərinə vurduğu möhür var. 51. 8 sentyabr 2006-cı ildə Məhkəmə ərizəçiyə məlumat verdi ki, onun işi barədə Hökumətə məlumat verilib. 22 sentyabr 2006-cı ildə Məhkəmənin məktubu LIU-10-a çatdı. Məktubun öz üzərində LIU-10-un oraya daxil olan poçt göndərişlərinə vurduğu möhür var, möhür Seksiya katibinin imzasının yanına vurulub. 52. 13 sentyabr 2006-cı ildə Məhkəmə ərizəçinin məktubunu aldığını təsdiq etdi. 2 oktyabr 2006-cı ildə Məhkəmənin məktubu LIU-10-a çatdı. Məktubun öz üzərində LIU-10-un oraya daxil olan poçt göndərişlərinə vurduğu möhür var, möhür qeydiyyat bölməsinin hüquqşünasının imzasının yanına vurulub. 53. 19 sentyabr 2006-cı ildə Məhkəmə ərizəçinin məktubunu aldığını təsdiq etdi. 13 oktyabr 2006-cı ildə Məhkəmənin məktubu LIU-10-a çatdı. Məktubun öz üzərində LIU-10-un oraya daxil olan poçt göndərişlərinə vurduğu möhür var, möhür qeydiyyat bölməsinin hüquqşünasının imzasının yanına vurulub. 54. 22 sentyabr 2006-cı ildə Məhkəmə ərizəçinin məktubunu aldığını təsdiq etdi. 13 oktyabr 2006-cı ildə Məhkəmənin məktubu LIU-10-a çatdı. Məktubun öz üzərində LIU-10-un oraya daxil olan poçt göndərişlərinə vurduğu möhür var, möhür qeydiyyat bölməsinin hüquqşünasının imzasının yanına vurulub.   b) Ərizəçiyə tətbiq edilən sanksiyalar   55. 13 fevral 2002-ci il ilə 4 may 2005-ci il arasında ərizəçi altı dəfə intizam cəzası kamerasına yerləşdirildi və həbsxana normalarına əməl etmədiyinə görə beş dəfə töhmət aldı. 56. Ərizəçi daha sonra doqquz dəfə intizam cəzası kamerasına yerləşdirildi. Konkret olaraq, o, 28 oktyabr 2005-ci ildə o, qadağan olunmuş əşyalar saxladığına; 1 və 22 mart, 14 aprel, 24 may və 21 iyul 2006-cı ildə penitensiar müəssisənin müəyyən ərazilərinə icazəsiz getdiyinə; 14 iyun 2006-cı ildə təyin olunmuş yerdən kənarda siqaret çəkdiyinə görə cəzalandırıldı. 29 sentyabr 2006-cı ildə o, yenə də intizam cəzası kamerasına salındı və 13 oktyabr 2006-cı ildə müdiriyyətin icazəsi olmadan baş prokurora şikayət göndərdiyinə görə cəzalandırıldı. 57. 17 mart və 6 sentyabr 2006-cı ildə ərizəçi söyüş söydüyünə görə töhmət aldı. Bundan əlavə, 10 iyul və 14 avqust 2006-cı ildə penitensiar müəssisənin müəyyən ərazilərinə icazəsiz getdiyinə görə ona iki töhmət də verildi.   c) LIU-10-un rəsmiləri ilə söhbətlər   58. 14 fevral 2006-cı ildə ərizəçi Məhkəmənin möhürlü məktubunu LIU-10-un müdiriyyətinə təhvil verdi. Elə həmin gün LIU-10-un yeni rəis müavini cənab S. və LIU-10-un digər iki rəsmisi cənab K. və cənab L. ərizəçi ilə görüş təşkil etdilər və məktubun məzmununu onunla müzakirə etdilər. İşin materiallarında bu üç vəzifəli şəxs tərəfindən imzalanmış arayış var, orada deyilir: “14 fevral 2006-cı ildə [LIU-10-un] maarifləndirmə işi bölməsində məhkum Meçenkovun təqdim etdiyi naməlum şikayətlə bağlı onunla söhbət aparıldı. Söhbətin gedişində Meçenkov [LIU-10-un] rəsmilərinə şikayətin məqsədi və məzmunu barədə məlumat verməkdən imtina etdi”. 59. Ərizəçinin sözlərinə görə, 27 mart 2006-cı ildə cənab S. ərizəçinin Məhkəməyə müraciətinə istinadən cənab K.-nın yanında ərizəçiyə dedi ki, o, “dövləti bu işə qatıb ki, bu da bağışlanası hal deyil” və hətta həbsxanada sağ qalsa belə, azadlığa buraxıldıqdan sonra avtomobillə vurula bilər. 60. 7 iyul 2006-cı ildə cənab S., cənab K. və cənab L. ərizəçi ilə başqa bir görüş də keçirdilər və 14 fevral 2006-cı il tarixli arayışa bənzər arayış tərtib etdilər. Elə həmin gün onlar ərizəçinin məktubunu Məhkəməyə göndərdilər. 61. 2 avqust 2006-cı ildə cənab S., cənab K. və cənab L. ərizəçinin Məhkəməyə naməlum şikayətini ərizəçi ilə müzakirə etdilər və bu barədə arayış tərtib etdilər. 62. 19 və 27 oktyabr 2006-cı ildə cənab S., cənab K. və cənab L. ərizəçinin naməlum şikayətləri ilə bağlı ərizəçi ilə söhbət apardıqlarını təsdiq edən arayış tərtib etdilər, orada göstərildi ki, ərizəçi şikayətlərinin məzmununu açıqlamaqdan imtina edib. Eyni tarixlərdə LIU-10-un müdiriyyəti ərizəçinin məktubunu Məhkəməyə göndərdi. 63. 17 dekabr 2006-cı ildə və 9 yanvar 2007-ci ildə cənab L. ərizəçi ilə söhbət etdiyini və sonuncunun naməlum məktublarının məzmununu açıqlamaqdan imtina etdiyini təsdiq edən arayış tərtib etdi. 18 dekabr 2006-cı ildə və 9 yanvar 2007-ci ildə cənab L. ərizəçi ilə söhbət etdiyini və LIU-10-un müdiriyyəti ərizəçinin məktublarını Məhkəməyə göndərdi.   II. HÖKUMƏT TƏRƏFİNDƏN TƏQDİM EDİLMİŞ TİBBİ SƏNƏDLƏR   64. Hökumət Məhkəməyə ərizəçinin tibb tarixçəsinə aid bir sıra sənədlərin surətlərini təqdim etdi. Surətlərin çoxunun keyfiyyəti pis idi. 65. Sənədlərin əksəriyyəti 1996-cı ilin iyunu ilə 2003-cü ilin martı arasındakı hadisələrlə əlaqədardır və ərizəçinin vərəmlə bağlı aldır müalicəyə aiddir. Təqdim edilmiş sənədlərdə ərizəçinin C hepatiti xəstəliyi ilə bağlı aşağıdakılar bildirilirdi: 66. “Müayinənin qısa xülasəsi” adlı çətinliklə oxunan bir səhifəlik sənəddə 18 dekabr 2003-cü il tarixi qoyulub; həmin sənədi hansı tibb müəssisəsinin tərtib etdiyi aydın deyil. Sənəddən belə məlum olur ki, 18 dekabr 2003-cü ildə ərizəçiyə etiologiyası (səbəbləri) təsdiq olunmayan xroniki hepatit diaqnozu qoyulub, xəstəlik qeyri-aktiv fazadadır. 67. “Tibbi rəy” adlı sənəddəki 5 noyabr 2004-cü il tarixli qeyddə aktivliyi “sıfır” olan xroniki C hepatiti virusu da daxil olmaqla ərizəçinin diaqnozları sadalanır. 68. İşin materiallarında “Müayinənin qısa xülasəsi” adlı bir səhifəlik sənəd var. Həmin sənədin məzmunundan belə məlum olur ki, müayinənin qısa xülasəsi birdən artıq səhifədən ibarətdir. Sənəd təsdiq edir ki, 25 oktyabr 2004-cü il ilə 7 fevral 2005-ci il arasında ərizəçi VAVX-da yerləşdirilib və ona infiltrativ vərəm və eyni zamanda aktivliyi “sıfır” olan xroniki C hepatiti virusu diaqnozu qoyulub. Sənəddən belə məlum olur ki, ərizəçinin qan analizləri, döş qəfəsinin rentgeni və elektrokardioqramı barədə məlumat yoxdur. 69. Güman ki, tibbi qeydlərin yalnız bir hissəsini təşkil edən bir səhifəlik sənədə əsasən, 11 fevral 2005-ci ildə ərizəçi həkimin yanına gedib və UF-91/15-də C hepatiti virusuna yoluxmasından şikayətlənib. Vərəm əleyhinə müalicə almaqdan imtina edən ərizəçiyə essensiale, B6 vitamini və adları oxunmayan daha iki dərman yazılıb. 70. İşin materialları arasında çox çətin oxunulan bir səhifəlik sənəd var, həmin sənəddən belə məlum olur ki, ərizəçi müəyyən müddət ərzində vərəm residivi və eyni zamanda aktivliyi “sıfır” olan xroniki C hepatiti virusu diaqnozu ilə adı göstərilməyən tibb müəssisəsində qalıb. Sənəddə ərizəçiyə təyin olunmuş müalicə barədə heç bir məlumat yoxdur.   III. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK   71. 8 dekabr 2003-cü ildə dəyişikliklər edilmiş Rusiyanın 1997-ci il tarixli Cəzaların İcrası Məcəlləsinin 91-ci maddəsinin 2-ci bəndində, habelə Rusiya Ədliyyə Nazirliyinin 3 noyabr 2005-ci il tarixli 205 saylı qərarı ilə qəbul edilmiş İslah Müəssisələrinin Daxili Qaydalarının 53-cü Qaydasında nəzərdə tutulur ki, bütün məhbusların daxil olan və çıxan yazışmaları islah müəssisəsinin müdiriyyəti tərəfindən senzuraya məruz qalmalıdır. Məhkəmələr, prokurorlar, penitensiar xidmətin vəzifəli şəxsləri, ombudsman, ictimai monitorinq şurası və Avropa Məhkəməsi ilə yazışmalar senzuraya məruz qalmamalıdır.   HÜQUQİ MƏSƏLƏLƏR   I. C HEPATİTİNƏ YOLUXMA İLƏ BAĞLI KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   72. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etdi ki, 2001-ci ilin oktyabrında həbsxanaya salındıqdan sonra C hepatitinə yoluxub. Konvensiyanın 3-cü maddəsində deyilir: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.   A. Tərəflərin arqumentləri   73. Hökumət bildirdi ki, ərizəçi 28 oktyabr 2001-ci ildən sonra hər hansı penitensiar müəssisədə C hepatitinə tutulmayıb, çünki həmin tarixdən bəri penitensiar sistemin müəssisələrində bütün tibbi prosedurlar birdəfəlik və ya steril alətlərə yerinə yetirilib. Hökumətin fikrincə, ərizəçi öz sağlamlığına lazımi diqqət yetirməyib və ola bilsin ki, 2001-ci ilin oktyabrında həbs edilməzdən əvvəl C hepatitinə adi yolla tutulub. 74. Ərizəçi Hökumətin arqumentlərinə etiraz etdi. O, bildirdi ki, 1995-ci və 1996-cı illərdə həbsxanada olarkən üç cərrahi prosedura məruz qalıb, amma Hökumət bunu yada salmayıb. O, izah etdi ki, 2000-ci ilin avqustu ilə 2001-ci ilin oktyabrı arasında tibbi yoxlamalardan keçib və onda C hepatiti aşkarlanmayıb.   B. Məhkəmənin qiymətləndirməsi   75. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, o, yalnız bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra və son qərarın çıxarıldığı tarixdən altı ay müddət keçənədək məsələyə baxa bilər. Əgər mümkün hüquqi müdafiə vasitələri yoxdursa və ya onlar səmərəsiz sayılıbsa, altı aylıq müddət prinsipcə barəsində şikayət edilən hərəkətin baş verdiyi tarixdən başlayır (bax: Hazar və başqaları Türkiyəyə qarşı (qərardad), ərizələr N 62566/00 və s., 10 yanvar 2002). Ərizəçi öncə daxili hüquqi müdafiəsindən istifadə edirsə və yalnız sonrakı mərhələdə həmin vasitəni səmərəsiz edən hallardan xəbər tutursa və ya xəbər tutmağa borcludursa, bu cür müstəsna hallara xüsusi mülahizələr şamil oluna bilər. Belə situasiyada altı aylıq müddət ərizəçinin həmin hallardan xəbər tutduğu və ya xəbər tutmağa borclu olduğu tarixdən başlayır (bax: Bulut və Yavuz Türkiyəyə qarşı (qərardad), ərizə N 73065/01, 28 may 2002). 76. Məhkəmə daha sonra qeyd edir ki, o, yalnız cavabdeh Hökumətin həmin qayda əsasında ilkin etiraz bildirməməsinə görə altı aylıq müddət haqqında qaydanın tətbiqini ləğv edə bilməz, çünki sözügedən meyar Müqavilə Tərəflərinin qeyri-müəyyən vaxt keçdikdən sonra keçmiş hadisələrin müzakirəsinin tələb edilməsinin qarşısını almaq arzusunu əks etdirməklə təkcə cavabdeh Hökumətlərin deyil, həm də mühüm dəyər təşkil edən hüquqi müəyyənliyin maraqlarına xidmət edir. O, Konvensiya orqanları tərəfindən həyata keçirilən nəzarətə zaman məhdudiyyətləri qoyur və həm fərdlərə, həm də hakimiyyət orqanlarına xəbərdarlıq edir ki, sözügedən müddətdən sonra bu cür nəzarət daha mümkün deyil (bax: Uolker Birləşmiş Krallığa qarşı (qərardad), ərizə N 34979/97, AİHM 2000-I). 77. Hazırkı işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, Hökumətin bildirdiyinə görə ərizəçiyə ilk dəfə 29 noyabr 2004-cü ildə xroniki C hepatiti diaqnozu qoyulub (yuxarıda 28-ci bəndə bax). Ərizəçi bu diaqnozdan bu tarixdən sonra xəbər tutduğunu iddia etməyib. Hazırkı ərizə 18 avqust 2005-ci ildə, yəni 29 noyabr 2004-cü ildən altı aydan artıq vaxt keçdikdən sonra verilib. 78. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi şikayətlərini dövlət hakimiyyəti orqanlarının diqqətinə çatdırmağa cəhd edib. Konkret olaraq, 2005-ci ilin əvvəlində o, baş prokurorluğa C hepatitinə yoluxmasından şikayət edib. O, həmçinin rayon məhkəməsinə iddia ərizəsi verib, lakin sonda işin həll olunması üçün lazım olan addımları atmayıb. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı Hökumətin etiraz bildirmədiyini nəzərə alaraq, Məhkəmə xəstəliyə yoluxmasına aid şikayəti ilə bağlı ərizəçinin ixtiyarında olan səmərəli hüquqi müdafiə vasitələrini (əgər beləsi varsa) ərizəçinin tükəndirib-tükəndirmədiyini müəyyən etmək iqtidarında deyil. İstənilən halda, Məhkəmə aşağıdakı səbəblərə görə altı aylıq müddətin başlanğıc tarixini müəyyənləşdirməyi zəruri saymır. 79. Məhkəmə qeyd edir ki, ərizəçi C hepatitinə yoluxmasının halları barədə tərəflər arasında fikir ayrılığı var. Məhkəmə qarşısındakı icraatın başlanğıcında ərizəçi israrla bildirdi ki, o, C hepatiti virusuna 2001-ci ilin oktyabrında həbs ediləndən sonra yoluxa bilərdi. Hökumət bu iddiaları rədd etdi və belə güman etdi ki, yoluxma həbsdən qabaq baş verə bilərdi. Ərizəçi Hökumətlə razılaşmadı və bildirdi ki, 1995-ci və 1996-cı illərdə həbsxanada cərrahi prosedurlara məruz qalıb, amma Hökumət bunu yada salmayıb. O, iddia etdi ki, 2000-ci ilin avqustu ilə 2001-ci ilin oktyabrı arasında tibbi yoxlamalardan keçib və onda C hepatiti aşkarlanmayıb. 80. Məhkəmə qeyd edir ki, adi tibbi yoxlama xroniki hepatiti aşkara çıxarmaq üçün yetərli deyil. Ərizəçinin 2001-ci ilin oktyabrında həbsxanaya salınmazdan əvvəl C hepatitini yoxlamaq üçün spesifik qan testinə məruz qaldığına dair hər hansı tibbi sübut təqdim etmədiyini nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin C hepatiti virusuna yoluxması barədə iddiaları nəzəriyyədən və ehtimaldan uzağa getmir. 81. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə hesab edir ki, işin materialları onun əsaslı şübhə yeri qalmadan bu qənaətə gəlməsinə imkan vermir ki, ərizəçi xroniki C hepatitinə 28 oktyabr 2001-ci ildə həbsxanaya salındıqdan sonra yoluxub və həmin yoluxmanı cavabdeh dövlətin ayağına yazmaq olar. 82. Buradan belə nəticə çıxır ki, şikayət ərizəsinin bu hissəsi açıq-aydın əsassız olduğuna görə Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.   II. VƏRƏM RESİDİVİNƏ MƏRUZ QALMA VƏ A HEPATİTİNƏ YOLUXMA RİSKİ İLƏ BAĞLI KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   83. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etdi ki, LIU-10-da aktiv vərəmdən və A hepatitindən əziyyət çəkən məhbuslarla bir yerdə saxlanılıb və beləliklə də bu xəstəliklərə yoluxa bilərdi.   A. Tərəflərin arqumentləri   84. Hökumət ərizəçinin iddialarına etiraz etdi. O, bildirdi ki, ərizəçi heç vaxt aktiv vərəm daşıyıcıları ilə eyni kameranı paylaşmayıb. O, daha sonra israrla bildirdi ki, 28 oktyabr 2001-ci ildən bəri Rusiyanın penitensiar müəssisələrində hepatitə yoluxma halı qeydə alınmayıb. 85. Ərizəçi Hökumətlə razılaşmadı və bu iddiaları rədd edərək bildirdi ki, onun kamera yoldaşlarından biri LIU-10-da A hepatitinə yoluxub, eyni zamanda orada bir neçə başqa məhbus HIV-ə və hepatit virusuna yoluxublar. O, bu mövqeyini müdafiə etmək üçün heç bir sübut təqdim etmədi.   B. Məhkəmənin qiymətləndirməsi   86. Məhkəmə öncə qeyd edir ki, o, yüksək dərəcədə vərəmə yoluxma riskini doğuran pis həbsxana şəraiti ilə əlaqədar olaraq Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntuları ilə bağlı işlərə artıq baxıb (misal üçün bax: Kalaşnikov Rusiyaya qarşı, ərizə N 47095/99, b. 98, AİHM 2002‑VI; və Solovyov Rusiyaya qarşı (qərardad), ərizə N 76114/01, 27 sentyabr 2007). Buna görə də o, hesab edir ki, vərəm residivi və A hepatitinə yoluxma riskləri ilə bağlı ərizəçinin şikayəti Konvensiyanın 3-cü maddəsinin əhatə dairəsinə düşə bilərdi. 87. Lakin Məhkəmə qeyd edir ki, ərizəçinin iddiaları hər hansı sübutla təsdiq edilməyib. O, nəzərə alır ki, ərizəçi sübutedici sənədləri əldə etməkdə çətinliklərlə üzləşə bilərdi. Amma bununla belə, Məhkəmə qeyd edir ki, məhbusların öz şikayətlərini müdafiə etmək üçün sənədlər təqdim etmək imkanına malik olmadığı hallarda Məhkəmə digər sübutlara, məsələn, hal şahidləri tərəfindən imzalanmış yazılı ifadələrə istinad edir (misal üçün bax: Xudobin Rusiyaya qarşı, ərizə N 59696/00, b. 87, AİHM 2006‑..., çıxarışlar). Müvafiq olaraq, aktiv vərəmdən və ya A hepatitindən əziyyət çəkən kamera yoldaşlarının yazılı ifadələrini Məhkəməyə təqdim etmək imkanı ərizəçi üçün açıq idi, amma o, bunu etməyib. 88. Buna görə də Məhkəmə ərizəçinin vərəm residivi və A hepatitinə yoluxma riski ilə bağlı iddiaları ilə əlaqədar olaraq kifayət qədər ciddi sübutlara malik olduğuna əmin deyil. 89. Buradan belə nəticə çıxır ki, şikayət ərizəsinin bu hissəsi açıq-aydın əsassız olduğuna görə Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.   III. ADEKVAT TİBBİ YARDIMIN OLMAMASI İLƏ BAĞLI KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   90. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etdi ki, LIU-10-un personalı onu C hepatiti və vərəmlə bağlı adekvat tibbi müalicə ilə təmin etməyib.   A. Tərəflərin arqumentləri   91. Hökumət iddia etdi ki, ərizəçi həbsxanada olduğu müddətdə ona adekvat tibbi yardım göstərilib. Ərizəçi tutularaq həbsxanaya salınandan sonra C hepatiti üçün tibbi testlərdən ona görə keçirilməyib ki, onun xəstəliyinə dair hər hansı klinik sübut əlamətləri olmayıb və həmin vaxt qüvvədə olan həbsxana qaydalarında məcburi C hepatiti testləri nəzərdə tutulmayıb. Hökumət bildirdi ki, o, ərizəçinin tibb tarixçəsindəki 10 iyun 1996-cı il ilə 28 may 1998-ci il arasındakı qeydlərin surətini təqdim edə bilməz, çünki həmin qeydlər məhv olub. 20 noyabr 2004-cü ildə ərizəçiyə xroniki C hepatiti diaqnozu qoyulub. Kəskin hepatitin olmaması sübut edib ki, ərizəçinin bu virusa yoluxması onun penitensiar müəssisəyə yerləşdirilməsindən əvvəl baş verib. Xəstəlik aşkar edilən kimi ərizəçi essensiale, serukal, riboksin və vitaminlər qəbul edib. Ərizəçi LIU-10-da olarkən kəskin C hepatitindən əziyyət çəkməyib və ona stasionar müalicə tələb olunmayıb. Kəskin C hepatitinin klinik sübutları olmadığına görə ərizəçi yüngül qulluqla təmin olunub, qanının biokimyəvi xarakteristikalarının müşahidəsi aparılıb və dinamik terapevtik nəzarət altında saxlanılıb. Ərizəçi vərəmlə əlaqədar olaraq dəfələrlə LIU-10-a yerləşdirilib, orada ona vərəm əleyhinə müalicə təyin olunub. Lakin bir neçə dəfə o, yazılmış dərmanları qəbul etməkdən imtina edib. Hökumətin bildirdiyinə görə, məhbusların tibbi yardımla yəmin olunması üzrə mövcud sistem Konvensiyanın 3-cü maddəsinə uyğundur və ərizəçinin şikayəti tamamilə əsassızdır. 92. Ərizəçi öz arqumentlərini müdafiə etdi və israrla bildirdi ki, Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulub.   B. Məhkəmənin qiymətləndirməsi   1. Şikayətin qəbul edilənliyi   93. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.   2. Şikayətin mahiyyəti   a) Faktların müəyyən edilməsi   94. Məhkəmə qeyd edir ki, hazırkı işdə tərəflər ərizəçiyə xəstəliyi ilə bağlı göstərilmiş tibbi yardıma dair fərqli fikir bildiriblər. O, həmçinin müvafiq sənədlərin cavabdeh Hökumətdə olduğu halda və Hökumət onları təqdim etmədiyi halda ərizəçinin iddialarını müdafiə etməsi üçün zəruri sübut əldə etməsinin çətin olduğunu qeyd edir. Ərizəçi ona qarşı rəftarın Konvensiyanın 3-cü maddəsinə zidd olduğuna dair ciddi iddialar irəli sürürsə və Məhkəmə buna dair sənədlərin olmaması ucbatından faktlara dair hər hansı nəticəyə gələ bilmirsə, sözügedən sənədlərin ərizəçi tərəfindən irəli sürülən iddiaları tutuşdurmaq üçün nəyə görə istifadə edilə bilməyəcəyini əsaslandıran inandırıcı arqumentlər gətirmək, yaxud sözügedən hadisələrin necə baş verdiyinə dair qaneedici və inandırıcı izahat təqdim etmək Hökumətin öhdəsinə düşür (müvafiq dəyişikliklərlə bax: Toğcu Türkiyəyə qarşı, ərizə N 27601/95, b. 95, 31 mat 2005; Akkum və başqaları Türkiyəyə qarşı, ərizə N 21894/93, b. 211, AİHM 2005-..., çıxarışlar). 95. Məhkəmə qeyd edir ki, bu iş barədə Hökumətə məlumat verərkən ondan soruşmuşdu ki, ərizəçinin vərəmi və C hepatiti ilə bağlı onun üçün əlçatan olan tibbi qulluq ərizəçinin səhhəti baxımından adekvat idimi və səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün yetərli idimi? 96. Hökumət bununla bağlı yazılı izahatlarını təqdim etdi. Təəssüf ki, o, ərizəçinin tam tibb tarixçəsinin surətini təqdim etmədi. Bunun əvəzinə o, bir neçə sənədin surətini təqdim etdi, onların bəziləri güclə oxunurdu. Onlardan əldə edilə bilən informasiya əsasən ərizəçinin vərəm xəstəliyinə aiddir. Ərizəçinin C hepatiti ilə bağlı onun üçün əlçatan olan müalicəyə dair Məhkəmənin ixtiyarında olan məlumatlar cüzidir (yuxarıda 64-70-ci bəndlərə bax). 97. Hökumət bildirdi ki, 1996-1998-ci illər üçün ərizəçinin tibb tarixçəsindəki qeydlər məhv olub. Məhkəmə bir daha bildirir ki, penitensiar müəssisənin müdiriyyəti ərizəçi həbsdə saxlanıldığı müddətdə onun səhhətinə və müalicəsinə dair qeydləri mühafizə etməlidir (bax: Xudobin Rusiyaya qarşı, ərizə N 59696/00, b. 83, AİHM 2006-..., çıxarışlar). Məhkəmə daha sonra qeyd edir ki, Hökumət ərizəçinin tibb tarixçəsinin 1998-ci ildən sonrakı tibbi qeydləri əhatə edən aydın surətlərini təqdim etməməsini heç nə ilə əsaslandırmayıb. Üstəlik, Hökumət ərizəçinin hepatiti ilə bağlı 25 oktyabr 2005-ci ildən sonra aparılmış hər hansı qeydləri də təqdim etməyib (yuxarıda 33-cü bəndə bax). Buradan belə nəticə çıxır ki, Hökumət öz arqumentlərini yalnız onun ixtiyarında olan sübutlarla təsdiqləmək imkanına etinasız yanaşıb. 98. Buna görə də Məhkəmə hesab edir ki, zərurət olduqda, o, Hökumətin aydın tibbi sənədlər təqdim etməməsindən lazımi nəticələr çıxaracaq.   b) Məhkəmənin presedent hüququ ilə təsbit olunmuş ümumi prinsiplər   99. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 3-cü maddəsi işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı mütləq şəkildə qadağan edir (bax: Labita İtaliyaya qarşı, 6 aprel 2000-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 2000-IV, b. 119). Bu cür pis rəftar Konvensiyanın 3-cü maddəsinin əhatə dairəsinə düşmək üçün minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimal səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn, həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın sağlamlıq durumundan asılıdır (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 65, b. 162). Bu cür rəftarın məqsədi, xüsusən onun qurbanı alçaltmaq və ya kiçiltmək məqsədi daşıması nəzərə alınmalı amil olsa da, hər hansı belə məqsədin olmaması heç də hökmən 3-cü maddənin pozulmadığı barədə nəticə çıxarılmasına səbəb olmamalıdır (misal üçün bax: Pirs Yunanıstana qarşı, ərizə N 28524/95, b. 74, AİHM 2001-III; Valaşinas Litvaya qarşı, ərizə N 44558/98, b. 101, AİHM 2001-VIII). 100. Məhkəmə ardıcıl olaraq vurğulayıb ki, cəzanın və ya onunla bağlı rəftarın qeyri-insani və ya ləyaqəti alçaldan hesab olunması üçün iztirab və ya alçalma konkret qanuni rəftar və ya cəza formasından irəli gələn qaçılmaz iztirab və ya alçalma elementinin hüdudlarını aşmalıdır (bax: Labitanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 120). Bununla belə, Konvensiyanın 3-cü maddəsinin işığında dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, habelə təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun (bax: Kudla Polşaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 92-94, AİHM 2000-XI), o cümlədən o, lazımi qaydada tibbi yardımla təmin edilsin (müvafiq dəyişikliklərlə bax: Aerts Belçikaya qarşı, 30 iyul 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1998-V, s. 1966, 64-cü və sonrakı bəndlər). 101. Həbsxanaların xəstəxanalarında tibbi yardım geniş ictimaiyyət üçün ən yaxşı tibb müəssisələrindəki yardımla həmişə eyni səviyyədə olmasa da, dövlət məhbusların sağlamlığının və rifahının, digər vasitələrlə yanaşı, onları zəruri tibbi yardımla təmin etmək vasitəsilə lazımi qaydada qorunmasını təmin etməlidir (bax: Kudlanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 94, AİHM 2000-XI; həmçinin bax: Hurtado İsveçrəyə qarşı, 28 yanvar 1994-cü il tarixli qərar, A seriyaları, c. 280-A, Komissiyanın rəyi, s. 15-16, b. 79). Bundan başqa, hakimiyyət orqanları ciddi xəstəliyi olan şəxsi həbsdə saxlamağı qərara alırlarsa, onun səhhətindəki çatışmazlıqdan irəli gələn xüsusi ehtiyaclarına uyğun saxlama şəraitini təmin etmək üçün xüsusi səy göstərməlidirlər (bax: Farbtus Latviyaya qarşı, ərizə N 4672/02, b. 56, 2 dekabr 2004).   c) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi   102. Ərizəçinin həbsdə olarkən zəruri tibbi yardım alıb-almadığını müəyyən etmək üçün dövlət hakimiyyəti orqanlarının onun xəstəliyinə vaxtında diaqnoz qoymaq və xəstəliyini müalicə etmək üçün onu minimum dərəcədə tibbi nəzarətlə ilə təmin edib-etmədiklərini müəyyən etmək vacibdir (bax: Popov Rusiyaya qarşı, ərizə N 26853/04, b. 211, 13 iyul 2006). 103. Birincisi, Məhkəmə xroniki C hepatiti ilə bağlı ərizəçiyə vaxtında diaqnoz qoyulub-qoyulmadığını nəzərdən keçirəcəkdir. 104. Hökumətin bildirdiyinə görə, ərizəçi 28 oktyabr 2001-ci ildə həbsxanaya salındıqdan sonra C hepatiti ilə bağlı qan testlərindən on görə keçirilməyib ki, həmin vaxt belə testlər məcburi deyildi. Məhkəmə razılaşır ki, hər bir məhbusu bütün yoluxucu xəstəliklərlə bağlı cürbəcür tibbi testlərdən keçirmək həddən artıq ifrata varmaq olardı. Bununla belə, pasiyentin səhhətini düzgün qiymətləndirmək üçün müəyyən testlər zəruri ola bilər; müəyyən diaqnostikanı həyata keçirib-keçirməmək barədə qərar fərdin tibb tarixçəsi əsasında çıxarılmalıdır. 105. Məhkəmə qeyd edir ki, 1996-cı ildən bəri ərizəçiyə mütəmadi olaraq vərəm əleyhinə hepatotoksik müalicə yazılıb və o, ağciyərə zərər yetirə bilən həmin müalicəni alıb (yuxarıda 8, 10 və 29-cu bəndlərə bax). Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçinin səhhəti ilə bağlı tələb olunan minimum dərəcədə tibbi nəzarət hepatit üçün mütəmadi qan testlərini özündə ehtiva edə bilərdi. 106. Məhkəmə qeyd edir ki, əlində olan sübutlar ərizəçiyə xroniki C hepatiti diaqnozunun qoyulduğu tarixi Məhkəmənin əminliklə müəyyən etməsinə imkan vermir. Hökumətin təqdim etdiyi tibbi qeydlər göstərir ki, 18 dekabr 2003-cü ildə ərizəçiyə etiologiyası (səbəbləri) təsdiq olunmayan xroniki hepatit diaqnozu qoyulub (yuxarıda 66-cı bəndə bax). Hökumət izahatlarında bildirdi ki, ərizəçinin ilk hepatit testi 29 noyabr 2004-cü ildə keçirilib (yuxarıda 91-ci bəndə bax). Məhkəmə qeyd edir ki, ərizəçinin tibb tarixçəsində ilk dəfə hepatitin qeyd edildiyi gündən bu diaqnozu təsdiq etmək üçün qan testinin keçirildiyi günədək on bir aydan artıq vaxt keçib. Belə olan halda Məhkəmə bu qənaətə gələ bilməz ki, ərizəçiyə xroniki C hepatiti diaqnozu vaxtında qoyulub. 107. İkincisi, Məhkəmə ərizəçinin C hepatiti ilə bağlı zəruri müalicə alıb-almadığını müəyyən etməlidir. 108. Məhkəmənin ixtiyarında olan tibbi sənədlər ərizəçiyə xroniki C hepatiti diaqnozu qoyulduqdan sonra onun bu xəstəliklə əlaqədar olaraq virus əleyhinə hər hansı müalicə alıb-almadığını aşkara çıxarmır. Hökumətin bildirdiyinə görə, LIU‑10-un həkimləri aktiv hepatit prosesinin olmadığı şəraitdə bu cür müalicəni lüzumsuz hesab ediblər. Məhkəmə tərəddüdsüz razılaşır ki, ərizəçi üçün virus əleyhinə müalicənin tələb olunub-olunmadığını qiymətləndirmək ərizəçinin fiziki müayinəsini həyata keçirmiş həkimlərin işidir. Lakin Məhkəmənin əlində olan materiallar həkimlərin bu cür qərarı hansı tarixdə qəbul etdiklərini onun aydın şəkildə müəyyən etməsinə imkan vermir. 109. Məhkəmə Hökumətin bu arqumentlərini nəzərə alır ki, xroniki C hepatiti ilə bağlı ərizəçinin qanının biokimyəvi xarakteristikalarının müşahidəsi aparılıb və o, dinamik terapevtik nəzarət altında saxlanılıb (yuxarıda 91-ci bəndə bax). Lakin Hökumət müşahidə və nəzarətin gedişində görülmüş tədbirlərin ətraflı təsvirini təqdim etməyib. Bundan başqa, o, ərizəçinin hepatoloq tərəfindən müayinə olunub-olunmadığı barədə heç bir informasiya təqdim etməyib, halbuki ərizəçinin vərəmlə bağlı hepatotoksik müalicə aldığını nəzərə alsaq, bu müayinənin aparılması ən azı ağlabatan olardı. 110. Hökumət həmçinin Məhkəməyə 25 oktyabr 2005-ci ildən sonra ərizəçi üçün əlçatan olan müalicə barəsində də informasiya təqdim etməyib (yuxarıda 33-cü bəndə bax). Belə olan halda Məhkəmə Hökumətin müvafiq tibbi sənədləri təqdim etməməsindən belə nəticə çıxarmaq üçün əsas olduğunu hesab edir ki, ərizəçi həmin tarixdən sonra LIU-10-da və IK-18-də xroniki C hepatiti ilə bağlı adekvat tibbi yardım almayıb. 111. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə hesab edir ki, ərizəçi həbsdə olarkən xroniki C hepatiti ilə bağlı ona vaxtında diaqnoz qoyulması və xəstəliyinin müalicə edilməsi üçün minimum dərəcədə tibbi nəzarətlə ilə təmin edilməyib və beləliklə, səhhəti ilə bağlı tələb olunan tibbi yadımı almayıb ki, bu da qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir. 112. Buna görə də Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.   IV. VƏZİFƏLİ ŞƏXSLƏRLƏ APARILMIŞ SÖHBƏTLƏRLƏ BAĞLI KONVENSİYANIN 34-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   113. Ərizəçi Konvensiyanın 34-cü maddəsinə əsasən şikayət etdi ki, LIU-10-un müdiriyyəti Strasburqa şikayəti ilə bağlı ona qanunsuz təzyiq göstərib. O, konkret olaraq iddia etdi ki, LIU-10-un müdiriyyəti ondan Məhkəməyə yazdığı məktubların məzmununu açıqlamağı tələb edib və onun Məhkəmə ilə yazışmalarına mütəmadi olaraq maneə yaradıb. O, həmçinin israrla bildirdi ki, LIU-10-un müdiriyyəti onu Strasburqa şikayətinə görə haqsız olaraq cəzalandırıb. Konvensiyanın 34-cü maddəsinin bu işə aidiyyəti olan hissəsində deyilir: “Məhkəmə istənilən ... şəxsdən, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.   A. Tərəflərin arqumentləri   114. Hökumət bildirdi ki, LIU-10-un vəzifəli şəxsləri Strasburq prosesi ilə bağlı ərizəçi ilə on dəfə söhbət ediblər: 2006-cı il fevralın 14, 17 və 28-ində, martın 1-ində və 20-sində, aprelin 3-ündə və 14-ündə, avqustun 1-ində və 21-ində, habelə oktyabrın 13-ündə. Bu söhbətlərdən ikisi onun Məhkəməyə nəyə görə şikayət ərizəsi verdiyini aydınlaşdırmaq üçün təşkil edilib, amma ərizəçi hər hansı izahat verməkdən imtina edib. Səkkiz söhbət isə Məhkəməyə vermək üçün sənədləri hazırlayarkən ərizəçinin üzləşə biləcəyi məsələlərin həllində ona kömək etmək və onun hüquqlarını və qanuni maraqlarını qorumaq məqsədi ilə aparılıb, amma ərizəçi təklif olunan yardımdan imtina edib. Söhbətlər bir neçə vəzifəli şəxsin və məhbusun yanında aparılıb, onlar təhdidlər və psixoloji təzyiq barədə ərizəçinin iddialarını inkar ediblər. Hökumət LIU-10-un vəzifəli şəxslərinin yazılı ifadələrini təqdim etdi, həmin ifadələrdə onlar təsdiq edirlər ki, Strasburqa şikayət ərizəsi ilə bağlı onunla apardıqları söhbətin gedişində ərizəçiyə hər hansı təzyiq göstərməyiblər. 16 fevral və 12 aprel 2006-cı ildə LIU-10-un vəzifəli şəxsləri Məhkəmənin məktublarının rus dilinə tərcüməsi ilə bağlı ərizəçi ilə görüşüblər. Vilayət prokurorluğunun iki nəfər vəzifəli şəxsi ərizəçinin prokurorluğa verdiyi çoxsaylı şikayətləri onunla müzakirə ediblər, amma ərizəçinin Məhkəməyə şikayəti məsələsinə toxunmayıblar. Hökumət daha sonra iddia etdi ki, ərizəçinin LIU-10-un müdiriyyəti vasitəsilə göndərdiyi möhürlənmiş məktublar açılmayıb və ya senzuraya məruz qalmayıb. Məhkəmənin bütün cavabları LIU-10 tərəfindən alındıqdan sonra yetmiş iki saat ərzində ərizəçiyə möhürlü zərflərdə təqdim edilib. Hökumət həmçinin bildirdi ki, 13 fevral 2002-ci il ilə 13 oktyabr 2006-cı il arasında ərizəçi on beş dəfə cəza kamerasına salınıb. Bu cəzaların hər biri ərizəçiyə həbsxana qaydalarını pozduğuna görə sanksiya qismində tətbiq edilib. Bundan başqa, 18 mart 2003-cü il ilə 6 sentyabr 2006-cı il arasında ərizəçi həbsxana qaydalarını pozduğuna görə doqquz töhmət alıb. Bu sanksiyaların heç biri onun Məhkəməyə müraciəti ilə əlaqədar olmayıb. Yekun olaraq, Hökumət israrla bildirdi ki, ərizəçinin fərdi şikayət hüququna heç bir maneə yaradılmayıb. 115. Ərizəçi Hökumətin arqumentlərinə etiraz edərək iddia etdi ki, Məhkəməyə məktublarının məzmununu LIU-10-un müdiriyyətinə açıqlamaqdan ona görə imtina edib ki, müdiriyyətə etibar etməyib. O, daha sonra bildirdi ki, Məhkəmənin məktubları ona mütəmadi və uzunmüddətli gecikdirmələrlə verilib. Ərizəçinin sözlərinə görə, LIU-10-un müdiriyyəti vasitəsilə göndərdiyi məktubların bəziləri Məhkəməyə heç vaxt çatmayıb. Bundan başqa, o, israrla bildirdi ki, Məhkəmənin məktublarının rus dilinə tərcüməsini heç vaxt LIU-10-un müdiriyyətindən xahiş etməyib, sadəcə onlardan tələb edib ki, onu müstəqil tərcüməçi ilə təmin etsinlər. Nəhayət, ərizəçi Hökumətlə razılaşmayaraq iddia etdi ki, onun həbsxana qaydalarını pozması ilə bağlı Hökumətin iddiaları bir çox hallarda yalandır.   B. Məhkəmənin qiymətləndirməsi   1. LIU-10-un vəzifəli şəxsləri ilə söhbətlər   116. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 34-cü maddəsi ilə nəzərdə tutulmuş fərdi şikayətlərin verilməsi mexanizminin səmərəliliyi üçün olduqca vacibdir ki, ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürməyə və ya dəyişdirməyə məcbur edilmək məqsədilə dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı formada təzyiq olmadan Məhkəmə ilə sərbəst ünsiyyətdə ola bilsinlər (digər qərarlar arasında bax: Akdivar və başqaları Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 105; və Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu 1996-VI, s. 2288, b. 105). “Hər hansı formada təzyiq” ifadəsi təkcə ərizəçilərin və ya onların hüquqi nümayəndələrinin birbaşa məcbur edilməsi və ya kobudcasına hədələnməsi aktlarını deyil, həm də Konvensiya orqanlarına müraciət etmək niyyətini həyata keçirməkdən onları daşındırmaq və ya çəkindirmək, yaxud ərizəçilərin və ya onların hüquqi nümayəndələrinin fərdi şikayət hüququnu həyata keçirmələrinə “çəkindirici təsir” göstərmək məqsədi daşıyan hüquqa zidd digər dolayı hərəkətləri və ya təmasları bildirir (bax: Fedotova Rusiyaya qarşı, ərizə N 73225/01, b. 48-51, 13 aprel 2006; Makşeyn Birləşmiş Krallığa qarşı, ərizə N 43290/98, b. 151, 28 may 2002; və Tanrıkulu Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizə N 23763/94, b. 130, AİHM 1999-IV, əlavə istinadlarla). 117. Bundan başqa, hakimiyyət orqanları ilə ərizəçi arasında təmasların 34-cü maddə baxımından qəbuledilməz praktikaya bərabər olub-olmadığını işin konkret hallarının işığında müəyyən etmək lazımdır. Bununla bağlı şikayətçinin əlverişsiz vəziyyəti və hakimiyyət orqanları tərəfindən göstərilən təzyiqə qarşı həssas durumu nəzərə alınmalıdır (bax: Akdivar və başqalarının, habelə Kurtun işləri üzrə yuxarıda adı çəkilən qərarlar, müvafiq surətdə s. 1219, b. 105 və s. 1192-1193, b. 160). Ərizəçi ailəsi ilə və ya ətraf aləmlə məhdud təmasda olmaqla həbsxanada saxlanarkən şikayət edibsə, onun vəziyyəti xüsusilə əlverişsiz olacaqdır (bax: Kotleç Rumıniyaya qarşı, ərizə N 38565/97, b. 71, 3 iyun 2003). 118. Məhkəmə qeyd edir ki, LIU-10-un müdiriyyəti ərizəçinin Məhkəməyə yazdığı möhürlü məktubların məzmununu müzakirə etmək üçün mütəmadi olaraq ərizəçi ilə görüşüb. İlk görüş 14 fevral 2006-cı ildə, Məhkəmənin faktlara dair informasiya almaq üçün sorğusu Hökumətə göndərildikdən az sonra keçirilib. Hökumət etiraf etdi ki, LIU-10-un müdiriyyəti ərizəçinin Strasburqa şikayətini ərizəçi ilə on dəfə müzakirə edib. Bundan başqa, işin materialları arasında 2 avqust, 19 və 27 oktyabr 2006-cı ildə, habelə 9 yanvar 2007-ci ildə növbəti görüşlərin təşkil edildiyini təsdiq edən arayışlar var. 119. Hökumətin bildirdiyinə görə, söhbətlər yalnız ərizəçiyə kömək etmək məqsədi ilə təşkil edilib. Məhkəmə bu arqumenti qəbul etməyə meylli deyil. Onun fikrincə, LIU-10-un vəzifəli şəxsləri onların suallarına cavab verməkdən ərizəçinin mütəmadi olaraq meyl göstərməməsindən nəticə çıxarmalı idilər ki, onların köməyinə onun ehtiyacı yoxdur. 120. Məhkəmə vurğulayır ki, hazırkı ərizə ilk növbədə ərizəçinin uzun müddət həbsdə saxlanıldığı LIU-10-da ərizəçi üçün əlçatan olan tibbi yardımın keyfiyyəti ilə bağlıdır. Məhkəmənin fikrincə, onun sağlamlığı və rifahı əsasən LIU-10-un personalından asılı idi. Belə olan halda eyni müəssisənin vəzifəli şəxsləri ilə mütəmadi söhbətlər ərizəçinin Strasburqa müraciət etmək niyyətinə münasibətdə həqiqətən “çəkindirici təsirə” malik ola bilərdi. 121. Məhkəmə hesab edir ki, ərizəçi LIU-10-un vəzifəli şəxslərinin açıq-aydın onun iradəsi əleyhinə onunla təkrar-təkrar apardıqları söhbətlərdən hədələnmə duyğusunu və repressiyalara məruz qalacağı ilə bağlı haqlı qorxu hissini keçirməli idi (bax: Popovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 250). Beləliklə bu cür söhbətlər qanuna zidd təzyiq təşkil edib ki, bu da ərizəçinin fərdi şikayət hüququna qanunsuz müdaxiləyə bərabərdir. 122. Buna görə də bu məsələdə Konvensiyanın 34-cü maddəsinin pozuntusu baş verib.   2. Ərizəçinin Məhkəmə ilə yazışmaları   123. Məhkəmə bir daha bildirir ki, onun yazışmalarının konfidensiallığına hörmət etmək vacibdir, çünki həmin yazışmalar həbsxana müdiriyyətinə və ya həbsxananın vəzifəli şəxslərinə qarşı iddialarla əlaqədar ola bilər. Məhkəmənin göndərdiyi və ya ona göndərilən məktubların açılması, şübhəsiz ki, onların oxunması ehtimalı barədə düşünməyə əsas verir və müəyyən hallarda həmçinin müvafiq məhbusa qarşı həbsxana əməkdaşları tərəfindən repressiyalar riskini doğurur (bax: Klyaxin Rusiyaya qarşı, ərizə N 46082/99, b. 118, 30 noyabr 2004). 124. Məhkəmə vurğulayır ki, qüvvədə olan Rusiya qanunvericiliyinə uyğun olaraq, məhbusların Məhkəmə ilə yazışmaları senzuraya məruz qalmamalıdır (yuxarıda 71-ci bəndə bax). Məhkəmə daha sonra qeyd edir ki, onun ərizəçiyə göndərdiyi məktubların ən azı beşinin bilavasitə öz üzərində onların LIU-10-a daxil olduğunu təsdiqləyən möhür var (yuxarıda 50-54-cü bəndlərə bax). Hökumət həmin möhürlərin mənşəyi ilə bağlı hər hansı izahat vermədi və israrla bildirdi ki, Məhkəmənin məktubları ərizəçiyə verilərkən möhürlü idi. 125. Məhkəmə ixtiyarında olan materialları nəzərə alaraq, Hökumətin arqumentini qəbul edə bilməz və bu nəticəyə gəlmək məcburiyyətindədir ki, LIU-10-un müdiriyyəti onun ərizəçiyə məktublarını açıb və müəssisəyə daxil olan növbəti poçt göndərişləri kimi möhürləyib. Məhkəmə daha sonra qeyd edir ki, o, həmin məktubların hakimiyyət orqanları tərəfindən oxunub-oxunmadığını müəyyən etmək imkanına malik deyil. Bununla belə, həmin məktubların açılması faktının özü ərizəçinin Məhkəmə ilə yazışmalarının hakimiyyət orqanları tərəfindən daxili qanunvericilik və Konvensiyanın 34-cü maddəsi pozulmaqla senzuraya məruz qaldığına dair əsaslı şübhə yeri qoyur. 126. Buna görə də bu məsələdə Konvensiyanın 34-cü maddəsinin pozuntusu baş verib.   2. Ərizəçiyə tətbiq edilən sanksiyalar və onun LIU-10-un vəzifəli şəxsləri tərəfindən təhdid edilməsi   127. Məhkəmə qeyd edir ki, ərizəçi LIU-10-un müdiriyyəti tərəfindən qanunsuz olaraq təqib edildiyini israrla bildirib. Lakin Məhkəmənin baxdığı materialların arasında LIU-10-un müdiriyyətinin onu intizam cəzası kamerasına salarkən və ya ona töhmət verərkən ərizəçini Məhkəməyə şikayətinə görə cəzalandırmaq niyyəti güddüyünü düşünməyə əsas verən heç nə yoxdur. Məhkəmə ərizəçiyə tətbiq edilmiş intizam sanksiyalarının səbəbləri ilə bağlı Hökumətin izahatları ilə razılaşır. Müvafiq olaraq, o, hesab edir ki, həmin sanksiyalar ərizəçinin fərdi şikayət hüququna maneə yaradılmasına bərabər deyildi. 128. Bundan başqa, ərizəçi Məhkəməyə şikayət etdi ki, LIU-10-un vəzifəli şəxslərindən biri Strasburqa şikayətini geri götürməyəcəyi təqdirdə dolayısı ilə onun həyatına təhlükə yaranacağını bildirib. Lakin bu iddialar hər hansı sübutla təsdiq edilməyib. 129. Buna görə də Məhkəmə hesab edir ki, bu məsələdə Konvensiyanın 34-cü maddəsinin pozuntusu baş verməyib.   V. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR POZUNTULARI   130. Ərizəçi hüquqlarının pozulduğunu iddia edərək bir sıra şikayətlər irəli sürdü. Konkret olaraq, o, Konvensiyanın 6-cı maddəsinə istinad edərək ona qarşı 8 aprel 2002-ci ildə başa çatmış məhkəmə prosesinin tamamilə ədalətsiz olmasından və özəl şirkətə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək imkanına malik olmamasından şikayətləndi. O, daha sonra Konvensiyanın 13-cü maddəsinə əsasən şikayət etdi ki, dövlət hakimiyyəti orqanları onu Məhkəmədəki icraatda pulsuz hüquqi yardım göstərən vəkillə təmin etməyiblər. Bundan başqa, ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən iddia etdi ki, özəl şirkət tərəfindən mülkiyyətindən məhrum edilib. O, daha sonra 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən şikayət etdi ki, Sovet İttifaqı dağıldıqdan sonra ona iradəsi əleyhinə Rusiya vətəndaşlığı verilməsi ucbatından onun hərəkət azadlığı məhdudlaşdırılıb. Nəhayət, ərizəçi 12 saylı Protokolunun 1-ci maddəsinə əsasən şikayət etdi ki, dövlət hakimiyyəti orqanlarının səhhəti ilə əlaqədar onu şərti azadlığa buraxmaması ayrı-seçkilik xarakteri daşıyıb, habelə iddia etdi ki, C hepatitinə yoluxması 13 saylı Protokolun 1-ci maddəsinə zidd olmaqla ölüm cəzasına bərabərdir. 131. İxtiyarında olan bütün materialları nəzərə alaraq və özünün səlahiyyət dairəsi çərçivəsində hərəkət edərək, Məhkəmə hesab edir ki, ərizəçinin arqumentləri Konvensiyada və ya onun Protokollarında təsbit olunmuş hüquq və azadlıqların pozulduğuna dair heç bir əlamət aşkara çıxarmadı. Buradan belə nəticə çıxır ki, şikayət ərizəsinin bu hissəsi açıq-aydın əsassız olduğuna görə Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.   VI. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ   132. Konvensiyanın 41-ci maddəsində deyilir: “Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.   A. Ziyan   133. Ərizəçi Məhkəmədən xahiş etdi ki, hüquqlarının iddia edilən pozuntularının səbəb olduğu iztiraba və kədərə görə kompensasiya məbləğini müəyyən etsin. 134. Hökumət qeyd etdi ki, ərizəçi əvəzin ədalətli ödənilməsinə dair tələblərinin məbləğini göstərməyib. 135. Məhkəmə hesab edir ki, ərizəçi adekvat tibbi yardımın onun üçün əlçatan olmaması ucbatından iztiraba və məyusluğa məruz qalmalı idi, dövlət hakimiyyəti orqanlarının onun fərdi şikayət hüququna müdaxilə etməsi faktı bu halı daha da ağırlaşdırıb, bu isə sadəcə pozuntu faktını müəyyən etməklə yetərincə kompensasiya oluna bilməz. Məhkəmə ədalət prinsipi əsasında qərar çıxararaq mənəvi ziyana görə ərizəçiyə 5.000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə edilməlidir.   B. Məhkəmə xərcləri və digər məsrəflər   136. Ərizəçi Məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində daxili məhkəmələrdə və Avropa Məhkəməsində çəkdiyi məhkəmə xərcləri və digər məsrəflərlə bağlı hər hansı tələb irəli sürmədi. 137. Buna görə də Məhkəmə bu bənd üzrə heç bir kompensasiya təyin etmir.   C. İcranın gecikdirilməsinə görə faiz   138. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.   BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:   1. Həbsdə olarkən ərizəçi üçün adekvat tibbi yardımın əlçatan olmadığına dair iddia ilə bağlı şikayəti qəbul olunan, şikayətlərin qalan hissəsini isə qəbul olunmayan elan edir; 2. Qərara alır ki, ərizəçi həbsdə olarkən ona göstərilmiş tibbi yardımın adekvat olmaması ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub; 3. Qərara alır ki, dövlət hakimiyyəti orqanlarının ərizəçi ilə söhbətlər aparması və onun Məhkəmə ilə yazışmalarının açılması ilə əlaqədar olaraq dövlət Konvensiyanın 34-cü maddəsi üzrə fərdi şikayət hüququnun səmərəli həyata keçirilməsinə mane olmamaq öhdəliyini yerinə yetirməyib; 4. Qərara alır ki: a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət ərizəçinin varisinə mənəvi ziyana görə 5.000 (beş min) avro, üstəgəl bu məbləğlərdən tutula bilən hər hansı vergi məbləğini ödəməlidir və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Rusiya rubluna çevrilməlidir; b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır; 5. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.   Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 7 fevral 2008-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.   Kristos Rozakis (Christos Rozakis) Sədr   Sören Nilsen (Søren Nielsen) Katib   [1] Bundan sonra tibbi maddələrin adı Rusiya Federasiyasında qəbul edilmiş dərmanların təsnifatına uyğun olaraq veriləcək. [2] Ağciyərə zərər yetirə bilən hepatoksik müalicə. [3] Eyni dərmandır.

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 14.07.2026. · Źródło