38228/05

WyrokETPCz2009-10-08ECLI:CE:ECHR:2009:1008JUD003822805

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
Czy brak powiadomienia skarżącego o terminach rozpraw kasacyjnych przed Sądem Najwyższym i jego Plenum, uniemożliwiający mu udział w postępowaniu, naruszył jego prawo do rzetelnego procesu z art. 6 ust. 1 Konwencji?
Ratio decidendi
Trybunał stwierdził, że postępowania przed Sądem Najwyższym i jego Plenum nie spełniały wymogów rzetelności, ponieważ skarżący nie został skutecznie powiadomiony o terminach rozpraw, co uniemożliwiło mu skorzystanie z prawa do obrony i udziału w kontradyktoryjnym postępowaniu. Mimo przedstawienia przez rząd kopii zawiadomień, brakowało dowodów na ich faktyczne doręczenie (np. pieczęci pocztowych). Trybunał podkreślił, że w sytuacji, gdy prokurator uczestniczył w rozprawie i przedstawiał argumenty, a skarżący był nieobecny i nie posiadał reprezentacji prawnej, na sądzie krajowym spoczywał obowiązek zapewnienia jego udziału w celu zachowania kontradyktoryjnego charakteru postępowania. Brak weryfikacji przez sąd, czy zawiadomienia dotarły do skarżącego, był kluczowy dla stwierdzenia naruszenia.
Stan faktyczny
Skarżący, Rahib Shaval oglu Maksimov, obywatel Azerbejdżanu, został w 1996 roku skazany na karę śmierci za planowanie zamachu bombowego w metrze w Baku i uprawę narkotyków. Kara śmierci została w 1998 roku zamieniona na dożywocie. W 2004 roku skarżący złożył skargę kasacyjną do Sądu Najwyższego, a następnie dodatkową skargę kasacyjną do Plenum Sądu Najwyższego, korzystając z nowej ustawy przejściowej. Twierdził, że nie został powiadomiony o terminach rozpraw w obu instancjach, co uniemożliwiło mu udział w postępowaniu i przedstawienie swojej obrony.
Rozstrzygnięcie
Trybunał jednogłośnie uznaje skargę za dopuszczalną. Trybunał jednogłośnie stwierdza naruszenie art. 6 ust. 1 Konwencji. Trybunał, czterema głosami do trzech, postanawia, że państwo pozwane musi podjąć wszelkie środki w celu zapewnienia wznowienia postępowania kasacyjnego przewidzianego w Ustawie Przejściowej. Trybunał jednogłośnie stwierdza brak podstaw do przyznania jakiegokolwiek słusznego zadośćuczynienia.

Pełny tekst orzeczenia

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ   BİRİNCİ BÖLMƏ   MAKSİMOV AZƏRBAYCANA QARŞI   (Şikayət № 38228/05)   Q Ə R A R   STRASBURQ   08 oktyabr 2009-cu il   Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.   Maksimov Azərbaycana qarşı iş üzrə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,    Nina Vaciç, Sədr,    Anatoli Kovler,    Elizabet Steyner,    Xanlar Hacıyev,    Din Spilman,    Sverr Erik Cebens,    Ciorcio Malinverni, hakimlər, və Andre Uampaş, Bölmə Katibinin müavini, 17 sentyabr 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:   PROSEDUR   1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Rahib Şaval oğlu Maksimov («ərizəçi») tərəfindən Azərbaycan Respublikasına qarşı verilmiş şikayət üzrə (№ 38228/05) iş 12 oktyabr 2005-ci ildə başlanılmışdır. 2. Hüquqi yardım alan ərizəçiləri Bakıda vəkil işləyən cənab E.Osmanov təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib. 3. Ərizəçi iddia etdi ki, kassasiya və əlavə kassasiya şikayətləri üzrə iclaslarda iştirak etmək üçün daxili məhkəmələr tərəfindən ona bildirişlərin göndərilməməsi nəticəsində ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. 4. 01 fevral 2007-ci ildə Məhkəmə şikayəti qismən məqbul elan etmiş və şikayəti üzrə araşdırmalarda ərizəçinin iştirak etmədiyinə aid şikayəti Hökumətə kommunikasiya etməyi qərara almışdır. Məhkəmə, həmçinin, şikayətin məqbuliyyətini onun mahiyyəti ilə birgə həll etməyi qərara almışdır.   FAKTLAR    I. İŞİN HALLARI   A. Ərizəçinin ilkin məhkumluğu və ölüm cəzasının ömürlük azadlıqdan   məhrum etmə ilə əvəzlənməsi   5. Ərizəçi Azərbaycanın Qusar rayonunda 1961-ci ildə anadan olmuş və hazırda Qobustan Həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkir. 6. Ərizəçi ləzgi etnik mənşəli Azərbaycan vətəndaşıdır. O, üzvləri tərəfindən Ləzgi firavanlıq və mədəniyyət təşkilatı kimi qiymətləndirilən «Sadval»ın üzvü olub. Lakin təşkilat radikal milliyyətçi və separatist ideyalara havadarlıq etməkdə də qiymətləndirilib.  7. 1994-cü ildə ərizəçi həbs olunub və 19 mart 1994-cü ildə Bakı metrosunda (yeraltı dəmiryolu sistemi) baş vermiş qumbara partlayışını planlaşdıranlardan və hazırlayanlardan biri kimi məhkəməyə verilib. Bu partlayış nəticəsində 14 nəfər vəfat edib və 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ərizəçi, həmçinin, bağında narkotik bitkilər becərməkdə ittiham olunub.  8. 03 may 1996-cı ildə xüsusilə ağır cinayətlər üzrə birinci instansiya məhkəməsi qismində Ali Məhkəmə müəyyən edib ki, başqa təqsirləndirilən şəxslərlə birgə ərizəçi, inter alia, mülki əhali arasında bir çox itkilərlə nəticələnmiş qumbara partlayışını Bakı metrosunda planlaşdıran və həyata keçirən anti-hökumət mütəşəkkil qrupun yaradılmasında təqsirli olub. Məhkəmə həmin vaxtda qüvvədə olmuş 1960-cı il tarixli Cinayət Məcəlləsinin 15, 17, 61, 65 və 227-ci maddələrinə əsasən ərizəçini məhkum edib və ona əmlakı müsadirə edilməklə ölüm cəzasını təyin edib. Bu qərar qəti olub və həmin vaxtda tətbiq edilən cinayət prosesi qaydalarına görə şikayətin predmeti ola bilməzdi.  9. 10 fevral 1998-ci ildə Milli Məclis (Parlament) bütün müvafiq daxili hüquqi müddəaları dəyişərək, ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənən «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul edib (bundan sonra – «10 fevral 1998-ci il tarixli Qanun»). 10 fevral 1998-ci il tarixli Qanun ölüm cəzasını ömürlükdən azadlıqdan məhrum etmə ilə əvəzləməklə, bütün müvafiq daxili hüquq normalarını dəyişdirib. Ərizəçi daxil olmaqla, ölümə məhkum olunan bütün məhkumların cəzaları avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmişdir.    B. Ali Məhkəmədə kassasiya araşdırmaları    10. 2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət Prosessual Məcəlləsi və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət prosessual qaydalara müvafiq olaraq çıxarılmış birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməyə icazə verən keçid qanunu qəbul edib (bundan sonra – «Keçid Qanunu»). 11. Ərizəçi Keçid Qanunla ona verilmiş imkandan istifadə etməyə çalışıb və 04 avqust 2004-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti verib. O, hüquqi yardım almadan şikayətini özü tərtib edib. O, şikayətində iddia edib ki, 03 may 1996-cı ildə məhkum olunması ədalətsiz olub.  12. Eyni zamanda, onun qohumları ərizəçinin adından yeni şikayət tərtib etmiş və 26 may 2005-ci ildə onu Ali Məhkəməyə təqdim etmiş vəkil tutublar.  13. Lakin 14 iyun 2005-ci il tarixli məktubla Ali Məhkəmə vəkili məlumatlandırıb ki, artıq 12 aprel 2005-ci ildə iclas keçirilib və ərizəçinin 04 avqust 2004-cü il tarixli ilkin şikayəti araşdırılıb.  15. 21 iyun 2005-ci il tarixli məktubla Ali Məhkəmə 12 aprel 2005-ci il tarixli qərarın tam surətini ərizəçiyə göndərib. Bu qərara görə məhkəmə müəyyən edib ki, ərizəçinin təqsiri birinci instansiya məhkəməsində araşdırma zamanı tam müəyyən edilib. Məhkəmə ərizəçinin şikayətini əsassız kimi rədd edib.    C. Ali Məhkəmənin Plenumunda əlavə kassasiya araşdırmaları    16. 08 iyul 2005-ci ildə işin yenidən araşdırılması və şikayətinin Plenumun baxışına çıxarılması xahişi ilə ərizəçi Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti təqdim edib. Müraciət təmin edilib.  17. Ali Məhkəmənin Plenumunda ərizəçi, inter alia, iddia edib ki, onun məhkum olunması ədalətsiz olub və ona təyin olunmuş ölüm cəzası 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənməli idi. O, həmçinin iddia edib ki, 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə («Təxribat») əsasən, onun məhkumluğu 2000-ci il tarixli Cinayət Məcəlləsinin maksimal cəzanı 15 il müəyyən edən 282-ci maddəsinə əsasən «yenidən tövsif» olunmalıdır.  18. Hökumətə görə, 10 noyabr 2005-ci ildə Ali Məhkəmə «ərizəçini və onun vəkilini məlumatlandırıb ki, onun işinə aid Ali Məhkəmə Plenumunun iclası 24 noyabr 2005-ci ildə keçiriləcək». Ərizəçiyə və onun vəkilinə görə, onlar hər hansı bildirişi və ümumiyyətlə, bir neçə ay ərzində işə aid hər hansı məlumatı almamışlar. 19. 24 noyabr 2005-ci il tarixdə Ali Məhkəmənin Plenumu ərizəçinin əlavə kassasiya şikayətini məhkumluğun ədalətsizliyinə və ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsinə aid hissədə rədd etdi. Digər tərəfdən, Plenum qəbul edib ki, 2000-ci il tarixli Cinayət Məcəlləsinə əsasən bəzi cinayətlərin mahiyyətində dəyişikliklərə görə ərizəçinin məhkumluqlarının «yenidən tövsifinə» ehtiyac vardır. Lakin Plenum onun ömürlük azadlıqdan məhrum etmə cəzasını olduğu kimi saxladı.   II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK    20. «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qəbul olunması və qüvvəyə minməsi haqqında» 14 iyul 2000-ci il tarixli Qanununa («Keçid Qanunu») müvafiq olaraq, yeni CPM-in qüvvəyə minməsindən əvvəl köhnə CPM əsasında birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökmlər və digər yekun qərarlar yeni CPM-in müvafiq müddəaları əsasında apellyasiya məhkəməsi və ya Ali Məhkəmə tərəfindən yenidən baxıla bilər.  21. Yeni CPM-in 415.0.3-cü maddəsinə müvafiq olaraq, şikayəti verən şəxs öz şikayətinə mübahisələndirdiyi hökm və ya qərarın surətini əlavə etmədikdə, Ali Məhkəmə kassasiya şikayətini baxılmamış saxlaya bilər.  22. Ali Məhkəməyə verilmiş kassasiya şikayəti ilkin öyrənilmə üçün Ali Məhkəmənin müvafiq kollegiyasının hakimlərindən birinə həvalə olunur (CPM-in 418.1-ci maddəsi). Şikayəti qəbul etdiyi üç gün müddətində, şikayətin ilkin öyrənilməsini keçirən hakim, inter alia, dövlət ittihamçısını, təqsirləndirilən (və ya bəraət alan) şəxsi və işin başqa tərəflərini və ya maraqlı şəxsləri şikayətə baxılmasının vaxtı və yeri barədə məlumatlandırır (CPM-in 418.2 və 418.2.7-ci maddəsi).  23. Şikayətin mahiyyətini araşdırarkən Ali Məhkəmə yalnız hüquqi məsələlərə baxır və cinayət və cinayət prosessual qanunvericiliyin qaydalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır (CPM-in 419.1-ci maddəsi). Mahiyyəti üzrə araşdırma üç hakimdən ibarət olan kollegiya tərəfindən həyata keçirilir. Şikayəti vermək hüququna malik olan şəxslər və Ali Məhkəmə qarşısında prokurorluğu təmsil edən dövlət ittihamçısı məhkəmə icasında iştirak etmək hüququna malikdirlər (CPM-in 419.2-ci maddəsi).  24. Ali Məhkəmənin iclası hansı məhkəmə qərarına və nə əsasla baxıldığını, işə baxan kollegiyanın tərkibini və iclasda tərəflərdən kimin iştirak etdiyini elan edən kollegiyanın sədri tərəfindən açılır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış şikayətçinin iştirak etməməsi Ali Məhkəmə tərəfindən onun iştirakı olmadan işə baxılmasına mane olmur (CPM-in 419.4-cü maddəsi).  25. Təqdimatlar, şikayətlər və ya protestlər əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda əlavə kassasiya icraatı qaydasında Ali Məhkəmə sədri tərəfindən gündəliyə daxil edildikdən sonra baxıla bilər. Bu icraat qaydasında işə baxıldığı halda, iş üzrə tərəflər ən azı on gün əvvəl Plenumun iclasının vaxtı və yeri barədə məlumat almalıdırlar (CPM-in 427.2-ci maddəsi).  26. İclası açıq elan etdikdən sonra Plenumun sədri hansı məhkəmə qərarına və hansı əsasla baxıldığını və hansı əsasla və tərəflərdən kimlərin iclasda iştirak etdiyini elan edir. Şikayəti vermiş şəxsin iştirak etməməsi, iclas barədə lazımincə məlumatlandırıldığı halda, onun iştrakı olmadan işə baxılmasına davam etməsinə maneə törətmir (CPM-in 427.3.2-ci maddəsi).  27. CPM-in 455-ci maddəsinə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın müddəalarının pozulmasının müəyyən edilməsi işə yenidən baxılması üçün əsasdır. 456-cı maddəyə əsasən, hazırkı işdə, Ali Məhkəmənin Plenumu yalnız hüquqi məsələlər üzrə işə baxır. İşə baxdıqdan sonra Ali Məhkəmənin Plenumu aşağı məhkəmələrin qərarlarını ləğv etmək və işi aşağı məhkəməyə qaytarmaq və ya kassasiya, yaxud da əlavə kassasiya instansiyalarının qərarlarını dəyişmək və ya kassasiya, yaxud da əlavə kassasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib yeni qərar çıxarmaq səlahiyyətinə malikdir (CPM-in 459-cu maddəsi).  28. Cəzaların İcrası Məcəlləsinin 83-cü maddəsinə əsasən, məhbuslara ünvanlanan məktublar həmin məktubların penitensiar müəssisənin rəhbərliyi tərəfindən alındığı andan üç gün müddətində bu məhbuslara təqdim edilməlidir. Məhbuslar teleqramlar barədə penitensiar müəssisənin rəhbərliyi tərəfindən dərhal məlumatlandırılır. HÜQUQİ MƏSƏLƏLƏR   I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN   POZUNTUSU    29. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, o, 12 aprel 2005-ci il tarixdə Ali Məhkəmədə kassasiya şikayətinə və 24 noyabr 2005-ci ildə isə Ali Məhkəmənin Plenumunda əlavə kassasiya şikayətinə baxılması barədə məlumatlandırılmamış və buna görə, həmin iclaslarda iştirak edə bilməmişdir. O, həmçinin, Konvensiyanın 6-cı maddəsinin 3 «c» bəndinə əsasən şikayət etmişdir ki, bu iclaslar zamanı özünü şəxsən müdafiə etmək və ya vəkil vasitəsi ilə təmsil olunmaq imkanından məhrum olunmuşdur.  30. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində əks olunmuş təminatlar digərləri ilə yanaşı, ədalətli məhkəmə araşdırılmasının ümumi anlayışını təşkil edən elementlərdir (baxın, Kolozza İtaliyaya qarşı, 12 fevral 1985-ci il, § 26, A Seriyaları, № 89). Hazırkı işin hallarında, Məhkəmə hesab edir ki, həm də bu təminatları nəzərə alaraq, o, şikayəti Konvensiyanın aşağıdakıları nəzərdə tutan 6-cı maddəsinin 1-ci bəndi (baxın, Abbasov Azərbaycana qarşı, № 24271/05, § 23, 17 yanvar 2008-ci il) baxımından araşdırmalıdır:   «Hər kəs ... ona qarşı cinayət ittihamı irəli sürülərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. ...»    31. Məhkəmə qeyd edir ki, ərizəçinin ilkin mühakiməsi Məhkəmənin zaman yurisdiksiyasından kənarda olmuş (baxın, məqbuliyyətə dair 01 fevral 2007-ci il tarixli Hissəvi Qərardad) və onun məhkum olunması vaxtı köhnə cinayət prosessual qaydalarına əsasən ona əlçatan olan şikayət mövcud olmamışdır. Ərizəçinin məhkum olunmasından sonra qəbul olunmuş yeni CPM və Keçid Qanunu yeni cinayət prosessual qaydalarına əsasən köhnə cinayət prosessual qaydaları üzrə çıxarılmış yekun qərarlardan şikayət etmək mümkünlüyünü təqdim etmişdir. Bununla bağlı, Məhkəmə özünün əvvəlki qənaətini təkrar edir ki, Konvensiyanın 6-cı maddəsi cinayət işləri üzrə Keçid Qanununa müvafiq olaraq verilmiş şikayətlərə tətbiq olunur (baxın, Hacıyev Azərbaycana qarşı, № 5548/03, § 32, 16 noyabr 2006-cı il və yuxarıdakı Abbasov Azərbaycana qarşı, § 24).  32. Ali Məhkəmənin Plenumundakı araşdırmalara gəldikdə, Məhkəmə daha əvvəl müəyyən edib ki, Ali Məhkəmənin Plenumunda əlavə kassasiya proseduru Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçilərin istifadə etməli olduqları vasitəni, bir qayda olaraq, təşkil etmir (baxın, Babayev Azərbaycana qarşı (qərardad), № 36454/03, 27 may 2004-cü il). Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin əlavə kassasiya şikayəti məqbul elan olunmuş və onun əvvəlki məhkumluğunu qüvvədə saxlamış Ali Məhkəmənin Plenumu tərəfindən hüquqi məsələlər üzrə baxılmışdır (müqayisə edin, İvanov Azərbaycana qarşı (qərardad), № 34070/03, 15 fevral 2007-ci il). Belə olan halda, Plenum tərəfindən ərizəçinin şikayətinin mahiyyəti üzrə baxıldığını nəzərə alaraq (baxın, a contrario, yuxarıda Babayev Azərbaycana qarşı), Məhkəmə hesab edir ki, hazırkı işdə Konvensiyanın 6-cı maddəsi bu araşdırmalara aid də tətbiq olunur.  33. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir. Buna görə, şikayət məqbul elan olunmalıdır.    B. Mahiyyət    34. Hökumət bildirib ki, CPM-in 419.4 və 427.3.2-ci maddələrinə müvafiq olaraq, ərizəçi iclas barədə lazımınca məlumatlandırıldıqda, onun Ali Məhkəmənin və ya Ali Məhkəmə Plenumunun iclasında iştirak etməməsi iclasın keçirilməsinə mane olmur. Hökumət iddia edib ki, ərizəçi iclasların vaxtı və yeri barədə lazımınca məlumat almışdır. Onlar ərizəçiyə ünvanlanmış 22 mart 2005-ci il tarixli Ali Məhkəmə hakiminin imzaladığı Ali Məhkəmədə iclas üçün bildirişlərin surətlərini təqdim etmişlər. Bildirişlərdə göstərilib ki, iclas 12 aprel 2005-ci ildə saat 10:00-da keçiriləcək. Hökumət, həmçinin, ərizəçiyə ünvanlanmış 10 noyabr 2005-ci il tarixli Ali Məhkəmənin sədr müavininin imzaladığı Ali Məhkəmənin Plenumunda iclas barədə bildirişlərin surətini təqdim etmişdir. Bildirişlərdə göstərilib ki, iclas 24 noyabr 2005-ci ildə saat 10:00-da keçiriləcək.  35. Ərizəçi bildirib ki, o, bildirişləri almamış və bunun nəticəsində çəkişməli araşdırmalar hüququndan məhrum olmuşdur.    2. Məhkəmənin qiymətləndirməsi    36. Məhkəmə qeyd edir ki, tərəflər mübahisələndirməmişlər ki, 12 aprel 2005-ci ildə Ali Məhkəmə və 24 noyabr 2005-ci ildə Ali Məhkəmənin Plenumu ərizəçinin kassasiya və əlavə kassasiya şikayətlərinə onun iştirakı olmadan baxmışdır. Lakin tərəflər ərizəçinin əvvəlcədən məlumat alıb-almamasına dair məsələdə ixtilafa düşmüşlər.  37. 22 mart 2005-ci il və 10 noyabr 2005-ci ildə edilmiş bildirişlərin surətlərinin Hökumət tərəfindən təqdim olunmasına baxmayaraq, Məhkəmə qeyd edir ki, bu bildirişlərdə poçt möhürü olmamış və Hökumət onların həqiqətən ərizəçiyə göndərilməsini və ya başqa yolla çatdırılmasını təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda, Məhkəmə, ərizəçinin iclaslar barədə lazımınca məlumatlandırılması və ya bildirşlərin başqa yolla ona çatdırılmasına dair Hökumətin təqdim etdiyi sübutla inandırılmamışdır (müqayisə edin, yuxarıda qeyd olunmuş Abbasov Azərbaycana qarşı, § 29 və Metelitsa Rusiyaya qarşı, № 33132/02, § 33, 22 iyun 2006-cı il).  38. Məhkəmə xatırladır ki, ədalətli araşdırma konsepsiyası özünə bərabər imkanlar və çəkişməli cinayət araşdırmaları fundamental hüququnu daxil etdirir. Bu onu nəzərdə tutur ki, həm ittiham, həm də müdafiə digər tərəfin bildirdiyi dəlillər və təqdim etdiyi sübutlar haqqında məlumatlı olmalı və öz izahatlarını təqdim etmək imkanında olmalıdır (baxın, Brandstetter Avstriyaya qarşı, 28 avqust 1991-ci il, § 66-67, A Seriyaları, № 211).  39. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi bütövlükdə götürülməklə təminat verir ki, cinayətdə təqsirləndirilən şəxs ümumi prinsip kimi ona qarşı cinayət ittihamına aid məhkəmə iclasında səmərəli olaraq iştirak etsin. Bu hüquq çəkişmə prosesinin özünün anlayışında olmaqla, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c), (d) və (e) yarımbəndlərində təsbit olunan təminatlardan da irəli gələ bilər (baxın, yuxarıda qeyd edilən Kolozza, s. 14, § 27 və Stanford Birləşmiş Krallığa qarşı, 23 fevral 1994-cü il tarixli Qərar, A Seriyaları, № 282-A, ss. 10-11, § 26). Hazırkı işdə görmək çətindir ki, hansı yolla ərizəçi məhkəmə iclası barədə əvvəlcədən məlumatlandırılmadan bu hüquqlarını həyata keçirə bilər.  40. Həmçinin, Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı şikayət üzrə araşdırmada iştirak etmiş və məhkəməyə şifahi dəlillərini bildirmişdir. Bu dəlillər ərizəçinin şikayətinin rədd olunmasına və məhkumluğunun qüvvədə saxlanılmasına yönəlmişdir. Belə olan halda və ərizəçinin hüquqi cəhətdən təmsil olunmadığını nəzərə alaraq, araşdırmaların çəkişməli xarakterini təmin etmək üçün ərizəçinin iştirakının təmin olunmasına yönələn tədbirlərin görülməsi öhdəliyi Ali Məhkəmənin üzərinə düşür. Lakin ərizəçinin iştirakı olmadan iclasa davam etməyi qərara gələrkən, bildirişlərin həqiqətən ərizəçiyə çatıb-çatmamasının Ali Məhkəmə tərəfindən yoxlanılmasını göstərən heç bir dəlil yoxdur. Ali Məhkəmənin qərarı ərizəçinin iclasda iştirak etməməsi məsələsinə toxunmamışdır.  41. Məhkəmə daha sonra qeyd edir ki, bəzi işlərdə o müəyyən edib ki, yalnız hüquqi məsələlərin araşdırıldığı şikayəti üzrə iclasda təqsirləndirilən şəxsin şəxsən iştirakı həlledici deyildir (baxın, məsələn, Kremzov Avstriyaya qarşı, 21 sentyabr 1993-cü il, A Seriyaları, № 268-B və Kamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il, A Seriyaları, № 168). Lakin Məhkəmə hesab edir ki, hazırkı iş təqsirləndirilən şəxslərin vəkillə təmsil olunduğu və prinsipcə, hər birinin öz müdafiəsini təqdim etmək imkanına malik olduğu Kremzovun və Kamasinskinin işlərindən fərqlənir. Hazırkı işdə, ərizəçi daha fundamental şəkildə bunu etmək imkanında olmamış, ona görə ki, o, iclas barədə əvvəlcədən məlumatlandırılmamışdır (müqayisə edin, Ziliberberq Moldovaya qarşı, № 61821/00, § 41, 01 fevral 2005-ci il və yuxarıda qeyd olunmuş Abbasov Azərbaycana qarşı, § 33).  42. Eynilə, Məhkəmə qeyd edir ki, ərizəçi Ali Məhkəmə Plenumunun iclasında Konvensiyanın 6-cı maddəsinə əsasən hüququnu həyata keçirə bilməmişdir, ona görə ki, bu halda da iclas barədə əvvəlcədən məlumat almamışdır.  43. Belə nəticəyə gəlinir ki, Ali Məhkəmə və Ali Məhkəmənin Plenumu qarşısında araşdırmalar ədalətlilik tələbinə cavab verməmişdir. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.   II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ    44. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:    «Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»    45. Ərizəçi ədalətli kompensasiya ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Müvafiq olaraq, məhkəmə hesab edir ki, bu mənada ona hər hansı məbləğin ödənilməsinin təyin olunmasına əsas yoxdur.  46. Lakin Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin təmin etdiyi kimi hüquqlarının potensial pozulmasına baxmayaraq, ərizəçinin məhkum edildiyi halda, o, mümkün qədər bu müddəanın pozulmadığı vəziyyətə qaytarlmalıdır (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, § 12, A Seriyaları, № 85 ). Yuxarıda müəyyən edildiyi kimi, Ali Məhkəmə və Ali Məhkəmənin Plenumu qarşısındakı araşdırmalar ədalətlilik tələbinə cavab verməyib, ona görə ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən hər hansı hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Belə olan halda, Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq şikayəti üzrə araşdırmaların təmin edilməsi üçün bərpa etmənin ən düzgün tərzi, prinsipcə, Keçid Qanununda nəzərdə tutulmuş kassasiya qaydasında araşdırmaların düzgün şəkildə yenidən keçirilməsidir (baxın, mutatis mutandis, Somoqi İtaliyaya qarşı, № 67972/01, § 86, İHAM 2004-IV; Şulepov Rusiyaya qarşı, № 15435/03, § 46, 26 iyun 2008-ci il; və yuxarıda qeyd olunmuş Abbasov, §§ 41-42). Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 455 və 456-cı maddələri nəzərdə tutur ki, Məhkəmə Konvensiyanın pozuntusunu müəyyən etdikdə, cinayət araşdırmaları Ali Məhkəmənin Plenumu tərəfindən yenidən açılır.         BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ   Şikayəti yekdilliklə məqbul elan edir;   Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu yekdilliklə qərara alır;   Keçid Qanunu ilə nəzərdə tutulmuş kassasiya icraatının yenidən açılması üçün cavabdeh Dövlətin bütün tədbirlər görməli olduğunu, dörd səslə üç səsə qarşı, qərara alır;   Hər hansı ədalətli kompensasiyanın təyin edilməsi üçün əsasların olmadığını yekdilliklə qərara alır.   İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 08 oktyabr 2009-cu ildə göndərilib.      Andre Uampaş      Nina Vaciç        Katib müavini           Sədr      Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Reqlamentin 74-cü qaydasının 2-ci bəndinə əsasən, hakimlər Kovler, Steyner və Hacıyevin qismən fərqli rəyi bu Qərara əlavə olunur.   HAKİMLƏR KOVLER, STEYNER VƏ HACIYEVİN QİSMƏN FƏRQLİ RƏYİ    Biz şikayətin məqbuliyyəti və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulması barədə Palatanın qənaətlərini bölüşürük. Lakin biz aşağıdakı səbəblərə görə qərarın nəticə hissəsinin 3-cü bəndi ilə razı deyilik.  Bir çox hallarda, Məhkəmə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu elan edərkən, Konvensiyanın 41-ci maddəsinin tətbiqinin əsaslandırılmasında cinayət araşdırmalarının yenidən açılmasının milli qanunvericiliklə təqdim olunmuş mümkünlüyünü qeyd edərək, bu məsələni necə təşkil etməyi cavabdeh Dövlətin, eləcə də ərizəçinin mülahizəsinə buraxmışdır. Məsələn, Palatanın iki son qərarını götürək. Belə ki, Abbasovun işində Məhkəmə qeyd edib ki: «Yuxarıda müəyyən olunduğu kimi, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş hər hansı hüquqlarının həyata keçirilməsindən məhrum olunduğu üçün Ali Məhkəmə qarşısında məhkəmə araşdırmaları ədalətlilik tələbinə cavab verməyib. Belə olan halda, Məhkəmə hesab edir ki, yenidən baxılma və ya işin yenidən açılması, tələb olunduğu halda, hazırkı işdə baş vermiş pozuntunun mütənasib bərpa edilməsini prinsipcə ifadə edir. Hər hansı yeni məhkəmə araşdırılmasının (və ya ərizəçinin şikayətinə yenidən baxılması) necə həyata keçirilməsinin və hansı formada olmasının göstərilməsi Məhkəməyə aid deyildir. Cavabdeh Dövlət, Nazirlər Komitəsinin nəzarəti altında Konvensiyanın tələblərinə riayət edildiyi halda ərizəçinin olduğu vəziyyəti mümkün qədər bərpa etmək üçün öz öhdəliklərini yerinə yetirmək məqsədilə tədbirlərin seçilməsində azad olmaqla (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il tarixli Qərar, A Seriyaları, № 85, s. 16, § 12), belə tədbirlərin Məhkəmənin qərarında müəyyən olunan nəticələrə uyğun olmasını təmin etməlidir (baxın, yuxarıda qeyd olunan Assanidze, § 202, sonrakı istinadlarla)» (Abbasov Azərbaycana qarşı, № 24271/05, § 41-42, 17 yanvar 2008-ci il).  Şulepovun işində oxşar qənaətlərə gəlinmişdir: «Məhkəmə daha sonra təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin təmin etdiyi kimi hüquqlarının potensial pozulmasına baxmayaraq, ərizəçinin məhkum edildiyi halda, o, mümkün qədər bu müddəanın pozulmadığı vəziyyətə qaytarılmalı və bərpa etmənin ən düzgün tərzi, prinsipcə, tələb olunduğu halda yeni mühakimənin keçirilməsi və araşdırmaların yenidən açılması olardı (baxın, Somoqi İtaliyaya qarşı, № 67972/01, § 86, İHAM 2004-IV). Bununla bağlı, Məhkəmə qeyd edir ki, Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 455 və 456-cı maddələri nəzərdə tutur ki, Məhkəmə Konvensiyanın pozuntusunu müəyyən etdikdə, cinayət araşdırmaları Ali Məhkəmənin Plenumu tərəfindən yenidən açıla bilər» (Şulepov Rusiyaya qarşı, № 15435/03, § 46, 26 iyun 2008-ci il).  Biz razıyıq ki, Palata hazırkı işdə bu ənənəyə riayət etmişdir (baxın, 46-cı paraqrafdakı qənaətlər).  Hazırkı iş «pilot-qərarı» deyildir və Broniovski, Hutten-Tsapska, Burdov-2 və Məhkəmənin «struktur problemləri» ilə üzləşdiyi və bu problemlərin aradan qaldırılması üçün spesifik tədbirləri cavabdeh Dövlətlərə göstərdiyi başqa işlərdən fərqlənir (baxın, məsələn, Broniovski Polşaya qarşı, № 31443/96 (BP), nəticə hissəsinin 4-cü bəndi, 22 iyun 2004-cü il, İHAM 2004-V). Həbsə aid olan başqa işlər kateqoriyasında Məhkəmə ərizəçilərin dərhal azadlığa buraxılmasını tələb etmişdir (baxın, məsələn, Assanidze Gürcüstana qarşı, № 71503/01 (BP), nəticə hissəsinin 14-cü bəndi, 08 aprel 2004-cü il, İHAM 2004-II). Nəhayət, «icra olunmamış» adlanan qərarların nəticə hissəsində Məhkəmə cavabdeh Dövlətlərdən tələb edib ki, «daxili məhkəmələr tərəfindən qəbul olunmuş qərarların icrasını lazımi vasitələrlə təmin etsin» (baxın, məsələn, Poznaxizina Rusiyaya qarşı, № 25964/02, 24 fevral 2005-ci il). Maksimovun işi yuxarıda qeyd olunan kateqoriyalardan heç birinin daxilinə düşmür.  Hazırkı işdə, Palata yalnız məhdud işlər sayına aid mövcud təcrübədən kənara çıxararaq, onu «ədalətli məhkəmə araşdırılması» işlərinin geniş kateqoriyası ilə əhatə etməklə, yalnız Böyük Palata qərarının ata bildiyi addımı atmışdır. Bu səbəblərə görə, biz «qatardan əvvəl qaçmağa» hazır deyilik.

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło