50385/99

WyrokETPCz2004-12-20ECLI:CE:ECHR:2004:1220JUD005038599

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
1. Czy użycie siły przez policję, które nie doprowadziło do śmierci, ale zagrażało życiu skarżącego, stanowiło naruszenie materialnego aspektu art. 2 Konwencji? 2. Czy władze krajowe przeprowadziły skuteczne i adekwatne dochodzenie w sprawie użycia siły przez policję, zgodnie z proceduralnym aspektem art. 2 Konwencji? 3. Czy doszło do naruszenia art. 3 Konwencji (zakaz nieludzkiego traktowania) oraz art. 13 Konwencji (prawo do skutecznego środka odwoławczego)?
Ratio decidendi
Trybunał uznał, że art. 2 Konwencji ma zastosowanie, nawet jeśli użycie siły nie doprowadziło do śmierci, ale było potencjalnie śmiertelne i zagrażało życiu skarżącego. Stwierdził naruszenie materialnego aspektu art. 2, ponieważ w czasie zdarzenia greckie ramy prawne regulujące użycie broni palnej przez policję (ustawa z 1943 r. zmieniona dekretem z 1991 r.) były przestarzałe i niewystarczające, nie zapewniając odpowiednich gwarancji przeciwko arbitralności i nadużyciu siły. Brak jasnych wytycznych prawnych i administracyjnych doprowadził do chaotycznego i niekontrolowanego użycia broni przez wielu funkcjonariuszy, co zwiększyło ryzyko dla życia skarżącego. Naruszenie proceduralnego aspektu art. 2 wynikało z nieskuteczności dochodzenia krajowego, które nie zdołało zidentyfikować wszystkich zaangażowanych funkcjonariuszy ani zebrać wszystkich dowodów, uniemożliwiając pociągnięcie winnych do odpowiedzialności.
Stan faktyczny
13 września 1995 r. skarżący, Christos Makaratsis, przejechał na czerwonym świetle w Atenach, co zapoczątkowało policyjny pościg. Skarżący uciekał z dużą prędkością, zderzając się z kilkoma pojazdami i raniąc dwóch kierowców. W trakcie pościgu wielu policjantów użyło broni palnej, strzelając w kierunku samochodu skarżącego. Pościg zakończył się na stacji benzynowej, gdzie skarżący został zatrzymany. Skarżący odniósł poważne obrażenia (postrzał w prawą rękę, prawą nogę, lewe biodro i prawą stronę klatki piersiowej) i spędził dziewięć dni w szpitalu. Jego stan psychiczny, już wcześniej niestabilny, znacznie się pogorszył.
Rozstrzygnięcie
1. Stwierdza naruszenie art. 2 Konwencji w związku z niewypełnieniem przez państwo pozwane obowiązku ochrony prawa skarżącego do życia na mocy prawa (dwanaście głosów za, pięć przeciw). 2. Stwierdza naruszenie art. 2 Konwencji w związku z niewypełnieniem przez państwo pozwane obowiązku przeprowadzenia skutecznego dochodzenia w sprawie incydentu, który zagroził życiu skarżącego (jednogłośnie). 3. Stwierdza, że nie ma odrębnej kwestii w odniesieniu do art. 3 Konwencji (piętnaście głosów za, dwa przeciw). 4. Stwierdza, że nie ma odrębnej kwestii w odniesieniu do art. 13 Konwencji (szesnaście głosów za, jeden przeciw). 5. Zasądza na rzecz skarżącego 15 000 EUR tytułem zadośćuczynienia za szkodę niemajątkową. 6. Oddala pozostałe roszczenia skarżącego dotyczące słusznego zadośćuczynienia.

Pełny tekst orzeczenia

Avropa İnsan Hüquqları Məhkəməsi             MAKARATSİS (MAKARATZIS) YUNANISTANA qarşı     (Ərizə Nº 50385/99)       QƏRAR       Strasburq       26 dekabr 2004-cü il         Makaratsis Yunanıstana qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Seksiya), hakimlər: cənab L. Vildhaber (L. Wildhaber), sədr; cənab X. Rozakis (C.L. Rozakis); cənab J.-P. Kosta (J.-P. Costa); cənab G. Ress (G. Ress); ser Nikolas Bratsa (Nicolas Bratza); cənab G. Bonello (G. Bonello); cənab R. Türmən (R. Türmen); xanım F. Fulkens (F. Tulkens); xanım V. Strajnitska (V. Strážnická); cənab P. Lorensen (P. Lorenzen); xanım N. Vajiç (N. Vajić); xanım M. Tsatsa-Nikolovska (M. Tsatsa-Nikolovska); xanım H.S. Qriv (H.S. Greve); cənab A. Kovler (A. Kovler); cənab V. Zaqrebelski (V. Zagrebelsky); xanım A. Mularoni (A. Mularoni); cənab X. Hacıyev (K. Hajiyev); habelə Seksiyanın katibi cənab P.J. Mahoneydən (P.J. Mahoney) ibarət Böyük Palatada 30 iyun və 17 noyabr 2004-cü ildə qapalı müşavirə keçirərək, yuxarıda göstərilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.     PROSEDUR   1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 25-ci maddəsinə əsasən Yunanıstan vətəndaşı cənab Xristos Makaratsis (“ərizəçi”) tərəfindən 2 iyun 1998-ci ildə Məhkəməyə təqdim edilmiş Yunanıstan Respublikasına qarşı ərizə (Nº 50385/99) əsasında başlanmışdır. 2. Hüquqi yardım almış ərizəçi Konvensiyanın 2, 3 və 13-cü maddələrinə əsasən şikayət etmişdir ki, onu həbsə almağa cəhd edən polis əməkdaşları ona qarşı odlu silahdan istifadə etməklə həddən artıq güc tətbiq etmiş və onun həyatını risk altında qoymuşlar. Daha sonra o, bu hadisə ilə bağlı adekvat araşdırma aparılmamasından şikayət etmişdir. 3. Ərizə Konvensiyanın 11 saylı Protokolunun qüvvəyə mindiyi tarixdə – 1 noyabr 1998-ci ildə Məhkəməyə verilmişdir (11 saylı Protokolun 5-ci maddəsinin 2-ci bəndi). O, 18 avqust 1998-ci ildə qeydə alınmışdır. 4. Ərizə Məhkəmənin Üçüncü Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin Seksiyanın tərkibində işə baxacaq Palata təşkil edilmişdir (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi). 18 oktyabr 2001-ci ildə ərizə həmin Seksiyanın aşağıdakı hakimlərdən ibarət Palatası tərəfindən qismən qəbul olunan elan edilmişdir: cənab A.B. Baka (sədr), cənab X.L. Rozakis, xanım V. Strajnitska, cənab P. Lorensen, cənab E. Levits, cənab A. Kovler və cənab V. Zaqrebelski, habelə o vaxt Seksiyanın katib müavini olan cənab S. Nilsen. 5. 1 noyabr 2001-ci ildə Məhkəmə öz Seksiyalarının tərkibində dəyişikliklər edir (25-ci Qaydanın 1-ci bəndi). Bu iş yeni təşkil olunmuş Birinci Seksiyaya təyin olundu (52-ci Qaydanın 1-ci bəndi). 6. 5 fevral 2004-cü ildə işin mahiyyəti üzrə dinləmədən sonra (59-cu Qaydanın 3-cü bəndi) hakimlər xanım F. Tulkens (sədr), cənab X.L. Rozakis, cənab G. Bonello, cənab P. Lorensen, xanım N. Vajiç, cənab E. Levits, cənab A. Kovler, habelə Seksiyanın katibi cənab S. Nilsendən ibarət Seksiyanın Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etdi, tərəflərin heç biri bu imtinaya etiraz etmədi (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda). 7. Böyük Palatanın təşkili Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və 24-cü Qaydanın müddəalarına uyğun olaraq müəyyən edildi. 8. Üçüncü tərəf qismində yazılı prosedurda iştirakına sədr tərəfindən icazə verilmiş İnsan Hüquqları İnstitutundan (Institut de formation en droits de l’homme du barreau de Paris) 9 iyun 2004-cü ildə yazılı qeydlər qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi). 9. 30 iyun 2004-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).   Məhkəmədə iştirak etdilər: a) Hökumətin adından: cənab M. Apessos, Dövlət Hüquq Şurasının baş məsləhətçisi, dövlətin nümayəndəsinin təmsilçisi, ədliyyə nazirinin müavini, nümayəndə; cənab V. Kiriazopulos, Dövlət Hüquq Şurasının məsləhətçisi, vəkil; cənab İ. Bakopulos, Dövlət Hüquq Şurasının hüquq assistenti, məsləhətçi. b) ərizəçinin adından: cənab Y. Ktistakis, vəkil; xanım İ. Kurtovik, vəkil; cənab E. Ktistakis, məsləhətçi.   Məhkəmə cənab Ktistakisin, cənab Kurtovikin və cənab Kiriazopulosun müraciətlərini dinlədi.   FAKTLAR   I. İŞİN HALLARI   10. Ərizəçi 1967-ci ildə anadan olub və Afinada yaşayır.   A. Hadisələrin ümumi təsviri   11. 13 sentyabr 1995-ci ildə axşam polislər Afinanın mərkəzində Amerika səfirliyi yaxınlığında avtomobili qırmızı işıqda sürmüş ərizəçini saxlamağa çalışdılar. Ərizəçi dayanmaq əvəzinə sürəti artırdı. Polis əməkdaşları ərizəçini avtomobillərdə və motosikletlərdə təqib etdilər. Təqib zamanı ərizəçinin avtomobili bir neçə digər nəqliyyat vasitəsi ilə toqquşdu. İki sürücü xəsarət aldı. Ərizəçi polislərin yollarda qurduğu beş maneəni dəf etdikdən sonra polis əməkdaşları onun avtomobilinə atəş açmağa başladılar. Ərizəçi iddia edib ki, polislə onun avtomobilinin kabinəsinə atəş açıblar, Hökumət isə bildirib ki, onlar təkər şinlərini hədəfə alıblar. 12. Sonda ərizəçi yanacaqdoldurma məntəqəsinin yanında dayandı, amma avtomobildən çıxmadı. Polis əməkdaşları atəş açmaqda davam etdilər. Ərizəçi iddia edib ki, polis nəfərləri dizlərini yerə dayayaraq ona atəş açıblar, Hökumət isə bildirib ki, onlar havaya atəş açıblar, xüsusən ona görə ki, yaxınlıqdakı benzin nasosları partlayış təhlükəsinə məruz qala bilərdi. Polis əməkdaşlarından biri əlindəki dibçəyi avtomobilin qabaq şüşəsinə atdı. Nəhayət, ərizəçi avtomobilin içərisinə girə bilmiş polis əməkdaşı tərəfindən tutuldu. Ərizəçi iddia etdi ki, avtomobildən çıxarılan zaman ayağının altına güllə atıblar. Hökumət bu iddiaya etiraz edərək daxili məhkəmənin gəldiyi nəticələri qeyd etdi (aşağıda 19-cu bəndə bax). Ərizəçi dərhal xəstəxanaya aparıldı və doqquz gün orada qaldı. O, sağ qolundan, sağ ayağından, ombasının sol tərəfindən və döş qəfəsinin sağ tərəfindən xəsarət almışdı. Bir güllə onun ayağından çıxarıldı, digəri isə hələ də ombasında qalır. Ərizəçinin onsuz da keçmişdə pozulmuş olan ruhi sağlamlığı bu hadisədən sonra əhəmiyyətli dərəcədə pisləşdi.   B. İnzibati araşdırma   13. Hadisənə sonra polislər tərəfindən inzibati araşdırma başlandı. Təqibdə iştirak etmiş iyirmi doqquz polis əməkdaşı müəyyən edildi. Hadisədə öz təşəbbüsləri ilə digər polislər də iştirak etmiş, sonra kimliklərini bildirmədən və silaha əl atmadan hadisə yerini tərk etmişdilər. Ümumilikdə otuz beş şahidin and altında ifadələri alındı. Polislərin otuz üç ədəd odlu silahını, üç gülləni və dörd metal parçasını müayinə etmək üçün laboratoriya testləri keçirildi. Həmçinin ərizəçinin avtomobili də müayinə olundu.   Laboratoriyanın çıxardığı nəticələr   14. 12 yanvar 1996-cı ildə polis laboratoriyası rəy verdi, orada aşağıdakı nəticələr yer almışdı:   FAKTLAR   a) Ərizəçinin avtomobili barəsində   “... Müayinə olunmuş avtomobil toqquşma və zərbələr, habelə güllələr ucbatından ciddi surətdə zədələnib. ... Ön tərəfdə avtomobilin qabaq şüşəsi zədələnib, orada üç deşik və bir zədə izi var. ... Üç deşik və bir zədə izi əmələ gətirmiş güllələr avtomobilin içərisindən bayıra doğru istiqamətlənib. Avtomobilə yetirilmiş ümumi xəsarət (arxa şüşə qırılaraq cilik-cilik olub), müayinə olunmuş zədənin yeri və onun yaranmasına səbəb olmuş güllələrin istiqaməti əsasında belə düşünmək olar ki, sözügedən güllələr arxa şüşəni qırıb və sonra qabaq şüşəyə dəyərək orada deşiklər və zədə izi əmələ gətirib. ... Arxa şüşə qırılaraq cilik-cilik olub. O, tamamilə qırıldığına görə nə səbəbə sındığını dəqiq müəyyən etmək mümkün deyil. Xəsarətlərlə (qabaq şüşədəki zədələrlə və s.) bağı çıxarılmış qalan nəticələr əsasında belə düşünmək olar ki, onların səbəbkarı güllələrdir. Deşiklərin əmələ gəlməsinə səbəb olmuş güllələrin trayektoriyası avtomobilin arxa tərəfindən qabaq tərəfinə doğru yönəlib. ... Deşiklərin forması və ölçüsü belə düşünməyə əsas verir ki, güllələr 9 millimetr çaplı odlu silahdan atılıb. ... Avtomobilin sürücü olan tərəfində arxa cinahdakı təkərin yanında zədə izi var; onun ölçüləri təxminən 55 x 25 mm-dir. İzin forması əsasında belə düşünmək olar ki, onu əmələ gətirmiş güllə avtomobilin arxa tərəfindən qabaq tərəfinə doğru yönəlib və trayektoriyası yuxarıya istiqamətlənib. Avtomobilin sağ tərəfində qabaq sərnişin qapısı qırılıb. Avtomobilin damında qabarma (şişmə) var və ona uyğun olaraq damın içəri örtüyündə deşik var. Buna avtomobilin qabaq şüşəsini qırıb arxa şüşəsinə keçən və sonra yuxarıya yönələn güllə səbəb olub. ...”.   b) Odlu silahlar barəsində   “Ümumilikdə bizə otuz üç revolver, altı pistolet, dörd avtomat və üç güllə göndərilib. Silahlardan iyirmi üçü 9 mm Maqnum çaplı revolver, altısı pistolet (onlardan beşi 9 mm Parabellum çaplı, biri isə 9 mm ACP çaplı pistoletdir), dördü isə 9 mm Parabellum çaplı HK MP avtomatlarıdır. Silahların seriya nömrələri, forması və polis əməkdaşlarının adları yuxarıda qeyd edilmiş sənəddə, habelə Paleo Faliro polis təqdim etdiyi sənədlərdə və müsadirə barədə 14 və 16 sentyabr 1995-ci il tarixli protokollarda göstərilib, onların surətləri bu rəyə əlavə olunur. Biz otuz üz silahdan eyni sayda sınaq atəşləri açdıq və hər dəfə üç güllə sandıqçasından istifadə etdik. Bütün silahlar normal işlədi. Hər bir silahın sərf olunmuş gilizləri və güllələri eyniləşdirmə məqsədləri üçün sellofan zərflərə qoyuldu və hər bir zərf silahın səciyyəvi xüsusiyyətləri göstərilməklə nişanlandı. ... Üç güllədən ikisi avtomobilin içərisindən tapılmışdı, üçüncüsü isə xəsarət almış sürücünün birinci sağ ayaq darağından cərrahi yolla çıxarıldı. Eyniləşdirmə məqsədləri üçün xəsarət almış şəxsin bədənindən tapılmış güllə “PB1/4722”, avtomobildən tapılmış güllələr isə “PB2/4722 və PB3/4722” nömrələri ilə nişanlandı. Onlar sübut hesab ediləcəkdir. ... Hər üç güllənin ucları və silindrik səthləri bərk səthə dəymə səbəbindən az və ya çox dərəcədə deformasiyaya uğrayıb, onların gilizləri qırılıb və itib. Güllələrin baza hissəsinin orta diametri 9 mm-dir. Güllələrin ölçüləri və xüsusiyyətləri əsasında belə düşünmək olar ki, onlar 9 mm Parabellum çaplı (9x19) güllə gilizlərindən atılıb. Bu tip gilizlər əsasən eyni kalibrli pistoletlərdən və avtomatlardan atılır. ...”.   c) Nəticələr   “... Avtomobildə on altı deşik aşkar edilib, onlar eyni sayda güllələrin birbaşa təsiri nəticəsində əmələ gəlib. Güman edilir ki, deşiklərin əmələ gəlməsinə səbəb olmuş güllələr 9 mm çaplı silahlardan atılıb. Avtomobilin içərisində yuxarıda qeyd edilmiş güllələrin bəzilərinin əlavə (ikinci) təsirləri və sıçramaları nəticəsində yaranan deşiklər də var. ... Maddi sübut təşkil edən “PB2” gülləsi, habelə “PP1” və “PP2” gilizləri C273917 saylı HK MP avtomatından atılıb. ... Maddi sübut təşkil edən A038275 saylı “PP3” gilizi “Sfinks” pistoletindən atılıb. ... Maddi sübut təşkil edən, xəsarət almış sürücünün bədənindən çıxarılmış “PB1” gülləsi və avtomobildə tapılmış “PB3” gülləsi 9 mm Parabellum çaplıdır (9x19) və yuxarıda qeyd edilmiş eyni çaplı eyni silahdan atılıb. Deformasiyaya uğramalarına baxmayaraq, iki güllənin üzərində lüləsindən çıxdıqları silahın daxili hissəsinin yetərli və inandırıcı izləri var; bu izlərin müqayisəsi nəticəsində onların eyni olduğu qənaətinə gəlindi. Bu iki güllənin və sınaq testləri üçün nümunə kimi götürülmüş 9 mm çaplı silahlardan atılmış güllələrin (yuxarıya bax) izlərinin müqayisəli testləri nəticəsində sözügedən güllələrin bu silahlardan atılmadığını göstərən hər hansı əlamətlər aşkar edilmədi. ...”.   C. Afina Birinci İnstansiya Cinayət Məhkəməsində icraat   15. İnzibati araşdırmadan sonra dövlət prokuroru zərərçəkənə ciddi bədən xəsarəti yetirilməsi ilə (Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1 (a) bəndi) və silahlardan hüquqa zidd istifadə ilə (2168/1993 saylı Qanunun 14-cü maddəsi) bağlı yeddi polis əməkdaşına qarşı (cənab Manoliadis, cənab Netis, cənab Marku, cənab Suliotis, cənab Mahairas, cənab Ntinas və cənab Kiriazisə qarşı) cinayət işi qaldırdı. Sonrakı mərhələdə ərizəçi ziyana görə konkret kompensasiya məbləği tələb edən mülki iddiaçı qismində prosesə qatıldı. 16. Yeddi polis əməkdaşının məhkəmə araşdırması 5 dekabr 1997-ci ildə Afina Birinci İnstansiya Cinayət Məhkəməsində keçirildi. Ərizəçidən aşağıdakı ifadə alındı: “Mən Dinokratus küçəsində idim. İşıqfordan sağ tərəfə döndüm və Vassilissis Sofias küçəsində qarşımda iki polis əməkdaşı gördüm. Mən avtomobili yüksək sürətlə sürürdüm və onu dərhal saxlaya bilmədim. Mən bir qədər sola doğru hərəkət etdim və onlar dərhal mənə atəş açmağa başladılar. Mən qorxdum, fikirləşdim ki, onlar məni öldürmək istəyirlər, buna görə də avtomobilin sürətini artırıb onlardan uzaqlaşdım. Onlar məni təqib etdilər və mütəmadi olaraq atəş açdılar. Mən avtomobili yaxınlıqdakı dar küçə ilə sürdüm və bir neçə avtomobili vurdum. Mən çox qorxmuşdum. Son dövrlərdə mən depressiyaya görə xəstəxanada yatmışdım. Mən yanacaqdoldurma məntəqəsində dayandım və təhlükəsizlik kəmərini çıxardığım müddətdə qapını azca araladım, onlar məni qolumdan və sinəmdən yaraladılar. Onlar məni dartıb avtomobildən çıxardılar, polis əməkdaşı mənin ayağıma daha bir xəsarət yetirdi və qollarımı qandalladı. Mən avtomobilimə açılan atəş səsləri eşitdim, amma bunun nə olduğunu başa düşmədim. Bunlar hər tərəfdən, o cümlədən yuxarıdan atılan güllələrin səsləri idi. Məni kimin yaraladığını dəqiq bilmirəm. Mənim silahım yox idi. Mən heç vaxt silah gəzdirmirəm. Onlar məni Mərkəzi Dövlət Xəstəxanasına apardılar. Polislərin rəisi mənə imzalatmaq üçün sənəd gətirdi, amma onu imzalamadım, çünki onların orada nə yazdıqlarını bilmirdim. Həmin xəstəxanada məndən 3,5 litr qan götürdülər. Onlar ayağımdan gülləni anesteziyasız çıxardılar. Bu, çox ağrıverici idi; mən onların niyə belə etdiklərini bilmirəm. Məndə daxili qanaxma vardı, həkimlər dedilər ki, qan dişlərimdən gəlir. Atam məni Mərkəzi Dövlət Xəstəxanasından çıxarıb KAT-a (xəsarətdən sonrakı reabilitasiya mərkəzinə) aparmaq üçün dövlət prokurorundan kağız aldı. Bir güllə mənim ağciyərimdə qalmış, digər güllə isə belimdən aşağıda daxili zədəyə səbəb olmuşdu. Birinci atəş Vassilissis Sofias küçəsində açılmışdı. Bəlkə də onlar kimisə axtarırdılar və mənim başqa bir adam olduğumu düşünürdülər. Mən Sintaqma küçəsinə tərəf hərəkət etdim. Onlar bütün təqib boyu mənə atəş açdılar. Onlar məni dartıb avtomobildən çıxaranda mənə doğru atəş açdılar və qollarıma qandal keçirdilər. Bundan sonra onlar ayağıma atəş açdılar. Bu hadisədən sonra mən psixoloji şok keçirdim və dövlət xəstəxanasına qəbul edildim. Mənə hələ də digər bir xəstəxanada tibbi yardım göstərilir və mən müalicə alıram. Hadisədən əvvəl mən suvaqçı işləyirdim. Ondan sonra mən işləyə bilmədim. Orduda olduğum dövr (mən orduda normal qulluq etmişəm) istisna olmaqla mənim heç vaxt silahım olmayıb. Vassilissis Sofias küçəsində hər hansı maneə yox idi. Mən iki polis əməkdaşı gördüm. Onlardan biri əllərini yelləyib məni dayandırmaq istədi, digəri isə silahını mənə tuşladı. Mən silahı görüb qorxdum və avtomobili dərhal saxlaya bilmədim. Bir qədər sonra onlar mənə atəş açmağa başladılar. Mən Müharibə Muzeyinin yaxınlığında polis avtomobilini görüb-görmədiyimi xatırlamıram. Parlament binasına çatanda onlar həyəcan siqnallarını işə saldılar və arxamca düşüb mənə atəş açdılar. Mən dar bir küçəyə doğru hərəkət etdim. Evə tez çatmaq istəyirdim. Siqqru prospektində polis yolu bağlamışdı. Mən buna əhəmiyyət vermədim. Flisvos küçəsində polis maşınlarından ibarət daha bir maneə vardı. Mən buna da əhəmiyyət vermədim. Daha sonra oradan uzaqlaşmaq üçün aşağıya doğru hərəkət edərək işıqforun yanında nəqliyyat axınına qoşuldum. Qabaq tərəfdən deyil, yan tərəfdən kiminsə avtomobili ilə toqquşduğumu xatırlayıram. Hansısa avtomobili aşırdığımı xatırlamıram. Kalamakiu küçəsində maneələri görməyim yadımda deyil. Orada onların mənə atəş açdığını xatırlamıram. Mən yanacaqdoldurma məntəqəsində ona görə dayandım ki, artıq mənə güllə dəymişdi və ağrı içində idim. Bundan başqa, orada çoxlu adam vardı və mən o qədər də qorxmadım. Avtomobili saxladım və təhlükəsizlik kəmərimi çıxarmağa cəhd etdim. Elə bu məqamda yan tərəfimdən güllələrin keçdiyini hiss etdim. Şüşələr qırıldı. Polis əməkdaşı gəldi, məni dartıb avtomobildən çıxardı və mən üzü aşağı olmaqla böyrü üstə uzandığım zaman polislər ayağıma atəş açdılar. Onlardan hansının mənə atış açdığını bilmədim. Mən atış açanı ona görə görmədim ki, üzü aşağı uzanmışdım. Hadisədən əvvəl mən yalnız bir dəfə kiçik depressiyaya görə xəstəxanada yatmışdım. Hadisədən sonra məndə təqib maniyası əmələ gəldi. Qeyd etdiyim kimi, hadisədən əvvəl məndə yalnız bircə dəfə kiçik depressiyaya olmuşdu. Mən yanacaqdoldurma məntəqəsində olarkən polis əməkdaşlarının yanımda silah gəzdirdiyimi düşünmələrinə əsas verən heç bir hərəkət etməmişdim”.   17. Müttəhimlərdən aşağıdakı ifadələr alındı:   1. Cənab Manoliadis   “Mən A62 nömrəli polis maşınında idim. Biz Paleo Faliro zonasında idik. Mən təqib barədə ratsiya vasitəsilə eşitdim. Biz Trokaderonun yaxınlığındakı yolun başlanğıcında nəqliyyat kardonu yaratmaq üçün nəzarət mərkəzi ilə birgə tədbirlər gördük. Biz dənizə tərəf baxan yolun kənarlarında polis maşınları yerləşdirdik. Mən həmçinin yolu bağlamaq üçün bir neçə mülki avtomobili də saxladım. Qəflətən mən yanan işıqlar gördüm, həyəcan siqnalları eşitdim və 30 metrlik məsafədən mənə tərəf gələn avtomobil gördüm. Sürücü avtomobili dənizə doğru gedən küçənin sağ tərəfinə sürdü və mənim yanımdan 1 metr məsafədən ötüb keçdi; hətta mən yoldan kənara atıldım ki, o, mənim üstümə çıxmasın. Motosikletlər və polis maşınları 30-40 metr məsafədən yanımdan ötüb keçdilər. Orada atəş açan yox idi. Biz maşına mindik və bizdən təxminən 300 metr aralanmış digər polis maşınlarının arxasınca sürdük. Mən maneəni yarıb keçən qırmızı avtomobil gördüyümü xatırlayıram. Biz qısa müddətə nəzarəti itirdik, sonra isə maşınları sürərək təqibi davam etdirdik. Mən Kalamakiu küçəsində böyrü üstə aşmış avtomobili gördükdən sonra atəş səslərini eşitdim. Bundan sonra mən silahımdan istifadə etdim. Biz qaçqını təqib etdik. Kalamakiu küçəsində yenə də atəş səsləri eşitdik. Yanacaqdoldurma stansiyasına doğru yollandıq. Mən maşından çıxdım, hər yerdə xaos vardı və mən güllə səsləri eşidirdim. Bəzi həmkarlarım aşağı əyilmiş, bəziləri yerə yatmış, digərləri isə sipərin arxasına keçmişdilər. Mən güllələrin haradan atıldığını bilmirdim. Onlar həmçinin “Şkoda”dan da [ərizəçinin avtomobilindən] atılırdı. Mən bəzi həmkarlarımın havaya atəş açdıqlarını gördüm. Sonra mən havaya iki atəş açdım və özümü yerə atdım. Mən avtomobildən 50 metr aralıda idim. Mən sıx atəş açmırdım, çünki yaxınlıqda mənzillər vardı. Mən həmkarlarımın qışqırtılarını eşitdim, onlar sürücüyə deyirdilər ki, avtomobildən bayıra çıxsın. Nəhayət, mən qarşımda sərbəstcə gəzən polis əməkdaşlarını gördüm və başa düşdüm ki, insident başa çatıb. Mən inanıram ki, köməyə çağırılan və ya nəzarət mərkəzinə məlumat verən həmkarlarımın silahları yoxlanılıb. Mən dayandığım yerdən avtomobilin içərisində zərərçəkəni görə bilmədim”.   2. Cənab Netis   “Saat 21.00-dan başlayaraq biz növbətçi polis dəstəsinin B bölməsində növbə çəkirdik. Ratsiya vasitəsilə eşitdik ki, Amerika səfirliyinin yanından iki piyadanın və yol nəzarətçisinin, demək olar ki, üstünə çıxmış avtomobilin təqibinə başlanılıb. Biz avtomobili təqib etməyə yollandıq. Trokaderonun yaxınlığında polislərin yolda avtomobil kardonu yaratdıqlarını gördük. Manoliadis avtomobilləri saxlamaq üçün ruporundan istifadə etdi. “Şkoda” sağa –səkiyə tərəf hərəkət etdi, sonra isə qəflətən sola döndü. Manoliadis instinktiv olaraq yoldan kənara sıçradı və “Şkoda” onun lap yaxınlığından keçdi. Rodeoda da Manoliadisin olduğu yerdəki kimi avtomobil kardonu vardı. Zərərçəkən qırmızı avtomobili zərblə vuraraq böyrü üstə aşırdı. Birinci polis avtomobilindəki ratsiya ilə bizə “Şkoda” nın hərəkət istiqaməti barədə məlumat verildi. Biz Posidonos və Kalamakiu küçələrinin kəsişməsinə yaxınlaşdığımıza və 50-60 metr arxada olduğumuza görə mən ilk güllə səslərini eşitdim. Biz yolumuza davam etdik və Kalamakiu küçəsinə daxil olduq. Bizdən irəlidə bir neçə polis avtomobili vardı. Onların arasında, ola bilsin ki, hadisə yerinə çağırılmasalar da, oraya öz təşəbbüsləri ilə gələn polislər də vardı. Biz təqib edilən avtomobilə çatdıqda mən polis maşınımdan və ona tərəf getdim. Bu zaman digər həmkarlarım sürücüyə deyirdilər ki, avtomobildən bayıra çıxsın. O, bayıra çıxmadı. Mən kiminsə: “Gəlin onu qorxutmaq üçün bir neçə atəş açaq” dediyini eşitdim və silahımı yuxarıya tutaraq iki dəfə havaya atəş açdım. Həmkarlarımdan atışmada yaranmış fasilədən yararlanaraq sürücünü dartıb avtomobildən çıxardı. Mən “Şkoda”dan 10-15, bəlkə də 8 metr aralıda idim, məsafəni dəqiq xatırlamıram. Nəzarət mərkəzi xəbərdarlıq etdi ki, həmin şəxsin üzərində silah var. Mən çoxlu təqiblərdə iştirak etmişəm və bu konkret şəxs məndə belə təəssürat yaratdı ki, belə şeylər onun üçün yeni deyil”.   3. Cənab Marku   “Mən motosiklet sürürdüm. Posidonos küçəsində bir ratsiya vasitəsilə eşitdik ki, Amerika səfirliyinin yanından təqib başlayıb. Tezliklə biz eşitdik ki, sürücünün avtomobili Onassio xəstəxanasına çatıb. Mən mərkəzi yolda onu haqlamaq üçün mövqe tutdum və onu gözləməyə başladım. Mən avtomobilin gəldiyini gördüm. Həyatımla risk edərək maşınımla hündür səkinin üstündən atıldım və onu təqib etdim. Bir polis maşını və iki motosiklet onu təqib edirdilər. Mən ratsiya vasitəsilə eşitdim ki, həmin şəxs təhlükəlidir və ola bilsin ki, üzərində silah var; o, avtomobili çox təhlükəli tərzdə sürürdü. Biz dənizə doğru gedən Amfiteas küçəsinə və Posidonosa çatarkən mən onun avtomobilinin Posidonos küçəsində, Edem küçəsinə yaxın yerdə işıqforun yanında digər avtomobillərin arasında ləngər vura-vura getməsi məni təəccübləndirdi. On beş il qulluqda olduğuma baxmayaraq, hələ indiyə qədər bu cür təqib görməmişdim. Amfiteas və Posidonos küçələrinin kəsişməsində o, taksi ilə toqquşdu. Həmin küçələrin kəsişməsindəki işıqforun yanında polis maşınlarının kordonu vardı. Makaratsis sağa döndü və səkiyə tərəf hərəkət etdi. O, yaxınlıqdakı nəqliyyat axınına qoşuldu və işıqforun işığında dayanmadan avtomobili sürdü, sonra sola döndü və yolda qarmaqarışıqlıq yaratdı, çünki işıqforun işığı dəyişmiş və digər avtomobillər hərəkətə gəlmişdilər. Mən ölənlərin olub-olmadığını və ya nələrin baş verdiyini bilmədim. Mən hələ də sağ tərəfdəki küçədə idim. “Şkoda” digər avtomobillərin əhatəsinə düşdü və mən onu qorxutmaq üçün üç dəfə havaya atəş açdım. “Şkoda”nı nişan almaq mümkün deyildi, çünki o, digər avtomobillərin arasında idi. Makaratsis avtomobilini sürərək Kalamakiu küçəsi boyunca aşağı istiqamətə yollandı, sonra avtomobili yoxuşa doğru sürdü və mən ona 30 metr məsafədə yaxınlaşdıqda onun avtomobilini yanacaqdoldurma məntəqəsində gördüm. Mən motosikletimdən çıxdım və sağ tərəfdən yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Mən emalatxanaya daxil oldum və qışqırdım: “Hamı kənara çəkilib yol versin!”. Mən pilləkənlərlə yuxarı qalxdım və eyvana çıxdım. Pilləkənlərlə yuxarı qalxarkən atəş səsləri eşitdim. Güllələrin haradan atıldığını bilmədim. Oraya çatanda digər polislərin də sürücünü avtomobildən çıxmağa çağırdıqlarını eşitdim. Mən onun böyrü üstə əyildiyini və avtomobilin qutusunu açdığını gördüm və düşündüm ki, o, silah götürmək və atəş açmaq istəyir. Mən digər polisləri ehtiyatlı olmağa çağırdım, çünki onda silah ola bilərdi. Mən iri bir dibçəyi götürdüm və avtomobilə tərəf atdım. Mən sürücünün əllərinə baxırdım ki, həmkarlarıma tərəf tullamaq üçün nəsə çıxarsa, qışqırıb onları xəbərdar edə bilim”.   4. Cənab Suliotis   “Mahairas və mən bir yerdə növbədə idik. Saat 21.15-də mən polis maşınının qabağında durmuşdum. Donanma xəstəxanası tərəfdən “Şkoda”nın gəldiyini gördüm, o, demək olar ki, iki avtomobilə toxuna-toxuna qırmızı işıqda keçdi. Mən sürücünü saxlamaq üçün əlimi yellədim. O, avtomobili düz mənim üstümə sürdü və az qala məni vuracaqdı. Mən kənara sıçradım. Heç kim silahını çıxarmadı. Mən maşına mindim və biz onu təqib etdik, təkcə ona görə yox ki, o, yol hərəkəti qaydalarını pozmuşdu, həm də ona görə ki, o, az qala məni avtomobillə vurmuşdu. Vassilissis Sofias küçəsində biz avtomobil axınına daxil olduq və qırmızı işıqda sağa döndük. Biz işıq siqnalını yandıraraq maşını çox sürətlə sürürdük, amma onun yerini müəyyən edə bilmədik. Qəflətən biz “Şkoda”nı Müharibə Muzeyinin qarşısında gördük. Biz işıq siqnalını, eləcə də həyəcan siqnalını işə salaraq maşınların işıqlarını onun üstünə saldıq. O, avtomobilindən bizi gördü, bir anlığa dayandı, sonra avtomobili təhlükəli şəkildə döndərərək siqnal verdi və yenə də böyük sürətlə şütüyüb uzaqlaşdı. O, Sintaqmaya çatdı, gül dükanının yaxınlığındakı küçəyə daxil oldu və Amalias küçəsində avtomobili yol hərəkətinin əks istiqamətində sürdü. Biz yenidən işıq siqnallarını yandırdıq və onun ardınca yollandıq. Biz təqibi davam etdik və bu barədə nəzarət mərkəzinə məlumat verdik. Kallirois küçəsində o, digər bir polis maşını ilə az qala toqquşacaqdı. Diogenis sarayının yaxınlığındakı işıqforun yanında biz yolu qırmızı işıqda keçdik, nəqliyyat axınına qoşulduq, bir avtomobillə toqquşduq və yolumuza davam etdik. İki motosiklet ona yaxınlaşdı. Trokaderoda bir polis maşını, iki motosiklet və on beş mülki avtomobildən ibarət kardon yaradıldı. O, avtomobilini sağ tərəfə sürərək yoxuşa çıxdı və onların yanından keçib getdi. Fisvosda o, “Daihatsu” avtomobilinin aşmasına səbəb oldu. Biz onun içərisində olan adamın öldüyünü düşündük. Nəzarət mərkəzindən motosikletlərdəki polis əməkdaşlarına dedilər ki, sürücünü məsafə saxlamaqla təqib etsinlər, çünki o, təhlükəlidir. Amfiteatrda o, taksi ilə toqquşaraq taksi sürücüsünün boynuna xəsarət yetirdi və o, sonradan boynuna müalicə halqası taxmalı oldu. O, yoluna davam edərək Posidonos və Kalamakiu küçələri ilə aşağı endi. Sonra o, səkiyə tərəf döndü və avtomobilini nəqliyyat axınına qarşı sürdü. O, digər avtomobillərin yanından ötərək Kalamakio küçəsini keçdi. Burada ilk dəfə atəş açıldı. Mən arxadakı sol pəncərəyə tərəf əyildim və “Şkoda”nın sol arxa təkərinin şininə atəş açdım. Şin partladı. Mən güllənin istiqamətindən əmin idim. Bilirdim ki, bu güllə heç kimə təhlükə yaratmayacaq. Güllə şinə dəyəndə kənara sıçramır. Mən 5 metr məsafədən atəş açmışdım. Atəşdən sonra mən gördüm ki, şin deşilib. Mahairas arxadakı sağ şinə atəş açdı. Şinləri partladığına görə Makaratsis yanacaqdoldurma məntəqəsinin yanında dayandı. Biz, demək olar ki, onunla yanaşı idik. Mən yol nəzarətçisi kimi hərəkət etdim. Qarşıdan gələn avtomobilləri dayandırdım və həbs həyata keçirilən anda orada nə qədər polis maşını olduğunu gördüm. Onların sayı doqquzdan çox idi. Bütün polis maşınları yanacaqdoldurma məntəqəsinin yanında olarkən atəşlər avtomobilə deyil, havaya açılmışdı. Avtomobilin zədələrinə toqquşmalar səbəb olmuşdu. Orada çoxlu polis nəfərləri vardı. Onlar yolun hər iki tərəfini tutmuşdular. “Şkoda” sürətini azaltmağa məcbur oldu və onlar ona tərəf atəş açdılar. Mən avtomobilləri dayandırırdım. Biz yanacaqdoldurma məntəqəsinin yanında olduğumuz vaxt polislər atəş açarkən avtomobili hədəfə alsaydılar, məni də vurardılar. Mən hesab edirəm ki, bütün güllələrin, hətta pəncərələri qıran güllələrin də, hədəfi şinlər idi”.   5. Cənab Mahairas   “Mən Marku ilə birlikdə Amerika səfirliyinin yanında idim. Biz “Şkoda”nın qırmızı işıqda ötüb keçdiyini gördük. Nəqliyyat tənzimləyicisi onu dayandırmaq üçün əlini yellədi. “Şkoda” yoluna davam edərək həmkarımıza tərəf şütüdü və onun vurulması təhlükəsini yaratdı. Biz maşına mindik və onun ardınca yollandıq. O, yaxınlıqdakı küçəyə buruldu və Vassilissis Sofias küçəsində yolu qırmızı işıqda keçdi. Biz onu nəzərdən qaçırdıq, sonra isə qəflətən Müharibə Muzeyinin yanında gördük. Biz işıq siqnallarını yandıraraq və əlimizi yelləyib avtomobili dayandırmağa çalışaraq onu təqib etdik. Gül dükanının yanında o, qəza siqnallarını yandırdı, sanki dayanmağa hazırlaşırdı. Amma qəflətən sürəti artırdı və avtomobili yaxınlıqdakı Amalias küçəsinə doğru sürdü, sonra isə Sintaqma və Siqqru istiqamətində yoluna davam etdi. Biz onun ardınca yollandıq. Digər polis maşınları gəlib çıxdılar. Trokaderoda o, avtomobili yan tərəfdən sürərək yol kardonunu ötüb keçdi. Fisvosda o, “Daihatsu” avtomobilinin aşmasına səbəb oldu və yoluna davam etdi. O, taksi ilə toqquşaraq yoluna davam etdi. Kalamakiu və Posidonos küçələrinin kəsişməsində digər bir nəqliyyat kardonu vardı. O, səkiyə tərəf buruldu, sonra sola dönərək Posidonos küçəsini keçdi. Orada mən bir neçə atəş səsi eşitdim. Biz maşınımızı səkinin kənarı ilə sürərək onu təqib etdik, Posidonos küçəsinə çatarkən ondan 5 metr aralıda idik. Mən silahımı çıxardım və avtomobilin sağ arxa təkərinin şinini nişan aldım. Dalbadal atəş açan zaman hədəfi dəqiq nişan almaq çətin olur. Mən silahımı dalbadal üç və ya dörd güllə atmağa imkan verən avtomat rejimə qoydum. “Şkoda” 70 metr aralıda yanacaqdoldurma məntəqəsinin yanında dayandı və biz onu təqib etdik. Ümumiyyətlə onun maşın sürmə tərzi və davranışı bizim üçün təhlükəli idi, o, terrorçu kimi davranırdı. Digər polis maşınları və motosikletləri gəlib çıxdılar. Onlar onu avtomobildən çıxmağa çağırdılar. O, çıxmadı, sonra bir neçə güllə atıldı. Biz onun arxasında 10 metr aralıda idik. Əgər digər polis maşınlarından birbaşa ona atəş açsaydılar, biz atəşlərin əhatə dairəsində olmazdıq. Mən bəzi həmkarlarımın: “Gəlin onu qorxutmaq üçün bir neçə atəş açaq” dediklərini eşitdim. Kimsə eyvana çıxdı və aşağıya dibçək atdı. Kim olduğunu tanımadığım, güllə keçirməyən jilet geymiş həmkarlarımdan biri, başqa bir polislə birlikdə, yaxına gəldi, pəncərəni sındırdı və onu avtomobildən çıxmağa çağırdı. O, çıxmadı, onda onlar onu dartıb çıxardılar. Onlardan biri onun qollarını qandallamağa cəhd etdi. Kimsə qışqırdı: “Ehtiyatlı ol, o yaralanıb” və onun qollarına qandal taxılmadı. Təcili tibbi yardın maşını gəldi. Mən onun güllədən yaralandığını, yoxsa avtomobil qəzası zamanı xəsarət aldığını bilmədim. Nə mənim, nə də Suliotisin silahı Maqnum güllələrini atmır. A-45 çox güclü silahdır və hədəfə nüfuz etməkdə böyük gücə malikdir. Onun silahlandığını kimin söylədiyini bilmirəm, biz isə havaya atəş açırdıq”.   6. Cənab Ntinas   “Kiriazis və mən təlimata uyğun olaraq Neos Kosmos küçəsində növbədə idik. Biz Siqruya tərəf getmək barədə məlumat aldıq, məlumata görə, orada digər avtomobilləri vurmuş və yol tənzimləyicisinin işarəsinə məhəl qoymayaraq dayanmamış və digər pozuntular törətmiş bir avtomobil təqib olunurdu. Biz Siqruya getdik və sürücünü təqib etdik. İnteramerika küçəsində o, yolu qırmızı işıqda keçdi və yoluna davam edərək sahil prospektinə tərəf getdi. Trokaderoda biz çoxlu polis maşınları və yanan işıq siqnalları gördük. Biz onun arxasınca getməkdə davam etdik və Fisvosda aşmış avtomobil gördük. Biz bir qədər arxada sol tərəfdə idik. Posidonos və Kalamakiu küçələrinin kəsişməsində biz onu tamamilə itirdik. Onun haraya getdiyini bir mülki şəxsdən soruşduq, həmin şəxs bizə dedi ki, o, sağa dönüb və Kalamakiu küçəsinə doğru yollanıb, biz də maşını həmin yolla sürdük. Mən bir neçə güllə səsi eşitdim, belə fikirləşdim ki, səslər Kalamakiu və Posidonos küçələrinin kəsişməsindən gəlir. Süni nəqliyyat maneəsi yaradıldı. Nəzarət mərkəzi xəbərdarlıq etdi ki, həmin şəxs silahlı və təhlükəlidir. Biz yanacaqdoldurma məntəqəsinin sağ tərəfində 100 metr aralıda dayandıq və güllə səsləri eşitdik. Biz səslərin zərərçəkən tərəfdən, yoxsa polis əməkdaşları tərəfdən gəldiyini bilmədik, çünki avtomobili görmürdük. Biz sığınacağın arxasına keçdik və polislərin onu avtomobili tərk etməyə çağırdıqlarını eşitdik. Biz onu qorxudub çaşdırmaq üçün bir neçə güllə atdıq, çünki bir polis əməkdaşının onu həbsə almağa çalışdığını bilirdik”.   7. Cənab Kiriazis   “Ntinas mənim briqada rəisim idi. Biz müvafiq məlumat aldıq və avtomobili təqib edərək Amfiteas küçəsində işıqforun yanında ona yaxınlaşdıq. Trokaderoda biz ondan geri qaldıq. Sürücü qurulmuş nəqliyyat kardonunu ötüb keçdi. Fisvosda biz aşmış avtomobil gördük. Yolda problem vardı və biz geriyə qaldıq. Amfiteas və Posidonis küçələrinin kəsişməsində bir taksi xəsarət almışdı. Daha sonra biz atəş səsləri eşitdik. Bəzi mülki şəxslər bizə dedilər ki, sürücü sola dönüb. Biz onun ardınca getdik. Yanacaqdoldurma məntəqəsinə çatdıqda atəş səsləri eşitdik. Bəzi həmkarlarımızın “bayıra çıx”, “ehtiyatlı ol” deyə qışqırdıqlarını eşitdik, kimsə dedi ki, “onu qorxutmaq üçün atəş açın”. Buna görə də mən onu qorxutmaq üçün iki güllə atdım. On beş ildir ki, polisdə qulluq edirəm. Buna bənzər şey heç vaxt görməmişdim. Təqib zamanı biz nəzarət mərkəzindən eşitdik ki, həmin şəxs olduqca təhlükəlidir və ola bilsin ki, silahlıdır”.   18. Şahidlərdən aşağıdakı ifadələr alındı:   1. Cənab Venturis   “Mən zərərçəkəni təqib etmiş sürücüyəm. Mahairas, Suliotis və mən polis dəstəsində xidmət edirik. Qurbanın avtomobili bizə şübhəli göründü. Biz Amerika səfirliyinin ətrafında hərəkət edən hər bir şeyi şübhəli hesab edirik. Özü ilə silah gəzdirməyən həmkarlarımdan biri sürücüyə dayanmaq işarəsi verdi. Digər həmkarım və mən bir az aralıda maşınlarımızdan bayırda gözlədik. Sürücü avtomobilini sürüb getdi. Biz onu təhlükəli hesab etdik və arxasınca düşüb təqib etdik. Əvvəlcə biz bir anlığa onu itirdik, sonra Müharibə Muzeyinin yaxınlığında yenidən onu gördük. Biz ona dayanmaq işarəsi verdik. O, ani olaraq tərəddüd etdi, sanki dayanmağa hazırlaşırmış kimi göründü, sonra isə yenə avtomobilini sürüb getdi. Bu məqamda biz həyəcan siqnalını işə salaraq onu təqib etməyə başladıq. O, parlament binasına çatdı, yaxındakı küçəyə buruldu və Siqqru küçəsi ilə tam sürətlə şütüdü. Biz digər polis maşınlarına Siqqru küçəsinə getdiyimiz barədə məlumat verdik. Hansısa məqamda o, az qala polis maşını ilə toqquşacaqdı. O, sahil prospektinə çatdıqda biz artıq nəqliyyat kardonu qurmuşduq. O, bir neçə mülki avtomobillə toqquşaraq onları kənara atdı və yoluna davam etdi. Daha sonra Fisvosda o, qırmızı avtomobillə toqquşaraq onun aşmasına səbəb oldu, sonra isə tam sürətlə oradan uzaqlaşdı. Orada sıx nəqliyyat axını olan yer idi. Kalamakiuda çoxlu nəqliyyat vasitələri vardı və o, yolun kənarına doğru hərəkət etdi. Biz ilk dəfə atəş səslərini həmin ərazidə, Kalamakiuda eşitdik. O vaxta qədər biz atəş açmamışdıq, çünki nəqliyyat axını sıx idi və biz mülki şəxslərə xəsarət yetirə bilərdik. Biz onun izini heç yerdə itirmədik, yalnız Kalamakiunun başlanğıcında yolda maneələrin olduğu yerdə az qala onu itirəcəkdik. Cənab Mahairas və cənab Suliotis avtomobildə mənimlə idilər və həmin ərazidə həmkarlarımız avtomobilin şinlərinə atəş açmışdılar. Mən bildirirəm ki, keçdiyimiz təlimlər sayəsində biz 100% olmasa da 99% hallarda hədəfi dəqiq vururuq. Sürücü yanacaqdoldurma məntəqəsində dayandı. Biz mülki şəxsləri yoldan kənarlaşdırdıq və güllə keçirməyən jilet geymiş digər həmkarlarımız onun avtomobilinə yaxınlaşıb pəncərə şüşələrini sındırdılar və onu dartıb avtomobildən çıxardılar, çünki onlar bir neçə dəfə onu avtomobildən çıxmağa çağırsalar da o bunu etməmişdi. Aralıdan güllə səsləri eşidildi. Mən onların haradan atıldığını bilmirəm. Bir həmkarım eyvana çıxdı, amma onun atəş açdığını düşünmürəm. O, dibçəyi sürücüyə tərəf atdı. Silahlardan atəş açılarkən zərərçəkən avtomobilini yanacaqdoldurma məntəqəsinin sağ tərəfində yolun kənarında saxlamışdı. Biz yanacaqdoldurma məntəqəsinin sol tərəfində idik və digər polislər maşınımın arxasında idilər. Digər polislərin avtomobilə atəş açıb-açmadıqlarını bilmirəm. Mən atəş səslərini Kalamakiu küçəsinin başlanğıcında və qurtaracağında eşitdim, onda hər şey bitmişdi. Son güllələr, güman ki, zərərçəkəni qorxutmaq üçün atılmışdı. Onu avtomobildən bayıra polis əməkdaşı Bulketis çıxardı. Onun zərərçəkənə atəş açdığını düşünmürəm. Bunu etmək üçün heç bir səbəb yox idi. Zərərçəkən avtomobildə bəzi hərəkətlər etdi: o, sağa, sonra isə sola çevrildi, sanki nəsə axtarırdı, belə başa düşmək olardı ki, onun silahı var. Məhz buna görə güllə keçirməyən jilet geymiş həmkarlarım onu avtomobildən çıxarmağa getdilər. Ballistik araşdırmanın nəticələrindən xəbərim yoxdur. Avtomobilin içərisində tapılmış güllələr Suliotisin və Mahairasın silahlarından atılmışdı. Lakin həmkarlarım şinləri nişan almışdılar. Vassilissis Sofias və Amalias küçələrində təqibin sürəti təxminən 60 km/saat idi, çünki orada sıx nəqliyyat axını vardı. Biz ondan təxminən 10 metr arxada idik. Olimp allahı Zevs məbədinin sütunlarının yanında həm qarşımızda, həm də arxamızda motosikletlər peyda oldu. Siqqrunun başlanğıcında digər polis avtomobili zərərçəkənin qarşısına çıxdı və zərərçəkən az qala onunla toqquşacaqdı. O, Siqqru küçəsi boyunca sola-sağa hərəkət edərək 160 km/saat sürətlə şütüyür və yolları mütəmadi olaraq dəyişirdi. Kalamakiu küçəsinin küncündə arxamızda hansı polis maşınlarının olduğunu deyə bilmərəm, çünki biz kimisə təqib ediriksə, arxadakıları görmürük. Biz yanacaqdoldurma məntəqəsinin yanında dayandıq; iki motosiklet bizim arxamızda, digər bir avtomobil isə onların arxasında dayandı. İlk güllələr Posidonos və Kalamakiu küçələrinin kəsişməsində atıldı. Kalamakiu küçəsində, Posidonos küçəsinə çatmamış, biz arxada zərərçəkənin 5 metrliyində olarkən cənab Mahairas odlu silahından istifadə etdi və avtomobilin şinlərinə atəş açdı. Yəqin ki, həmin yerdə cənab Suliotis də silahından istifadə etmişdi. Sürücü yanacaqdoldurma məntəqəsinə çatıb dayandıqda mən mülki şəxslərə dedim ki, yoldan kənara çıxsınlar və sürücüyə dedim ki, avtomobilindən çıxsın, sonra güllə keçirməyən jilet geymiş həmkarım onu avtomobildən çıxarmağa getdi. Mən neçə güllənin atıldığını bilmirəm; avtomobilin qabaq şüşəsi ona görə sınmışdı ki, ona tərəf dibçək atılmışdı. Qabaq sərnişinin yerindəki pəncərənin necə sındığını, yaxud arxa pəncərənin neçə qırıldığını bilmirəm. Zərərçəkənin ayağına necə xəsarət yetirildiyini də bilmirəm. O, avtomobilin ətrafına atəş açılan zaman yetirilə bilməzdi. Sonda biz ifadə vermək üçün polis bölməsinə getdik. Hadisə zamanı bizim həyatımız birbaşa risk altında deyildi. Sürücü yol qəzalarına səbəb olmuş, avtomobili yol hərəkətinin əks istiqaməti ilə sürmüş və çoxlu insanın həyatına təhlükə yaratmışdı. Ümumiyyətlə, onu sonradan silahları müsadirə olunmuş otuz üç polis nəfəri təqib edirdi, amma orada digər polislər də vardı. Biz indiyə qədər buna bənzər heç nə görməmişdik. Biz ratsiya vasitəsilə dedilər ki, ehtiyatlı olaq, həmin silah gəzdirir və son dərəcə təhlükəli ola bilər. Suliotis yol tənzimləyicisidir. Əlbəttə, o, zərərçəkənə “dayan” işarəsi verərkən yanında silah yox idi. Polislər yolda ona görə avtomobil kardonu qurmuşdular ki, onlara nəzarət mərkəzindən göstəriş verilmişdi. Biz həmçinin işıqforların yanında mülki avtomobillərdən ibarət nəqliyyat maneələri yaratmışdıq. Hadisə zamanı biz mülki şəxslərin xəsarət aldığını, avtomobillərin aşdığını gördük; avtomobil kardonları və süni nəqliyyat maneələri yaratdıqdan sonra bizim onu dayandırmaq üçün başqa yolumuz yox idi. Sonuncu kardon Kalamakiu küçəsində idi. Yolun kənarında polis əməkdaşları vardı. O, avtomobilini düz onların üstünə sürdü. Məhz bu məqamda ilk güllələr atıldı. Elə həmin məqamda həmkarlarım avtomobildən şinlərə doğru ilk atəşləri açdılar. Ola bilsin ki, müsadirə olunmuş otuz üç silahdan savayı digər silahlardan da istifadə edilmişdi. Yeri gəlmişkən, onun ayağından çıxarılmış güllə müsadirə olunmuş otuz üç silahın heç birinə aid deyildi. Yanacaqdoldurma məntəqəsində kimsə zərərçəkənə tərəf atəş açsaydı, oradakı benzin yanğına səbəb ola bilərdi. Yanacaqdoldurma məntəqəsində polislər yalnız havaya atəş açmışdılar. Ola bilsin ki, zərərçəkəni avtomobildən çıxarmaq istəyən həmkarlarını qorumaq üçün bunu etmişdilər. Həmkarlarımdan biri eyvana çıxdı və zərərçəkəni çaş-baş salmaq üçün ona doğru dibçək atdı. Bulketis onu avtomobildən çıxardı və qollarını qandalladı. Biz zərərçəkəndən qan axdığını gördük və onu xəstəxanaya apardıq. Bizim polis əməkdaşlarımız, habelə bəzi digər idarələrin polis əməkdaşları tərəfindən araşdırma aparıldı, onların arasında hadisədən sonra polis bölməsinə getmiş əməkdaşlar yox idi.   2. Cənab Nomikos   “Mən Agia Skepidə sahil prospektində idim. Orada ləngər vura-vura hərəkət edən nəqliyyat vasitəsini gördüm. Biz nəzarət mərkəzindən əmr aldıq və onun arxasınca getdik. Yolda biz bütün nəqliyyat qəzalarını, vurulmuş avtomobilləri və xəsarət almış bir nəfəri gördük. Biz Amfiteasdan keçib Kalamakiuya çatdıq. Biz xeyli arxada idik. Hər hansı atəş səsləri eşitmədik. Hətta atəş açılsaydı belə, onları eşitməyəcəkdik. Mənim birlikdə olan cənab Bulketisin güllə keçirməyən jileti vardı. Digər həmkarımız pəncərəni sındırdığı müddətdə o, jileti geydi. Cənab Bulketis sürücünü dartıb avtomobildən çıxardı və qollarını qandalladı, amma biz onun xəsarət aldığını görüb qandalları çıxardıq. Zərərçəkən sağa-sola baxırdı; onun əlləri yerə idi, biz onları görmürdük və onda silah olduğunu güman edirdik. Biz yanacaqdoldurma məntəqəsinə çatanda mən bir və ya iki güllə səsi eşitdim; onların haradan atıldığını bilmirəm. Bulketis və Xilogiannis mənimlə polis avtomobilində idilər. Xilogiannisdə və məndə güllə keçirməyən jilet yox idi, amma Bulketisdə var idi. Orada çoxlu polis maşınları və motosikletləri vardı. Əlimizdəki silahları hər hansı yolla gizlətməyimiz və ya dəyişdirməyimiz mümkün deyil. Silahlar hər birimizə şəxsən verilir. Biz onları digər həmkarlarımıza vermirik. Yanacaqdoldurma məntəqəsinin yanında Bulketisin sürücünü avtomobildən dartıb çıxara bilməsi üçün biz avtomobilə yaxınlaşarkən heç kim atəş açmadı. Hadisə barədə eşidib öz təşəbbüsü ilə oraya gələnlərdən savayı həmkarlarımdan heç biri əmr almadığı təqdirdə hadisədə iştirak edə bilməzdi. Əgər öz təşəbbüsü ilə oraya gələnlərdən kimsə silahdan istifadə edibsə, onu təhvil vermədən getməsi mümkün deyildi.   3. Cənab Xilogiannis   “Mən içərisində cənab Bilketisin olduğu axırıncı polis maşınının sürücüsüyəm. Biz mərkəzdən əmr aldıq və avtomobili təqib etdik. Biz yanacaqdoldurma məntəqəsinə axırıncı gəlib çatdıq, “Şkoda” orada dayanmışdı. Orada çoxlu polis maşınları və motosikletləri vardı; “Şkoda” nasosun yaxınlığında sağda idi, əgər üzü yanacaqdoldurma məntəqəsinə tərəf dayansaq, o, məntəqənin sağ tərəfində idi. Hamı avtomobilindən bayırda idi. ... Cənab Bilketis güllə keçirməyən jiletini geydi, mən arxadan onu qoruyurdum, eyni zamanda mənim arxamdakı bir çoxlu polislər də onu qoruyurdular. Biz avtomobilə çatanda bir neçə güllə səsi eşitdik. Biz avtomobildən çıxarkən və “Şkoda”nın lap yaxınlığında dayanarkən iki və ya üç güllə atıldı; onlar mənim olduğum istiqamətə atılmamışdı, çünki biz “Şkoda”ya çox yaxın idik. ... Ola bilsin ki, avtomobilə təqib prosesində güllə dəymişdi, bunu dəqiq bilmirəm. Zərərçəkənə hansı məqamda güllə dəydiyini görmək imkanım olmayıb; bəlkə də bu, təqib zamanı olub...”.   4. Cənab Davarias   “... Yanacaqdoldurma məntəqəsində açılmış atəşlər qorxutma üçün idi. Mən avtomobilə atəş açıldığını görmədim, atəşlər avtomobilin istiqamətinə yönəlsə də havaya açılırdı, yəni güllələr havaya gedirdi. Mən hansı polis əməkdaşlarının atəş açdığını bilmirəm. Mən Marku və Kasorisi tanımıram. Eyvana dırmaşmış polis əməkdaşı atəş aşmamışdı; o, dibçəyi tullamışdı. Biz xidməti vəzifələrimizə tabeyik və yalnız patrul xidmətini həyata keçirdiyimiz əraziyə daxil olan əmrlərə əməl etməliyik, amma heç də həmişə belə etmirik və bu hadisədə və keçmişdə baş vermiş bu kimi hadisələrdə olduğu kimi çox vaxt həmkarlarımız təhlükə altında olanda öz təşəbbüsümüzlə hadisə yerinə yollanırıq. Bütövlükdə yanacaqdoldurma məntəqəsindəki əməliyyat on-on beş dəqiqə davam etdi; “Şkoda” yanacaqdoldurma məntəqəsinin yanında səkinin kənarında dayandı. Mən avtomobilimi sağ tərəfdə saxladım, demək olar ki, birinci polis avtomobili ilə eyni vaxtda oraya çatmışdım, bundan dərhal sonra qalan avtomobillər bir-birinin ardınca gəlib çıxdılar. Bütün polis nəfərlərinin əllərində silah vardı. Adətən bütün polis avtomobillərində yüngül avtomat silah olur. Oraya çatandan sonra mən sütunun arxasında gizləndim. Biz sürücünü avtomobildən çıxmağa çağırdıq, sonra isə atışma başlandı. Mən atışmanın nə qədər müddətdən sonra başladığını təxmini də olsa xatırlamıram. Zərərçəkən avtomobildə müəyyən hərəkətlər etdi. Avtomobilin qapısı bağlı olduğu zaman onun etdiyi hərəkətlər, eləcə də digər hərəkətləri bizdə elə təəssürat yaradırdı ki, sanki o, əlinin altındakı silah qoburundan silah çıxarır, yaxud əl qumbarasını götürür. Kalamakiu və Posidonos küçələrinin kəsişməsində mən “Şkodanın” sağ tərəfinə hər hansı güllələrin atıldığını görmədim, atılan güllələr yalnız onun sağ tərəfindəki şinlərə atılmışdı. Birinci fotoşəkil sol tərəfdəki şinlərin, ikinci fotoşəkil isə sağ tərəfdəki şinlərin yırtıldığını göstərir. [Ərizəçinin] sağ ayağındakı xəsarətə gəldikdə, ola bilər ki, şinlərə atılmış güllə sıçrayaraq avtomobilin cəmi bir neçə millimetr qalınlığında olan metal təbəqəsindən içəri keçmişdi. Elə güllələr var ki, bundan ikiqat qalın metal təbəqələrini deşib keçə bilir. Bu cür avtomobillərdə şassi olmur. Onlarda yalnız adi metal təbəqələr olur ki, sıçrayan güllə onları deşib keçə bilər: zərərçəkənin ombasına güllə bu yolla dəyə bilərdi. Onun qoltuq nahiyəsinə güllə də bu yolla dəyə bilərdi. Müəyyən məqamda mən onun oturacağa doğru əyildiyini gördüm; bu anda ona güllə dəydiyini düşündüm və qışqırdım”.   5. Cənab Mastrokostas   “Mən yanacaqdoldurma məntəqəsinin işçisiyəm. Mən nasosun yanında idim, avtomobilə benzin doldururdum. Birdən gördüm ki, “Şkoda” yavaş-yavaş mənə yaxınlaşıb yanımda dayandı, fotoşəkildən də göründüyü kimi, avtomobilin üzü küçəyə tərəf idi. Sürücü hərəkət etmirdi. Sonra polis maşınları gəldi; polislər qışqırırdılar: “Yoldan çıxın, yoldan çıxın!”. Mən nasosu buraxdım və içəriyə girdim, emalatxana 4-5 metr aralıda idi, məntəqənin sahibi və mən daha sonra arxa tərəfə keçdik. Orada ikinci qapı var və biz həmin qapıdan girib emalatxananın içərisi ilə anbara keçdik. Mən anbarın içərisində olan zaman güllə səsləri eşitdim. Bayırda xaos vardı. Çoxlu sayda atəş açılırdı. Bayırda atışma gedirdi, amma mən güllələrin hansı istiqamətə atıldığını bilmirəm. Mən heç nə görə bilmirdim. Nasoslar anbarın yaxınlığında idi; əgər avtomobilə tərəf atəş açılsaydı, güllələr nasoslara da dəyə bilərdi. Məncə kimsə eyvana yollandı və aşağıya dibçək atdı. Mən bunu gördüm, çünki arxa tərəfdən bayıra çıxmışdım, amma çox yaxına getmədim. Başqa heç nə görə bilmədim, zərərçəkənin həbsə alınmasını və ya polislərin ona atəş açıb-açmadığını da görmədim. Avtomobil məntəqəyə çatanda mən şinlərin yırtıldığını gördüm, amma pəncərələrin sınıb-sınmadığını xatırlamıram. Birinci fotoşəkildəki şinlər məncə yırtılıb. Bu mənim ömrümdə verdiyim ilk ifadədir, mən hələ də çaşqınlıq vəziyyətindəyəm və hər şey barədə dəqiq məlumat verib-vermədiyimi bilmirəm. Bu gün həmin hadisədən iki il keçir. Mən məntəqənin arxa tərəfinə keçdiyim zaman polis əməkdaşını gördüm. O, atəş açmırdı, sadəcə dibçəyi aşağı tulladı, amma mən zərərçəkənin avtomobilini görə bilmədim. Nə oradan yarım metr aralıda avtomobilin yaxınlığında olan “Vespa”da, nə də nasoslarda, təbii ki, hər hansı güllə deşikləri yox idi. Polis əməkdaşının çıxdığı eyvanın qurtaracağından avtomobili görmək olurdu. Avtomobilin qabaq hissəsi eyvanın altından bir qədər irəlidə olmaqla nəzərə çarpırdı”.   6. Cənab Georqopulos   “Mən yanacaqdoldurma məntəqəsinin sahibiyəm. Mən Mastrokostasa nisbətən məntəqənin bir qədər içəri tərəfində idim. “Şkoda”nın yavaş-yavaş gəldiyini gördüm. O, dayandı və bir neçə saniyədən sonra mən güllə səsləri eşitdim. Oğlan [Mastrokostas] qışqırtı eşitdi. Mənsə eşitmədim. Güllə səslərini eşitdikdə mən binanın yuxarısına çıxdım, sonra polis əməkdaşı gəldi və böyük bir dibçəyi avtomobilin damına atdı. O, atəş açmadı. Atışma dayananda mən aşağı düşdüm və onların zərərçəkəni dartıb avtomobildən çıxardıqlarını gördüm. Məncə onu avtomobildən çıxaran şəxs mülki geyimdə idi. Amma tam əmin deyiləm. Mən onun əlində iri avtomat silah gördüm. Onun atəş açıb-açmadığını bilmirəm. Yadımda deyil. Əgər o, atəş açsaydı, mən bunu xatırlayardım. Bəlkə də o, atəş açıb; amma mən onun atəş açdığını görməmişəm. Avtomobilin pəncərələrinin sınıb-sınmadığını xatırlamıram. Onun əzildiyini xatırlayıram. ... Mən heç yerdə güllə gilizləri tapmadım. Heç yerdə güllə deşikləri də görmədim. Mən arxa tərəfdən eyvana çıxmış polis əməkdaşının geri qayıtdığını gördükdə binanın yuxarısını tərk etdim və onun atəş açıb-açmadığı görmədim. Mən aşağı düşdüm və onların sürücünü avtomobildən dartıb çıxardıqlarını gördüm. Onu çıxaran polis əməkdaşı ona atəş açmadı. Ola bilsin ki, motosikletin yanında dayanan şəxs atəş açmışdı. Eyvan genişdir və oradan avtomobillərin yarısından çoxunu görmək olur.”   7. Cənab Kiriazidis   “Mən Posidonos və Kalamakiu küçələrinin kəsişməsində idim. ... Qəflətən arxa tərəfi göstərən güzgüdə yan küçədən böyük sürətlə gələn avtomobili gördüm; o, səkinin üstünə çıxdı, sağdan mənim avtomobilimə yaxınlaşdı və onunla toqquşdu. Onun avtomobili mənimkini 10-15 metr kənara tulladı. Polis əməkdaşları avtomobillərinin yanında dayanmışdılar və əllərində silah vardı. Mən güllə səsləri eşitdim və qorxdum. Çoxlu polis avtomobilləri gəldi və sol tərəfdən Kalamakiu küçəsi istiqamətində “Şkoda”nı təqib etdi. O, mənə böyük ziyan vurdu. Əgər arxa oturacaqda kimsə otursaydı, salamat qalmayacaqdı”.   19. Müşavirə keçirdikdən sonra məhkəmə yeddi polis əməkdaşına onlara qarşı irəli sürülmüş hər iki cinayət ittihamı üzrə bəraət verdi (yuxarıda 15-ci bəndə bax). Birinci ittiham üzrə (ciddi bədən xəsarəti yetirmə) məhkəmə müəyyən etdi ki, təqsirləndirilən şəxslər ərizəçiyə xəsarət yetirməyiblər. Hadisədə iştirak etmiş bir neçə polis əməkdaşları ərizəçinin həbsindən sonra kimliklərini bildirmədən və ya silahları ilə bağlı zəruri informasiya vermədən hadisə yerini tərk etmişdilər. Zərərçəkənin bədənindən çıxarılmış güllə və avtomobilin içərisində tapılmış güllə eyni silahdan atılmışdı, amma müayinə olunmuş otuz üç silahın heç birinə məxsus deyildi. Ərizəçinin avtomobilində tapılmış digər güllə və metal qırıntıları təqsirləndirilən şəxslərdən ikisinin silahından atılmışdı. Lakin çoxlu sayda digər güllələrin müəyyən olunmayan silahlardan atıldığını nəzərə alsaq, həmin polis əməkdaşlarının ərizəçiyə xəsarət yetirmələri əsaslı şübhə yeri qalmadan sübut edilmədi. İkinci ittihama gəldikdə (silahlardan hüquqa zidd istifadə), məhkəmə qərara aldı ki, polis əməkdaşları silahlarından hər hansı başqa məqsəd üçün deyil, yalnız sürücüsü əsaslı şübhə əsasında təhlükəli cinayətkar sayılan avtomobili dayandırmaq üçün istifadə ediblər. Məhkəmə qərarının müvafiq hissələrində deyilir: “13 sentyabr 1995-ci ildə zərərçəkən cənab Makaratsis Afinada Amerika səfirliyi ətrafındakı ərazidə YIM 8837 nömrəli şəxsi avtomobilini sürürdü. Telonos və Kokkali küçələrinin kəsişməsində Attika polis dəstəsinin xüsusi polis bölməsinin nəzarət şöbəsi yoldan ötən avtomobilləri yoxlayırdı. Təqsirləndirilən şəxslər – Mahairas, Suliotis və Venturis bu bölmənin əməkdaşıdırlar. Zərərçəkənin nəqliyyat vasitəsi xəstəxana tərəfdən gəlirdi; o, yolu qırmızı işıqda keçdi və təqsirləndirilən Suliotis ona dayanmaq işarəsi verdi. Yol hərəkəti tənzimləyicisinin işarəsindən sonra dayanmaq əvəzinə zərərçəkən yoluna davam edib avtomobilini onun üstünə sürdü və az qala onu vuracaqdı. Polis briqadasının üzvləri avtomobillərinə mindilər və onu təqib etməyə başladılar. Vassilissis Sofias küçəsində o, avtomobil axınına qoşuldu və avtomobilini qırmızı işıqda sürdü. Polis əməkdaşları işıq siqnallarını yandıraraq təqib etdikləri avtomobili yolda nəqliyyat sıx olduğuna görə nəzərdən qaçırdılar və Müharibə Muzeyinin yaxınlığında yenidən onunla rastlaşdılar. Onlar sürücünü dayandırmaq üçün avtomobilin işıqlarını onun üzünə saldılar, həmçinin polislərin avtomobilində həyəcan siqnalı və işıq siqnalları yanırdı. Lakin zərərçəkən qəflətən sürəti artıraraq uzaqlaşdı. O, gül dükanlarının yanında Sintaqma küçəsinə çatdı, Amalias küçəsində avtomobil axınına qoşuldu və yoluna davam edərək Siqqru prospektinə doğru hərəkət etdi. Polis maşınındakılar polis dəstəsinin nəzarət mərkəzinə bu barədə məlumat verdilər, nəzarət mərkəzi isə zərərçəkənin hərəkət etdiyi ərazidə növbə çəkən digər bölmələrə məlumat verdi ki, onlar da oraya gəlib həmkarlarına kömək etsinlər. Siqqru prospektində avtomobil yüksək sürətlə bir küçədən digərinə hərəkət edirdi. Kallirois küçəsinin yaxınlığında sürücü az qala polis maşını ilə toqquşacaqdı; Diogenis sarayı yaxınlığında işıqforun yanında o, yolu qırmızı işıqda keçdi, qarşıdakı avtomobil axınına daxil oldu və bir avtomobillə toqquşdu. Trokaderoda polis avtomobillərindən, iki motosikletdən və on beş mülki avtomobildən ibarət kardon yaradılmışdı, o, avtomobilini səki ilə sürərək kardonun yanında ötüb keçdi və az qala qarşısındakı polis briqadasının avtomobilinin üstünə çıxacaqdı. Fisvosda o, hərəkətsiz dayanmış “Daihatsu” ilə toqquşdu, onu aşırdı, sürücüsünə xəsarət yetirdi, Amfiteas küçəsində isə bir avtomobillə və bir taksi ilə toqquşdu, sonuncunun sürücüsü xəsarət aldı. Posidonos və Kalamakiu küçələrinin kəsişməsində yol kənarında polis avtomobili vardı və Qlifadaya doğru hərəkət edən avtomobillərin yolu bağlanmışdı. Zərərçəkən yolun kənarına çıxmaq üçün avtomobili mərkəzi hissədən sağa doğru sürdü, lakin sonra polis avtomobilini gördü və avtomobilini mərkəzi hissədən sola doğru istiqamətləndirərək Posidonos küçəsini keçən iki avtomobillə toqquşdu və az qala polis nəfəri Strumpulisin üstünə çıxacaqdı. Zərərçəkəni dayandırmaq üçün təqib olunan avtomobilə tərəf açılan ilk atəşlər Posidonos və Kalamakiu küçələrinin kəsişməsində eşidilirdi. Polis avtomobilində olan və zərərçəkəni lap başlanğıcdan təqib edən Mahairas məhz həmin ərazidə avtomobil təxminən 5 metr ondan aralıda olarkən MP 5 C273917 nömrəli silahdan çoxlu atəş açmışdı, çünki avtomobil dayanmadan hərəkətini davam etdirirdi. O, avtomobilin arxa tərəfdəki sağ şinini nişan almışdı. Onunla eyni polis avtomobilində olan təqsirləndirilən Suliotis AO 38275 saylı pistoletlə sol pəncərədən atəş açırdı, o, arxa tərəfdəki sol şini nişan almış və onu deşmişdi. Yuxarıda qeyd edilən küçələrin kəsişməsində zərərçəkən sürəti azaltmalı oldu. Həmin yerə çoxlu polis əməkdaşları gəlmiş və hər iki küçəni tutmuşdu; artıq adlarını çəkdiyimiz polislərdən savayı digər polis əməkdaşları da avtomobilə atəş açırdılar, beləliklə, həmin yerdə çoxlu silahlardan atış açıldı. Həmçinin qeyd etmək lazımdır ki, bütün bu təqibin gedişində polis nəfərləri, polis maşınları və motosikletləri təqibə qoşulmuş, amma zərərçəkənin nəqliyyat vasitəsini dayandıra bilməmişdilər. O, atəşlərə baxmayaraq Kalamakiu prospekti boyunca yoluna davam etdi və Kalamakiu və Artemidos küçələrinin kəsişməsində yanacaqdoldurma məntəqəsinin girişində benzin nasoslarının yaxınlığında üzü küçəyə tərəf olmaqla dayandı. Orada zərərçəkən onu təqib edən, əməliyyatda iştirak etmələrindən nəzarət mərkəzinin xəbərdar olduğu polis bölmələri tərəfindən və hadisə barədə nəzarət mərkəzindən eşidərək öz təşəbbüsləri ilə həmkarlarının köməyinə gəlmiş digər bölmələr tərəfindən mühasirəyə alındı. Başqa sözlə, orada hadisə yerinə çağırılmayan, amma həmin əraziyə gələn bölmələr vardı. Polis əməkdaşları əllərində silah maşınlarından və motosikletlərindən çıxdılar. Zərərçəkən öz avtomobilində bəzi hərəkətlər etdi ki, bu da polis əməkdaşlarında onun silahlı olması təəssüratını yaratdı. Polis əməkdaşları ondan tələb etdilər ki, avtomobildən çıxsın, amma o çıxmadı, güllə keçirməyən jilet geymiş polis əməkdaşı Nikolaos Bulketis avtomobilə yaxınlaşdı. Sonra orada olan çoxlu polis əməkdaşları zərərçəkəni qorxutmaq və həmkarlarını qorumaq üçün atəş açmağa başladılar; Nikolaos Bulketis fürsətdən istifadə edib avtomobilin şüşəsini sındırdı və zərərçəkəni həbs etdi. Bir qədər əvvəl polis əməkdaşı Xristos Marku yanacaqdoldurma məntəqəsinin yuxarısındakı eyvana çıxmış və orada aşağıya dibçək atmışdı, dibçək avtomobilin qabaq şüşəsini qırmış, amma şüşə yerə düşməmişdi. Zərərçəkən avtomobildən çıxarılarkən onu həbs etmiş polis əməkdaşı və onun həmkarları tərəfindən hərəkətsiz vəziyyətə gətirildi, sonra məlum oldu ki, o, xəsarət alıb. Onun sağ ayağında xarici güllə yarası vardı, həmçinin digər bir xarici yara da döş qəfəsində vardı, bu güllə arxa tərəfdən qoltuq nahiyəsinə daxil olmuşdu. Onun sol ayağının qurtaracağında xarici güllə yarası, yuxarıda sol ombasında daha bir yara, habelə böyrək nahiyəsinin xarici səthində yaralar vardı. Zərərçəkənin idarə etdiyi avtomobilin qabaq şüşəsi sınmış, amma yerə düşməmişdi; orada üç güllə deşiyi və digər bir güllənin yaratdığı zədə izi vardı. Arxa tərəfdə sol qapının metal hissəsində üç güllə deşiyi və şassinin metal səthində güllə izi vardı. Arxa pəncərə cilik-cilik olmuşdu, onun metal hissəsində iki güllə deşiyi və arxa tərəfdəki sol faralarda bir güllə deşiyi vardı. Arxa tərəfdə sağ cinahda təkərdən yuxarıda daha bir güllə izi vardı. Qabaq sərnişinin pəncərəsi sınmışdı və damın bayır tərəfində güllə izi vardı. Avtomobilin içərisində cihazlar panelindəki əlcək qutusunda, radioda, cihazlar panelinin yuxarı hissəsində, sürücünün oturacağında, qabaq sərnişin üçün oturacaqda və arxa oturacaqda güllə deşikləri vardı. Avtomobilin içərisində iki güllə və dörd güllə parçası tapıldı. Əməliyyatda iştirak etmiş polis əməkdaşlarından otuz üç silah təhvil alındı, yəni təqibdə iştirak etmək əmrini almış və ya nəzarət mərkəzinə hadisə barədə məlumat vermiş, yaxud da əməliyyatda iştirak etmələrindən qulluq etdikləri idarələrin xəbərdar olduğu bütün polis əməkdaşlarının silahları alındı. Lakin həmkarlarına kömək etmək üçün öz təşəbbüsləri ilə əməliyyatda iştirak edən və kimlikləri bilinməyən, yaxud da zərərçəkənin həbsindən sonra hadisə yerini tərk edən və hadisə yerində olduqları barədə nəzarət mərkəzinə məlumat verməyən polislər də vardı. Otuz üç silah arasında iyirmi üçü 9 mm Maqnum çaplı revolver, altısı pistolet (onlardan beşi 9 mm Parabellum çaplı, biri isə 9 mm ACP çaplı pistoletdir), dördü isə 9 mm Parabellum çaplı HK MP avtomatlarıdır. Otuz üç silah arasında yalnız təqsirləndirilən şəxslərin silahlarından atəş açılmışdı. Avtomobilin içərisindən tapılmış üç güllə və xəsarət almış sürücünün birinci sağ ayaq darağından çıxarılmış bir güllə 9 mm Parabellum çaplı (9x19) güllə gilizlərindən atılıb. Belə gilizlər əsasən eyni çaplı pistoletlərdən və avtomat silahlardan atılır. Avtomobilin içərisində müxtəlif çaplı silahlardan atılmış dörd qəlpə tapıldı, amma güllələrin hansı çaplı silahlardan atıldığını müəyyən etmək mümkün olmadı, hərçənd, onlardan biri 9 mm Parabellum çaplı (9x19) silahdan atılmış qəlpə kimi qiymətləndirildi. Laboratoriya ekspertinin rəyi təsdiq etdi ki, ikisi avtomobildən tapılmış, biri isə zərərçəkənin ayağında aşkar edilmiş üç güllə 9 mm Parabellum çaplı (9x19) silahdan atılıb. Avtomobilin içərisindən tapılmış “PB2” gülləsi və iki metal giliz [“PP1” və “PP2”] təqsirləndirilən Mahairasa məxsus C273917 saylı HK MP avtomatından atılıb. Digər metal gilizdən [“PP3”] atılan, avtomobilin içərisindən tapılmış güllələr təqsirləndirilən Suliotisə məxsus A038275 saylı “Sfinks” pistoletindən atılıb. Zərərçəkənin bədənindən çıxarılmış güllə və avtomobildə tapılmış güllə 9 mm Parabellum çaplı (9x19) eyni markalı silahdan atılıb, amma müayinə olunan otuz üç silahda qalmış izlərin bu güllələrə heç bir aidiyyəti yoxdur. Zərərçəkən Xristos Makaratsis həqiqətən Posidonos və Kalmakiu küçələrinin kəsişməsindəki təqibdə iştirak etmiş polis əməkdaşlarının istifadə etdiyi avtomat silahlardan atılmış güllələrdən xəsarət alıb, Suliotis, Mahairas və Markudan (üçüncü təqsirləndirilən şəxs) savayı kimliyi müəyyən olunmayan digər polis əməkdaşları da atəş açıblar, çünki həmin yerdə hədəfə atəş açan polis əməkdaşlarının sayı çox idi. Bu, dolayısı ilə belə bir faktdan irəli gəlir ki, zərərçəkənin bədənindən çıxarılmış güllə və digər güllə təqsirləndirilən şəxslərin deyil, kimliyi müəyyən olunmayan şəxsin silahından atılıb. Avtomobilin içərisində tapılmış güllələrin və gilizlərin təqsirləndirilən Suliotis və Markunun silahlarından atılması faktı belə nəticə çıxarmağa əsas verir ki, zərərçəkənin ayağındakı xəsarəti istisna olmaqla qalan xəsarətlərinə təqsirləndirilən şəxslərə məxsus silahların güllələri səbəb olub. Bundan əlavə, zərərçəkənin avtomobilində müəyyən olunmayan digər silahlardan atılmış çoxlu güllə deşikləri olduğuna görə o, həmin güllələrdən xəsarət ala bilərdi. Artıq qeyd edildiyi kimi, avtomat silahlar və pistoletlər eyni çaplı idi. Birinci, ikinci, üçüncü, altıncı və yeddinci müttəhim əməliyyatın sonluğunun cərəyan etdiyi ərazidə (yanacaqdoldurma məntəqəsində) zərərçəkəni qorxutmaq məqsədi ilə atəş açmışdılar. Həmçinin qeyd etmək lazımdır ki, zərərçəkəni həbs etməkdən ötrü avtomobilə yaxınlaşmış həmkarlarına kömək etmək üçün zərərçəkəni qorxutmaq məqsədi ilə bir çox digər polislər də atəş açmışdılar. Onlar avtomobilə tərəf atəş aça bilməzdilər, çünki güllələrin yanacaqdoldurma stansiyasındakı nasoslara dəyməsi təhlükəsi vardı, sonradan həmin ərazidə atəş izləri tapılmadı. Zərərçəkənin ayağındakı xəsarəti yuxarıdan atılmış güllə yetirmişdi, çünki güllə onun ayaqqabısının pəncə hissəsinə deyil, yalnız yuxarısına dəymişdi, amma gülləni eyvana çıxmış təqsirləndirilən Markunun atdığını söyləmək olmaz, çünki avtomobil elə dayanmışdı ki, eyvanın altında onun yalnız yarısı görünürdü, buna görə də eyvandan atılan güllənin onun ayağının yuxarı hissəsinə dəyməsi üçün güllə, demək olar ki, şaquli istiqamətdə atılmalı idi. Əgər belə olsaydı, güllə cihazlar panelinin bir hissəsinə də dəyməli idi. Amma bunun heç bir izi yoxdur, həmin yerə ən yaxın iz radionun üzərindədir. Bundan başqa, əgər bu xəsarəti təqsirləndirilən şəxsin silahından atılmış güllə yetirsəydi, ekspertiza bunu təsdiq edərdi. ... Xəsarət həqiqətən ayağın yuxarı hissəsində idi; amma həmin xəsarəti zərərçəkən avtomobili idarə etdiyi zaman və ayağı pedalın üzərində, demək olar ki, şaquli vəziyyətdə olarkən avtomobilin arxasından atılmış güllə yetirə bilərdi, bu, Kalmakiu və Posidonos küçələrinin kəsişməsində onu hədəfə almış silahlardan birinin atdığı güllə ola bilərdi. Qurbanın avtomobildən çıxarılan kimi dərhal ona atəş açıldığı barədə iddiası əsassız sayılmalıdır, çünki onun bildirdiyi kimi, “böyrü üstə üzüaşağı” uzandığı zaman ona güllə dəymişdi. Əgər onun dediyi doğru olsaydı, xəsarət başqa cür olmalı idi. Yuxarıda qeyd edilənləri, habelə kimliyi müəyyən olunmayan polis əməkdaşlarının əməliyyatda iştirak etdiyini (ola bilsin ki, onların bəziləri silahlarından istifadə etmişdilər) nəzərə alaraq, təqsirləndirilən şəxslərin zərərçəkənə xəsarət yetirib-yetirməməsi məsələsində Məhkəmənin şübhələri aydınlaşdırılmayaraq qalır. Buna görə də onlar barələrində irəli sürülən birinci ittiham üzrə təqsirsiz elan edilməlidirlər. Onlar ikinci ittiham üzrə də təqsirsiz elan edilməlidirlər, çünki silahlarından istifadə etsələr də, avtomobili süni nəqliyyat maneələri və avtomobil kardonları yaratmaqla dayandırmağa cəhd göstəriblər, amma bu baş tutmayıb, çünki zərərçəkən avtomobilinin çoxlu sayda polis əməkdaşları tərəfindən təqib edilməsinə baxmayaraq onu yoluna çıxan mülki şəxslər üçün təhlükə yaradan tərzdə sürərək yoluna davam edib. Bundan başqa, polis əməkdaşları zərərçəkənin avtomobili ilə toqquşmuş avtomobillərdəki mülki şəxslərin sağ qalıb-qalmadığını bilməyiblər və onlar əsaslı olaraq onu təhlükəli cinayətkar hesab ediblər, çünki onun davranışı və nəzarət mərkəzindən alınmış informasiya belə düşünməyə əsas verirdi. Zərərçəkənin avtomobili digər mülki şəxslər üçün təhlükə yaradan tərzdə sürməsinə son qoymaq və sonuncuları müdafiə etmək üçün təqsirləndirilən şəxslərin vəzifə borclarını yerinə yetirərək zərərçəkəni dayandırmaqdan və qorxutmaqdan ötrü silah işlətməməsinin mümkün olub-olmaması məsələsində də Məhkəmənin şübhələri qalır. Buna görə də təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirsiz elan edilməlidirlər”.   20. Hökm elan olunarkən məhkəmə iclasında olan ərizəçinin daxili qanunvericiliyə əsasən apelyasiya şikayəti vermək hüququ yox idi. Hökm 20 may 1999-cu ildə qüvvəyə mindi.   D. Ərizəçiyə qarşı cinayət prosesi   21. 20 aprel 1997-ci ildə dövlət prokuroru ərizəçiyə qarşı cinayət icraatına başladı. İttiham aktında deyilirdi: “[Ərizəçi] bir neçə cinayəti, konkret olaraq aşağıdakıları törətməkdə ... təqsirləndirilir: A. 13 sentyabr 1995-ci ildə Afinada avtomobilini idarə edərkən o, ehtiyatsızlıq üzündən, yəni mövcud vəziyyətdə hərəkətlərinin mənfi nəticələrini görməli olduğu halda lazımi dərəcədə diqqətli olmadan digər şəxslərə bədən xəsarəti və maddi ziyan yetirib. Daha konkret desək: a) yuxarıda qeyd edilən nəqliyyat vasitəsini aeroport istiqamətində Paleo Faliro yaxınlığındakı Posidonos prospektində idarə edərkən o, toqquşmaya yol verməmək üçün öz avtomobili ilə sürətlərini azaldan və ya dayanan qarşıdakı avtomobillər arasında kifayət qədər məsafə saxlamayıb, bu səbəbdən o, avtomobilinin qabaq tərəfi ilə xüsusi qeydiyyat nömrəsi IR-8628 olan, eyni istiqamətdə hərəkət edən, İliostalakti Sumpasi tərəfindən idarə olunan avtomobili vurub və nəticədə sonuncu boynundan xəsarət alıb; b) yuxarıda qeyd edilən toqquşmadan sonra təqsirləndirilən şəxs yuxarıda qeyd edilən nəqliyyat vasitəsini idarə etməkdə davam edib və Kalamaki yaxınlığında Posidonos prospektindən keçərkən yenə də qarşıdakı nəqliyyat vasitələri ilə öz arasında məsafə saxlamayıb, buna görə də o, avtomobilinin qabaq tərəfi ilə Posidonos prospektinin sol kənarında qırmızı işıqda dayanan, xüsusi qeydiyyat nömrəsi E-3507 olan, İoannis Qumas tərəfindən idarə olunan avtomobili vurub, nəticədə boynundakı yaradan əziyyət çəkən, yuxarıda adı çəkilən sürücü başından xəsarət alıb. B. O, avtomobilini yuxarıda qeyd edilən vaxtda və yerdə idarə edərkən qarşıdakı nəqliyyat vasitələri ilə öz arasında kifayət qədər məsafə saxlamayıb ki, onlar sürətlərini azaldacaqları və ya dayanacaqları təqdirdə toqquşmadan qaçmaq mümkün olsun. C. O, avtomobilini yuxarıda qeyd edilən vaxtda və yerdə idarə edərkən, xüsusən də yuxarıda qeyd edilən nəqliyyat vasitəsini Afinadakı Vassilissis Sofias küçəsi, Amalias prospekti, Siqqru prospekti və Posidonos prospekti ilə sürərkən polis əməkdaşlarının “dayan” işarəsinə tabe olmayıb, Vassilissis Sofias küçəsində Yunanıstan polisinin EA-11000 qeydiyyat nömrəli avtomobilində olan polis əməkdaşı Sotirios Suliotosin “dayan” işarəsinə tabe olmayaraq yoluna davam edib, yuxarıda adı çəkilən polis avtomobili Yunanıstan polisinin digər avtomobilləri onu təqib etsə də, yuxarıda adı çəkilən bütün küçələrdən keçərək yoluna davam edib. ...”.   22. 16111/2000 saylı hökmü ilə Afina Birinci İnstansiya Cinayət Məhkəməsi ərizəçini qırx gün həbs cəzasına məhkum etdi.   II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA   23. Cinayət Məcəlləsinin müvafiq müddəalarında deyilir:   Maddə 308 §1(a)   “Digər şəxsə bilərəkdən bədən xəsarəti yetirilməsi ... üç ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılır. ...”.   Maddə 309   “308-ci maddə ilə cəzalandırılmalı olan hərəkət zərərçəkənin həyatına təhlükə yaradan formada törədildikdə və ya ona ağır bədən xəsarəti yetirdikdə, azı üç ay həbs cəzası təyin edilir. ...”.   24. 2168/1993 saylı Qanunun 14-cü maddəsində deyilir: “Ağır cinayət və ya ağır olmayan hüquq pozuntusu törədərkən ... silahdan istifadə edən və bu əmələ görə sonradan məhkum olunan hər kəsə həmin cinayətə görə təyin olunan cəzadan əlavə azı üç ay həbs cəzası təyin edilir”. 25. Həmin vaxt hüquq-mühafizə əməkdaşları tərəfindən odlu silahın tətbiqi 29/1943 saylı Qanunla tənzimlənirdi, həmin qanun 30 aprel 1943-cü ildə Yunanıstan Almaniyanın işğalı altında olarkən qəbul olunmuşdu. Həmin qanunun 1-ci maddəsində polis əməkdaşlarının odlu silah tətbiq edə biləcəyi çoxlu hallar sadalanırdı ki (məsələn, “qanunların, müvafiq hakimiyyət orqanlarının fərman və qərarlarının icrası üçün, yaxud ictimai toplantıları dağıtmaq və ya iğtişaşları yatırmaq üçün”), belə hallarda onlar baş verən nəticələrə görə məsuliyyət daşımırdılar. Bu müddəalar 141/1991 saylı Prezident Fərmanının 133-cü maddəsi ilə əvəz edildi, həmin maddə 29/1943 saylı Qanunda nəzərdə tutulmuş odlu silah tətbiqinə yalnız “mütləq zərurət olduqda və fövqəladəliyi nisbətən az olan bütün üsullar tükəndikdə” icazə verirdi. 29/1943 saylı Qanun Ali Məhkəmənin dövlət prokuroru tərəfindən “qüsurlu” və “qeyri-müəyyən” qanun kimi tənqid edildi (12/1992 saylı rəyə bax). Yunanıstanın yüksək rütbəli polis əməkdaşları və həmkarlar ittifaqları bu qanunvericiliyin yeniləşdirilməsinə çağırdılar. İctimai asayiş nazirinə aprel 2001-ci il tarixli məktubunda hökumətin məsləhət orqanı olan Milli İnsan Hüquqları Komitəsi (MİHK) belə bir fikir ifadə etdi ki, yeni qanunvericiliyə insan hüquqlarına dair müvafiq beynəlxalq normaların və prinsiplərin daxil edilməsi vacibdir (MİHK, 2001-ci il tarixli məruzə, s. 107-115). 2002-ci ilin fevralında ictimai asayiş naziri elan etdi ki, yeni qanun qısa müddətdə qəbul ediləcək, o, “vətəndaşların polis silahlarından ölçülüb-biçilmədən istifadəyə qarşı qorunmasını, həmçinin polislərin nə zaman onlardan istifadə etmək barədə daha yaxşı məlumatlandırılmasını təmin edəcək”. 26. 2002-ci ilin yayında “17 noyabr inqilabi təşkilatı” adlı qrup buraxıldı. 1975-ci ildə yaradılmış bu qrup 1975, 1983, 1988 və 1991-ci illərdə ABŞ rəsmilərinin qətlə yetirilməsi də daxil olmaqla çoxlu terror aktları törətmişdi. 27. 24 iyul 2003-cü ildə “Polis əməkdaşları tərəfindən odlu silahların gəzdirilməsi və istifadəsi, polis əməkdaşlarının odlu silahların gəzdirilməsi ilə bağlı təlimi və digər müddəalar” adlı 3169/2003 saylı Qanun qüvvəyə mindi. 29/1943 saylı Qanun ləğv olundu (maddə 8). Daha sonra BMT-nin İnsan Hüquqları Mərkəzi tərəfindən hazırlanmış “Polislər üçün insan hüquqlarına dair cib kitabı” 2004-cü ilin aprelində yunan polisləri arasında yayılmaq məqsədi ilə yunan dilinə tərcümə olundu.   III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ PRAKTİKA   28. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsinin 1-ci bəndində deyilir: “Hər bir kəs insana xas olan yaşamaq hüququna malikdir. Bu hüquq qanunla qorunur. Heç kim qanunsuz olaraq həyatından məhrum edilə bilməz”. 29. Bununla bağlı BMT-nin İnsan Hüquqları Komitəsi aşağıdakıları qeyd etdi (bax: 16-cı sessiya (1982), 6 saylı ümumi şərh, b. 3): “Həyatdan qanunsuz məhrum edilməyə qarşı 6-cı maddənin 1-ci bəndinin üçüncü cümləsi ilə açıq-aydın tələb olunan müdafiə olduqca əhəmiyyətlidir. Komitə hesab edir ki, iştirakçı dövlətlər təkcə cinayətkar hərəkətlər vasitəsilə həyatdan məhrum edilmənin qarşısını almaq və cəzalandırmaq üçün deyil, həm də öz təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz adam öldürmə hallarının qarşısını almaq üçün tədbirlər görməlidirlər. Dövlət orqanları tərəfindən həyatdan məhrum edilmə olduqca ciddi məsələdir. Buna görə də qanunvericilik şəxsin həmin orqanlar tərəfindən həyatdan məhrum edilməsi hallarına ciddi nəzarət etməli və onları məhdudlaşdırmalıdır”. 30. BMT-nin “Cinayətkarlığın qarşısının alınması və cinayətkarlarla rəftara dair 8-ci Konqresi” tərəfindən 7 sentyabr 1990-cı ildə “Hüquq mühafizə əməkdaşları tərəfindən güc və odlu silah tətbiqinə dair BMT-nin Əsas Prinsipləri” (“Güc və odlu silah tətbiqinə dair BMT Prinsipləri”) qəbul edildi. Prinsiplərin 9-cu bəndində deyilir: “Hüquq mühafizə əməkdaşları birbaşa ölüm və ya ciddi xəsarət təhlükəsi olduqda özünümüdafiə və ya digər şəxslərin müdafiəsi həyat üçün təhlükə törədən xüsusilə ağır cinayətin törədilməsinin qarşısının alınması, bu cür təhlükə doğuran və hüquq-mühafizə orqanlarına müqavimət göstərən şəxsin həbs edilməsi, yaxud qaçmaq cəhdinin qarşısının alınması halları istisna olmaqla insanlara qarşı odlu silahdan istifadə etməməlidirlər və yalnız bu məqsədlərə nail olmaq üçün fövqəladəliyi nisbətən az olan tədbirlər kifayət etmədikdə bunu edə bilərlər. İstənilən halda, bilərəkdən adam öldürmə məqsədi ilə odlu silahdan yalnız insan həyatını qorumaq üçün qaçılmaz olan hallarda istifadə edilə bilər”. 31. Prinsiplərin 5-ci bəndində deyilir ki, hüquq mühafizə əməkdaşları “hüquq pozuntusunun ciddiliyinə və qarşıya qoyulan qanuni məqsədə mütənasib olaraq hərəkət etməlidirlər”. 7-ci bəndin şərtlərinə əsasən, “hökumətlər hüquq mühafizə əməkdaşları tərəfindən güc və odlu silahdan qanunsuz və özbaşına istifadənin öz qanunvericilikləri əsasında cinayət əməli kimi cəzalandırılmasını təmin etməlidirlər”. 11(b) bəndində deyilir ki, odlu silahdan istifadəyə dair norma və qaydalar “odlu silahların yalnız müvafiq hallarda və lüzumsuz zərər yetirilməsi riskini azalda biləcək dərəcədə istifadə olunmasını təmin etməlidir”. 32. Digər müvafiq müddəalarda deyilir:   10-cu bənd   “... hüquq-mühafizə əməkdaşları özlərini təqdim etməli, odlu silahdan istifadə niyyətləri barədə aydın xəbərdarlıq etməli və xəbərdarlıqlara əməl olunması üçün kifayət qədər vaxt verməlidirlər, hüquq-mühafizə əməkdaşlarının başqa cür hərəkəti onları risk altında qoya, yaxud digər şəxslərin ölməsi və ya ciddi xəsarət alması riskini doğura, yaxud da hadisənin baş verdiyi şəraitdə qeyri-məqsədəuyğun və ya mənasız ola bilər”.   22-ci bənd   “... Hökumətlər və hüquq-mühafizə orqanları işə məhkəmə qaydasında səmərəli şəkildə yenidən baxılması prosesinin mümkünlüyünü və müstəqil inzibati və cinayət təqibi orqanlarının müvafiq hallarda öz səlahiyyətlərini tətbiq edə bilmələrini təmin etməlidirlər. Ölüm, ciddi xəsarət və ya digər ağır nəticələr baş verdikdə, işə inzibati qaydada yenidən baxılmasına və məhkəmə nəzarətinə görə cavabdeh olan səlahiyyətli orqanlara dərhal ətraflı hesabat göndərilməlidir”.   23-cü bənd   “... Güc və odlu silah tətbiqinə məruz qalmış şəxslər və ya onların hüquqi nümayəndələri müstəqil araşdırma prosesi, o cümlədən məhkəmə prosesi üçün müraciət etmək imkanına malik olmalıdırlar. Belə şəxslər öldükdə bu müddəa, müvafiq olaraq, onların himayəsində olan şəxslərə şamil olunur”.   HÜQUQİ MƏSƏLƏLƏR   I. KONVENSİYANIN 2-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   33. Ərizəçi şikayət etdi ki, onu təqib etmiş polis əməkdaşları ona qarşı odlu silahdan istifadə edərkən həddi aşaraq onun həyatını risk altında qoyublar, dövlət orqanları isə hadisə ilə bağlı adekvat və səmərəli araşdırma aparmayıblar. O, iddia etdi ki, Konvensiyanın 2-ci maddəsi pozulub, orada deyilir: “1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz. 2. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir: a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün; b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün; c) qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün”.   A. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri   1. Ərizəçi   34. Ərizəçi bildirdi ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndi dövlətlərin üzərinə insan həyatını qorumaqdan ibarət pozitiv öhdəlik qoyur. Məsələn, milli qanunvericilik şəxsin dövlət nümayəndələri tərəfindən həyatdan məhrum edilməsi hallarına ciddi nəzarət etməli və onları məhdudlaşdırmalıdır. Eləcə də dövlət silah gəzdirən və güc tətbiq edən nümayəndələrinə müvafiq təlimlər keçməli və təlimatlar verməlidir. Lakin bu işdəki hadisə baş verən zaman bu məsələləri tənzimləyən zəruri qanunvericilik bazası yox idi. Yunanıstanın polis əməkdaşları tərəfindən güc tətbiqini tənzimləyən qanunvericilik 1943-cü ildə qəbul edilmişdi. Hamı razıdır ki, o, köhnəlmiş və natamam idi və polislər tərəfindən qanunsuz və həddi aşan güc tətbiqinə qarşı cəmiyyətin ümumi müdafiəsini təmin etmirdi. Beləliklə, Yunanıstan dövləti insan həyatının qorunması üçün 2-ci maddənin tələb etdiyi bütün qabaqlayıcı tədbirləri görməyib. 35. Hazırkı işin faktlarına gəldikdə, ərizəçi bildirdi ki, onun aldığı ciddi xəsarətlər polislər tərəfindən lüzumsuz və qeyri-mütənasib güc tətbiqinin nəticəsidir. O, silahsız olduğunu, nə cinayətkar, nə də terrorçu olmadığını vurğuladı. O, sadəcə qorxuya düşmüş və qaçmağa çalışmışdı. Polislər xəbərdarlıq etmədən ona atəş açmışdılar; onlar onu dayandırmaq üçün iki mülki avtomobildən istifadə etmişdilər. Nəticədə günahsız mülki şəxslər xəsarət almışdılar. Polislər yolda maneə qurmaq üçün nə öz maşınlarından, nə onun avtomobilinin şinlərini partlatmaq üçün “tələlərdən”, nə də onu qorxutmaq üçün tüstü “bombalarından” və ya gözyaşardıcı qazlardan istifadə etməmişdilər. Onlar ağına-bozuna baxmadan ona tərəf saysız-hesabsız güllə atmış və onun həyatını ciddi risk altında qoymuşdular. 36. Bundan başqa, ərizəçi iddia etdi ki, dövlət orqanları 2-ci maddədə nəzərdə tutulmuş ölümlə nəticələnə bilən güc tətbiqi ilə bağlı səmərəli araşdırma aparmaq üzrə prosessual öhdəliklərini yerinə yetirməyiblər. O, araşdırmadakı bir sıra qüsurları göstərdi, o cümlədən qeyd etdi ki, dövlət orqanlarının təqibdə iştirak etmiş bütün polis əməkdaşlarını, xüsusən xəsarətlərə görə cavabdehlik daşıyanları müəyyən etməyiblər və təqib zamanı istifadə edilmiş bütün silahları və ona atılmış bütün güllələri toplamayıblar. 37. Ərizəçi 2002-ci ilin sentyabrında Beynəlxalq Şəffaflıq Təşkilatı (Amnesty International) və Beynəlxalq Helsinki İnsan Hüquqları Federasiyası tərəfindən nəşr olunmuş “Yunanıstan cəzasızlıq kölgəsi altında – pis rəftar və odlu silahlardan hüquqa zidd istifadə” adlı birgə hesabata istinad edərək sonda bildirdi ki, hadisənin istintaqının qeyri-adekvat aparıldığını dövlətin ölümlə nəticələnə bilən qanunsuz güc tətbiqinə dözümlülüklə yanaşması da sübut edirdi.   2. Hökumət   38. Hökumət iddia etdi ki, 2-ci maddə bu işə tətbiq edilə bilməz, çünki qurban sağ qalıb. Heç kim etiraz etmir ki, təqibdə iştirak etmiş polis əməkdaşları silahlarından istifadə ediblər; lakin onlar onu öldürmək niyyətində olmayıblar, yalnız onu avtomobili dayandırmağa məcbur etməyə və həbs etməyə çalışıblar. Hökumət Məhkəmənin əvvəlki qərarlarına istinadən iddia etdi ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə araşdırılmalıdır. 39. İstənilən halda, Hökumət vurğuladı ki, təhlükəli vəziyyətlərlə üzləşən polislər güc tətbiqi barədə düzgün qərarlar qəbul etmək məsələsində əhəmiyyətli sərbəstliyə malik olmalıdırlar. Hazırkı işdə ərizəçi Afinanın mərkəzində Amerika səfirliyi yaxınlığında yolu qırmızı işıqda keçib, orada həmişə güclü təhlükəsizlik tədbirləri görülür, çünki səfirlik terror aktlarının mümkün hədəfi hesab edilir. Polisin işarəsi ilə avtomobili dayandırmaq əvəzinə ərizəçi sürəti artıraraq böyük sürətlə olduqca təhlükəli tərzdə yoluna davam edib və öz həyatını, habelə günahsız insanların həyatlarını risk altında qoyub. Buna görə də mövcud şəraitdə ərizəçinin təhlükəli cinayətkar, yaxud hətta terrorçu olmasından şübhələnmək üçün polislərin əsası vardı. Hətta bu halda da polis əməkdaşları atəş açmazdan əvvəl süni nəqliyyat maneələri, yol kardonları və s. kimi alternativ metodlardan istifadə etməklə onu həbs etməyə çalışıblar. Yalnız bu vasitələrin səmərəsiz olduğunu başa düşdükdən sonra onlar güc tətbiqinə əl atmaq zərurəti qarşısında qalıblar. Bunu edərkən onlar ziyan və xəsarətləri minimuma endirməyə və ərizəçinin həyatını mühafizə etməyə çalışıblar. Bunu belə bir fakt aydın nümayiş etdirir ki, polis əməkdaşları yalnız ərizəçinin avtomobilinin şinlərini nişan alıblar, yaxud havaya xəbərdarlıq atəşləri açıblar. Əməliyyatın aparılmasında hər hansı səhlənkarlıq və ya diqqətsizlik olmayıb. Həbsə alınaraq polisin əlinə keçdikdən sonra ərizəçiyə heç bir zərər yetirilməyib, əksinə, o dərhal xəstəxanaya aparılıb. 40. Hökumət daha sonra iddia etdi ki, daxili araşdırmada heç bir çatışmazlıq olmayıb, o, vaxtında və hərtərəfli aparılıb. Hökumət vurğuladı ki, hadisədən bir gün sonra inzibati araşdırma başlayıb. Ümumiyyətlə, otuz beş şahiddən and içdirməklə ifadə alınıb. Bundan başqa, polislərə məxsus otuz üç odlu silahın müayinəsi üçün hərtərəfli laboratoriya testləri aparılıb. Ərizəçinin avtomobili də müayinə olunub. Bundan əlavə, cinayət istintaqı aparılıb və yeddi polis əməkdaşı ciddi bədən xəsarəti yetirilməsi və silahlardan hüquqa zidd istifadə ilə bağlı ittiham olunublar. Bir neçə şahid və ərizəçinin özü məhkəmədə dinləniliblər. 41. Hökumət sonda bildirdi ki, dövlət orqanları qanunun aliliyinə sadiqliklərini nümayiş etdiriblər və hadisələri tam və hərtərəfli araşdırmaq və insidentdə iştirak etmiş bütün polis nəfərlərini müəyyən etmək üçün mümkün olan ağlabatan tədbirləri görüblər. Onlar bundan başqa daha heç nə edə bilməzdilər. Buna görə də hazırkı işdə heç bir pozuntu aşkar edilə bilməz.   3. Prosesə qatılan üçüncü tərəf   42. 1979-cu ildə təsis edilmiş İnsan Hüquqları İnstitutu (Institut de formation en droits de l’homme du barreau de Paris) (bundan sonra “İnstitut”) üçüncü tərəf qismində prosesə qatılmasına Məhkəmənin sədri icazə verildikdən sonra Konvensiyanın 2-ci maddəsinin tətbiqinin mümkünlüyü ilə və dövlətlərin bu maddə üzrə öhdəlikləri ilə bağlı yazılı şərhlərini təqdim etdi (yuxarıda 8-ci bəndə bax). Onun qeydlərini aşağıdakı kimi ümumiləşdirmək olar. 43. 2-ci maddənin tətbiqinin mümkünlüyünə gəldikdə, İnstitut hesab etdi ki, polis tərəfindən ölümlə nəticələnə bilən güc tətbiq edildikdə, hətta həmin güc polislərin hərəkətlərinin hədəfi olan şəxsin ölümünə səbəb olmasa belə, bu maddə belə hallara tətbiq edilməlidir. Ölümlə nəticələnə bilən gücün tətbiq edildiyi halları araşdırmazdan əvvəl yaşamaq hüququnun sonradan düzəldilməsi mümkün olmayan pozuntusunu gözləmək lazım deyil. Məhkəmə etiraf etdi ki, müəyyən hallarda sadəcə pozuntunun “potensial” və ya “faktiki” qurbanı Konvensiyaya əsasən iddia qaldırmaq hüququna malikdir (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il tarixli qərar, A seriyaları, c. 161). Bu halda Məhkəmə “iddia edilən riskin ciddi və sonradan düzəldilməsi mümkün olmayan xarakterinə” diqqət yetirməlidir. Beləliklə, bu əsaslandırmanı 2-ci maddənin faktiki pozuntusuna şamil etmək olar, çünki polis əməkdaşları tərəfindən ölümlə nəticələnə bilən güc tətbiqi, vəziyyətdən asılı olaraq, yaşamaq hüququnu ciddi pozuntu riski altında qoyur. 44. İnstitut etiraf etdi ki, Məhkəmə artıq 2-ci maddənin tətbiqini ərizəçinin sağ qaldığı hallara şamil edib, amma təəssüflə bildirdi ki, bununla bağlı Məhkəmənin araşdırmaları “yalnız müstəsna hallarla” məhdudlaşır (bax: Berktay Türkiyəyə qarşı, ərizə N 22493/93, 1 mart 2001-ci il). Belə olan halda dövlət nümayəndələri tərəfindən hakimiyyət səlahiyyətindən müəyyən sui-istifadə halları Konvensiyanın pozuntuları dairəsinə düşməmiş qalardı və eyni zamanda, belə hallara 3-cü maddənin şərtlərini də tətbiq etmək mümkün olmazdı. Yalnız ölümlə nəticələnə bilən güc tətbiqi hallarına 2-ci maddənin şamil olunması, güc tətbiqinin nəticəsindən asılı olmayaraq, bu boşluğu doldura bilər. 45. Dövlətin 2-ci maddə üzrə öhdəliklərinə gəldikdə, İnstitut vurğuladı ki, “neqativ öhdəlikdən”, yəni yaşamaq hüququnu bilərəkdən pozmamaq öhdəliyindən savayı, dövlətin üzərinə bir sıra “pozitiv öhdəliklər” də düşür. Məsələn, dövlət orqanları hüquq-mühafizə əməkdaşları tərəfindən odlu silahlardan istifadəni tənzimləyən olduqca dəqiq hüquq normaları qəbul etməyə borcludurlar; həmin əməkdaşlara lazımi və mütəmadi təlimlər keçilməlidir. İnstitut həmçinin ölümlə nəticələnə bilən güc tətbiqi zamanı mütənasiblik haqqında qaydanın vacibliyini qeyd etdi. Sonda İnstitut vurğuladı ki, güc tətbiqindən istifadə zamanı insanlar öldükdə dövlət hakimiyyəti orqanları rəsmi, səmərəli, sürətli və müstəqil araşdırma aparmaq öhdəliyini daşıyırlar. Bu yanaşma həmçinin ölümün baş vermədiyi hallara da şamil olunmalıdır. Bu tələb yaşamaq hüququ kimi təməl hüquqların potensial və ya faktiki pozuntularına görə cavabdehlik daşıyanların cəzasızlığına icazə verən hər hansı sistemə son qoymaq üçün zəruri tələbdir.   B. Məhkəmənin qiymətləndirməsi   1. Faktların müəyyən edilməsi   46. Məhkəmə müəyyən etməlidir ki, hazırkı işin faktları cavabdeh dövlət tərəfindən ərizəçinin yaşamaq hüququnu qorumaq öhdəliyinin və Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş prosessual öhdəliyin, yəni hadisə ilə bağlı adekvat və səmərəli araşdırma aparmaq öhdəliyinin yerinə yetirilmədiyini aşkara çıxarırmı? 47. Məhkəmə ilk öncə qeyd edir ki, o, hadisələrlə bağlı, xüsusən də ərizəçinin təqibi və həbsi zamanı polislərin davranışı ilə bağlı fərqli fikirlərlə üzləşib. Bundan başqa, o, qeyd edir ki, ərizəçini yaralayan güllələri atmış şəxs və ya şəxslər müəyyən edilməyib. Bununla belə, Məhkəmə hadisə ilə bağlı faktiki halların tam mənzərəsini yaratmaq üçün faktların onun tərəfindən yoxlanılmasını zəruri hesab etmir. O, qeyd edir ki, hazırkı işin halları dövlətdaxili səviyyədə məhkəmə tərəfindən müəyyən edilib (yuxarıda 19-cu bəndə bax) və Afina Birinci İnstansiya Məhkəməsi tərəfindən müəyyən edilmiş faktları Strasburqdakı prosesin gedişində şübhə altına ala bilən və Məhkəməni həmin faktların ziddinə hərəkət etməyə sövq edə bilən heç bir sənəd təqdim edilməyib (bax: Klaas Almaniyaya qarşı, 22 sentyabr 1993-cü il tarixli qərar, A seriyaları, c. 269, s. 17-18, b. 30). 48. Buna görə də, hətta müəyyən faktlar qaranlıq qalsa belə, Məhkəmə ona təqdim edilmiş bütün faktların işığında hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, milli məhkəmənin gəldiyi nəticələri başlanğıc nöqtəsi kimi götürərək, işi qiymətləndirmək üçün kifayət qədər faktlara əsaslanan və sübutedici baza var.   2. Konvensiyanın 2-ci maddəsinin tətbiqinin mümkünlüyü   49. Hazırkı işdə ərizəçiyə qarşı tətbiq edilmiş güc ölümlə nəticələnməyib. Lakin bu, ərizəçinin şikayətlərinə 2-ci maddə üzrə baxılması prinsipini istisna etmir, bütövlükdə həmin maddənin mətnindən görünür ki, o, təkcə qəsdən adam öldürmə hallarını deyil, həm də o halları əhatə edir ki, bu zaman adam öldürmə niyyəti olmasa da qanunla icazə verilən güc tətbiqi həyatdan məhrum edilmə ilə nəticələnir (bax: İlhan Türkiyəyə qarşı, Böyük Palatanın qərarı, ərizə N 22277/93, b. 75, AİHM 2000-VII). Məhkəmə bu bənd üzrə şikayətləri, yəni pozuntu qurbanı olduğu iddia edilən şəxsin etiraz edilən davranış nəticəsində ölmədiyi halları faktiki olaraq artıq digər işlərdə araşdırıb. 50. Bununla bağlı bir tərəfdən qeyd etmək olar ki, Məhkəmə 2-ci maddənin 1-ci bəndinə əsasən fərdin həyatının üçüncü tərəflərin yaratdığı təhlükədən və ya həyat üçün təhlükəli olan xəstəlikdən qorunması üçün dövlətin pozitiv öhdəlik daşımasının mümkünlüyünü artıq etiraf edib (bax: Osman Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-VIII, s. 3159-3163, b. 115-122; Yaşa Türkiyəyə qarşı, 2 sentyabr 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-VI, s. 2436-2441, b. 92-108; və L.C.B. Birləşmiş Krallığa qarşı, 9 iyun 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-III, s. 1403-1404, b. 36-41). 51. Digər tərəfdən, Məhkəmənin presedent hüququ göstərir ki, yalnız müstəsna hallarda dövlət nümayəndələri tərəfindən ölümlə nəticələnməyən qəddar fiziki rəftar Konvensiyanın 2-ci maddəsinin pozuntusu sayıla bilər. Doğrudur, Konvensiyaya əsasən başlanılan proseslərdə etiraz edilən güc tətbiqinə aidiyyəti olan şəxslərin məsuliyyəti məsələsinə baxılmır. Bununla belə, tətbiq edilən gücün dərəcəsi və növü, habelə güc tətbiqinin arxasında duran niyyət və ya məqsəd, digər amillərlə yanaşı, konkret işdə şəxsi öldürmək məqsədi ilə atəş açıb ona xəsarət yetirmiş dövlət nümayəndələrinin hərəkətlərinin 2-ci maddə ilə təmin edilən hüquqların tətbiq dairəsinə düşüb-düşmədiyinin qiymətləndirilməsində əhəmiyyət daşıyır və bu zaman həmin maddənin predmet və məqsədi nəzərə alınır. Demək olar ki, şəxsin polis və ya əsgərlər tərəfindən hücuma və ya pis rəftara məruz qaldığı bütün işlərdə onun şikayətləri, çox güman ki, Konvensiyanın 3-cü maddəsi üzrə araşdırılacaqdır (bax: İlhanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 76). 52. Buna görə də ərizəçiyə xəsarət yetirilməsində dövlət nümayəndələrinin iştirak etdiyi bu işdə Məhkəmə müəyyən etməlidir ki, ona qarşı tətbiq edilmiş güc potensial olaraq ölümlə nəticələnə bilərdimi və müvafiq polis əməkdaşlarının davranışı təkcə onun fiziki toxunulmazlığına deyil, həm də yaşamaq hüququnun qorunması mənafelərinə nə cür təsir göstərib? 53. Hamı razılaşır ki, ərizəçi dəfələrlə revolver, pistolet və avtomat silahlardan istifadə etmiş çoxlu sayda polis əməkdaşları tərəfindən təqib olunub. Məhkəməyə təqdim edilmiş sübutlardan aydın olur ki, polislər ərizəçinin avtomobilini dayandırmaq və onun həbsinə nail olmaq silahdan istifadə ediblər, bu, 2-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş hallardan biridir, bu halda ölümlə nəticələnən və ya nəticələnə bilən gücdən istifadə qanuni ola bilər. 3-cü maddədə nəzərdə tutulmuş pis rəftara gəldikdə, heç bir məqamda belə nəticəyə gəlmək olmur ki, polis əməkdaşlarının davranışında ərizəçiyə ağrı, iztirab yetirmək, onu təhqir etmək və ya alçaltmaq niyyəti olub (son qərarlar arasında bax: İlaşku və başqaları Moldovaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 48787/99, AİHM 2004-VII). Konkret olaraq əlindəki materiallar əsasında Məhkəmə ərizəçinin avtomobildən çıxarıldıqdan sonra ayağına atəş açıldığı barədə iddiasının (yuxarıda 12-ci bəndə bax) əsaslı olduğunu müəyyən etmədi. 54. Məhkəmə həmçinin Hökumətin bildirdiyi belə bir fikirlə razılaşır ki, polislər ərizəçini öldürmək niyyətində deyildilər. Bununla belə, o, qeyd edir ki, sonuncunun öldürülməməsi təsadüfün nəticəsi idi. Ballistik ekspertizanın rəyinin nəticələrinə əsasən, avtomobildə sürücünün olduğu səviyyədə üfüqi trayektoriya ilə və ya yuxarıya doğru atılmış güllələrin yaratdığı on altı deşik vardı. Avtomobilin qabaq şüşəsində arxa şüşədən keçmiş güllələrin yaratdığı üç deşik və zədə izi vardı; arxa şüşə sınmış və yerə düşmüşdü. Son nəticədə ərizəçi sağ qolundan, sağ ayağından, sol ombasından və döş qəfəsinin sağ tərəfindən xəsarət almışdı və doqquz gün xəstəxanada yatmışdı (yuxarıda 12-ci və 14-cü bəndlərə bax). Onun xəsarətlərinin ciddiliyi tərəflər arasında mübahisə doğurmur. 55. Yuxarıda qeyd edilənlərin işığında, xüsusən də tətbiq edilmiş gücün dərəcəsini və növünü nəzərə alaraq, Məhkəmə hesab edir ki, polisin faktiki olaraq ərizəçini öldürmək niyyətində olub-olmadığından asılı olmayaraq, ərizəçi, sağ qalsa belə, xarakterin görə onun həyatını risk altında qoymuş rəftarın qurbanı olub. Buna görə də 2-ci maddə bu işə tətbiq edilə bilər. Bundan başqa, onun həyatının risk altına alındığı şəraiti və müvafiq dövlət nümayəndələrinin etiraz edilən hərəkətlərinin xarakterini nəzərə alaraq, Məhkəmə razılaşır ki, işin faktları Konvensiyanın 2-ci maddəsi üzrə araşdırılmalıdır.   3. Dövlət orqanlarının ərizəçinin yaşamaq hüququnu qanunla qorumaqdan ibarət pozitiv öhdəliklərini yerinə yetirmədiklərinə dair iddia   56. Yaşamaq hüququnu təmin edən və həyatdan məhrum edilməyə haqq qazandıran halları təsbit edən 2-ci maddə Konvensiyanın ən əsas müddəaları sırasındadır, həmin maddədən heç bir geri çəkilmələrə yol verilmir (bax: Velikova Bolqarıstana qarşı, ərizə N 41488/98, b. 68, AİHM 2000-VI). 3-cü maddə ilə birlikdə o, Avropa Şurasını yaratmış demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini təsbit edir. Buna görə də həyatdan məhrum edilməyə yalnız məhdud hallarda haqq qazandırıla bilər (bax: Salman Türkiyəyə qarşı, Böyük Palatanın qərarı, ərizə N 21986/93, b. 97, AİHM 2000-VII). Ayrı-ayrı insanları qoruyan sənəd olaraq Konvensiyanın predmeti və məqsədi həmçinin 2-ci maddənin elə şərh və tətbiq edilməsini tələb edir ki, onun təminatları praktiki və səmərəli olsun (bax: Makkann və başqaları Birləşmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il tarixli qərar, A seriyaları, c. 324, s. 45-46, b. 146-147). 57. 2-ci maddənin 1-ci bəndinin birinci cümləsi təkcə dövləti qəsdən və ya qanunsuz olaraq insanı həyatdan məhrum etməkdən çəkindirmir, həm də yurisdiksiyasında olan şəxslərin həyatını qorumaq üçün daxili hüquq sistemi çərçivəsində müvafiq tədbirlər görülməsini tələb edir (bax: Kılıç Türkiyəyə qarşı, ərizə N 22492/93, b. 62, AİHM 2000-III). Buraya ilk növbədə şəxsləri digərlərinə qarşı hüquq pozuntusu törətməkdən çəkindirmək üçün dövlət tərəfindən müvafiq hüquqi və inzibati normalar bazasının qəbul edilməsi vasitəsilə fərdlərin yaşamaq hüququnu qorumaq öhdəliyi daxildir, bu öhdəlik həmin normaların pozulmasının qarşısını almaq, pozuntu törədənləri təqib etmək və cəzalandırmaq üçün hüquq-mühafizə mexanizmi vasitəsilə təmin edilməlidir. 58. 2-ci maddənin mətnindən göründüyü kimi, polis əməkdaşları tərəfindən ölümlə nəticələnə bilən güc tətbiqinə müəyyən hallarda haqq qazandırıla bilər. Bununla belə, 2-ci maddə bu cür güc tətbiq edənlərə kart blanş (tam sərbəstlik) vermir. Dövlət nümayəndələrinin tənzimlənməyən özbaşına hərəkətləri insan hüquqlarına faktiki hörmətlə bir araya sığmır. Bu o deməkdir ki, polis əməliyyatlarına milli qanunvericiliklə icazə verilməsi ilə yanaşı, həm də bu əməliyyatlar özbaşınalığa və gücdən sui-istifadəyə qarşı (hətta ölümlə nəticələnməyən hallarda) qanunvericilikdə nəzərdə tutulmuş adekvat və səmərəli təminatlar çərçivəsində yetərincə tənzimlənməlidir (müvafiq dəyişikliklərlə bax: Hilda Hafsteinsdottir İslandiyaya qarşı, ərizə N 40905/98, b. 56, 8 iyun 2004-cü il; həmçinin bax: İnsan Hüquqları Komitəsinin 6-cı maddəyə dair 6 saylı ümumi şərhi, 16-cı sessiya (1982), b. 3). 59. Yuxarıda qeyd edilənləri və demokratik cəmiyyətdə 2-ci maddənin mühümlüyünü nəzərə alaraq, Məhkəmə bu maddənin pozulmasına dair iddiaları çox diqqətlə araşdırmalı, təkcə faktiki güc tətbiq etmiş dövlət nümayəndələrinin hərəkətlərini deyil, həm də işin bütün hallarını, o cümlədən araşdırılan hərəkətlərin necə planlaşdırılması və onlara necə nəzarət olunması kimi məsələləri nəzərə almalıdır (bax: Makkann və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, s. 46, b. 150). Sonuncu məsələ ilə bağlı polis əməkdaşlarının öz vəzifələrini yetirərkən etdikləri hərəkətlər istər hazırlanmış əməliyyat kontekstində, istərsə də təhlükəli sayılmış şəxsin spontan təqibi kontekstində təcrid halında götürülməməlidir: hüquq-mühafizə əməkdaşlarının gücdən və odlu silahdan istifadəsinə yol verilən məhdud sayda hallar hüquqi və inzibati normalar bazasında, habelə bu məsələ ilə bağlı formalaşmış beynəlxalq standartların işığında nəzərdə tutulmalıdır (məsələn, yuxarıda 30-32-ci bəndlərdə qeyd edilmiş “Güc və odlu silah tətbiqinə dair BMT Prinsipləri”nə bax). 60. Bu baxımdan Məhkəmə hazırkı işdə təkcə ərizəçiyə qarşı ölümlə nəticələnə bilən güc tətbiqinin qanuni olub-olmadığını deyil, həm də əməliyyatın onun həyatı üçün mümkün ola bilən hər hansı riski mümkün qədər azaltmağa imkan verən tərzdə tənzimlənmiş və təşkil edilmiş olub-olmadığını araşdırmalıdır. 61. Son dövrlərdə 3169/2003 saylı Qanunun qəbul edildiyini nəzərə alaraq, Məhkəmə qeyd edir ki, bu ərizənin verilməsinə səbəb olmuş faktlar baş verəndən bəri Yunanıstan dövləti polis əməkdaşları tərəfindən odlu silahdan istifadəni tənzimləyən və polislərin təlimini nəzərdə tutan hüquqi bazanı yuxarıda qeyd edilən insan hüquqları və asayişin qorunması standartlarına uyğun olması üçün yenidən nəzərdən keçirib (yuxarıda 25-ci və 27-ci bəndlərə bax). 62. Lakin araşdırılan hadisələr baş verən vaxt tətbiq edilə bilən qanun İkinci Dünya Müharibəsində Yunanıstan Almaniyanın silahlı qüvvələri tərəfindən işğal edildiyi dövrdə qəbul olunmuş 29/1943 saylı Qanun idi (yuxarıda 25-ci bəndə bax). Həmin qanunda polis əməkdaşlarının odlu silah tətbiq edə biləcəyi çoxlu hallar sadalanırdı ki (məsələn, “qanunların, müvafiq hakimiyyət orqanlarının fərman və qərarlarının icrası üçün, yaxud ictimai toplantıları dağıtmaq və ya iğtişaşları yatırmaq üçün”), belə hallarda onlar baş verən nəticələrə görə məsuliyyət daşımırdılar. 1991-ci il tarixli Prezident Fərmanı 1943-cü il tarixli Qanunda nəzərdə tutulmuş odlu silah tətbiqinə yalnız “mütləq zərurət olduqda və fövqəladəliyi nisbətən az olan bütün üsullar tükəndikdə” icazə verirdi (yuxarıda 25-ci bəndə bax). Polis əməliyyatları zamanı silahdan istifadəni və polis əməliyyatlarının planlaşdırılmasını və onlara nəzarət edilməsini tənzimləyən hər hansı digər normalar Yunanıstan qanunvericiliyində yer almamışdı. Bunu nəzərə alsaq, yuxarıda qeyd edilən bir qədər zəif hüquqi baza Avropada bu günkü demokratik cəmiyyətlərin tələb etdiyi yaşamaq hüququnun “qanun əsasında” müdafiəsini təmin etmək üçün yetərli görünmür. 63. Yunanıstan qanunvericiliyinin vəziyyəti ilə bağlı çıxarılan bu nəticə Məhkəmənin qarşısındakı sübutlarla təsdiq edilir, həmin sübutlara istinadən bu qənaətə gəlmək olar ki, potensial olaraq ölümlə nəticələnə bilən, ərizəçinin həbsi ilə başa çatan polis əməliyyatı o vaxtkı hüquqi və inzibati normalar bazası əsasında həyata keçirilmişdi. 64. Hazırkı işin faktlarına gəldikdə, Məhkəmə daxili məhkəmələrin çıxardığı nəticələri nəzərə alaraq (yuxarıda 19-cu və 48-ci bəndlərə bax), Məhkəmə razılaşır ki, ərizəçi avtomobilini Afinanın mərkəzində yüksək sürətlə, nəzarətsiz və təhlükəli tərzdə sürüb və bununla da yoldan keçənlərin və polis əməkdaşlarının həyatını risk altında qoyub; buna görə də polis onu ictimai yerdə həyat üçün təhlükə yaradan obyekt kimi qəbul etməkdə haqlı olub. Onu dayandırmaq üçün alternativ üsullardan istifadə edilsə də bu cəhdlər uğursuz olub; bütün bunlar ərizəçinin səbəb olduğu xaosun şiddətlənməsi ilə müşayiət olunub və onun cinayətkar davranışı ucbatından günahsız insanların həyatı ölüm təhlükəsi altına alınıb. Bundan başqa, ərizəçini təqib edən polis əməkdaşlarına nəzarət mərkəzindən məlumat verilib ki, o, silahlı və təhlükəli ola bilər; onlar həmçinin düşünüblər ki, ərizəçi avtomobilini dayandırarkən onun müşahidə olunan hərəkətləri onun silahlı olmasına uyğun gəlir (bax: təqsirləndirilən polis əməkdaşlarının ifadələri, yuxarıda 17-ci bənd; və cənab Venturislə cənab Davariasın ifadələri, yuxarıda 18-ci bənd). 65. Digər mühüm faktı, yəni həmin vaxt Yunanıstanda üstünlük təşkil edən mühiti də nəzərə almaq lazımdır, bu mühit xarici maraqlara qarşı terror fəaliyyətləri ilə səciyyələnirdi. Məsələn, 1975-ci ildə yaradılmış “17 noyabr inqilabi təşkilatı” adlı qrup 2002-ci ildə buraxılana qədər çoxlu cinayətlər törətmiş, o cümlədən ABŞ rəsmilərini qətlə yetirmişdi (yuxarıda 26-cı bəndə bax). Bu hal, eləcə də hadisənin axşam vaxtı Amerika səfirliyi yaxınlığında törədilməsi polislərin nəzərində ərizəçinin böyük təhlükə yaradan şəxs sayılmasına şərait yaradıb. 66. Bu səbəbdən milli məhkəmə kimi Məhkəmə də belə hesab edir ki, mövcud şəraitdə polislər avtomobili dayandırmaq və onun sürücüsünün doğurduğu təhlükəni neytrallaşdırmaq üçün silahdan istifadə etməyin zəruri olduğunu əsaslı olaraq düşünə bilərdilər və bütün bunlar sadəcə qırmızı işıqda yolu keçmiş avtomobil sürücüsünü həbs etmək zərurəti ilə bağlı məsələ deyildi. Buna görə də, hətta sonradan ərizəçinin silahsız olduğu və terrorist olmadığı aşkara çıxsa belə, Məhkəmə razılaşır ki, ona qarşı güc tətbiqi əsaslı səbəblərə söykənən həqiqi inama əsaslanırdı və həmin vaxt buna haqq qazandırmaq olardı. Başqa qərar çıxarmaq dövlətin və onun hüquq-mühafizə personalının üzərinə vəzifələrinin yerinə yetirilməsində qeyri-real yük qoymaq, bəlkə də onların və digərlərinin həyatına ziyan yetirmək demək olardı (bax: Makkann və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, s. 58-59, b. 200). 67. Lakin baxmayaraq ki, hazırkı işdə ölümlə nəticələnə bilən güc tətbiqinin Konvensiyanın 2-ci maddəsinə uyğun olduğunu söyləmək olar, Məhkəmə mövcud şəraitdə polislər tərəfindən odlu silahlardan faktiki olaraq necə xaotik tərzdə istifadə edilməsindən təəccüblənir. Bir daha xatırlatmaq olar ki, qeyri-müəyyən sayda polis əməkdaşları ərizəçinin avtomobilinə revolverlərdən, pistoletlərdən və avtomat silahlardan çoxlu atəş açmışdılar. Avtomobildə ən azı on altı güllə yeri tapılmışdı, onların bəzilərinin üfüqi trayektoriya ilə və ya hətta yuxarıya doğru yönəldiyi təsdiq edilib, halbuki əgər polis təqibi zamanı nəqliyyat vasitəsinin yalnız şinləri nişan alınsaydı, güllələrin aşağıya doğru yönələcəyini gözləmək olardı. Avtomobilin qabaq şüşəsində üç güllə və bir zədə izi vardı, arxa şüşə isə sınmış və yerə düşmüşdü (yuxarıda 14-cü bəndə bax). Xülasə, Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, əsasən nəzarətsiz qaydada aparılmış təqibdə çoxlu sayda polis əməkdaşları iştirak edib.  68. Buna görə də əməliyyatın aparılması və təşkili ilə bağlı ciddi suallar yaranır. Ola bilər ki, nəzarət mərkəzi bəzi polis əməkdaşlarına müəyyən göstərişlər verib, amma digərləri hər hansı tapşırıq almadan həmkarlarına kömək üçün hadisə yerinə öz təşəbbüsləri ilə gediblər. Aydın və ardıcıl rəhbərliyin olmayası mahiyyətcə bəzi polis əməkdaşlarının haraya gəldi atəş açması riskini artıran amildir. 69. Əlbəttə, Məhkəmə belə bir faktı nəzərdən qaçırmır ki, ərizəçi planlaşdırılmayan əməliyyat zamanı xəsarət alıb, lakin əməliyyat aparan polislər hadisələrə ilkin hazırlıq işləri aparmadan reaksiya verməli olublar (əks nümunə üçün bax: Rebok Sloveniyaya qarşı, ərizə N 29462/95, b. 71-72, AİHM 2000-XII). Müasir cəmiyyətlərdə asayişin qorunmasının, insan davranışının proqnozlaşdırılmasının və prioritetlər və resurslar nəzərə alınmaqla əməliyyat variantlarını seçməyin çətinliklərini nəzərə alaraq, pozitiv öhdəlik elə şərh olunmalıdır ki, dövlət orqanlarının üzərinə qeyri-real yük qoyulmasın (müvafiq dəyişikliklərlə bax: Mahmut Kaya Türkiyəyə qarşı, ərizə N 22535/93, b. 84, AİHM 2000-III). 70. Bununla belə, Məhkəmə hadisədə iştirak etmiş polis əməkdaşlarının vəziyyətin bütün parametrlərini qiymətləndirmək və əməliyyatlarını ehtiyatla təşkil etmək üçün kifayət qədər vaxta malik olmadıqlarını qəbul etsə də, hesab edir ki, şahid polislərin özləri tərəfindən xaotik adlandırılan (misal üçün yuxarıda 17-ci bəndə – cənab Manoliadisin ifadəsinə bax) mürəkkəb situasiya əsasən belə bir faktın ucbatından yaranmışdı ki, həmin vaxt nə ayrı-ayrı polis əməkdaşları, nə də kollektiv polis əməliyyatı kimi baxılan təqib daxili qanunvericilik və praktika ilə təmin olunan müvafiq hüquqi bazaya malik deyildi. Məhkəmə qeyd edir ki, sadəcə olaraq dövlət nümayəndələri tərəfindən silah tətbiqini faktiki olaraq 1995-ci ildə hadisə baş verən zaman qüvvədə olan, müasir demokratik cəmiyyətdə köhnəlmiş və natamam hesab edilən qanun tənzimləyirdi. Qüvvədə olan sistem hüquq-mühafizə əməkdaşlarını dinc dövrdə güc tətbiqini tənzimləyən aydın rəhbər prinsiplərlə və meyarlarla təmin etmirdi. Buna görə də ərizəçini təqib etmiş və sonda həbsə almış polis əməkdaşlarının geniş hərəkət sərbəstliyinə və öncədən nəzərdə tutulmayan təşəbbüslər üçün daha çox imkanlara malik olması qaçılmaz idi, halbuki onlara lazımi təlimlər keçilsəydi və lazımi qaydada təlimatlar verilsəydi, belə olmazdı. Eləcə də əməliyyatda bir sıra polis əməkdaşlarının mərkəzi rəhbərliyə hesabat vermədən spontan qaydada iştirakı aydın rəhbər prinsiplərin olmaması ilə izah olunur. 71. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə hesab edir ki, 2-ci maddənin 1-ci bəndinin birinci cümləsində adekvat qanunverici və inzibati bazanın qəbulu ilə bağlı nəzərdə tutulmuş pozitiv öhdəliyə gəldikdə, həmin vaxt Yunanıstanın hakimiyyət orqanları vətəndaşları, xüsusən də ölümlə nəticələnə bilən güc tətbiqinə məruz qalmış ərizəçi kimi insanları onların həyatlarına qarşı, hətta müstəsna hallarda, qızğın polis təqibi əməliyyatları zamanı yaransa belə, real və birbaşa riskdən yaxa qurtarmaq üçün tələb olunan səviyyədə qarantiyalarla təmin etmək üçün onlardan əsaslı olaraq gözlənilə bilən hər şeyi etməyiblər, halbuki həmin orqanlar bu riskdən xəbərdar idilər (müvafiq dəyişikliklərlə bax: Osmanın işi üzrə yuxarıda adı çəkilən qərar, s. 3160, b. 116). 72. Müvafiq olaraq, yuxarıdakı əsaslara görə ərizəçi Konvensiyanın 2-ci maddəsinin pozulmasının qurbanı olub. Bu nəticəni nəzərə alaraq, polislərin ərizəçinin həyatına qarşı təhlükə yaradan davranışını 2-ci maddənin 2-ci bəndi üzrə araşdırmağa ehtiyac yoxdur.   4. Adekvat araşdırmanın aparılmaması barədə iddia   73. Konvensiyanın 2-ci maddəsi üzrə yaşamaq hüququnu qorumaq öhdəliyi, dövlətin 1-ci maddə üzrə ümumi öhdəliyi ilə, yəni “yurisdiksiyası altında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birlikdə götürülməklə, dolayısı ilə tələb edir ki, güc tətbiqi nəticəsində fərdlər öldükdə müəyyən formada səmərəli rəsmi araşdırma aparılsın (bax: Çakıcı Türkiyəyə qarşı, Böyük Palatanın qərarı, ərizə N 23657/94, b. 86, AİHM 1999-IV). Belə araşdırmanın əsas məqsədi yaşamaq hüququnu təmin edən daxili qanunların səmərəli tətbiqini və dövlət nümayəndələrinin və ya orqanlarının iştirak etdiyi işlərdə onların təqsiri ucbatından baş vermiş ölüm hallarına görə həmin orqanların məsuliyyətə cəlb olunmasını təmin etməkdir (bax: Angelova Bolqarıstana qarşı, ərizə N 38361/97, b. 137, AİHM 2002-IV). Təcrübədə belə işlərdə ölümün əsil halları əsasən dövlət rəsmilərinə və ya orqanlarına məlum olduğuna görə qurbanların və onların ailələrinin müraciət edə biləcəyi müvafiq daxili icraata, məsələn cinayət təqibinə, intizam və məhkəmə prosesinə başlamaq adekvat rəsmi araşdırmanın aparılması ilə şərtlənir, həmin araşdırma müstəqil və qərəzsiz olmalıdır. Eyni mülahizələr hazırda baxılan bu işə də şamil olunur, Məhkəmə bu işdə artıq müəyyən edib ki, ərizəçiyə qarşı polislər tərəfindən güc tətbiqi onun həyatı üçün təhlükə yaradıb (yuxarıda 53-cü və 55-ci bəndlərə bax). 74. Araşdırma əvvəla hadisənin baş verdiyi şəraiti müəyyən etməli, ikincisi, məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxarmalıdır. Bu, nəticələrə dair öhdəlik yox, vasitələrə dair öhdəlikdir. Dövlət orqanları hadisəyə dair sübutları, o cümlədən digər sübutlarla yanaşı, hal şahidlərinin ifadələrini və məhkəmə sübutlarını təmin etmək üçün imkanları daxilində ağlabatan addımlar atmalıdırlar. Dərhal və ağlabatan sürətlə araşdırma aparmaq tələbi bu kontekstdən irəli gəlir. Araşdırmada ölümün səbəbinin və ya məsuliyyət daşıyan şəxsin müəyyən edilməsinə xələl gətirən hər hansı çatışmazlıq araşdırmanın tələb olunan səmərəlilik standartına uyğun olmaması təhlükəsini doğurur (bax: Kelli və başqaları Birləşmiş Krallığa qarşı, ərizə N 30054/96, b. 96-97, 4 may 2001-ci il; və Angelovanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 139). 75. Hazırkı işdə hadisədən sonra inzibati araşdırma başlayıb. Bir sıra polis əməkdaşları və şahidlər dindirilib və laboratoriya testləri aparılıb. Araşdırmadan sonra yeddi polis əməkdaşına qarşı cinayət təqibinə başlanılıb, sonda onlara bəraət verilib (yuxarıda 13-cü və 15-ci bəndlərə bax). 76. Lakin Məhkəmə qeyd edir ki, araşdırmanın aparılmasında təəccüb doğuran nöqsanlara yol verilib. Məhkəmə xüsusən diqqəti belə bir fakta cəlb edir ki, dövlət orqanları təqibdə iştirak etmiş bütün polis əməkdaşlarını müəyyən edə bilməyiblər. Bununla bağlı xatırlatmaq olar ki, bəzi polis nəfərləri kimliklərini bildirmədən və silahlarını təhvil vermədən hadisə yerini tərk ediblər; buna görə də tətbiq edilmiş bəzi odlu silahlar barədə heç vaxt hesabat verilməyib. Bu, daxili məhkəmə tərəfindən də etiraf edilib. Həmçinin belə görünür ki, dövlət hakimiyyəti orqanları hadisə baş verərkən həmin ərazidə növbə çəkən polis nəfərlərinin siyahısını istəməyiblər və həmin polis nəfərlərinin kim olduğunu aşkara çıxarmaq üçün hər hansı digər cəhdlər göstərməyiblər. Bundan başqa, qeyd etməyə dəyər ki, hadisə yerindən cəmi üç güllə toplanıb və ərizəçinin ayağından çıxarılmış bir güllədən və hələ də onun ombasında olan bir güllədən savayı polislər ərizəçiyə xəsarət yetirən digər güllələri heç vaxt tapmayıblar və ya müəyyən etməyiblər. 77. Yuxarıda qeyd edilən nöqsanlar milli məhkəmənin bütün faktları müəyyən etməsinin qarşısını alıb, halbuki həmin nöqsanlar olmasaydı, məsələ başqa cür olardı. Xatırlatmaq lazımdır ki, yeddi polis əməkdaşına birinci ittiham üzrə (ciddi bədən xəsarəti yetirmə) bəraət verilib və belə əsas gətirilib ki, ərizəçiyə xəsarət yetirənlərin məhz onlar olduğu əsaslı şübhə yeri qalmadan sübut edilməyib, çünki bir çox digər naməlum silahlardan da güllələr atılıb (yuxarıda 19-cu bəndə bax). Hökumətin belə bir iddiası Məhkəməni inandırmadı ki, dövlət hakimiyyəti orqanları hadisə ilə bağlı sübutları əldə etmək üçün bundan artıq heç nə edə bilməzdilər. 78. Yuxarıda qeyd edilən mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, dövlət orqanları hadisə ilə bağlı səmərəli araşdırma aparmayıblar. Araşdırmanın natamam və qeyri-adekvat olduğunu belə bir fakt büruzə verir ki, Məhkəmədəki icraatda Hökumət atışmada iştirak etmiş və ərizəçini yaralamış bütün polis əməkdaşlarının kimliyini müəyyən edə bilmədi. 79. Müvafiq olaraq, bu məsələdə Konvensiyanın 2-ci maddəsinin pozuntusu baş verib.   5. Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş prosessual öhdəliklərin dövlət orqanları tərəfindən yerinə yetirilməməsi praktikasının mövcudluğu barədə iddia   80. Yuxarıda gəldiyi nəticələri nəzərə alaraq (yuxarıda 72-ci və 79-cu bəndlərə bax), Məhkəmə, ərizəçinin iddia etdiyi kimi, bu işdə müəyyən edilmiş qüsurların dövlət orqanlarında qəbul edilmiş praktikanın tərkib hissəsi olub-olmadığını müəyyən etməyi zəruri saymır (yuxarıda 37-ci bəndə bax).   II. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   81. Ərizəçi Konvensiyanın 3-cü maddəsi pozulmaqla ona yetirilmiş ciddi bədən xəsarətinin qurbanı olmasından şikayət etdi, həmin maddədə deyilir: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”. 82. Hökumət iddia etdi ki, ərizəçinin xəsarətləri onun qanuni həbsinin təsadüfi və təəssüf doğuran nəticələridir. 83. Konvensiyanın 2-ci maddəsinin pozulduğunu müəyyən edərkən əsaslandığı səbəbləri nəzərə alaraq (yuxarıda 46-cı və 79-cu bəndlərə bax), Məhkəmə Konvensiyanın 3-cü maddəsi üzrə hər hansı ayrıca məsələnin meydana çıxmadığını hesab edir.   III. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU   84. Ərizəçi şikayət etdi ki, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan mənada səmərəli hüquqi müdafiə vasitəsinə malik olmayıb, həmin maddədə deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”. 85. Hökumət bu iddianı cavablandırmayaraq sadəcə bildirdi ki, dövlətdaxili səviyyədə ərizəçinin ixtiyarında onun şikayətləri ilə bağlı hüquqi müdafiə vasitələri olub. 86. Hazırkı işdə ərizəçinin təqdim etdiyi arqumentləri, habelə Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozulduğunu müəyyən edərkən əsaslandığı səbəbləri nəzərə alaraq nəzərə alaraq (yuxarıda 73-79-cu bəndlərə bax), Məhkəmə Konvensiyanın 13-cü maddəsi üzrə hər hansı ayrıca məsələnin meydana çıxmadığını hesab edir.   VI. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ   87. Konvensiyanın 41-ci maddəsində deyilir: “Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.   A. Ziyan   1. Maddi ziyan   88. Ərizəçi hadisədən sonra on iki aylıq dövr üçün gəlirlərini itirdiyinə və sonrakı on beş il üçün gəlirlərinin azalmasına görə 60.000 avro tələb etdi. 89. Hökumət iddia etdi ki, bu məbləğ həddən artıq çox və əsassızdır. O, bildirdi ki, hadisədən əvvəl ərizəçi psixoloji problemlərlə üzləşmişdi ki, onlar onun işləməsinə mane olurdu. 90. Məhkəmə qeyd edir ki, ərizəçinin iddia etdiyinə görə, bu tələb hadisədən sonra on iki aylıq dövrdə gəlirlərin itirilməsi ilə, habelə gələcəkdə gəlirlərinin azalması ilə bağlıdır. Lakin Məhkəmə qeyd edir ki, bu itkiləri təsdiq edən hər hansı təfsilatlı sənədlər təqdim edilməyib, buna görə də həmin itkilər əsasən spekulyativ xarakterli sayılmalıdır. Bu əsasa görə Məhkəmə bu bənd üzrə heç bir kompensasiya təyin etmir.   2. Mənəvi ziyan   91. Ərizəçi məruz qaldığı həyəcan, qorxu, ağrı və xəsarətlə bağlı mənəvi ziyana görə 75.000 avro tələb etdi. O, həyatının alt-üst edildiyini iddia etdi. 92. Hökumət təkrarən bildirdi ki, təhlükəli davranışı ucbatından ərizəçi günahsız insanların həyatını risk altında qoyub. O, iddia etdi ki, Konvensiyanın pozuntusunun müəyyən edilməsi yetərli kompensasiya təşkil etmiş olardı. 93. Hazırkı işin bütün hallarını nəzərə alaraq, Məhkəmə ərizəçinin mənəvi ziyana məruz qaldığını qəbul edir, onları yalnız pozuntuların müəyyən edilməsi ilə kompensasiya etmək olmaz. Məhkəmə qiymətləndirməni ədalət prinsipi əsasında apararaq, ərizəçiyə bu bənd üzrə 15.00 avro təyin edir.   B. Məhkəmə xərcləri və digər məsrəflər   94. Məhkəmə icraatı zamanı hüquqi yardın almış ərizəçi məhkəmə xərcləri və digər məsrəflərlə bağlı heç bir tələb irəli sürmədi.   C. İcranın gecikdirilməsinə görə faiz   95. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.   BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:   1. Beş səsə qarşı on iki səslə qərara alır ki, cavabdeh dövlət tərəfindən ərizəçinin yaşamaq hüququnu qanunla qorumaq öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı Konvensiyanın 2-ci maddəsi pozulub; 2. Yekdilliklə qərara alır ki, ərizəçinin həyatını təhlükə altına almış hadisəyə dair səmərəli araşdırma aparmaq öhdəliyinin cavabdeh dövlət tərəfindən yerinə yetirilməməsi ilə bağlı Konvensiyanın 2-ci maddəsi pozulub; 3. İki səsə qarşı on beş səslə qərara alır ki, Konvensiyanın 3-cü maddəsi üzrə hər hansı ayrıca məsələ meydana çıxmır; 4. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə hər hansı ayrıca məsələ meydana çıxmır; 5. İki səsə qarşı on beş səslə qərara alır ki: a) cavabdeh dövlət üç ay müddətində ərizəçiyə 15.000 (on beş min) avro ödəməli, bu məbləğdən tutula bilən hər hanı vergi məbləği onun üzərinə əlavə olunmalıdır; b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır; 6. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.   Qərar ingilis və fransız dilində tərtib edilmiş və 20 dekabr 2004-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunmuşdur.   Pol Mahoney (Paul Mahoney) Katib Luzius Vildhaber (Luzius Wildhaber) Sədr   Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq, bu qərara aşağıdakı xüsusi rəylər əlavə olunur: a) cənab Kostanın, ser Nikolas Bratsanın, cənab Lorensenin və xanım Vajiçin çoxluğun rəyi ilə üstə-üstə düşən birgə rəyi; b) cənab Vildhaberin çoxluğun rəyi ilə qismən üstə-üstə düşməyən rəyi (bu rəyə cənab Kovler və xanım Mularoni də qoşulublar); c) xanım Tsatsa-Nikolovskanın çoxluğun rəyi ilə qismən üstə-üstə düşməyən rəyi (bu rəyə xanım Strajnitska da qoşulub).   HAKİMLƏR KOSTA, SER NIKOLAS BRATSA, LORENSEN VƏ VAJIÇIN ÇOXLUĞUN RƏYI ILƏ ÜSTƏ-ÜSTƏ DÜŞƏN BİRGƏ RƏYİ   Biz hazırkı işdə 2-ci maddənin maddi-hüquqi və prosessual aspektlərinin pozulduğu barədə Məhkəmədəki çoxluğun rəyini paylaşsaq da, bu məsələ ilə bağlı Məhkəmənin əsaslandırması ilə tam razı deyilik. Bu əsaslandırma prinsipcə iki amilə əsaslanıb: 1) hadisə baş verən vaxt Yunanıstanda polis əməkdaşları tərəfindən odlu silah tətbiqini tənzimləyən ümumi hüquqi bazanın yetərli olmaması; 2) təqib zamanı polis əməkdaşları tərəfindən odlu silahdan xaotik şəkildə istifadə olunması və nəticədə ərizəçinin yaralanması. Məhkəmənin nöqteyi-nəzərinə görə, bu iki amil, çoxluğun fikrincə, müvafiq polis əməkdaşlarının “hərəkət sərbəstliyi və öncədən nəzərdə tutulmayan təşəbbüsləri” ilə sıx bağlı idi və dinc dövrdə güc tətbiqini tənzimləyən aydın rəhbər prinsiplərin və meyarların olmamasının nəticəsi idi. Biz tərəddüdsüz razılaşa bilərik ki, Afina polisi tərəfindən həyata keçirilmiş əməliyyatın faktiki olaraq həyata keçirildiyi üsul 2-ci maddənin birinci cümləsində nəzərdə tutulan mənada yaşamaq hüququnu qorumaq öhdəliyinin pozulmasına səbəb olub. Məhkəmənin presedent hüququna uyğun olaraq, 2-ci maddənin birinci cümləsi təkcə dövləti qəsdən və ya qanunsuz olaraq insanı həyatdan məhrum etməkdən çəkindirmir, həm də yurisdiksiyasında olan şəxslərin həyatını qorumaq üçün daxili hüquq sistemi çərçivəsində müvafiq tədbirlər görülməsini tələb edir. Buraya ilk növbədə şəxsləri digərlərinə qarşı hüquq pozuntusu törətməkdən çəkindirmək üçün dövlət tərəfindən müvafiq hüquqi və inzibati normalar bazasının qəbul edilməsi vasitəsilə fərdlərin yaşamaq hüququnu qorumaq öhdəliyi daxildir, bu öhdəlik həmin normaların pozulmasının qarşısını almaq, pozuntu törədənləri təqib etmək və cəzalandırmaq üçün hüquq-mühafizə mexanizmi vasitəsilə təmin edilməlidir. Lakin bizim fikrimizcə birinci cümlə həmçinin tələb edir ki, dövlət nümayəndələri tərəfindən ölümlə nəticələnə bilən güc tətbiqi insan həyatı üçün mümkün ola bilən hər hansı riski mümkün qədər azaltmağa imkan verən tərzdə tənzimlənməli və təşkil edilməlidir. Biz razılaşırıq ki, hazırkı işdə dövlət orqanları fövqəladə situasiya təəssüratı yaradan və böyük sürətlə cərəyan edən, öncədən planlaşdırma aparmağa imkan verməyən hadisə ilə rastlaşıblar. Biz həmçinin razılaşırıq ki, 2-ci maddənin müəyyən etdiyi öhdəlik elə şərh olunmalıdır ki, dövlət orqanlarının üzərinə qeyri-real yük qoyulmasın və həmin orqanların fəaliyyətləri keçmişin təcrübəsi əsasında müdrikcəsinə qiymətləndirilsin. Bununla belə, biz hesab edirik ki, dövlət orqanlarının ərizəçini dayandırmaq və yaxalamaq əməliyyatı üzərində həyata keçirdikləri nəzarət açıq-aydın qeyri-adekvat idi. Hərəkətləri üzərində hər hansı mərkəzləşdirilmiş səmərəli nəzarət və ya ardıcıl rəhbərlik olmadan təqibdə iştirak etmiş, müxtəlif silahlarla silahlanmış polis əməkdaşlarının sayı Məhkəmədəki çoxluq kimi bizdə də xüsusi təəccüb doğurdu. Buraya təkcə kimliyi müəyyən edilmiş iyirmi doqquz polis əməkdaşı deyil, həm də heç bir tapşırıq almadan öz təşəbbüsləri ilə təqibdə iştirak etmiş, sonra isə kimliklərini bildirmədən və silahlarını təhvil vermədən hadisə yerini tərk etmiş çoxlu sayda əlavə polis əməkdaşları daxildir. Bundan başqa, açıq-aydın görünür ki, kimliyi müəyyən edilməmiş polis əməkdaşlarından ən azı biri avtomobilə atəş açmışdı, çünki Afina Birinci İnstansiya Məhkəməsinin gəldiyi nəticəyə görə, zərərçəkənin bədənindən çıxarılmış güllə və avtomobilin içərisində tapılmış güllə eyni silahdan atılmışdı, amma həmin güllələr hadisədən sonra müayinə üçün təhvil verilmiş otuz üç silahın heç birinə məxsus deyildi. Bizim fikrimizcə, ərizəçini ona ölümcül xəsarət yetirə bilən ciddi risk altında qoymuş əməliyyatın intizamsız və nəzarətsiz tərzdə həyata keçirilməsi faktının özü 2-ci maddə üzrə yaşamaq hüququnun qorunması öhdəliyinin pozulduğunu müəyyən etmək üçün kifayətdir. Biz bu məsələdə çoxluqla şərikik ki, həmin vaxt Yunanıstanda odlu silahdan istifadəni tənzimləyən qanunvericilik bazası adekvat olmadığına görə ona güvənmək olmazdı. Çoxluq vurğulayır ki, bu işə tətbiq edilə bilən, İkinci Dünya Müharibəsində Yunanıstanın işğal edildiyi tarixə aid olan qanunvericilikdə polis əməkdaşı tərəfindən odlu silahdan istifadə edilməsinə tol verilən çoxlu sayda hallar sadalanırdı və belə hallarda polis əməkdaşı baş verən nəticələrə görə məsuliyyətə cəlb olunmurdu. Çoxluq bu müddəaların 1991-ci il tarixli prezident fərmanında odlu silah tətbiqinə yalnız “mütləq zərurət olduqda və fövqəladəliyi nisbətən az olan bütün üsullar tükəndikdə” icazə verən müddəalar kimi tövsif edildiyini qeyd etsə də, hesab etdi ki, bir qədər zəif hüquqi baza Avropada bu günkü demokratik cəmiyyətlərin tələb etdiyi yaşamaq hüququnun “qanun əsasında” müdafiəsini təmin etmək üçün yetərli görünmür. Çoxluqdan fərqli olaraq biz hazırkı işdə əməliyyat üzərində nəzarətin olmamasının Yunanıstanın müvafiq qanunvericiliyi ilə təmin olunan müdafiədəki hər hansı boşluq və ya çatışmazlığın nəticəsi olduğunu düşünmək üçün hər hansı aydın sübut tapmadıq. Belə olan halda biz Yunanıstanda polis əməkdaşları tərəfindən odlu silahın gəzdirilməsini və tətbiqini tənzimləyən qanunvericilikdə 2003-cü iyulunda həyata keçirilmiş təkmilləşdirmələri alqışlasaq da (qərarın 27-ci bəndinə bax), həmin vaxt qüvvədə olan qanunvericilik normalarının 2-ci maddəyə uyğunluğunu mücərrəd şəkildə araşdırmağı nə zəruri, nə də məqsədəuyğun hesab etmirik (bax: Makkann və başqaları Birləşmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il tarixli qərar, A seriyaları, c. 324, s. 47, b. 153).   HAKİM VİLDHABERİN ÇOXLUĞUN RƏYİ İLƏ QİSMƏN ÜSTƏ-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ (BU RƏYƏ HAKİMLƏR KOVLER[1] VƏ MULARONI DƏ QOŞULUBLAR)   Təəssüf ki, mən hazırkı işdə 2-ci maddənin pozulduğu barədə çıxarılmış nəticənin altına imza ata bilmərəm. Bu iş Afinanın mərkəzində polisin həyata keçirdiyi təhlükəli təqib barəsindədir. Təqib ona görə təhlükəli idi ki, polis ərizəçiyə atəş açmışdı, həm də ona görə təhlükəli idi ki, polis atəş açmazdan əvvəl ərizəçi təqib prosesində yolda polislərin qurduğu bir neçə maneəni öz avtomobili ilə yarıb keçmiş, bir neçə digər nəqliyyat vasitəsi ilə toqquşmuş, iki sürücüyə xəsarət yetirmiş və onlardan birinin boynunun zədələnməsinə səbəb olmuşdu (qərarın 11, 19, 21 və 64-cü bəndlərinə bax). Buna görə də sadəcə olaraq yaşamaq hüququnun təməl hüquq olduğunu bəyan etmək işə yaramır (qərarın 56-cı bəndinə bax). Problem ondan ibarətdir ki, söhbət kimin yaşamaq hüququndan gedir? Və təhlükə altında olan digər insanların həyatı necə qorunmalıdır? Bizim Məhkəmənin presedent hüququ təsdiq edir ki, dövlət fərdlərin həyatını üçüncü şəxslərin təhlükəsindən qorumaqdan ibarət pozitiv öhdəlik daşıyır (qərarın 50-ci bəndinə bax). Konkret olaraq bu o deməkdir ki, polis piyadaların, sürücülərin və öz həmkarlarının həyatını ərizəçidən qorumalı idi. Məhkəmənin presedent hüququ eyni zamanda göstərir ki, dövlət nümayəndələri tərəfindən yol verilən və ölümlə nəticələnməyən fiziki cəhətdən qəddar rəftar müstəsna hallarda 2-ci maddənin pozuntusunu təşkil edə bilər (bax: qərarın 43-44 və 51-52-ci bəndləri; həmçinin bax: Berktay Türkiyəyə qarşı, ərizə N 22493/93, 1 mart 2001-ci il; və İlhan Türkiyəyə qarşı, Böyük Palatanın qərarı, ərizə N 22277/93, b. 76, AİHM 2000-VII). Konkret olaraq bu o deməkdir ki, polislər tərəfindən ərizəçiyə qarşı güc tətbiqi ölümlə nəticələnməsə də 2-ci maddənin pozuntusuna bərabər tutula bilər. Presedent hüququnun bu iki şaxəsini genişləndirsək, sonda onlar qismən bir-biri ilə çulğalaşaraq ziddiyyətə girəcək. Onda dövlət həm fərdlərin yaşamaq hüququnu qorumaqdan, həm də polislər tərəfindən güc tətbiqini cilovlamaqdan ibarət pozitiv öhdəliklərini paradoksal dərəcədə poza biləcək. Aydın məsələdir ki, bu cür çulğalaşma uğursuzluqlara gətirib çıxarardı. O, təxirəsalınmaz hallarda dövlət orqanlarını çıxılmaz vəziyyətdə qoya bilər. Burada həyat hadisələrini proqnozlaşdırmağın mümkünsüzlüyü ilə Konvensiya sisteminin subsidiar xarakteri arasında müəyyən seçim imkanları olmalıdır. Qızğın təqib aksiyası zamanı qəbul edilən belə çətin qərarlar milli məhkəmələr tərəfindən düzgün nəzərdən keçirilməli və bizim Məhkəmə həmin məhkəmələrin çıxardığı nəticələrdən kənara çıxmağa meylli olmamalıdır. Hazırkı işdə Məhkəmədəki çoxluq Yunanıstan məhkəməsinin çıxardığı, həqiqətən hüquqa zidd təəssürat yaratmayan bəzi nəticələrə istinad edir (qərarın 19-cu və 66-cı bəndlərinə bax). O, hesab edir ki, polis əsaslı olaraq düşünə bilərdi ki, silahlardan istifadə etməyə ehtiyac var. Mən başqa nəticəyə gəlmək üçün heç bir əsas görmürəm. Amma bununla belə, Məhkəmədəki çoxluq belə qənaətə gəlir ki, 2-ci maddə pozulub. O, polislər tərəfindən odlu silahlardan faktiki olaraq necə “xaotik tərzdə” istifadə edilməsindən təəccüblənir (qərarın 67-ci bəndinə bax) və bunu “ardıcıl rəhbərliyin olmaması” ilə (qərarın 68-ci bəndinə bax), “lazımi təlimlərin keçilməməsi və lazımi qaydada təlimatların verilməməsi” ilə (qərarın 70-ci bəndinə bax) və “polislərin davranışının köhnəlmiş və natamam hesab edilən qanunla tənzimlənməsi” ilə (bax: qərarın 70-ci bəndi; həmçinin qərarın 25, 62 və 71-ci bəndlərinə bax) izah edir. Mənim fikrimcə bu işin materialları əməliyyata aydın və ardıcıl rəhbərliyin olmadığını göstərmir. Əksinə, bir neçə polis nəfərləri nəzarət mərkəzindən onlara verilmiş əmrlər və təlimatlar əsasında hərəkət ediblər (qərarın 17-ci bəndinə bax: 2-ci bənd, cənab Netisin ifadəsi; 6-cı bənd, cənab Ntinasın ifadəsi; 7-ci bənd: cənab Kiriazisin ifadəsi; həmçinin qərarın 18-ci bəndinə bax: 1-ci bənd, cənab Venturisin ifadəsi; 2-ci bənd, cənab Nomikosun ifadəsi; 3-cü bənd, cənab Xilogiannisin ifadəsi; 4-cü bənd, cənab Davariasın ifadəsi), eyni ilə Afina Birinci İnstansiya Məhkəməsi də ardıcıl rəhbərliyin olduğunu qəbul edir (qərarın 19-cu bəndinə bax). İşin materiallarında həmçinin polis qüvvələrinin aldığı təlimlərə də toxunulur (qərarın 18-ci bəndinə bax: 1-ci bənd, cənab Venturisin ifadəsi). Əgər Məhkəmədəki çoxluq bu ifadəni qəbul etməyibsə, yaxud kənar mənbələrin sübutlarına əsaslanıbsa, onda bunun səbəbini izah etməli idi. Hamı razılaşır ki, növbədə olmayan bir neçə polis nəfəri təqibə qoşulub və silahlarından istifadə edib. Sonrakı inzibati araşdırma bu məsələ ilə bağlı əslində nələrin baş verdiyini lazımi qaydada müəyyən etməyib. Məhz buna görə bizim Məhkəmə 2-ci maddənin prosessual pozuntusunu müəyyən edib. Mən artıq bərqərar olmuş presedent hüququnu əks etdirən bu məsələdə Məhkəmədəki çoxluğun fikrinə qoşuldum. Lakin daxili qanunvericilik müstəsna hallarda polislərin həyata keçirdiyi təqibdə növbədə olmayan polis əməkdaşlarının iştirakını qadağan etmir və mən bu iştirakı mahiyyətcə 2-ci maddənin maddi-hüquqi pozuntusu hesab etmək üçün heç bir əsas görmürəm. Zənnimcə Məhkəmədəki çoxluğun irəli sürdüyü ən güclü arqument 29/1943 saylı Qanunun polisə həddən artıq geniş səlahiyyət verməsidir. Lakin hazırkı işdə polis təqibi zamanı (13 sentyabr 1995-ci ildə) 29/1943 saylı Qanun artıq 141/1991 saylı Prezident Fərmanının 133-cü maddəsi ilə əvəz edilmişdi, həmin maddə 29/1943 saylı Qanunda nəzərdə tutulmuş odlu silah tətbiqinə yalnız “mütləq zərurət olduqda və fövqəladəliyi nisbətən az olan bütün üsullar tükəndikdə” icazə verirdi. Bu, yəqin ki, polis haqqında mükəmməl müasir qanun deyildi, amma hər halda polis tərəfindən güc tətbiqinin zəruri standartını tam aydın şəkildə müəyyən edirdi. Milli cinayət məhkəməsinin müvafiq faktları diqqətlə nəzərdən keçirərək üçüncü şəxslərin həyatını qorumaq üçün polis tərəfindən güc tətbiqinə haqq qazandırmağın mümkün olduğunu qərara aldığı; Məhkəmənin özünün polis tərəfindən güc tətbiqinə haqq qazandırmağın mümkünlüyü barədə milli məhkəmənin rəyi ilə razılaşdığı; ərizəçinin (həmçinin onun bəzi qurbanlarının) xəsarətlər aldığı, amma həyatını itirmədiyi; və daxili qanunvericiliyin polislər tərəfindən güc tətbiqini mütləq zərurət olan hallarla məhdudlaşdırdığı bu işdə mən razılaşa bilmərəm ki, Məhkəmə ərizəçinin məsuliyyətsiz və təhlükəli davranışından irəli gələn işdə 2-ci maddənin maddi-hüquqi pozuntusunu müəyyən etməlidir. Bu iş üzrə rəylərimi nəzərə alaraq, mən ərizəçiyə əhəmiyyətli mənəvi ziyana görə məbləğdə kompensasiya təyin edilməsinin əleyhinəyəm. Pozuntunun müəyyən edilməsinin özü əvəzin ədalətli ödənilməsi üçün kifayətdir.   HAKİM TSATSA-NİKOLOVSKANIN ÇOXLUĞUN RƏYİ İLƏ QİSMƏN ÜSTƏ-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ (BU RƏYƏ HAKİM STRAJNITSKA[2] DA QOŞULUB)   Təəssüf ki, mən hazırkı işdə ərizəçinin yaşamaq hüququnu dövlətin qanunla qorumaq öhdəliyi məsələsində, habelə Konvensiyanın 3-cü və 13-cü maddələri üzrə ayrıca məsələnin meydana çıxmaması məsələsində 2-ci maddənin pozulduğu barədə Məhkəmədəki çoxluğun çıxardığı nəticəni paylaşa bilmərəm. Mən hesab edirəm ki, ərizəçinin həyatını təhlükə altına almış hadisənin faktiki hallarını nəzərə alaraq, 2-ci maddənin maddi-hüquqi pozuntusunun baş verdiyini əsaslı şübhə yeri qalmadan müəyyən etmək mümkün deyil. Məhkəmənin presedent hüququ təsdiq edir ki, yalnız müstəsna hallarda dövlət nümayəndələri tərəfindən ölümlə nəticələnməyən qəddar fiziki rəftar Konvensiyanın 2-ci maddəsinin pozuntusu sayıla bilər. Mən razılaşıram ki, bu işdə 2-ci maddənin tətbiqini tələb edən müstəsna hallar olub, amma ərizəçinin avtomobilini saxlamaq və onu həbs etmək üçün polis əməkdaşları tərəfindən ölümlə nəticələnə bilən güc tətbiqi ərizəçinin həyatını altında qoyub, amma bu işin halları baxımından 2-ci maddənin maddi-hüquqi pozuntusunun baş verdiyini əsaslı şübhə yeri qalmadan müəyyən etmək üçün kifayət qədər tutarlı sübutların olduğuna məndə bəzi şübhələr var. Mən hesab edirəm ki, bu işdə 2-ci maddənin maddi-hüquqi pozuntusunun baş verib-vermədiyini qiymətləndirmək məqsədi ilə insidentin aydın mənzərəsini yaratmaq zəruridir. Hazırkı işdə mən düşünürəm ki, Məhkəmə insident zamanı polis əməkdaşlarının davranışı, xüsusən təqibdə iştirak edənlərin müəyyən edilməsi; təqibin əvvəlindən sonunadək odlu silahdan kimlərin istifadə etməsi, o cümlədən patrul maşınlarındakı və motosikletlərdəki əməliyyat bölməsi üzvlərinin hərəkətləri; nəzarət mərkəzinin hərəkətləri, onun əməliyyata dair verdiyi təlimatlar və əməliyyatın koordinasiyası kimi məsələləri araşdırmalı idi. O, həmçinin polislərin hərəkətlərində nöqsanların, özbaşınalığın və ya gücdən sui-istifadənin olub-olmadığını ölçüb-biçmək və qiymətləndirmək üçün bu işdə qanunilik, mütənasiblik və zərurilik məsələləri ilə bağlı milli və beynəlxalq prinsiplərin praktiki tətbiqini, ərizəçinin bütün xəsarətlərini, hadisə zamanı onun davranışını nəzərə almalı idi. Bu məsələlərlə bağlı Məhkəmənin əlində müvafiq dəlil və sübutlar olmalı idi. Doğrudur, məhkəmə qərarında göstərilən milli qanunvericilik köhnədir və bəzi müddəalar məsələn, qanunların, müvafiq hakimiyyət orqanlarının fərman və qərarlarının icrası üçün, yaxud ictimai toplantıları dağıtmaq və ya iğtişaşları yatırmaq üçün odlu silah tətbiqində polisə geniş səlahiyyət verir, lakin hazırkı işdə belə hallar baş verməyib. Ümumiyyətlə, bu fakt o demək deyil ki, polislər gücdən nəzarətsiz qaydada istifadə edə bilərlər. Bu sözlər xüsusən güc tətbiqinə haqq qazandıran heç bir sübutun olmadığı bu işə aiddir. Digər tərəfdən, sözügedən qanun odlu silah tətbiqinə yalnız mütləq zərurət olduqda və fövqəladəliyi nisbətən az olan bütün üsullar tükəndikdə icazə verən müddəalarla əvəz edilib. Bundan başqa, bu qərarda göstərilən beynəlxalq sənədlərdəki bütün beynəlxalq prinsiplər Yunanıstanın hakimiyyət orqanları tərəfindən tanınıb. İyirmi doqquz polis əməkdaşı barəsində başlanmış inzibati araşdırmanın nəticələri əsasında ciddi bədən xəsarəti yetirilməsinə görə və silahlardan hüquqa zidd istifadəyə görə yeddi polis əməkdaşına qarşı başlanmış cinayət prosesinin sonda onların bəraət alması ilə nəticələndi, amma polis əməkdaşlarının baş verəcək nəticələrə görə məsuliyyət daşımadan odlu silahdan istifadə etməsinin mümkün olduğunu qəbul etmək mənim üçün çətindir. Mən deməliyəm ki, hadisənin aydın mənzərəsinə malik deyiləm, çünki qeyri-adekvat, natamam və səmərəsiz araşdırma ucbatından ortada kifayət qədər faktiki sübutlar və odlu silah tətbiqi ilə bağlı polis praktikasına dair yetərli informasiya yoxdur. Adətən faktların müəyyən edilməsi milli hakimiyyət orqanlarının üzərinə düşür. Məhkəmə özü bunu etməyə cəhd göstərdi və mənim fikrimcə, təəssüf ki, bəzi aspektlərdə bunu uğursuzluqla etdi. Belə olan halda mən hesab edirəm ki, hadisə nəticəsində mahiyyətcə 2-ci maddənin pozulması məsələsinə düzgün qiymət vermək və bu barədə əsaslı şübhə yeri qalmadan nəticə çıxarmaq mümkün deyil. Mən düşünürəm ki, belə vəziyyətdə yaşamaq hüququnun milli qanunvericilikdə qorunmadığı barədə ərizəçinin Konvensiyanın 2-ci maddəsi üzrə şikayətini araşdırmağa ehtiyac yoxdur. Digər tərəfdən, mən düşünürəm ki, hadisə zamanı polis əməkdaşlarının davranışının Konvensiyanın 3-cü maddəsi üzrə qiymətləndirilməsinə imkan verən elementlər vardır. Tekin Türkiyəyə qarşı (Böyük Palatanın qərarı, ərizə N 22277/93, AİHM 2000-VII) və İlhan Türkiyəyə qarşı işlərdə (9 iyun 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-IV) Məhkəmə təkrarən bildirib ki, pis rəftarın pozuntusunu təşkil etməsi üçün həmin rəftar minimum qəddarlıq səviyyəsinə çatmalıdır və onun qiymətləndirilməsi işin bütün hallarından, yəni rəftarın nə qədər davam etməsindən, onun fiziki və ya mənəvi təsirlərindən və qurbanın sağlamlıq durumundan asılıdır. Hazırkı işdə şübhə doğurmayan bəzi hallar var. Ərizəçi yolu qırmızı işıqda keçib və avtomobillərə və motosikletlərə minən, pistolet, revolver və avtomat silahlardan atəş açan otuz üç polis əməkdaşı tərəfindən təqib olunub, onlar onu dayandırmaq üçün güc tətbiq ediblər. Onların onu öldürmək niyyəti olmayıb və onlara bu cür əmr də verilməyib, heç kim etiraz etmir ki, ərizəçi qorxub və təlaşa düşüb. Polis təqib zamanı bir dəfə onu gözdən itirib. Ərizəçi öz istəyi ilə yanacaqdoldurma məntəqəsinin yanında dayanıb, heç bir müqavimət göstərməyib və avtomobildən çıxmayıb. Atılan güllələrin sayı çox olub və ərizəçi ciddi xəsarət alıb. O, üç tibbi əməliyyata məruz qalıb, hadisədən sonra səhhəti xeyli pisləşib və hazırda əmək qabiliyyətini əhəmiyyətli dərəcədə itirib. Yuxarıda qeyd etdiyim bütün məqamlar qəddar rəftarın səviyyəsini, yəni onun nə qədər davam etdiyini, fiziki və ya mənəvi təsirlərini və qurbanın sağlamlıq durumunu qiymətləndirməyə imkan verən elementləri təmin edir. Bu, mənim belə qənaətə gəlməyimə əsas verir ki, bu işdə Konvensiyanın 3-cü maddəsi üzrə araşdırılmalı olan ayrıca məsələ meydana çıxır, xüsusən hesab edirəm ki, bu işi mahiyyətcə 2-ci maddə üzrə qiymətləndirməyə və ya həmin maddə üzrə əsaslı şübhə yeri qalmadan nəticə çıxarmağa əsas verən heç bir element yoxdur. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlara riayət edilməsinə milli səviyyədə nail olmağa imkan verən müdafiə vasitələrinin olmasını təmin edir (onların dövlətdaxili hüquqda necə təmin edilməsindən asılı olmayaraq). Beləliklə, şikayətin Konvensiya əsasında mahiyyəti üzrə həll edilməsi və pozulmuş hüququn bərpası üçün 13-cü maddəyə əsasən daxili hüquqi müdafiə vasitəsini tələb etmək olar, hərçənd, iştirakçı dövlətlərə bu maddə üzrə öhdəliklərini necə yerinə yetirmələrində müəyyən qiymətləndirmə sərbəstliyi verilir. Bununla belə, 13-cü maddə üzrə tələb olunan müdafiə vasitələri həm praktikaya, həm də qanunvericiliyə əsasən “səmərəli” olmalıdır, xüsusən o mənada ki, onlardan istifadə edilməsinə cavabdeh dövlətin hakimiyyət orqanlarının hərəkətləri ilə və ya əksinə, hərəkətsizliyi ilə əsassız olaraq maneə yaradılmasın (bax: Kaya Türkiyəyə qarşı, 19 fevral 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-I, s. 329-330, b. 106; Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı, ərizə N 46477/99, b. 96, AİHM 2002-II; Gül Türkiyəyə qarşı, ərizə N 22676/93, b. 100, 14 dekabr 2000-ci il tarixli qərar; İlhanın işi üzrə yuxarıda adı çəkilən qərar; və Makkerr Birləşmiş Krallığa qarşı, ərizə N 28883/95, b. 107, AİHM 2001- III). Yaşamaq hüququnun fundamental xarakterini nəzərə alaraq, 13-cü maddə lazımi hallarda kompensasiya ödənişindən əlavə həm də cavabdeh şəxslərin aşkara çıxarılmasına və cəzalandırılmasına gətirib çıxaran ciddi və səmərəli araşdırma aparılmasını tələb edir və şikayətçinin araşdırma prosedurundan real surətdə istifadə edə bilməsini nəzərdə tutur (bax: Kayanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 107; və Gülün işi üzrə yuxarıda adı çəkilən qərar, b. 100). Cavabdeh dövlət ərizəçinin yaşamaq hüququnu qanunla qorumaq və ərizəçinin həyatını risk altında qoymuş insidentlə bağlı səmərəli araşdırma aparmaq öhdəliyini yerinə yetirmədiyinə görə 2-ci maddənin pozulduğunun müəyyən edildiyi hazırkı işin hallarına əsasən hakimiyyət orqanları qurbanın Konvensiya ilə qorunan yaşamaq hüququnun pozulmasına səbəb olmuş hərəkətlərə və ya hərəkətsizliyə görə dövlət nümayəndələrinin və ya orqanlarının məsuliyyətini müəyyən edən mexanizmlə qurbanı təmin etməli idilər. Bundan başqa, Konvensiyanın fundamental maddələrindən olan 2-ci və 3-cü maddələr pozulduğu təqdirdə prinsipcə ərizəçiyə imkan yaradılmalıdır ki, pozuntudan irəli gələn mənəvi ziyana görə kompensasiyanı hüquqi müdafiə vasitəsinin tərkib hissəsi qismində əldə etsin (bax: Pol və Odrinin işi üzrə yuxarıda adı çəkilən qərar). Ərizəçi şikayət etdi ki, kompensasiya üçün mülki iddia qaldırmazdan əvvəl dövlətin məsuliyyətini müəyyən etmək üçün hüquq pozuntusu törədənlərin məsuliyyəti sübut edilməlidir. Təqsirləndirilən şəxslər bəraət aldıqda, ərizəçi aldığı xəsarətlərdən irəli gələn mənəvi ziyana görə kompensasiya ala bilməz. Onun polis əməkdaşlarına bəraət vermiş yuxarıda qeyd edilən məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququ yoxdur. Ərizəçi iddia etdi ki, səmərəli araşdırma aparılmaması ucbatından o, Konvensiyanın 13-cü maddəsinin pozuntusu ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsindən məhrum olub. Hökumət dövlətdaxili səviyyədə ərizəçinin ixtiyarında hüquqi müdafiə vasitəsinin olduğunu iddia etdi, amma mövcud hüquqi müdafiə vasitələrinin səmərəliliyini nümayiş etdirən sübut təqdim etmədi. Hazırkı işdə milli məhkəmə yeddi polis əməkdaşına onlara qarşı irəli sürülmüş hər iki cinayət ittihamı üzrə – birincisi, ciddi bədən xəsarəti yetirməklə bağlı və ikincisi, silahdan hüquqa zidd istifadə ilə bağlı ittiham üzrə bəraət verib. Məhkəmə müəyyən edib ki, ərizəçiyə xəsarət yetirənlər və sürücüsü təhlükəli şəxs hesab olunan avtomobili dayandırmaq üçün silah tətbiq edənlər təqsirləndirilən polis əməkdaşları deyil. Təqibdə iştirak etmiş iyirmi doqquz polis əməkdaşı ilə bağlı polis orqanı tərəfindən inzibati araşdırma aparılıb, amma həmin araşdırmada ərizəçinin səmərəli iştirakına şərait yaradılmayıb. Həmin inzibati araşdırmadan sonra dövlət prokuroru yeddi polis əməkdaşına qarşı cinayət işi qaldırıb, amma sonradan onlara bəraət verilib. Ərizəçi hüquq pozuntuları törətməkdə təqsirli bilinib və qırx günlük həbs cəzasına məhkum edilib (qərarın 21-22-ci bəndlərinə bax). Bu cür vəziyyətdə belə bir məsələ şübhə doğurur ki, ərizəçi müvafiq kompensasiya almaq üçün mülki iddia qaldırsaydı, hüquq pozuntusu törədənlərin məsuliyyətini necə sübut edə bilərdi? Ərizəçinin cinayət prosesinə sadəcə mülki tərəf kimi qatılması 13-cü maddənin məqsədləri üçün yetərli deyil. Üstəlik, prosesin ərizəçi üçün uğursuz olması bu hüquqi müdafiə vasitəsinin səmərəliliyini şübhə doğurduğunu sübut edən daha bir elementdir. İndi belə bir sual yaranır ki, yalnız təqibdə iştirak etmiş və ərizəçiyə xəsarət yetirmiş bütün polis əməkdaşlarının müəyyən edilməsi 13-cü maddənin məqsədləri üçün yetərli idimi? Məncə bu suala “yox” cavabı verilməlidir, çünki mövcud vəziyyətdə başqa sual ortaya çıxır: hakimiyyət orqanları ərizəçinin Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olmuş hərəkətlərə və ya hərəkətsizliyə görə dövlət nümayəndələrinin və ya orqanlarının (bu işdə polis əməkdaşlarının) mülki hüquqi məsuliyyətini müəyyən etmək üçün hadisənin real qurbanı olan ərizəçini səmərəli mexanizmlə təmin etmişdilərmi? Burada çoxluğun belə bur qərarını xatırladıram ki, dövlət ərizəçinin yaşamaq hüququnu qanunla qorumaq öhdəliyini yerinə yetirməyib. Bundan başqa, səmərəli hüquqi müdafiə vasitəsi qismində müvafiq kompensasiya almaq hüququ 2-ci maddənin məqsədi baxımından səmərəli araşdırmanın aparıldığı hallarda real olur, bu zaman nəzərə almaq lazımdır ki, polislər tərəfindən həyata keçirilmiş araşdırma zamanı (xüsusən insidentdə polisə əməkdaşları iştirak ediblərsə) yol verilmiş yanlış hərəkətlər, hərəkətsizlik, gecikdirmələr və bütün səhvlər cinayət prosesində müvafiq faktların müəyyən edilməsində və sonradan mümkün kompensasiya təyin edilməsində problemlər yarada bilər. Məhz buna görə mən hesab edirəm ki, hazırkı işdə Konvensiyanın 13-cü maddəsi üzrə ayrıca məsələ meydana çıxır.   [1] Hakim Kovler rəydə yer alan Konvensiyanın 41-ci maddəsi ilə bağlı nəticələri paylaşmır, çünki o, bu məsələdə çoxluqla eyni cür səs verib. [2] Hakim Strajnitska rəydə yer alan Konvensiyanın 13-cü maddəsi ilə bağlı nəticələri paylaşmır, çünki o, bu məsələdə çoxluqla eyni cür səs verib.

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło