56568/00

WyrokETPCz2003-02-11ECLI:CE:ECHR:2003:0211JUD005656800

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
Czy stwierdzenie przez sąd cywilny, po uniewinnieniu w procesie karnym, że skarżący "z dużym prawdopodobieństwem popełnił przestępstwa", narusza zasadę domniemania niewinności z art. 6 ust. 2 Konwencji?
Ratio decidendi
Trybunał uznał, że choć postępowanie o odszkodowanie miało charakter cywilny i nie wymagało spełnienia kryteriów odpowiedzialności karnej, to sposób sformułowania orzeczenia przez sąd krajowy naruszył art. 6 ust. 2 Konwencji. Stwierdzenie, że skarżący "z dużym prawdopodobieństwem popełnił przestępstwa", podważyło prawomocne uniewinnienie i przekroczyło granice właściwe dla forum cywilnego, tworząc wrażenie, że skarżący jest winny, mimo braku skazania. Trybunał podkreślił, że takie sformułowanie jest niedopuszczalne, gdy istnieje wystarczający związek między postępowaniem karnym a cywilnym.
Stan faktyczny
Skarżący został oskarżony o akt przemocy, napaść na tle seksualnym i zabójstwo. Został również zobowiązany do zapłaty 100 000 koron norweskich odszkodowania rodzicom ofiary. Sąd Najwyższy uniewinnił skarżącego od zarzutów karnych. Jednakże, w części dotyczącej odszkodowania, sąd stwierdził, że "z dużym prawdopodobieństwem skarżący popełnił przestępstwa" i że "jest wysoce prawdopodobne, że skarżący popełnił przestępstwa".
Rozstrzygnięcie
Trybunał jednogłośnie stwierdził naruszenie art. 6 ust. 2 Konwencji.

Pełny tekst orzeczenia

Y. Norveçə qarşı - 56568/00 Qərar 11.2.2003 [III Bölmə] Maddə 6 6-cı Maddənin 2-ci bəndi Təqsirsizlik prezumpsiyası Bəraət aldıqdan sonra mülki məhkəmə tərəfindən mülki proses zamanı ərizəçinın "cinayət törətməsi"nin müəyyən edilməsi: pozuntu Faktlar - Ərizəçi zorakılıq aktı, cinsi zorakılıq və adam öldürmə cinayətlərində təqsirli bilinmişdir. O, həmçinin zərərçəkənin valideynlərinə 100 000 Norveç kronu məbləğində təzminat ödəməyə məhkum edilmişdir. Ərizəçi Ali Məhkəməyə şikayət vermiş, məhkəmə öz növbəsində sübutları araşdıraraq, andlıların verdiktini qəbul etmiş və ərizəçiyə bəraət vermişdir. Ərizəçi və zərərçəkənin valideynləri tərəfindən hüquqi arqumentləri dinlədikdən sonra növbəti gün məhkəmə qərarın təzminatla bağlı hissəsini dəyişdirmədən saxlamışdır. Məhkəmə qeyd etmişdir ki, "ehtimalların balansına əsasən ərizəçinın cinayətləri törətdiyi” dəqiq görünməlidir və hesab etmişdir ki, ərizəçinın "cinayət törətdiyi aşkar ehtimal" olunur. Ali Məhkəmənin Apellyasiya İcazə Komitəsi ərizəçinin sübutların qiymətləndirilməsilə bağlı şikayətinə icazə verməmiş, lakin Ali Məhkəmə qarşısındakı prosedur və qanunun interpretasiyası ilə bağlı hissəsdə şikayəti qəbuledilən elan etmişdir. Bununla belə, Ali Məhkəmə şikayəti rədd etmişdir. Hüquqi məsələlər - Maddə 6 § 2: Bəraət haqqında qərar qanuni qüvvəyə minənədək ərizəçi üzərində "ittiham"ın qalmasının, 1969-cu il Ziyanın Təzminatı Aktına əsaslanan təzminat prosesinə heç bir aidiyyatı yox idi. Cinayət məsuliyyəti təzminatın ödənilməsi üçün ilkin şərt deyildi və hətta zərərçəkən təzminat iddiasının cinayət prosesinə daxil edilməsinə cəhd etdiyi halda belə, bu iddiaya "mülki" iş olaraq baxılacaqdır. Həqiqətən, Ali Məhkəmə bu prosesi qeyd olunduğu kimi təsvir etmişdir. Belə ki, təzminat ilə bağlı iddia yerli qanunvericiliyə əsasən "cinayət ittihamı" hesab edilmir. Məhkəmə prosesinin mahiyyətinə gəldikdə isə, iddia ziyana görə mülki məsuliyyət barədə qanunvericilik müddəalarına əsasən müəyyən olunmalı idi. Cinayət prosesinin nəticələri mülki iddia üçün həlledici deyildi; təzminat məsələsi cinayət məsuliyyətinə tətbiq edilmiş müddəalardan bir sıra mühüm aspektlərdən fərqlənən meyar və sübut standartlarına əsasən ayrıca hüquqi qiymətləndirməyə əsaslanmalı idi. Nə işin mülki iddianın qaldırılmasına səbəb olan cinayət əməlinin müvafiq obyektiv elementləri ilə müşayiət olunması, nə də cinayət prosesindəki sübutların mülki hüquqi nəticələrinin müəyyənləşdirilməsi üçün istifadə olunması faktı, cavabdehin "cinayət əməli törətməkdə ittiham olunduğu"-nu iddia etmək üçün kifayət qədər əsas vermir. Əks halda, Maddə 6 § 2 məhkəməyə çatımlılıq hüququna özbaşına və qeyri-mütənasib məhdudiyyət qoyar və zərərçəkənin təzminat iddiası imkanlarına arzu olunmaz mənfi təsir göstərə bilər. Bu cür geniş interpretasiya nə Maddə 6 § 2-nin müddəaları, nə də Razılığa gələn Yüksək Tərəflərin ümumi yanaşması ilə dəstəklənmir. Beləliklə, bəraət, ondan daha yüngül hesab olunan sübutlara əsaslanan təzminatın ödənilməsi üçün məsuliyyətin müəyyənləşdirilməsinə mane olmamalıdır. Buna baxmayaraq, təzminatın ödənilməsi haqqında qərarda ərizəçinin cinayət məsuliyyəti barədə fikir yer alarsa, bu, 6 § 2-ci Maddənin əhatə dairəsinə düşən məsələnin qalxmasına səbəb ola bilər. Bu səbəbdən, hazırki işdə yerli məhkəmələrin bu üsuldan və cinayət işi və təzminatla bağlı mülki proses arasında aşkar əlaqənin olduğunü göstərən bir dildən istifadə edib-etmədiyini araşdırmaq və beləliklə də 6 § 2-ci maddənin müddəalarının bu məsələyə tətbiq edilməsini labüd olub-olmadığını müəyyənləşdirmək lazımdır. Ali Məhkəmənin qərarına görə, ərizəçinın "cinayət törətdiyi aşkar ehtimal" olunur və Ali Məhkəmə, öz növbəsində daha ehtiyatlı dildən istifadə etsə də, bu nöqsanı aradan qaldırmamışdır. İstifadə olunan dil mülki forumun sərhədlərini aşaraq, bəraətin düzgünlüyünə şübhə salır və beləliklə, öncəki cinayət prosesi ilə yetərli əlaqə mövcuddur. Bu səbəbdən, 6 § 2-ci Maddə təzminat prosesinə də tətbiq olunur və pozulmuşdur. Nəticə: pozuntu (yekdilliklə).

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 12.07.2026. · Źródło