57067/00

WyrokETPCz2003-12-16ECLI:CE:ECHR:2003:1216JUD005706700

Analiza orzeczenia

Sekcja wygenerowana przez AI na podstawie treści orzeczenia — nie stanowi cytatu.

Zagadnienie prawne
Czy wojskowy sąd marynarki wojennej, w składzie opisanym w sprawie, spełniał wymogi niezawisłości i bezstronności z art. 6 ust. 1 Konwencji?
Ratio decidendi
Trybunał stwierdził, że obawy skarżącego dotyczące niezawisłości i bezstronności sądu marynarki wojennej były obiektywnie uzasadnione, co doprowadziło do naruszenia art. 6 ust. 1 Konwencji. Trybunał wskazał na szereg różnic między sądem marynarki wojennej a sądem wojskowym rozpatrywanym w sprawie Cooper, które osłabiały gwarancje niezawisłości. Kluczowe czynniki to brak stałego przewodniczącego sądu (powoływanego ad hoc), fakt, że sędzia-adwokat był czynnym oficerem marynarki wojennej (a nie cywilem) i podlegał raportowaniu o swojej działalności sądowej, oraz mniej jasne i mniej skuteczne noty instruktażowe dla członków sądu, które nie chroniły ich wystarczająco przed wpływami zewnętrznymi. Te elementy sprawiły, że proces nie był sprawiedliwy.
Stan faktyczny
Skarżący, będący członkiem Marynarki Wojennej, został skazany przez sąd wojskowy marynarki wojennej za bezprawne i umyślne zranienie. Sąd ten składał się ze stałego przewodniczącego, czterech niższych rangą oficerów oraz sędziego-adwokata. Sędzia-adwokat, choć odpowiedzialny za sprawiedliwy przebieg procesu i kwestie prawne, nie brał udziału w naradach ani głosowaniu nad wyrokiem. Decyzja sądu została podtrzymana przez Radę Marynarki Wojennej, a odwołanie skarżącego zostało odrzucone przez Wojskowy Sąd Apelacyjny.
Rozstrzygnięcie
Stwierdza naruszenie art. 6 ust. 1 Konwencji (jednogłośnie).

Pełny tekst orzeczenia

Grives (Grives) Birləşmiş Krallığa qarşı [BP]- 57067/00 Qərar 16.12.2003 [BP] Maddə 6 6-cı Maddənin 1-ci bəndi Qərəzsiz məhkəmə Müstəqil məhkəmə Hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi: pozuntu yoxdur   Faktlar - Hərbi Dəniz Qüvvələrinin üzvü olan Ərizəçi hərbi məhkəmə tərəfindən qanunsuz və qəsdən yaralama əməlinə görə məhkum olunmuşdur. Məhkəmə daimi sədr, dörd aşağı rütbəli zabit və hakim-vəkildən ibarət idi. Dəniz hüququ üzrə ixtisaslaşan hakim-vəkil məhkəmə prosesinin ədalətli şəkildə həyata keçirilməsinə görə, və hüquq və prosedur məsələləri ilə bağlı qərarların verilməsinə görə məsul idi, lakin hökmün müzakirəsində iştirak etməmişdi və səs verməmişdi. Dəniz Şurası hökmü və ya cəzanı dəyişdirməməyi qərara almışdı. Ərizəçinin şikayəti Hərbi Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir. Hüquqi məsələlər - Maddə 6 § 1: Kuper işində Məhkəmə hesab etmişdi ki, ərizəçinın hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi ilə bağlı narahatlıqları obyektiv olaraq əsaslandırılmamış idi. Lakin hərbi-dəniz məhkəmələri müəyyən cəhətlərinə görə hərbi məhkəmələrdən fərqlənir. Birincisi, dəniz cinayət təqibini həyata keçirən orqan öz işçiləri xaricində uniformalı dəniz vəkilləri arasından bir prokuror təyin edə bilər. Bu işdə isə, prokuror Kuperin işində olduğu kimi, cinayət təqibini həyata keçirən orqanın heyətindən idi. İkincisi, dəniz məhkəmə administrasiyası əməkdaşı mülki şəxsdir və hərbi xidmətdə deyildir. Bu açıq-aydın hərbi məhkəmə prosesinin müstəqilliyi və qərəzsizliyinə xidmət edir və bütün hallarda onun vəzifə və öhdəlikləri, hərbi hava qüvvələri sistemindəki bənzər əməkdaşların vəzifə və öhdəliklərinə uyğun idi və müstəqil fəaliyyət göstərdiyi barədə nəticəyə gəlməyə imkan verir. Üçüncüsü, hərbi hava qüvvələri ərazi və ümumi hərbi məhkəmələrdən ibarət olduğu halda, hərbi dəniz məhkəməsinin yalnız bir növü mövcud idi, lakin bu faktın tribunalların müstəqilliyi və qərəzsizliyi ilə bağlı heç bir əlaqəsi yoxdur. Dördüncüsü, hərbi dəniz məhkəməsində daimi hərbi məhkəmə sədri yoxdur, hər bir məhkəmə çağırışı ilə bağlı təyin olunur. Vəzifədə yüksəlməsi ilə bağlı heç bir ümidi və vəzifədən kənarlaşdırılacağı ilə bağlı heç bir qorxusu olmayan və məhkəmə kimi verdiyi qərarlardan hesabatlı olmayan daimi sədrin olmaması, ad hoc məhkəmə hesab oluna bilən bu hərbi dəniz qüvvələri məhkəməsini bu əhəmiyyətli müstəqillik elementindən məhrum edir. Beşincisi və ən vacibi, hərbi dəniz qüvvələri məhkəməsinin hakim-vəkili xidmətdə olan hərbi dəniz qüvvələri zabitidir, bu şəxs hərbi məhkəmədə fəaliyyət göstərmədiyi vaxtlarda müntəzəm hərbi dəniz vəzifələrini həyata keçirir, hərbi hava qüvvələri məhkəməsinin hakim-vəkili isə özü mülki şəxs olan Baş Hakim-Vəkilin başçılıq etdiyi idarədə çalışan mülki işçidir. Xüsusilə, hadisələrin baş verdiyi dövrdə hərbi dəniz məhkəməsi hakim-vəkilinin məhkəmə fəaliyyəti haqqında hesabat verməsi ilə bağlı müəyyən təcrübələr mövcud idi, bu da o deməkdir ki, onların mövqeyinin müstəqillik üçün güclü təminatlar verdiyi hesab edilə bilməz. Bu baxımdan, Hökumətin hərbi dəniz qüvvələri məhkəməsinin nisbətən az saylı olması və hərbi dəniz zabitlərinin hərbi sahə haqqında biliklərinin əhəmiyyəti az inandırıcıdır. Hakim-vəkil vəzifəsində mülki şəxsin olmaması hərbi dəniz məhkəməsini müstəqilliyin ən zəruri təminatlarından birindən məhrum etmişdir. Altıncı, hərbi dəniz məhkəmə üzvlərinə göndərilmiş təlimat qeydləri hərbi hava qüvvələri məhkəməsi üzvlərnə göndərilənlərdən daha az məlumat nəzərdə tuturdu və daha az aydın idi və nəticədə, hərbi-dəniz məhkəməsinın adi üzvlərini müstəqilliyinin kənar təsirlərdən qorumaqda daha az əhəmiyyət daşıyırdı. Nəticədə, hərbi-hava qüvvələri və hərbi-dəniz məhkəməsi arasındakı fərq o səviyyədə idi ki, ərizəçinın hərbi-dəniz məhkəməsinin müstəqilliyi və qərəzsizliyi ilə bağlı narahatlıqları obyektiv olaraq əsaslandırılmış hesab edilə bilər. Nəticədə bu məhkəmə prosesi ədalətli olmamışdır. Nəticə:pozuntu (yekdilliklə).

© Rada Europy / Europejski Trybunał Praw Człowieka, źródło: HUDOC (hudoc.echr.coe.int), pozyskano 13.07.2026. · Źródło